Azərbaycan paris sülh konfransinda



Yüklə 26,36 Kb.
Pdf görüntüsü
səhifə19/65
tarix18.06.2018
ölçüsü26,36 Kb.
#49679
1   ...   15   16   17   18   19   20   21   22   ...   65

Azərbaycanda  qədim  vaxtlardan  geniş  yayılmış  ipək  istehsalı  indi  200  000 
pud  barama  bəsləməyə  imkan  verir.  Yüzdən  çox  ipəkçilik  müəssisəsi  həmin 
baramadan hər il 5 və ya 6 milyon rubl dəyərində ipək sap istehsal edir.
Balıqçılıq
Balıqçılıq Xəzər dənizində,  Samurdan tutmuş Astaraya qədər 600 verstlik bir 
sahədə geniş yayılmışdır.  Bundan əlavə Kür və Araz hövzələrində müxtəlif növlərdən 
olan on milyonlarla pud balıq tutulur.  Həmin balıq məhsulundan  100  900  pud bahalı 
kürü  istehsal  olunur.  Balıqçılıq  sənayesinin  məhsulları  sırasına  qurudulmuş  və 
duzlanmış balıq, balıq yağı və s.  də daxildir.
Üzümçülük və təvəvəzçilik
Üzümlüklər və  tərəvəz  məhsullan  Yelizavetpol,  Şamaxı,  Nuxa,  Bakı,  Quba 
ərazilərində  yayılıb  və  ümumilikdə  50000  desyatin  sahəni  əhatə  edir.  Hər  il  bu 
sahələrdən  8  milyon  puda  qədər  üzüm  istehsal  olunur  və  həmin  məhsuldan  da  7 
milyon vedrəyə qədər şərab çəkilir.
Taxılçılıq
Bütün  əyalətlərdə  -  Bakıda,  Gəncədə,  habelə  Azərbaycanın  digər 
bölgələrində  1,5  milyon desyatin əkinə yararlı torpaq müxtəlif növ dənli bitkilər üçün 
ayrılmışdır.  Bu  torpaqlardan  toplanan taxıl  məhsulları  Azərbaycan  əhalisinin  çörəyə 
olan tələbatını tam şəkildə ödəyir.
Biyan
Azərbaycanın yuxarıda  adlarını  çəkdiyimiz bir  sıra  ərazilərində  hər il  çoxlu 
biyan kökü çıxarılır.  Bu məhsulun yarıdan çoxu Qərbi  Avropaya və  Amerikaya ixrac 
edilir,  qalan hissəsi isə Rusiyaya aparılırdı.
Cins heyvandarlıq
Əvvəlki  dövrlərdə  milli  təsərrüfatın  mühüm  sahələrindən  biri  olan 
heyvandarlığın  inkişafı  Rusiyada  yaranmış  əlverişsiz  şərait  nəticəsində  aşağı 
düşmüşdür.  Hətta bu əlverişsiz  şəraitə baxmayaraq,  Rusiya statistikasının məlumatına 
görə  Azərbaycanda  iri  buynuzlu  mal-qaranın  sayı  1.000000,  atların  sayı  150.000, 
camışların  sayı  300.000,  dəvələrin  sayı  12  000,  qoyunların  və  keçilərin  sayı  1,6 
milyona çatırdı.


Neft  yataqları  ilə  bir  sırada  Azərbaycanın  ərazisi  digər  təbii  sərvətlərlə  də 
zəngindir.  Lakin  təəssüf  ki,  indiyə  qədər  yalnız  az  sayda  faydalı  qazıntı  yataqları 
istifadəyə  verilmişdir.  Bir  neçə  metaləritmə  zavodu  hər  il  300  000  puda  qədər  mis 
istehsal edir.
Azərbaycan  ərazisində,  həmçinin  dəmir,  sulfat,  əhəng,  gümüş,  maqnezium, 
kobalt  və  s.  yataqları  mövcuddur.  Ölkə  mineral  su,  xüsusən  də  sulfatlı  və  kobaltlı 
sularla zəngindir.  Burada geniş meşələr var.
Yalnız 
kəndlərdə 
deyil, 
şəhərlərdə 
də 
daşınmaz  əmlak 
əsasən
azərbaycanlılara  məxsusdur  və  demək  olar  ki,  bütün  sənaye  və  istehsal  sahələri 
onların əlində  cəmləşmişdir.  Bakı  şəhəri  ən mühüm mərkəz  -  İran və  Mərkəzi  Asiya 
ilə  tranzitin  əsas  nöqtəsidir.  Şübhəsiz,  bütün  bu  sahələrdən  əldə  olunan  qazanc  da 
dövlətin illik gəlirinin əsasını təşkil edir.  Əgər biz buraya gəlir vergisi verməyə qadir 
olan 4 milyon nəfərdən çox ölkə vətəndaşını da əlavə etsək, aydın olur ki, Azərbaycan 
Cümhuriyyətinin  illik  gəliri  onun  bütün  zəruri  məsrəflərini  ödəmək  üçün  lazım 
olduğundan da artıqdır.
1919-cu il büdcəsinin bəzi rəqəmləri
Müharibənin  və  bolşeviklərin  millətin  iqtisadi  həyatında  və  Azərbaycanın 
maliyyə  təsərrüfatında  törətdikləri 
qarmaqarışıqlığa baxmayaraq,  1919-cu  ildə
dövlətin  illik  büdcəsi  665  milyon  manata  çatmışdı.  Smetada  nəzərdə  tutulan  bəzi 
büdcə  xərcləri  aşağıdakı şəkildə  idi: 
şəhərlərin, 
kəndlərin  və  dağıdılmış
təsərrüffatların  bərpası  üçün 
-  130 milyon  manat,  ümumi  təhsil  üçün  müvəqqəti
dotasiya - 30 milyon manat;  ordunun təchizi üçün -  80 milyon manat.
“Azərbaycan  Cümhuriyyətinin  maliyyə  və  iqtisadi  vəziyyəti”  adlı  əlavədə 
dövlət büdcəsinin necə bölünməsi haqqında daha təfərrüatlı məlumat verilmişdir.


QAFQAZ AZƏRBAYCANI CÜMHURİYYƏTİ 
BÜDCƏ
1919-cu il üçün illik gəlirin və büdcə xərclərinm smetası illik gəlir 
Gəlir mənbəyi. Məbləğ (manatla)
I.  Müstəqim vergilər:
Torpaq  vergisi,  mənzil  kirayəsi, 
115.000.000  gəlir  vergisi;  hərbi 
mükəlləfiyyət vergisi, notarial vergilər
II.  Qeyri-müstəqim  vergilər:  120.000.000  Ağ  neft,  benzin,  sürtgü  yağları: 
kerosin; digər neft məhsullarından alınan vergi Gömrük haqqı:  100.000.000
III. 
Möhür  haqqı, 
azad  ticarətdən, 
yük  daşınmalarından; 
tranzit 
sərnişinlərindən və mallardan, malların sığortasından və  s.  alınan vergilər.  15.000.000
IV.  Dövlət inhisarları.  7.000.000
V.  Neft mədənlərinin istismarından,  meşələrdən,  pambıq tarlalarından,  balıq 
vətəgələrindən alınan vergilər 228.000.000
VI.  Dövlət dəmiryolunun xalis gəliri 50.000.00
Cəmi: 665.000.000
Xərclər
Xərclərin adı. Məbləğ (manatla)
Adi xərclər
1.  Ali dövlət idarələri:  Parlament 7.000.000
2.  Daxili İşlər Nazirliyi 20.000.000
3.  Xazinədarlıq 30.000.000
4.  Ədliyyə Nazirliyi  13.000.000
5.  Xarici İşlər Naziriyi  10.000.000
6.  Təhsil Nazirliyi 45.000.000
7.  Hərbi Nazirlik və Dəniz Donanması 60.000.000
8.  Yerli hökumət 75.000.000
9.  Əkinçilik və Dövlət Əmlakı Nazirliyi 45.000.000
10.  Təchizat Nazirliyi  17.000.000
11.  Əmək Nazirliyi  10.000.000
12. Poçt və Teleqraf Nazirliyi  15.000.000
13.  Ticarət və  Sənaye Nazirliyi 32.000.000
14.  İctimai Təminat Nazirliyi  15.000.000
15. Dövlət nəzarəti 6.000.000
16.  Gözlənilməz xərclər  15.000.000


Yüklə 26,36 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə