Azərbaycan paris sülh konfransinda



Yüklə 26,36 Kb.
Pdf görüntüsü
səhifə16/65
tarix18.06.2018
ölçüsü26,36 Kb.
#49679
1   ...   12   13   14   15   16   17   18   19   ...   65

Azərbaycan  şəhəri  Şamaxıya od vurulub yandırılması  aydın göstərir ki,  bütün bunlar 
yalnız erməni fitnəkarlann işi idi. Burada bolşevik barmağı yox idi.

da  həqiqətdir  ki,  əsl  bolşeviklər  ermənilərin  arxasında  gizlənmirdilər, 
əksinə,  onlar  müsəlmanlara  nifrətlərini  bütün  qüvvəsi  ilə  üzə  çıxaran  erməni 
“bolşeviklərmin” qəddarlıqlanna qarşı etiraz səslərini ucaldırdılar.
Bakı  komissarları  sovetinin  sədri  olan  erməni  Şaumyanın  rəhbərliyi  altında 
bolşevik təşkilatlan millətçi-şovinist  daşnakların hesabına  daha  da qüvvətləndirilirdi. 
Bu  sonuncular  isə  artıq  bolşevizm  adı  altında  azərbaycanlılarla  öz  milli  haqq- 
hesablarını çürütməyə başladılar.
İstisnasız  olaraq yalnız  müsəlmanlara münasibətdə  özünü  göstərən nifrət və 
qəddarlıq əhalinin qeyri-müsəlman təbəqələri və həqiqi bolşeviklər tərəfindən ədalətli 
tənqid  və  sərt  etirazlarla  qarşılanırdı.  Misal  üçün,  Bakı  təyyarəçilik  məktəbinin 
başdan-başa  ruslardan  ibarət  olan  şəxsi  heyəti  erməni  bolşeviklərin  əməlləri 
qarşısında keçirdikləri dəhşət hissini gizlətməmişdilər.
Keçmiş  Rusiya  ordusunun tərkibinə  daxil  olan  Türküstan piyada  alayı  daha 
çox  dəhşətə  gəlmişdi.  Mart  hadisələri  zamanı  bu  alayın  Bakıda  yerləşən  əsgər  və 
zabitləri  bir  polkovnikin  rəhbərliyi  altında yerli  müsəlmanlara  qarşı  çevrilmiş  bütün 
millətçi  xarakterli  təcavüzkarlıq  hərəkətlərinin  dərhal  dayandırılmasını  tələb 
etmişdilər.  Onlar bu  müraciətə  əməl  edilməyəcəyi  təqdirdə  silahlarını  cinayətkarlara 
qarşı  çevirəcəklərini  bildirmişdilər.  “Bolşevik”  erməni  təşkilatları  adı  çəkilən  alayı 
şəhərdən  çıxarmağa  tələsmiş  və  onları  dərhal  gəmiyə  dolduraraq  öz  vətənlərinə 
göndərmək üçün tədbirlər görülmüşdü.
Bir  çox  digər  ictimai-siyasi  qurumlar  kimi  bütün  bolşevik  mətbuatı  da 
ermənilərin  əlində  cəmləşmişdi.  “Bakı  fəhləsi”,  “Bakı  fəhlə,  əsgər  və  matros 
deputatları  sovetinin  xəbərləri”  bu  sıraya  daxildir.  Bütün bunların  nəticəsində  yalnız 
orta təbəqənin nümayəndələri  deyil,  müsəlman  ziyalıları  da  hər  gün təqiblərə  məruz 
qalırdılar və onlara qarşı əksinqilabi partiyalara mənsubluqları ilə bağlı ittihamlar irəli 
sürülürdü.  Onların  əmlakları  müsadirə  edilirdi,  müsəlman  əhali  bütün  mümkün 
yollarla qarət olunurdular.  Bunun nəticəsində bir çox azərbaycanlılar  Bakını və  onun 
neft  mədənlərini  tərk  edib  getdilər  Erməni  millətçilərinin  (bolşeviklərin) 
qəddarlıqlarından və dəhşətli əməllərindən xilas olmağın başqa yolu yox idi.
Heç  şübhəsiz,  azərbaycanlıları  -  Bakının  həqiqi  sahiblərini  doğma 
şəhərlərindən  didərgin  salmaq,  onun  bütün  təbii  sərvətlərini  ələ  keçirmək  və  bu 
yerlərdə ağalıq etmək ideyası ermənilənn millətçi planlannın bir hissəsi idi.
Bütün sərsəmliyinə baxmayaraq həqiqətən də belə bir plan mövcud olmuş və 
onun həyata keçirilməsi istiqamətində fəaliyyət göstərilmişdir.
Müsəlmanlara  qarşı  vəhşiliklər  törədilməsində  Erməni  Milli  Şurası  (Bakı 
bölməsi) tərəfindən idarə olunan erməni hərbi birləşmələri də iştirak etmişdilər.
Bu  qoşunlara bədnam  ad  çıxarmış  Amazasp,  Stepan  Lalayan və  b.  başçılıq 
edirdilər.  Onlar  şəraitin  tələblərindən  yararlanaraq  özlərini  Qırmızı  Orduya  məxsus 
bolşeviklər kimi qələmə verirdilər.


Lakin  bununla  belə,  erməni  alayları  da  daxil  olmaqla  bütün  milli  hərbi 
birləşmələrin  Qırmızı  Ordunun  sıralarma  daxil  edilməsi,  habelə  onlarm  hamısmın 
Bakmı və  ətraf rayonları tərk etməsi əmri veriləndə  erməni əsgərləri artıq torpağın öz 
ayaqları  altından  qaçmaqda  olduğunu başa  düşərək  həyəcanlandılar.  Həmin vaxtdan 
etibarən biz  ermənilər arasındada Bakının həqiqi bolşeviklərinə  necə  vəhşi bir  nifrət 
bəsləndiyini  görürük.  Həmin  bolşeviklər  tezliklə  Bakıda  bütün  hakimiyyəti  zorakı 
yolla  ələ  keçirən  ermənilər  tərəfindən  devrildilər.  Azərbaycan  ordusu  Bakını  azad 
edənə qədər bu vəziyyət davam etdi.


BOLŞEVİKLƏRİN AZƏRBAY CANDAKI QURBANLARI
BOLŞLVİKLƏR ZORLA HAKİMİYYƏTİ ƏLƏ KEÇİRİRLƏR
Qanlı fitnəkarlıqlarm davamı
12.000-dən  çox  müsəlman  martın  18-21-də  ermənilərin  törətdiyi  qanlı 
cinayətlərin  qurbanı  olmuşdu.  Yanğın  nəticəsində  xalqın  mənəvi  həyatında  mühüm 
yer  tutan  bir  sıra  siyasi  və  zehni  mərkəzlər  yer  üzündən  silinmiş  və  dağıdılmışdı. 
Bunların sırasında Xalq evini,  Müsəlman Xeyriyyə  Cəmiyyətinin (tarixi “İsmailiyyə” 
sarayı  nəzərdə  tutulur-tərc.)  binasını,  siyasi  partiyaların  iqamətgahlarını,  müsəlman 
qəzetləri  redaksiyalarını  (rusca çıxan  “Kaspi”nin,  azərbaycanca  çıxan  “Açıq  söz”ün) 
göstərmək olar.  Məşhur müsəlman siyasi xadimləri həbs edilir və zindana atılırdı.
Lakin  ən  dəhşətli  nəticə  Bakıda  və  onun  ətraf  rayonlarında  bolşevik 
hakimiyyətinin güclənməsi idi.
Bolşevikləvin hakimiyyəti altında
Bolşevik  hakimiyyəti  sivilizasiyanın  bütün  mövcud  təzahürlərini  məhv 
etməyə  başladı.  Biri-birinin  ardınca  yeraltı  sərvətlərin,  daşınmaz  əmlakın, 
malikanələrin, bağların, əkin yerlərinin və s.  ictimailəşdirildiyi elan olunurdu.
Bakı  banklarında  olan  nəqd vəsaitlərin  hamısı  və  bütün  cari  hesablar  sovet 
respublikasının mülkiyyəti elan edildi.
Bütün  əmlakın,  yaşayış  evlərinin,  atların,  iri  buynuzlu  heyvanların, 
maşınların  müsadirəsi  ilə  kifayətlənməyən  bolşeviklər  daha  uzağa  getdilər  -  onlar 
əslində adamları müsadirə etməyə başladılar - əhalinin bir hissəsi zorla ordu sıralarına 
cəlb  olundu,  qalanlarını  isə  sovet  respublikasının  xeyrinə  icbari  əməyə  cəlb  etdilər. 
Sözün  qısası,  kommunist  prinsipləri  özünün  bütün  amansızlığı  və  ən  şiddətli  cəza 
üsulları  ilə  əhaliyə  tətbiq  edildi.  Bu  prinsiplərə  uyğunlaşmaq  müsəlmanlar  üçün 
xüsusilə  çətin və  ağrılı  proses  idi,  çünki  Şəriətin  qanunlarına  görə  onlar başqalarının 
hüquqlarına  hörmət  etməli,  əmlakına  toxunmamalı  idilər.  Müsəlman  əhalini  zorla 
yaramaz  bolşevik  prinsiplərinə  boyun  əyməyə,  dəhşətli  əzab-əziyyətə  qatlaşıb 
dilənçiliyə və ehtiyaca tablaşmağa məcbur edirdilər.
Orta  təbəqə  və  ziyalılar  bu  fəlakətlərə  qatlaşanlar  sırasında  tək  deyildilər. 
Mənafeləri  guya  bolşeviklər  tərəfindən  müdafiə  olunan  fəhlə  sinfi  də  eyni  əzab- 
əziyyət  çəkirdi.  Ərzaq  bölüşdürülməsi  məsələsi  meydana  çıxanda  bolşeviklər 
“özlərininki”  ilə  azərbaycanlı  fəhlələr  arasında  ayrıseçkilik  qoyurdular.  İkincilər  bir 
qayda olaraq ya “burjuaziyanın” əlaltıları, ya da əksinqilabçılar hesab olunurdu.


Yüklə 26,36 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə