Azərbaycan mühacirət irsi
6
1923-cü ilin sentyabr ayında İstanbulda “Yeni Qafqasya”
jurnalının nəşrə başlaması ilə Azərbaycan mühacirət mətbuatı-
nın əsası qoyulmuşdur. Sonradan Türkiyənin İstanbul və An-
kara şəhərlərində, Almaniyada, Polşada, Fransada çoxlu sayda
qəzetlər, jurnallar, kitablar nəşr edilərək mühacirət mətbua-
tımızın dəyərli nümunələri olmuşlar. Bu mətbuat orqanlarında
Azərbaycanın mədəniyyət, tarixi, ədəbiyyat, incəsənət və
folkloru ilə bağlı yazılar çap edilmişdir.
Lakin Sovetlər Birliyinin mövcudluğu şəraitində bu qəzet
və jurnalların Azərbaycana gətirilməsi və geniş təbliği qeyri-
mümkün olmuşdur.
Yalnız 1991-ci ildə Sovetlər Birliyi rəsmi olaraq dağıldıq-
dan və Azərbaycan Müstəqillik Aktını qəbul etdikdən sonra di-
gər sahələrdə olduğu kimi, ölkəmizin tarixinə, beynəlxalq əla-
qələr tarixinə yeni baxışlar sistemi formalaşdı. Nəticədə bu isti-
qamətdə yeni araşdırmalar, tədqiqatlar, kitablar ortalığa qo-
yuldu. Məlum oldu ki, Azərbaycan xalqının tarixi bütövlükdə
təhrif edilmiş və yeni araşdırmalara ehtiyac vardır. Çoxlu sa-
hələrdə isə ciddi tədqiqatların aparılması vacibdir.
Belə mövzulardan biri də Azərbaycan mühacirət tarixinin
yaranma səbəbləri, milli istiqlalımız uğrunda mübarizəsi və
əsas fəaliyyət istiqamətləridir. Ümumiyyətlə isə, Azərbaycan
mühacirətinin son 20 ildə araşdırıldığını diqqətə alsaq, bu sa-
hənin aktuallığı bir daha təsdiqlənər.
Qeyd edək ki, zəngin tarixi faktlarla, maraqlı ictimai-siyasi,
ədəbi-bədii materiallarla diqqəti çəkən mühacirət tariximiz də-
rindən araşdırılmamış və az öyrənilmişdir. Azərbaycan mühaci-
rət tarixinin tanınmış xadimləri ilə bağlı tədqiqat
işləri yetərincə
deyildir və həmin şəxsiyyətlər haqqında məlumatlar azdır.
Azərbaycan mühacirət tarixinin, fəaliyyət istiqamətləri cid-
di araşdırılıb ortalığa qoyulmadan XX əsr Azərbaycan tarixini,
Azərbaycan mühacirət irsi
7
xalqımızın apardığı milli istiqlal mübarizəsini geniş tədqiq edib
öyrənmək mümkün deyildir.
Mühacirət irsinin sistemli şəkildə öyrənilməsi, həm də
bütövlükdə uzun illər sovet ideologiyasının təsiri altında
formalaşmış tariximizin qaranlıq məqamlarını aydınlaşdırır.
Xüsusi qeyd olunmalıdır ki, mühacirət tariximiz hər cür
ideoloji təsirdən uzaq olmuş və faktları obyektiv işıqlandırmış,
problemləri doğru olaraq ictimai fikrə çatdırmışdır.
Türkiyənin, Almaniyanın, Polşanın arxivlərində saxlanan
Azərbaycan mühacirət irsi, mətbuat və milli Azərbaycan
nəşriyyatı nümunələri bu sahənin aktuallığı ilə bağlı daha yeni
fikri və tendensiyanı formalaşdırır.
Qeyd edək ki, Azərbaycan mühacirət tarixini formalaşdıran
şəxsiyyətlərimizin fəaliyyəti aşağıdakı işlərin görülməsini
məqsədəuyğun hesab edir.
- uzun illər boyu mövcud olmuş sovet dövləti və Stalin re-
jimi Sovet İttifaqında, eləcə də o ittifaqa daxil olan respublika-
larda sərt terror rejimi yaratmış, nəticədə çoxlu sayda müha-
cirlər Türkiyədə, Polşada və digər Avropa ölkələrində mövcud
rejimə qarşı mübarizə aparmışlar;
- 1920-ci ilin 27 Aprel hadisəsindən – Azərbaycanın bol-
şeviklər tərəfindən işğalından sonra Türkiyəyə getmiş azərbay-
canlı mühacirlər M. Ə. Rəsulzadənin başçılığı altında təş-
kilatlanmış, Milli Mərkəz yaratmışlar;
- Azərbaycan Milli Mərkəzi xalqımızın müstəqillik uğrunda
apardığı mübarizəni müdafiə məqsədi ilə yaradılmış və onun
hazırladığı siyasi proqrama uyğun mühacirət mətbuatımızın
əsası
qoyulmuşdur;
- 1923-cü ilin sentyabrın 26-dan İstanbulda M. Ə. Rəsulza-
dənin təşkilatçılığı ilə nəşrə başlayan “Yeni Qafqaziya” jurnalı
Azərbaycan mühacirət mətbuatının
ilk nümunəsidir;