Azərbaycan paris sülh konfransinda



Yüklə 26,36 Kb.
Pdf görüntüsü
səhifə15/65
tarix18.06.2018
ölçüsü26,36 Kb.
#49679
1   ...   11   12   13   14   15   16   17   18   ...   65

İstanbulda bir araya gələn Azərbaycan nümayəndələrinin  1918-ci  il  sentyabrın  12-də 
Avropa  səfirliklərinə  göndərdikləri  qəti  etirazı  başa  düşmək  çətin  deyil.  Bu  etiraz
1918-ci  il  sentyabrın  9-da  Almaniya  ilə  bolşeviklər  arasındada  imzalanmış  Brest- 
Litovsk  müqaviləsinə  əlavə  maddələrdən  irəli  gəlirdi.  Müqavilənin  üçüncü 
maddəsində deyilirdi:
“Rusiya  hökuməti  Bakı  neft  mədənlərinin  fəaliyyətini  intensivləşdirmək  və 
oldə  olunan  məhsulun  dörddə  bir  hissəsinin  Almaniyaya  göndərməklə  bağlı  öz 
üzərinə təhəddüd götürür”.
Bu  akt  hüquqi  nöqteyi-nəzərindən  çox  əsassız,  qeyri-qanuni  idi,  heç  bir 
siyasi və  əxlaqi bünövrəyə  söykənmirdi və  təbii  ki,  Br est-Litovsk  müqaviləsinin özü 
kimi  onun  olavə  maddələrı  də  ləğv  olunmalıdır.  İstənilən  halda bu  ədalətsiz  akt  heç 
bir  vaxt,  heç  bir  vəchlə  Azərbaycan  dövləti  tərəfindən  qəbul  edilməyəcək.  Neft 
istehsalının yerli tələbatı üstələməsinə və Azərbaycan dövlətinin həmin artıq məhsulu 
hazırkı dövrdə yanacağa ciddi ehtiyac  duyan ölkələrə  müvafiq müqavilələr bağlamaq 
yolu ilə  satmağı öz üzərinə götürməsinə baxmayaraq Respublika Bakı mədənlərindəki 
neftin açıq müdaxilə yolu ilə  istismar olunmasına heç vəchlə yol verə bilməz.  Xarici 
istismar Respublika üçün intihar demək olardı.


AZƏRBAY CANIN BOLŞEVİKLƏRƏ 
QARŞI MÜBARİZƏSİ, BOLŞEVİK VƏ ERMƏNİ HÜCUMLARI
Bolşeviklərə qarşı mübarizə
Bakının 
Azərbaycan 
üçün 
əhəmiyyətini 
əsaslandırdıqdan 
sonra 
Cümhuriyyətin  bu  şəhəri  bolşeviklərdən  xilas  etmək  üçün  əl  atdığı  ciddi  və 
təxirasalınmaz tədbirlərə keçək.
Bakıda  meydana  çıxan bolşevik  hərəkatı  Rusiya bolşevizminin bir  qolu  idi. 
Bakıda  bolşeviklər  öz  sıralarında  əsas  etibarı  ilə  rus  fəhlələrini,  qulluqçularını, 
əsgərləri  və  dənizçiləri  birləşdirirdi.  Lakin  ruslardan  təşkil  olunmuş  bütün  bu 
qüvvələrə gürcülər və ermənilər rəhbərlik edirdi.
Oktyabr hərəkatına qədər bu hərəkatın elə bir təsir gücü yox idi,  ancaq Lenin 
və  silahdaşları  Rusiya paytaxtının  ağası  olduqdan  sonra Bakı bolşevikləri  də  onların 
timsalında özlərinə arxa tapdılar.  Onlar hammı, xüsusən də ordudan qayıtmış əsgərləri 
öz  sıralarına  cəlb  etməyə  çalışırdılar.  Bu,  rus  ordusunda  tam  nizamsızlıq  və 
anarxiyanın  başladığı  dövrə  təsadüf  edir.  Tiflis  və  Bakının  bolşevik  təşkilatları 
Qafqaz  və  İran  cəbhəsindən  tərxis  olunan  əsgər  kütlələrindən  öz  sıralarını  artırmaq 
üçün hər vasitə ilə istifadə cdirdilər.
Onlar silahları ələ keçirir, yerli sakinləri  soyub-talayır,  gücləri çatan hər şeyi 
daşıyıb  aparırdılar.  Beləliklə,  qısa  müddət  ərzində  Bakı  bolşevikləri  çoxlu  silah, 
patron,  pulemyot,  zirehli  maşın,  minik  maşını,  təyyarə,  hərbi  gəmi  ələ  keçirdilər.  O 
zamanlar Rusiyada olduğu kimi,  Transqafqazda da tam özbaşınalıq və anarxiya hökm 
sürürdü.  Cəbhədən  dönən  əsgərlər  heç  bir  hakimiyyət  tanımır,  yalnız  bolşevik 
təbliğatı üçün işləyirdilər.  Bir  çox bölgələrdə yerli  əhali  ilə  əsgərlər arasındada qanlı 
toqquşmalar  olmuşdu.  Dəmiryolları  fəaliyyətsiz  dayanmışdı.  Ərzaq  qıtlığı  günü- 
gündən daha kəskin şəkildə hiss olunmağa başlayırdı.
Kiçik bir qrup təşkil edən müsəlman əsgərlər bir neçə  düjin tüfəngi Bakıdan 
Lənkərana aparmaq  istədikdə  bolşeviklər həmin  silahları  onların əlindən  almaq  əmri 
verdilər.  Müsəlmanlar  bu  əmrə  tabe  olmadıqda  bolşeviklər  tüfəng  atəşləri  ilə 
kifayətlənməyib  onları  pulemyot  atəşinə  tutdular.  Hər  iki  tərəfdən  ölənlər  və 
yaralananlar oldu.
Bu  hadisədən  sonra  müsəlmanlar  bolşeviklərin  necə  dəhşətli  bir  düşmən 
olduğunu  daha  aydın  başa  düşdülər.  Onlar  həyəcanlanmağa  və  narahat  olmağa 
başladılar.  Təzəpir məscidinin həyətində  keçirilən mitinqin qətnaməsində bolşeviklər 
tərəfindən  zorla  müsadirə  edilən  silahların  geri  qaytarılması  onlardan  tələb  olundu. 
Bolşeviklər  silahları  qaytaracaqlarına  söz  versələr  də,  artıq  bütün  şəhərin  ayağa 
qalxdığını  hiss  edirdilər.  Ona  görə  də  1918-ci  il  martın  17-də  (rəqəmlər  köhnə 
təqvimlə  göstərilmişdir,  yeni  təqvimlə  martın  29-da  -  tərc.)  axşama  yaxın  hər  iki


tərəfdən  atəş  başlandı.  Ertəsi  gün  (martın  18-də)  səhər  tezdən  hərbçilərin  topları  öz 
lülələrini  şəhərin müsəlman məhəlləsinə  tərəf tuşladı.  Onlar hətta məscidlərə  də  fərq 
qoymurdular.  Bakıda  dəhşətli  vətəndaş  müharibəsi  başlanmışdı.  Həmin  müharibə 
dörd  gün  (18-22  mart)  davam  etdi.  Bütün  bu  günlər  ərzində  şəhərin  müsəlman 
əhalisini bombardman edir, güllələyir,  diri-diri yandırırdılar.
Ermənilər və bolşeviklər
Müsəlmanlar  üçün  məşum  nəticələri  olan  bu  qanlı  hadisələrin  baş 
verməsində  hər  yerdə  olduğu  kimi  Bakıda  da  öz  millətçi  partiyalarının 
(Daşnaksütyun) ətrafında birləşmiş ermənilər fəal iştirak edirdilər.
Daşnaksütyunun və  digər erməni  siyasi partiyalarının nümayəndələri  erməni 
Milli  Şurası  yaradaraq 
18-21  mart  hadisələrindən  az  əvvəl  Transqafqaz 
müsəlmanlarının  Mərkəzi  Komitəsinin  nümayəndələri  ilə  danışıqlar  aparmağa 
başladılar.  Danışıqların  məqsədi  iki  qonşu  millət  arasındada  siyasi  və  milli 
münasibətləri  nizama  salmaq  kimi  qələmə  verilirdi.  Lakin  sözdə  bu  cür  vədlər 
verilməsinə  baxmayaraq,  nəinki  Daşnaksütyun,  hətta  mühafizəkar  Milli  Demokratik 
Partiya  da  bolşeviklərin  cərgələrinə  daxil  olmuşdular.  Daşnaklar  bu  partiya  ilə  sıx 
əməkdaşlıq  edir,  hətta  ehtimal  ki,  onlara  yol  göstərirdilər.  Təxminən  7000  nəfər 
erməni  əsgər  Qərb  cəbhəsindən  qayıtdıqdan  sonra  Transqafqaz  dəmir  yolunun 
işləməməsi adı altında Bakıda saxlanılmışdı.
Sonralar  sübuta  yetirildiyi  kimi,  həmin  erməni  əsgərlər  Bakıdakı  qanlı 
vətəndaş  müharibəsində  fəal  iştirak  etmişdilər.  Bolşeviklərin  hakimiyyəti  ələ 
keçirmək  üçün  qızışdırdıqları  bu vətəndaş  müharibəsindən Bakıdakı  erməni  liderləri 
yerli azərbaycanlı əhaliyə amansızcasma divan tutmaq üçün yararlanmışdılar.
Bu  qanlı  cinayətlərə  səbəb  nə  idi?  Bolşeviklərin  hakimiyyəti  bölüşdürmək 
planları,  yoxsa  milli  intiqam  hissi,  məlumat  dövriyyəsinin  dayanması  nəticəsində 
meydana çıxan nifaq duyğuları, yoxsa ərzaq məhsullarının qəhətə çəkilməsi? Həqiqət 
budur  ki,  ermənilər  bolşeviklərin  himayəsi  altında  müsəlmanların  üzərinə  kütləvi 
hücuma  keçdilər  və  həmin  dəhşətli  günlərdə  12000-dən  çox  azərbaycanlı  qətlə 
yetirildi.  Öldürülənlərin  çoxu  qocalar,  qadınlar  və  uşaqlar  idi.  Yəqin  ki,  gələcək 
tarixçilər  bu  hadisələrin  üzərindən  sükutla  ötüb  keçməyəcəklər.  İndiki  şəraitdə  isə 
ümidvar  olduğumuzu  bildiririk  ki,  digər  regionlarda  yaşayan  ermənilər  öz 
soydaşlarının törətdikləri qanlı cinayətlərə haqq qazandırmamalıdırlar.
Ermənilərin təcavüzkar hərəkətləri
Ermənilərin  müsəlman  əhaliyə  qarşı  ən  təcavüzkar  hərəkətləri  Şamaxı 
bölgəsində  baş  vermişdir.  Müsəlmanların  kütləvi  surətdə  məhv  edilməsi,  onların 
bələkdəki  körpələrə  qədər  güllələnməsi,  yüzlərlə  azərbaycanlı  kəndinə  və  qədim


Yüklə 26,36 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə