Azərbaycan paris sülh konfransinda



Yüklə 26,36 Kb.
Pdf görüntüsü
səhifə18/65
tarix18.06.2018
ölçüsü26,36 Kb.
#49679
1   ...   14   15   16   17   18   19   20   21   ...   65

təşkilatlanma  baxımından  son  dərəcə  xüsusi  diqqət  tələb  edən  bir  məsələ  olduğunu 
nəzərə alaraq Dağıstanın iradəsinə hörmət etməyi özünə borc bilir.
Beləliklə,  gündəliyə  çıxarıla bilən bütün  ərazi  və  sərhəd  məsələləri,  habelə 
Dağıstanın  siyasi  taleyi  ilə  bağlı  problemlər  Şimali  Qafqaz  Respublikası  ilə  ümumi 
razılıq nəticəsində həll edilə bilər.
Cümhuriyyətin Batum və Qars əyalətləri
Adlan  çəkilən  qəza və  əyalətlərdən başqa,  Azərbaycan  Cümhuriyyəti  Tiflis 
quberniyasındakı  Axalsıx  qəzasını,  Batum,  xüsusən  də  Qars  əyalətlərini  öz  ərazisinə 
daxil  etməyə  haqqı  olduğuna  inanır.  Bu  ərazilərin,  xüsusən  də  Qars  ətrafındakı 
bölgələrin  sakinləri  azərbaycanlılarla  eyni  etnik  qrupa  daxildirlər,  onların  dini,  adət - 
ənənələri,  vərdişləri,  yaşayış  tərzləri  və  məişətləri  Azərbaycanın  qalan  hissələri  ilə 
tam  eyniyyət  təşkil  edir.  Bütün  bunlardan  sonra  həmin  ərazidə  yaşayan 
müsəlmanların  dəfələrlə  Azərbaycan  hökumətinə  Qars  ətrafının  Cümhuriyyətin 
tərkibinə  qatılması  təklifi  ilə  təkidli  müraciətlərini  başa  düşmək  asandır.  Türk hərbi 
qüvvələri  ölkəni  tərk  etdikdən,  həmin  bölgələrin  yerli  hökumət  və  parlamentləri 
müttəfiq qoşunlar komandanının nümayəndələri tərəfindən buraxıldıqdan,  ərazi qonşu 
respublikalar - Ermənistan (Qars) və  Gürcüstan (Ərdəhan)  arasında bölüşdürüldükdən 
sonra  yerli  müsəlman  əhali  tərəfindən  edilən  bu  tipli  müraciətlər  xüsusilə 
güclənmişdir.
Bu bölgünü  özbaşınalıq  sayan  Azərbaycan  hökuməti  yerli  əhalinin  milli  və 
dini hisslərini tapdalayan həmin ədalətsizliyə  qarşı qətiyyətlə  etiraz edir və bildirir ki, 
adları  çəkilən  ərazilərin  əhalisi  qonşu  respublikaların  hakimiyyətini  tanımaqdan 
birmənalı  şəkildə  imtina  etmişdir.  Yuxarıda  da  qeyd  olunduğu  kimi,  həmin 
əyalətlərinin  əhalisi  ərazinin  Azərbaycan  Cümhuriyyətinin  tərkibinə  qatılmasını 
israrla xahiş etmişlər.
Bu faktlar bizim Respublikanı belə bir bəyanatla çıxış  etməyə  vadar edir ki, 
Batum  və  Qars  əyalətlərinin,  habelə  Axalsıx  qəzasının  əhalisi  öz  gələcək 
müqəddəratlarını  istədikləri  şəkildə  müəyyənləşdirməlidirlər.  Bizim  nöqteyi - 
nəzərimizə  gəldikdə  isə  həmin  ərazidə  yeni  bir  müstəqil  Cümhuriyyətin yaradılması 
məsələnin  ən  yaxşı  həlli  olar,  regionun  maraq  və  mənafeləri  ilə  bağlı  problemləri 
yoluna qoyardı.
İstərdik ki,  məsələnin müsbət həllini tapmayacağı təqdirdə  Azərbaycanın öz 
tələblərini dənizə çıxışı olan dövlətlərə daha təkidlə çatdırmağa xüsusi hüququ olduğu 
təsbit  edilsin.  Biz  bu  barədə  “Azərbaycanın  iqtisadi  və  maliyyə  vəziyyəti”  adlı 
əlavədə bəhs edəcəyik.
Yerli  əhalisinin  istəklərinin  müdafiəçisi  olan  Azərbaycan  Cümhuriyyəti  öz 
qonşusuna  -  Gürcüstan  Respublikasına  dostluq  duyğularını  bildirməklə  iki  dövlət 
arasındakı  sərhəd  və  ərazi  məsələsinin  referendum  yolu  ilə  müzakirəsi  və  həlli 
təklifini irəli sürmək istərdi.


AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN ƏRAZİSİ VƏ ƏHALİSİNİN SAYI
Ərazinin sahəsi
Təqdim  olunmuş  memoranduma  əlavədə  ərazinin  sahəsi,  Cümhuriyyətin 
sərhədləri və əhalisi haqqında dəqiq statistik məlumatlar verilmişdir.
Mcmoranduma əlavə olunmuş xəritədən də göründüyü kimi, indi Respublika 
hökumətinin  tabeliyində  olan  ərazi  şərqdə  Xəzər  dənizi,  şimalda  Dağıstan,  Şimali 
Qafqaz və Gürcüstan, qərbdə Gürcüstan və Ermənistan, cənubda İranla həmsərhəddir.
Azərbaycan Cümhuriyyəti hökumətinin həqiqi hakimiyyəti altında olan ərazi 
83.278.66  kv.  verst*,  yaxud  94.137.38  kv.  km-dir.  Bu bütün  Transqafqazın  217.408 
kv. verst, yaxud 247.376,15 kv.km.  olan ümumi ərazisinin 39 faizini təşkil edir.
Əgər  biz  hələlik  Azərbaycanın  hakimiyyətinin  yayılmadığı  əraziləri  də 
buraya  əlavə  etsək,  onda  cümhuriyyətin  ümumi  ərazisi  132.003.25  kv.  verst,  yaxud 
150.184.88 kv.km.  olar ki, bu da bütün Transqafqazın 60 faizini təşkil edir.
Əhali
Azərbaycan  Cümhuriyyəti  əhalisinin  sayı  yuxarıda  göstərilən  ərazilərə 
müvafiqdir.  Əhalinin  sayı  haqqındakı  məlumatlar  Rusiyanın  rəsmi  statistikasından 
götürülmüşdür.  Bu  məlumatlar  bir  qayda  olaraq  qeyri -dəqiqliyi  ilə  seçilir  və 
bütünlükdə çox əvvəllər çap olunmuşdur.
Rusiyada  əhalinin  axırıncı  siyahıya  alınması  1897-ci  ildə  keçirilmişdir. 
Təəssüf  ki,  biz  həmin  siyahıyaalmanın  nəticələrindən  istifadə  etməli  oluruq,  lakin 
daha dəqiq nəticələr əldə  etmək üçim aradan keçən iyirmi il müddətində  Azərbaycan 
əhalisinin  sayını  25%  artırırıq.  Əgər  bütün  Transqafqaz  ərazisində  hər  iki  cinsdən 
ibarət  olan  əhalinin  sayını  götürsək,  burada  8.081.668  nəfərin  yaşadığını  görərik. 
Onların yarıdan çoxu Azərbaycanın payına düşür ki, bu da əhalimizin ümumi  sayının 
4.617.671 nəfərə çatdığını göstərir.
Həmin  əhalinin  3.481.889  nəfəri  azərbaycanlı  -  müsəlman,  795,312  nəfəri 
erməni,  26,585  nəfəri  gürcü,  310.885  nəfəri  başqa  millətlərin  (ruslar,  almanlar, 
yəhudilər  və  b.)  nümayəndələridir.  Təfərrüatlı  izahlarla  müşayiət  olunan  statistik 
cədvəllər  və  xəritələr  Transqafqazın,  xüsusən  də  Azərbaycanın  əhalisinin  etnik 
baxımdan  yerləşməsi  və  sayı  haqqında  aydın  təsəvvür  yaradacaqdır.  Lakin  bu 
cədvəllərdə  Rusiyanın rəsmi  statistikası  üçün  səciyyəvi  olan bir  sıra  qüsurlar  da yox 
deyildir.
*
1  verst  1067 m etrə bərabərdir.


AZƏRBAYCANIN TƏBİİ SƏRVƏTLƏRİ
Azərbaycanın ərazisi təbii  sərvətlərlə  o dərəcədə  zəngindir ki,  əmin -amanlıq 
şəraitində  gənc  Respublika  dövləti  yaşatmağa  və  əhalisini  öz  məhsulları  ilə  tam 
şəkildə təmin etməyə qadirdir.
Neft
Dövlətin illik gəlirini təşkil  edən  sahələr içərisində  Bakının neft istehsalı  ilk 
yeri tutur.  Azərbaycan paytaxtı öz nefti ilə bütün dünyada şöhrət qazanmışdır.
Bizim neftli  torpaqlarımızın ümumi  sahəsi  1500  desyatindən  çoxdur.  İndiki 
neft  sənayesi  mövcud mədənlərin istismarı nəticəsində hər il  550  milyon puddan 600 
milyon puda qədər neft verir.  Bu  da Pensilvaniya və  Limada  çıxarılan neftin ümumi 
miqdarından 50 faizi çoxdur.
Bu neftin mühüm bir hissəsi  Azərbaycan dövlətinə  mənsub  olan ərazilərdən 
hasil  edilir.  Bakı  regionundan başqa  neftli  torpaqlar  Şamaxı,  Cavad bölgələrində  də 
mövcuddur.  Burada  neft  istismarı  müəyyən  çətinliklərlə  bağlı  olduğundan  həmin 
ərazilər hələlik  dövlət  ehtiyatı  kimi  saxlanılmaqdadır.  İstehsal  olunan neftin  76  faizi 
dövlət  torpaqlarından  çıxarılır.  Bakının  yüzdən  çox  zavodunda  230  milyon  puddan 
çox neft emal olunurdu.  Həmin məhsulun 70 milyon pudu Mərkəzi Rusiyaya,  qalanı  - 
160  milyon  pudu  isə  Avropaya  ixrac  edilirdi.  Avropaya  ixrac  olunan  bütün  neft 
məhsullarının üçdə bir hissəsi Bakının payına düşür.
Əgər  biz  bura  neftdən  alınan  və  əsas  ixrac  məhsullarını  təşkil  edən  yüz 
milyon  pudlarla  məhsulları,  habelə  on  milyonlarla  pud  alışqan  mayeləri  (benzin, 
benzolin,  ağır  neft,  sürtkü  yağları)  əlavə  etsək,  bu  sahənin  dövlət  büdcəsi  üçün  nə 
qədər  vacib  və  əhəmiyyətli  olduğu  aydınlaşar.  Azərbaycan  hökuməti  tərəfindən 
neftdən alınan qeyri-müstəqim vergi  1919-cu ilin büdcəsində  125  milyon manat təşkil 
etmişdir.
Pambıq
Ölkə  büdcəsindəki  ikinci  gəlir  sahəsi  Muğanda və  başqa bölgələrdə  yayılan 
və ümumi sahəsi  130.000 desyatinə çatan pambıq plantasiyalarıdır.  Bu sahələrdən hər 
il 5 milyon puddan çox xam pambıq məhsulu toplanır.
Ipəkçilik


Yüklə 26,36 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə