Azərbaycan paris sülh konfransinda



Yüklə 26,36 Kb.
Pdf görüntüsü
səhifə10/65
tarix18.06.2018
ölçüsü26,36 Kb.
#49679
1   ...   6   7   8   9   10   11   12   13   ...   65

azərbaycanlı  diplomatların yalnız  öz  tarixi  vətənlərinə  deyil,  həm  də  rus  xalqına  və 
ımperiyanın  digər  xalqlarına  münasibətdə  nə  qədər  obyektiv  və  uzaqgörən  mövqe 
tutduqlarını bir daha nümayiş etdirir.
Müstəqil  Azərbaycanın  gələcək  Rusiya  ilə  münasibətləri  “Tələblər”də  öz 
aydın və  konkret həllini tapmışdı:  “Bir ölkə  daxilindəki bir əsrlik həyatın bütün ağrı- 
acıları  üzərində  dayanmadan biz  rus  millətinə  öz  ərazilərində,  öz  yeni  dövlətlərində 
səadət  arzulayırıq.  Azərbaycana  gəldikdə  isə  o,  daha  Rusiyanın  bir  hissəsi  olmaq 
istəmir.  O, yalnız öz Parlamentini və dövlətini tanıyır”.
Məhz  bu  səbəbdən  də  Nümayəndə  heyətinin  Sülh  konfransı  qarşısında 
qaldırdığı əsas tələblərdən biri Azərbaycanın,  eləcə  də  digər Qafqaz respublikalarının 
keçmiş  Rusiya  imperiyasından  ayrılmalarının  rəsmən  tanınması  idi.  Bu  məsələdə 
prinsipial  mövqe  tutan  Azərbaycan  Rusiyanın  gələcək  siyasi  sistemi  ilə  bağlı 
Müəssislər  Məclisinin  işində  iştirakdan,  yaxud  federativ  əsasda  qurulacaq  yeni 
dövlətin tərkibinə qatılmaqdan birmənalı şəkildə imtina edirdi.
Nümayəndə  heyətinin  digər  tələbləri  sırasında  onun  üzvlərinin  Sülh 
konfransının komitə və komissiyalarında iştiraka cəlb olunması, habelə  Azərbaycanın 
Millətlər Liqasına üzvlüyü ilə bağlı idi.  Azərbaycan hökuməti və Parlamenti ilə bağlı 
“Tələblər”də öz əksini tapan lakonik məlumatlar Azərbaycanda sabit yerli idarəçiliyin 
və beynəlxalq əməkdaşlığa hazır qurumların mövcudluğunu bir daha təsdiqləyirdi.
“Qafqaz  Azərbaycanının  Paris  Sülh  konfransından  tələbləri”  yalnız  tarixi 
qaynaq kimi,  diplomatiya tariximizin mühüm fakt və hadisəsi kimi diqqəti cəlb  etmir. 
Bu  kitabda  öz  aktuallığını  itirməyən,  Azərbaycanın  və  Qafqaz  regionunun  indiki 
vəziyyəti  ilə  səsləşən  məqamlar  da  az  deyildir.  Azərbaycan  Cümhuriyyəti 
diplomatlarının  XX  əsrin  əvvəllərində  qaldırdıqları  bir  sıra  vacib  problemlər  XXI 
əsrin  əvvəlində  -  müstəqilliyinə  yenidən  qovuşmuş  Respublika  dönəmində  də  siyasi 
gündəlikdə  dayanmaqda  davam  edir.  Orijinalı  çox  ehtimal  ki,  rus  dilində  qələmə 
alınmış  “Tələblər”i  Azərbaycan  dilinə  tərcümə  ilə  birlikdə  ingilis  və  fransız 
mətnlərini nəşrə hazırlayarkən həm də bu mühüm amil nəzərə alınmışdır.
“Xalqımızın  maddi  qüdrəti  və  mənəvi  keyfıyyətləri,  onun  əxlaqi  sərvətləri, 
zəhmətə  olan  məhəbbəti,  qayda-qanunlara  və  dövlətçilik  prinsiplərinə  hörməti 
Azərbaycanın  azad  Respublika  şəklində  bundan  sonrakı  müstəqil  mövcudluğuna  ən 
yaxşı  təminatdır”-  Paris  Sülh  konfransındakı  Azərbaycan  Nümayəndə  heyəti  öz 
“Tələblər”inə bu sözlərlə yekun vururdu.
Azərbaycan xalqının sovet imperiyasının süqutunda mühüm rol oynaması və 
bütün  çətinliklərə  baxmayaraq  öz  müstəqil  milli  dövlətini  qurması  əsası  hələ 
Azərbaycan  Cümhuriyyətinin qısa müddətli  hakimiyyəti  dövründə  qoyulmuş  mühüm 
mənəvi-siyasi prinsiplərin yaşarılığı nəticəsində mümkün olmuşdur.
Vilayət Quliyev


QAFQAZ AZƏRBAYCANI CÜMHURİYYƏTİ 
SÜLH HEYƏTİNİN PARİS  SÜLH KONFRANSINDAN  TƏLƏBLƏRİ
(Paris, 1919)
AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN SƏRHƏDLƏRİ
1.  Şimal sərhəddi
Azərbaycanın  şimal  sərhədləri  Solak  çayının  Qara  dənizə  töküldüyü 
nöqtədən (Gürcüstan sərhəddindən) başlanır.  Sərhəd xətti çay boyunca Acar dağlarına 
qədər uzanır.
Bu dağların zirvəsi  ilə  irəliləyən sərhəd xətti Kino  (8522 fut yüksəkliyində), 
Taşnaur  (8735  fut),  Qotimeriya  (8769  fut)  zirvələrinə,  Zekar  keçidinə,  Naqueva 
dağlarına və  Sağalotlobaçi zirvəsinə çatır.
Buradan  sərhəd  xətti  cənub-şərqə  yönəlir,  Kürün  qolu  olan  Keyda-su 
boyunca  gedir.  Çayı  keçdikdən  sonra  o,  Tusselbaya  tərəf,  Çitis-Kibey  (8554  fut) 
zirvəsinə  doğru  irəliləyir,  Kür  çayının  qollara  ayrıldığı  istiqamətdə  uzanır,  sonra 
Axaşen  kəndinin  yanında  Kürün  axını  istiqamətində  cənuba  dönür,  daha  sonra  Kür 
boyunca üzüaşağı, Kurtanakev kəndinə qədər düz cənuba gedir.
Sonra  sərhəd  xətti  keçmiş  Rusiya  imperiyasının  inzibati  bölgüləri  əsasında 
mövcud  olan  sinirlər  boyunca  şərqə  dönür  (Axalkələk  vilayəti,  Qars  ərazisi, 
Aleksandropol  (Gümrü)  vilayəti,  İrəvan  quberniyası.)  və  Çəri  dağın  (9152  fut),  Üç 
təpənin (9783  fut),  Örtülü dağın (8030 fut),  Öküz dağın (8018  fut),  Akçalanın (10500 
fut) zirvələrindəni keçir.
Bu nöqtədən  sərhəd xətti  Axalkələk və  Borçalı vilayətləri arasındakı keçmiş 
inzibati  sərhəd boyunca cənuba gedir,  sonra Yemlikli  (10017 fut),  Ağrıkar (9765  fut) 
dağ zirvələrindən, Pavakaran dağ silsiləsindən keçir və Dəlidağın (8624 fut)  zirvəsinə 
qədər gəlib çatır.
Bu nöqtədən sərhəd xətti şərqə istiqamət götürür, İnardağın (6636 fut), Bulaq 
dağın (6317 fut) zirvələrindən keçir və Aleksanderhiff kəndinə qədər uzanır.
Bu  kəndin  arxasından  sərhəd  xətti  Xramçayın  boyunca  şimal-şərq 
istiqamətində Arixli kəndinə və Böyük Tkiatam təpəsinə tərəf yönəlir, Aleksandropol- 
Tiflis  dəmir yolu xəttinə  paralel  olaraq üç verst qərb  istiqamətinə  irəliləyir,  Naftuluq 
dəmir  yolu  stansiyasının  6  kilometrliyində  Yelizavetpol-Tiflis  dəmir  yol  xəttini  bir 
qədər keçir.
Buradan  sərhəd  xətti  yenidən  şərqə  tərəf dönür,  Qara  dərə,  Sarıyer,  Karvan 
təpə,  Naomeri  (3185  fut)  dağ zirvələrindən,  Muğanlı və Tullar kəndlərindən,  Ləmbəli 
(2537  fut)  zirvəsindən,  Katari  aşırımından,  Milatis,  nəhayət,  Bilenta  (3052  fut)  və 
Nikoratcixa  (3290)  zirvələrindən  keçir.  Sonra yenidən  şimal  səmtinə  dönərək  Qara- 
Ağac  kəndini  keçdikdən  sonra  Taran-Qobu  çaylarının  qovuşduğu  yerə  çatır.  Sərhəd


Yüklə 26,36 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə