Azərbaycan paris sülh konfransinda



Yüklə 26,36 Kb.
Pdf görüntüsü
səhifə12/65
tarix18.06.2018
ölçüsü26,36 Kb.
#49679
1   ...   8   9   10   11   12   13   14   15   ...   65

məcbur olurdular.  Lakin bu da həmin müstəqil xanlıqların tez-tez İranın özü,  eləcə  də 
Türkiyə,  Gürcüstan və  nəhayət  Rusiya  ilə  müharibələrə  cəlb  olunmalarının  qarşısını 
ala  bilmirdi.  Bu  müharibələrin  çoxu  müdafiə  xarakteri  daşıyırdı  və  aydındır  ki, 
xanlıqlar  müstəqilliklərini  qoruyub  saxlamaq  uğrunda vuruşurdular.  Təhlükə  Rusiya 
tərəfindən  gələndə  mübarizə  daha  kəskin  və  sərt  xarakter  alırdı.  Rusiya  imperiyası 
ardı-arası  kəsilməyən  müharibələrlə  Türkiyə  və  İranın  sərhəd  bütövlüyünü 
zəiflətdikdən  sonra  Gürcüstanı  Moskvaya  birləşdirdi.  Gürcülər  bu  yolla  öz 
təhlükəsizliklərini  təmin  edəcəklərini  düşünürdülər.  Rusiya  isə  bütün  Transqafqazı 
fəth etmək və onun xalqlarını əsarət altına almaq istəyirdi.
Xanlıqların süqutu
Azərbaycanın  tarixi  qəhrəmanlıq  epizodları  ilə  zəngindir.  Bu  tarixin 
səhifələrini  çevirdikcə  biz  kiçik  xanlıqların  silaha  sarılaraq  azadlıq  və  ləyaqətlərini 
qorumaq üçün rus qoşunları ilə necə cürətlə və qorxu bilmədən vuruşduqlarının şahidi 
oluruq.  Onlar  azadlıqları  uğrunda  doğma  torpaqlarını  oğullarının  qanı  ilə 
suvarmışdılar.  Onlar  öz  azadlıqlarını  XIX  əsrin başlanğıcı,  hətta  həmin  əsrin birinci 
rübünün  axırına  qədər  mərdlik  və  müvəffəqiyyətlə  qoruyub  saxlaya  bilmişdilər.  Bu 
dövrdə  xanlıqların  qüvvəsi  tədricən  zəiflədiyindən  onlar  güclü  Rusiya  ordusunun 
hücumlarına  davam  gətirə  bilmirdilər.  1813-cü  ildə  Qarabağ,  Gəncə,  Şəki,  Şirvan, 
Dərbənd,  Quba,  Bakı,  Talış,  1828-ci  ildə  isə  İrəvan  və  Naxçıvan  xanlıqları  ruslar 
tərəfindən ələ keçirildi.
Müstəqillik  itirildikdən,  rus  hakimiyyət  dairələri  gücləndikdən  və  onların 
işğal  olunmuş  ərazilərdə  apardıqları  ruslaşdırma  siyasəti böyük vüsət  aldıqdan  sonra 
xanlıqları  “Odlar  yurdu”nun  başqa  hissələri  ilə  bağlayan  tellər  qırılmağa  başladı. 
Həmin  dövrdən  etibarən  artıq  Rusiya  nəzarətindəki  Azərbaycan  torpaqları  deyil, 
mərkəzi Təbriz olmaqla İrandakı ərazilərimiz Azərbaycan adlandırılmağa başladı.
İşğal  olunmuş  ərazilər  özbaşınalıqla  bölünür,  şəhərlərin,  mahalların  adları 
dəyişdirilirdi  (nümunə  kimi  Azərbaycanın  qədim  mərkəzlərindən biri  olan  Gəncənin 
Rusiya  imperatriçəsinin  şərəfinə  Yelizavetpol  adlandırılmasını  göstərmək  olar). 
Rusiya  imperiyası  Azərbaycan  ərazisini  istədiyi  şəkildə  qayçılayır,  işğala  qədər 
mövcud  olmuş  siyasi  azadlığın  ən  kiçik  təzahürlərini  də  məhv  edirdi.  Rus  dövləti 
işğal  etdiyi  xanlıqların əhalisinin adını  dəyişdirməkdən də  çəkinmirdi.  Etnoqrafiyanı, 
xalqın  dilini  və  ədəbiyyatını  nəzərə  almadan  Azərbaycan  əhalisinə  Qafqaz  tatarları, 
Qafqaz müsləmanları, yaxud sadəcə olaraq müsəlman adı qoyulmuşdu.
Etnoqrafiya
Əlbəttə,  haqqında söhbət gedən əhali indiyə  qədər türk mənşəli millət olaraq 
qalmaqdadır.  Qafqaz,  xüsusən  də  Azərbaycan  etnoqrafiyasına  və  tarixinə  dair 
ədəbiyyatın  azlığı,  hətta  deyərdik  ki,  yoxluğu,  eləcə  də  mövcud  materialların  elm


aləminə  naməlum  qalmasının  labüd  nəticəsi  olaraq  bu  millətin  etnik  təşəkkülü  və 
quruluşu haqqında Rusiya imperiyasının uydurduğu yalanlar rəsmi nöqteyi-nəzər kimi 
qəbul  edilmişdir.  Qədim  türk-müsəlman  xanlıqlarının  əhalisi  əsl  mənşələri  nəzərə 
alınmadan Qafqaz tatarları adlandırılmışlar və indinin özündə də Qafqaz tatarları kimi 
tanınırlar.  Əsl  həqiqətdə  köklərinin  eyniliyi  ilə  bir  sırada  azərbaycanlıların  və 
tatarların dilləri,  adətləri,  ənənələri,  inamları  arasındada da  müəyyən yaxınlıq vardır. 
Bu  yaxınlıq  həm  fransız  tarixçisi  M.Leon-Kahen,  həm  də  məşhur  macar  alimi
H.Vamberi tərəfindən sübuta yetrilimişdir.
Asiyalı  fateh  Teymurləngin  (Teymurləng  Avropada  Axsaq  Teymur 
mənasında istifadə  olunan Tamerlan adının qarşılığıdır)  Azərbaycana yürüşündən söz 
açan  fransız  alimi  yazır:  “Əsrlər  boyu  türklərin  yaşadığı  bir  ölkə  olan  Azərbaycan 
könüllü surətdə Teymurləngin hakimiyyətini qəbul etdi”.
H.Vamberi  Azərbaycan  xalqının  etnik  mənşəyindən  danışarkən  göstərir  ki, 
İran  ünsürlərinin  Azərbaycandan  hansı  dövrdə  sıxışdırılıb  çıxarıldığını  söyləmək 
çətindir.  Bu  məsələ  hələlik  öz  həllini  tapmamışdır.  Buna  baxmayaraq,  biz  bir  neçə 
fakta müraciət edəcəyik:
Azərbaycanın  istər  İrana  aid  hissəsində,  istərsə  də  Qafqaz,  yaxud 
Transqafqaz hissəsində əhali Azərbaycan dilində danışan türklərdən ibarətdir.  Onların 
öz  ədəbiyyatı,  milli  poeziyası,  ənənələri  və  mifləri  mövcuddur.  İslamın  iki  təriqəti 
(şiəlik və sünnilik-tərc.) Azərbaycanda geniş yayılmışdır.
İntellektual  mədəniyyət  baxımından  Azərbaycan,  xüsusən  də  onun  İran 
hissəsi  qədim  İran  ədəbiyyatından  əsaslı  şəkildə  təsirlənmişdir.  Bu  ədəbiyyatın  əsas 
nümayəndələri olan Firdovsi, Hafız və  Sədi azərbaycanlılar arasındada indi də kifayət 
qədər  məşhurdurlar,  onların  əsərlərinə  tez-tez  istinad  edilir.  Bir  tərəfdən  İranın 
qüdrətinin azalması və onun sosial mədəniyyətinin tənəzzülə uğraması,  o biri tərəfdən 
isə  Rusiya  mədəniyyətinin daha geniş  ərazidə  yayılması və  ümumilikdə  milli  şüurun 
yüksəlişi  nəticəsində  Azərbaycanı  İranla  bağlayan  tellərin  qırılmaqda  olduğu  aşkara 
çıxdı.
İndi  isə  gəlin  Azərbaycanın  “Qafqaz  Azərbaycanı”  adlandırılan  hissəsinə 
nəzər  salaq.  Biz  İran  Azərbaycanına  toxunmaq  niyyətində  deyilik.  Biz  qafqazlılar 
onun  sakinlərinə  ən  yaxşı  istəklərimizi  yetirir,  qüdrətli  və  mədəni  İran  dövlətinin 
himayəsi  altında  siyasi və  fərdi  azadlığa  çatmalarını,  böyük  inkişafa,  sosial və  siyası 
tərəqqiyə qovuşmalarını arzu edirik.


Yüklə 26,36 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə