Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə3/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   2   3   4   5   6   7   8   9   ...   97

 

                 Sormayın əsla, kimim bən? Ya nəyim? 



                 Şimdi bən bir qayğısız divanəyim. 

                         İştə gönlüm bir yıqıq viranədir, 

                         Hər nə söylərsəm bütün əfsanədir. 

                 «Bən nəyim?» Kəndim də bilməm, vaz keçin

                 «Sən nəsin?». Boş bir sual insan için. 

                         …Göz-qulaq -görmək, eşitmək aləti

                         Çoq zaman aldatmış insaniyyəti. 

                 Hər nə göstərsəm, nə söylərsəm sizə

                 E`tibar etməzsiniz heç bir sözə. 

                         …Çünki anlaşmaq deyildir pək qolay

                         Laylalaylay, laylilaylay, laylalay!. 

 

«Şeirdə  barışmaz,  narahat  və  narazı  bir  ruh,  kəskin  bir 



inkarçılıq  ruhu  var  idi»-M.Cəfər  bunu  doğru  sezmişdi  və 

Cavidin  həmin  şeirdə  dini  təəssübkeşliyi  qəzəbli  şəkildə 

qamçılayıb  millətləri  sülhə,  qardaşlığa  çağırması  onun 

humanizmindən doğurdu. 

«Hüseyn  Cavid»  monoqrafiyasında  M.Cəfər  öncə  qeyd 

etdiyimiz  kimi  problemlərdən  əsərərə  doğru  deyil,  əsərlərdən 

problemlərə  doğru  gedir.  Bunun  sade  izahı  belədir  ki,  o, 

Cavidin  hər  bir  pyesinə  ayrıca  diqqət  yetirir,  haqqında  söz 

açdığı  pyesin  ideya-məzmun  xüsusiyyətlərini  təhlil  edir, 

başlıca  problemi  müəyyənləşdirir.  M.Cəfər  haqlı  olaraq  yazır 

ki, Cavidin ilk pyesi olan «Ana» gərgin dramatik konfliktlər və 

xarakterlər  yaratmaqda  onun  xüsusi  istedada  malik  olduğu 

meydana çıxdı. M.Cəfər əsərin Azərbaycan ədəbiyyatında heca 

vəzni  ilə  yazılan  ilk  mənzum  dram  olduğunu  nəzərə  çarpdırır, 

lakin  əruz  vəznində  yazdığı  əsərlərə  nisbətən  burada  ustalıq 

göstərə bilməməsini, bir çox tiplərin eyni dildə danışmasını da 

qüsur  sayır.  «Əsərdə  Cavidin  görüşləri,  mənəvi  böhranları  və 

ziddiyyətləri üçün ümumiyyətlə  çox səciyyəvi  olan bir məsələ 

də:  «məhəbbət  yoxsa  nifrət,  həyatdakı  ziddiyyətləri  bunların 



 

hansının vasitəsi ilə aradan qaldırmaq olar?» problemi idi. Şair 



məhəbbətə və mərhəmətə üstünlük verirdi».  

Cavidin  sonrakı  pyesi-«Maral»da  isə  ədibin  həyat 

müşahidələrinin  zənginliyi,  ictimai  konfliktlərin  daha  aydın 

göstərilməsi  diqqəti  cəlb  edir.  Bu  əsərdə  Cavid  romantizmi 

«Ana»  mənzum  dramındakı  sadə  formulədən  tamamilə 

fərqlənir,  «Maral»  təkcə  bir  ailə  dramı  deyil,  cəmiyyət 

həyatının  bir  çox  problemlərini  özündə  əks  etdirən  bir 

əsərdir.Cavid  realist  ədəbiyyatdan  gələn  bir  ənənəni-atalar  və 

oğullar  qütbləşməsini  konfliktin  mahiyyətinə  çökdürmüşdür. 

Mühafizəkar  Turxan  bəy  N.B.Vəzirovun,  Ə.Haqverdiyevin 

əsərlərindən bizə tanış olan «atalar»ı xatırladır. Heç bir yenilik, 

insaniyyət  adına  olan  müsbət  keyfiyyətlər  onu  fikrindən 

döndərə  bilməz:  «Məncə  gözəllik  zövqə  aid  bir  şeydir.  Sərvət 

isə, düşündüyünüz kimi, insanı pək məsud edəməz… Əvət, hər 

şey  para  ilə  əldə  edilir,  illa  fəzilət  və  insaniyyət!  Fəzilət  də 

paradadır,  insaniyyət  də..»  -  bu,  Turxan  bəyin  həyat  amalıdır. 

Ona  qarşı  çıxan  qüvvələr-yeni  nəslin  nümayəndələri  Cəmil 

bəy,  Humay,  Aslan  və  Maraldır.  «Onlar  turxanbəylər 

mühitində  dolaşsalar  da,  əslində,  bu  mühitin  tələbləri,  adət-

ənənələri ilə deyil, başqa bir həyat, gələcək arzusu ilə yaşayan 

romantik gənclərdir».  

M.Cəfər  bu  romantik  gənclərin  şirin  arzuları,  gələcək 

haqqında xoş düşüncələri ilə yaşadıqları mühit arasında böyük 

bir  ziddiyyət  olduğunu  nəzərə  çarpdırır,  onların  görüşlərində, 

dünyabaxışında  da  ziddiyyətlər  yaşayır.  Burada  bir  müqayisə 

üçün 


fürsət 

yaranır:  «Cəmil  özünün  fərdiyyətçiliyi, 

mərdümgirizliyi,  pərişan  xəyalları,  puç  olmuş  şirin  arzuları, 

başqa  həyat  həsrəti  ilə  müəyyən  dərəcədə  Qərbin  romantik 

qəhrəmanlarını  xatırladır.  Lakin  əslində  o,  nə  Çayl  Harold,  nə 

Manfred, nə də Karl Moordur. O, hər şeydən əvvəl, Şərqə, Şərq 

romantizminə,  Azərbaycan  romantizminə  məxsus  bir  tipdir. 

Cəmil  yenicə  oyanmış  Şərqin  özünə  məxsus  keyfiyyətlərə 




 

10 


malik  romantik  gənclərindən  biri  olmaqla  bərabər,  Şərqə  xas 

olan ənənəvi sentimental, romantik əhvali-ruhiyyəyə malikdir». 

«Maral»da Cavidin sonrakı pyesləri üçün səciyyəvi olan 

bir  sıra  ideya-bədii  xüsusiyyətlər  nəzərə  çarpır:  romantik 

qəhrəmanlar  məhəbbəti  intixab  edir,dünyada  məhəbbətin 

hökmranlıq  edəcəyinə  inanır,    onu  ilahiləşdirir,  qan  tökməyi, 

cəlladlığı  insanlığa  yaraşmayan  sifətlər  hesab  edir,  əxlaqi 

təkamül 


ideyasına 

arxalanırlar. 

Cavidin 

romantik 

qəhrəmanlarınının  səciyyəsini  ədəbiyyatımızda  yaranan  realist 

qəhrəmanlarla  müqayisə  edən  M.Cəfərin  qənaəti  belədir  ki, 

realist  qəhrəman  ən  çətin  şəraitdə  belə  əlindən  gələni  edir, 

çalışır, çarpışır, yaradır, romantik qəhrəman isə yalnız əlçatmaz 

gözəl arzularla yaşayır, bərk ayaqda həyatdan uzaqlaşır, sonsuz 

fəzalara doğru üz tutur.. 

 Cavid  «Maral»dan  sonra  «Şeyx  Sənan»,  «Uçurum», 

«Şeyda»,  «İblis»  əsərlərini  qələmə  aldı.  «Hüseyn  Cavid» 

monoqrafiyasında M.Cəfər bu əsərlərin hər birini romantik əsər 

kimi 


səciyyələndirir. 

Bu 


əsərlərin 

tematikası, 

janr 

xüsusiyyətləri,  obrazları    nəzərdən  keçirilir.  Burada  görkəmli 



ədəbiyyatşünasın başqa bir əsərini-«Azərbaycan ədəbiyyatında 

romantizm»  monoqrafiyasını  xatırlatmaq  lazım  gəlir.  Bu  əsər 

1905-1917-ci  illərdə  Azərbaycan  ədəbiyyatında  romantizm 

ədəbi  cərəyanının  keçdiyi  yolu  işıqlandırır,  Azərbaycan 

ədəbiyyatında  romantizmin  kökləri,  tədqiq  olunan  dövrdə 

məxsusi  cəhətləri,  nəzəri  məsələləri,  tematikası,  janr  və  üslub 

xüsusiyyətləri,  obrazlar  qalareyası  barədə  geniş  təsəvvür 

yaradır. Təbii ki, bu monoqrafiyada H.Cavid  yaradıcılığına da 

xüsusi  diqqət  yetirilir.  M.Cəfər  yazır  ki,  Cavid  bütün 

əsərlərində romantik olmuşdur. 

Romantizm  ədəbi  cərəyanının  özünəməxsus  tematikası 

Cavidin  yaradıcılığında  da  bariz  nəzərə  çarpır.»Şeyx  Sənan» 

dini  təəssübkeşliyə  qarşı  yazılan  bir  əsər  kimi  səciyyələnirsə, 

«Şeyda»da milyonerlər Bakısında mətbəə işçilərinin və yoxsul 

ziyalıların, mühərrirlərin faciəli həyatı təsvir olunur. «Uçurum» 



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə