Azərbaycan paris sülh konfransinda



Yüklə 26,36 Kb.
Pdf görüntüsü
səhifə22/65
tarix18.06.2018
ölçüsü26,36 Kb.
#49679
1   ...   18   19   20   21   22   23   24   25   ...   65

ucbatından Azərbaycan xalqına gücləri  çatan qədər ziyan vurmaq istəmiş və bu yolla 
da öz millətlərinə fayda gətirəcəklərini düşünmüşlər.
Bolşeviklərə qarşı türklərin köməyə çağrılması
Biz  əvvəlki  bölmələrdə  Azərbaycanlıların  Rusiyanın  apardığı  keçmiş 
müharibələrdə  iştiraklarından,  habelə bu yaxınlarda başa  çatmış  müharibəyə  könüllü 
alaylar göndərmələrindən bəhs etmişdik.
Türkiyə 
hərbi 
qüvvələrini  bolşeviklərə 
qarşı 
mübarizədə 
köməyə 
çağırdıqlarına görə Azərbaycanlıları günahlandırmaq doğru olmazdı.
Belə  bir  addımın  zəruriliyini  başa  düşmək  üçün  həmin  dövr-Qafqazda, 
xüsusən də Azərbaycanda yaranmış vəziyyət üzərində düşünmək lazımdır.
Bu  həmin  dövr  idi  ki,  Transqafqaz  hökuməti  tənəzzülə  uğramışdı.  Rus 
orduları  Qafqaz  cəbhəsini  tamamilə  tərk  etmişdilər,  xarici  qoşunlar  Transqafqazı 
doldurmuşdular.  Azərbaycanın  paytaxtı  Bakı  və  Respublikanın  bir  sıra  əraziləri 
bolşeviklərin  hakimiyyəti  altında  idi,  onlar  ağıllarına  gələn  cürbəcür  kommunist 
eksperimentləri  apararaq  Azərbaycanın  təbii  sərvətlərini  dağıdıb  talan  edir,  əllərinə 
keçən  hər  şeyi  daşıyıb  aparırdılar.  Bu  talançılıqda  canlı  insanlar  -  azərbaycanlılar 
özləri də istisna deyildilər.  Onları zorla Qırmızı Ordu sıralarına səfərbərliyə alırdılar.
Bolşevik  qoşunları  artıq  Kürdəmir  və  Ucar  dəmiryol  stansiyalarına 
çatmışdılar.  Şamaxı,  Lənkəran,  Salyan  və  Göyçay  şəhərləri  ələ  keçirilmişdi, 
qırmızılar  yenicə  təşkil  olunmuş  Azərbaycan  hökumətinin  müvəqqəti  iqamətgahının 
yerləşdiyi Gəncəni (Yelizavetpol) təhdid edirdi.
Yaxın  qonşulardan  -   ermənilərdən,  gürcülərdən  və  Şimali  qafqazlılardan 
kömək  gözləmək  olmazdı;  onların  hamısının  başı  öz  torpaqlarındakı  problemlərə 
qarışmışdı.
Belə bir vəziyyətdə  azərbaycanlılar həm də  dəniz  səmtindən - Həştərxandan 
və  Transkaspi  bolşevikləri  tərəfindən  hədələnirdilər.  Hələlik  mütəşəkkil  ordusu 
olmayan  Azərbaycan  rus  hərbi  birləşmələrinin  Qafqazı  tərk  etməsindəndən  sonra 
tamamilə  silahsız  qalmışdı,  bütün  silah  ehtiyatlarını  ermənilər  və  gürcülər  əllərinə 
keçirərək  öz  aralarında  bölüşdürmüşdülər.  Heç  bir  dövlətlər  qrupuna  daxil  olmayan 
Azərbaycan  türk  qoşunlarını  çağırmaq  məcburiyyəti  qarşısında  qaldı.  Türk  hərbi 
birliklərinin  gəlişi  azərbaycanlılara  tez  bir  zamanda  öz  qüvvələrini  səfərbər  edərə k 
Bakı  şəhərini  işğaldan  azad  edilməsinə  imkan  verdi.  Bakının  bolşeviklərdən 
təmizlənməsi zəngin neft və balıq sərvətləri olan,  ən gur əhalini və  məhsuldar ərazini 
Azərbaycan Respublikasının hakimiyyəti altına qaytardı.
Bu  hər  iki  tərəf üçün  ölüm-dirim  məsələsi  idi.  Azərbaycanlılar  Türkiyənin 
yardımına  yalnız  özlərini  müdafiə  məqsədi  ilə  müraciət  etmişdilər.  Türkiyə  isə  öz 
növbəsində  Azərbaycanın  daxili  işlərinə  qarışmırdı.  O,  Qafqaz  millətlərinin


konfederasiyasının  yaradılması  ideyasına  xeyirxahiıqla  yanaşırdı.  Antanta  dövlətləri 
sülh müqaviləsi imzalayan kimi türk qoşunları Azərbaycanı tərk etdilər.


AZƏRBAYCANIN SÜLH NÜMAYƏNDƏLİYİ 
SİYASİ MÜSTƏQİLLİK TƏMAYÜLLƏRİ VƏ 
AZƏRBAYCANLILARIN ÜMİDLƏRİ
Toxunduğumuz  məsələlərin  hamısı  ilə  bağlı  fıkirlərimizi  səmimi  şəkildə 
açıqlayaraq bütün Azərbaycanlıların düşüncələrini ifadə edirik.
Bizi  hər  şeydən  daha  çox  bir  məsələ  maraqlandırır  və  Azərbaycan 
nümayəndə  heyəti  həmin məsələni  Sülh konfransında  aydınlaşdırmağı  özünün borcu 
hesab  edir.  Biz  Parisə  gəlib  Sülh konfransının  işində  iştirak edənə  qədər nümayəndə 
heyətimizin başına açılan oyunlar haqqında danışmaq istəyirik.
Azərbaycan nümayəndə  heyəti bu il yanvar ayının 20-də  İstanbula gəlmişdi. 
Fransaya  isə  yalnız  aprelin  22-də  yetişə  bildik.  Bu  üç  ay  ərzində  nümayəndə  heyəti 
Parisə  viza  almaq üçün  əbəs yerə  əlləşib-vuruşurdu.  Yanvar ayından aprelə  kimi biz 
müttəfiq  dövlətlərin  siyasi  və  texniki  nümayəndələrinə  pasport  və  vizalar  haqqında 
dəfələrlə müraciət etmiş,  lakin heç vaxt qaneedici cavab almamışdıq.  Biz bunu yalnız 
hazırladığımız  memorandumun  Sülh  konfransına  nə  üçün  gec  təqdim  edildiyini 
aydınlaşdırmaq üçün yazırıq.  Lakin bu gecikməyə baxmayaraq ümid edirik ki, Böyük 
Antanta  dövlətləri,  eləcə  də  Sülh  konfransı  Prezident  Vilsonun  nəcib  prinsipləri  ilə 
siyasi  mövcudluq  hüququ  qazanmış  kiçik millətlərin bu yeganə  himayəçiləri  Qafqaz 
Azərbaycanı Cümhuriyyətinin gətirdiyi dəlil-sübutları diqqətlə öyrənəcəklər.
Biz inanırıq ki,  Sülh konfransı və onun yaratdığı Millətlər Liqası öz diqqətini 
bu memorandumdan əsirgəməyəcək və  azərbaycanlıların tələblərini yetərincə öyrənib 
onlara əməl edəcəkdir.  İnanırıq ki,  azərbaycanlıların sülhsevər xalq olduqları,  onların 
neytrallığa  tam  zəmanət  vermələri,  Qafqazdakı  qonşuları  ilə  uzunmüddətli  və  dinc 
əməkdaşlıq şəraitindəki mövcudluqları nəzərə alınacaqdır.
Bu bizim üçün ideal  ictimai və  siyasi  həyat  olardı.  Uzunmüddətli narahatlıq 
və  həyəcanlardan sonra həyatın demokratik prinsiplər əsasında öz məcrasına düşdüyü 
indiki  şəraitdə  öz  respublika  tipli  dövlətini  quran Azərbaycana  hədsiz  məhəbbət  və 
sədaqət  bütün  azərbaycanlıların  şüurlarına  və  qəlblərinə  hakim  kəsilmiş  ən  munis 
duyğulardır.
Bu  duyğular  o  qədər  güclüdür  ki,  azərbaycanlılar  xarakterlərinin 
sülhsevərliyinə  baxmayaraq  əldə  silah  ölkələrinin  müstəqilliyini  qorumağa, 
Azərbaycanı  yeni  Rusiya  dövlətinin  tərkibinə  qatmağa  çalışan  sovet  qüvvələrinə, 
yaxud  Rusiyanı  “vahid  və  bölünməz”  imperiya  kimi  bərpa  etməyə  səy  göstərən 
dairələrə hər cür müqavimət göstərməyə hazırdırlar.
Federativ  Respublika,  yaxud  Müəssislər  Məclisi  (burada  ruslar  mütləq 
əksəriyyət təşkil  edəcəklər) bayrağı  altında meydana çıxmasından asılı  olmayaraq bu 
hökumətlərin  ikisi  də  öz  xüsusiyyətləri  və  süni  quruluşları  baxımından  bizim  üçün 
yad  və  qəbuledilməzdir.  Onlara  bağlanmaq  bizi  sadəcə  özümüzə  yad  olan  siyasi


Yüklə 26,36 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə