SƏNƏDLƏR
1. Fövqəladə Təhqiqat Komissiyanın Bakıda çəkilmiş şəkilləri təsdiq edən
protokolu ............................................................................................................................................. 48
2. Bakı şəhərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlara dair
iş üzrə Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Y.Klugenin komissiyanın
sədrinə məruzəsi ............................................................................................................................... 49
3. Fövqəladə Təhqiqat Komissiyanın Şamaxıda çəkilmiş şəkilləri təsdiq edən
protokolları .......................................................................................................................................... 103
4. Fövqəladə Təhqiqat Komissiyanın Şamaxı qəzasının kəndlərində çəkilmiş
şəkilləri təsdiq edən protokolları ................................................................................................. 123
5. Fövqəladə Təhqiqat Komissiyanın sədri Ə.Xasməmmədovun Şamaxı
şəhərinin və Şamaxı qəzası kəndlərinin talan edilməsi və adı çəkilən şəhər
və qəzanın müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlara dair iş üzrə
Ədliyyə Nazirinə məruzəsi ............................................................................................................. 128
6. Fövqəladə Təhqiqat Komissiyanın sədri Ə.Xasməmmədovun
Bakı quberniyası Göyçay qəzasının Kürdəmir, Qarabucaq,
Ərəb-Mehdibəy və b. kəndlərinin talan edilməsi və adı çəkilən kəndlərin
müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlara dair iş üzrə
Ədliyyə Nazirinə məruzəsi ............................................................................................................. 157
7. Cavad qəzası Xocalı kənd sakini Sürəyya Dadaş qızının
məhkəmə-tibbi müayinəsinin protokolu .................................................................................. 163
8. Fövqəladə Təhqiqat Komissiyanın sədri Ə.Xasməmmədovun
Bakı quberniyası Cavad qəzasının kəndlərinin talan edilməsi
və adı çəkilən qəzanın müsəlman əhalisinə qarşı törədilmiş
zorakılıqlara dair iş üzrə Ədliyyə Nazirinə məruzəsi ........................................................... 164
1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
8
MÜƏLLİFDƏN
1918-ci il. XX əsr Azərbaycan tarixində bu il, bir-birini sürətlə əvəz
edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələr - istər
əlamətdar, istərsə də faciəli - baxımından yəqin ki, ən əhəmiyyətli zaman
kəsiyidir. Həmin hadisələrin ən yüksək zirvəsi, sözsüz ki, 28 may 1918-ci
il tarixi – Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsidir. Sonrakı
mühüm tarixi hadisələr – 1918-ci il sentyabrın 15-də Bakının birləşmiş
Türk-Azərbaycan hərbi qüvvələri tərəfindən azad edilməsi və Azərbaycan
hökumətinin Bakıya köçməsi, 1918-ci il dekabrın 7-də Azərbaycan Parla
-
mentinin yaranması və nəhayət, 1918-ci ilin 28 dekabrında Azərbaycan
hökumətinin Cənubi Qafqazda İttifaq qoşunlarının komandanlığı və İn
-
giltərə Hökuməti tərəfindən qanuni hakimiyyət kimi tanınması – bütün
Şərqdə ilk demokratik quruluşun və azərbaycanlıların ilk milli dövlətçili
-
yinin – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasıdır.
Lakin 1918-ci ilin bu əlamətdar hadisələrindən əvvəl bütün Azərbay
-
can xalqı üçün ümumi faciəyə çevrilmiş və onun mövcudluğunu belə şü
-
bhə altında qoymuş digər mühüm - qanlı hadisələr baş vermişdir. Bakı
və Şamaxıda 1918-ci ilin mart hadisələri bu qanlı zəncirin başlanğıcı ol
-
muşdur. Belə ki, bir neçə mart günləri ərzində Bakı və Şamaxı qəzalarının
şəhər və kəndlərinin dinc müsəlman – azərbaycanlı əhalisi bolşevik-daş
-
nak hərbi qüvvələri tərəfindən görünməmiş dəhşətli cəza aksiyalarına –
öldürülmək, diri-diri yandırılmaq, əsir alınmaq, qarət edilmək - bir söz
-
lə, amansız qırğınlara, onların mülkiyyəti, eləcə də bütövlükdə şəhər və
kəndlərin özləri iri miqyaslı talanlara və yanğınlara məruz qalmışdır.
Bakı və Şamaxıdan sonra 1918-ci ilin aprel-iyul aylarında Quba şəhəri
və Quba qəzası kəndlərinin, Gəncə şəhərinin ətraf kəndlərinin müsəlman
əhalisi, Göyçay, Ərəş, Cavad, Nuxa, Lənkəran, Zəngəzur, həmçinin Qara
-
bağ qəzalarının, demək olar ki, azərbaycanlılardan ibarət bütün yaşayış
məntəqələrini eyni aqibət gözləyirdi.
Görəsən, öz əzəli torpaqlarında dinc yaşayan və müxtəlif tarixi döv
-
rlərdə burada məskunlaşmış digər milli-dini qrupların nümayəndələri
– erməni, yəhudi, ruslarla mehriban qonşuluq əlaqələri saxlayan azər
-
baycanlıların və Azərbaycanın müsəlman əhalisinin digər təmsilçiləri -
ləzgilərin, tatların, kürdlərin günahı nə idi?
Bütün bu hadisələrin, şübhəsiz ki, dərin tarixi kökləri və səbəbləri var
1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
9
idi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri əsasında Rusi
-
ya İmperiyasının tərkibinə daxil edilmiş Azərbaycan torpaqlarının zəbt
edilməsini və onların yerli azərbaycanlı əhalidən təmizlənməsini nəzərdə
tutan ümumerməni proqramının həyata keçirilməsinə bilavasitə bu tarixi
hadisələrdən sonra başlanmışdır. Çar I Nikolayın onlara maneəsiz olaraq
İrandan və Türkiyədən köçmələrinə imkan verən sərəncamlarından isti
-
fadə edən ermənilər kütləvi şəkildə Qafqazda, xüsusilə Naxçıvan, Qara
-
bağ, İrəvan ərazilərində məskunlaşırlar. 1828-ci ilin martında iki keçmiş
Azərbaycan xanlıqlarının – Naxçıvan və İrəvanın əraziləri rus hakimiyyəti
tərəfindən “Erməni vilayəti” adı altında inzibati vahidə birləşdirilir. Doğ
-
rudur, tezliklə, 1940-cı ilin aprel ayında “Erməni vilayəti” ləğv olunsa da
bu, ermənilərə azərbaycanlı əhalinin üstünlük təşkil etdiyi həmin ərazilə
-
ri əzəli “erməni” torpaqları elan etmələrinə mane olmur. (1)
XIX əsrin sonlarından “Qnçak” və “Daşnaksütun” erməni partiyalarının
meydana gəlməsi ilə Osmanlı imperiyası və Cənubi Qafqaz ərazilərində er
-
məni təşkilatlarının Erməni dövlətinin yaradılmasına yönəlmiş məqsədyönlü,
yaxşı təşkil olunmuş siyasi-silahlı fəaliyyəti başlayır. Ermənilərin azərbaycanlı
-
lara qarşı ilk, artıq rəsmi və irimiqyaslı silahlı çıxışları 1905-1907-ci illərdə baş
verir və iki xalqın qanlı qırğını ilə nəticələnir. Ümumi hesablamalara görə,
tarixə “erməni-müsəlman qarşıdurması” kimi düşmüş 1905-1907-ci illər ha
-
disələrində Bakı, İrəvan və Yelizavetpol quberniyalarında 158 Azərbaycan və
128 erməni kəndi dağıdılmış və müxtəlif mənbələrə görə 3 mindən 10 minə
qədər insan həlak olmuşdur. (2)
Lakin, “Daşnaksütun” kimi təşkilatı olmayan və plansız hərəkət edən”
(3), pis silahlanmış və ibtidai hərbi hazırlığı belə olmayan azərbaycanlılar,
bununla belə, o dövr bütün çətinliklərə baxmayaraq mütəşəkkil ermə
-
ni hərbi dəstələrinin hücumunu dəf etmiş və onlara layiqli müqavimət
göstərə bilmişlər.
I Dünya müharibəsinin başlanması ilə, xüsusən 1917-ci il Fevral inqi
-
labından və Rusiya İmperiyasının süqutundan sonra, müharibədə iştirak
edən dünya dövlətlərinin Qafqazdakı maraqları kəskinləşmiş və toqquş
-
muşdur. Eyni zamanda Qafqaz xalqları qarşısında öz siyasi-milli idealla
-
rını və arzularını reallaşdırmaq üçün geniş imkanlar açılmışdır. Çoxillik
məqsədyönlü işin yekunu olaraq erməni ideoloqları Qərb dövlətləri və
Rusiyanın Cənubi Qafqazın gələcəyinə dair planlarına “erməni dövlətçi
-
liyi məsələsi”nin daxil edilməsinə nail olmuşdular. Gürcülərin də öz döv
-
lətini yaratmaq hüququ mübahisə doğurmurdu. Bununla yanaşı, Cənubi
Qafqazın ən çoxsaylı xalqı olan azərbaycanlılar Qərb dövlətlərinin və xü
-
susilə də neftlə ən zəngin Bakını ümumiyyətlə Azərbaycan şəhəri hesab
etməyən Rusiyanın siyasi qüvvələrinin diqqətinə belə layiq görülmür
-
dülər.
Azərbaycanlılar üçün son dərəcə əlverişsiz olan bu şərait - azərbay
-
canlı əhali tərəfindən kifayət qədər dəstəklənən “Müsavat” partiyasının
Qafqazın siyasi meydanına daxil olması - istər sinfi mübarizə ideyasını
təbliğ edən və keçmiş Rusiya İmperiyasının bütün ərazilərində, o cüm
-
lədən Qafqazda, hakimiyyəti ələ keçirmək niyyətini gizlətməyən bolşe
-
vikləri, istərsə də regionda yaradılması fərziyyə edilən gələcək Ermənis
-
tan dövlətinin tərkibinə azərbaycanlı əhalinin üstünlük təşkil etdiyi tarixi
Azərbaycan torpaqlarının daxil edilməsini nəzərdə tutan erməni millət
-
çilərini son dərəcə narahat edirdi.
Hələ I Dünya müharibəsi davam etsə də və erməni millətçiləri Tür
-
kiyənin 7 vilayətinin ərazilərində “Böyük Ermənistan” yaratmaq xülyası
ilə vidalaşmasalar da, artıq mövcud vəziyyətdə bu planların həyata keçi
-
rilməsinin xeyli çətinləşdiyini anlayırdılar. Məhz bu səbəb onları öz əsas
fəaliyyətlərini həmin planlarının reallaşması üçün daha əlverişli şəraitin
olduğu Cənubi Qafqaz ərazisinə keçirməyə sövq edir. 1918-ci ilin mart
ayına kimi erməni hərbi birləşmələri artıq Cənubi Qafqazın cənub-qər
-
bində – Qars, İrəvan quberniyası, Zəngəzur, Göyçə, Yelizavetpol quberni
-
1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
10
yasının bir neçə qəzasında və Qarabağda yerli dinc əhalinin-azərbaycan
-
lıların sıxışdırılması, zorla qovulması və kütləvi şəkildə öldürülməsi yolu
ilə hələ mövcud olmayan Erməni dövləti üçün əraziləri təmizləməyə mü
-
vəffəq olurlar. Rusiyada 1917-ci il bolşevik çevrilişindən sonra erməni və
gürcü hərbi hissələri böyük təlaş içində Qafqaz cəbhəsindən qaçmağa
başladı və bu zaman rus ordusu tərəfindən müvəqqəti zəbt edilmiş Tür
-
kiyə vilayətlərinə köçmüş, bundan əvvəl isə həmişə türk torpaqlarında
yaşamış yüz minlərlə erməni əhalisi də onlarla birlikdə Qafqaza üz tut
-
du. Burada onlar 1915-ci ildə Türkiyə Osmanlı hökuməti tərəfindən er
-
mənilərin cəbhəyanı zonalardan köçürülməsi haqqında qanunun qəbul
edilməsindən sonra göstərilən Azərbaycan ərazilərində məskunlaşmış
erməni qaçqınların sıralarına qarışdılar. Beləliklə, ümidsizlik halına salın
-
mış, qəzəb və nifrət içində çarpışan nəhəng erməni kütləsi “Daşnaksü
-
tun”un silahlı dəstələrinin və cəbhədən qaçmış minlərlə erməni əsgərinin
başçılığı ilə bütün kin və acığını yerli, silahsız, dinc müsəlman əhalisinə
yönəldərək, silahlı basqınlar, qətl və qarətlər törətməklə qısa müddət
ərzində azərbaycanlı əhalinin bir hissəsini məhv etdi, qalanını isə doğ
-
ma torpaqlarından didərgin saldı. Belə ki, 1917-ci ilin əvvəlindən başla
-
yaraq 1918-ci il mart ayınadək, ermənilər yalnız İrəvan quberniyasında
197 Azərbaycan kəndini yer üzündən silmişlər. (4) Bu cəza əməliyyatla
-
rı “Daşnaksütun”un həmin torpaqların azərbaycanlılardan təmizlənməsi
və sonradan Cənubi Qafqaz ərazisinin Erməni dövlətçiliyinin mərkəzinə
çevrilməsi üzrə planlarının tərkib hissəsi idi. Məhz həmin dövrdə gələcək
Erməni dövlətinin ərazisinin bünövrəsi qoyuldu. Lakin “dənizdən dənizə
Böyük Ermənistan”ın taleyi şəhərlərdə, o cümlədən Bakıda həll olunurdu.
1918-ci il martın əvvəlində Bakı və Yelizavetpol (Gəncə) quberniya
-
larının əksər hissəsində hakimiyyət Azərbaycan cəmiyyətinin əsas siya
-
si qüvvəsinə çevrilmiş və müsəlman əhalisini birləşdirməyə nail olmuş
“Müsavat” partiyasının əlində idi. (5) Lakin Bakının özündə vəziyyət daha
mürəkkəb idi və təkhakimiyyətliyə can atan aparıcı siyasi qüvvələr ara
-
sında münasibətlər getdikcə daha da kəskinləşirdi. 1917-ci ilin noyab
-
rında, Rusiyada bolşevik çevrilişindən dərhal sonra, S.Şaumyanın başçılıq
etdiyi və yalnız Leninin Xalq Komissarları Sovetinə tabe olan Bakı So
-
veti özünü şəhərdə yeganə hakimiyyət elan etmişdi. Bu qərara Bakının
müxtəlif, o cümlədən, bolşeviklərin opponenti olan sol siyasi qüvvələr
qarşı çıxmışdı. Lakin “Müsavat” partiyası və şəhərin yerli hakimiyyəti –
azərbaycanlı hüquqşünas Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi və çox
-
millətli Bakı cəmiyyətinin sağ qolunun təmsil olunduğu Bakı Duması bu
məsələdə daha kəskin mövqe tuturdu.
“Müsavat”ın rəhbərliyi altında Azərbaycan milli qüvvələri bu zaman
artıq Azərbaycana milli-ərazi muxtariyyətinin verilməsini tələb edirdi.
Bu isə yalnız sinfi ideyaları təbliğ edən bolşeviklər üçün deyil, tamamilə
fərqli geosiyasi maraqlardan çıxış edən “Daşnaksütun” liderləri üçün də
qəbuledilməz idi. Sonuncular, erməni Stepan Şaumyanın rəhbərlik etdiyi
Bakı Fəhlə Deputatları Sovetində hakim mövqe tuturdular. Bu dövr “Daş
-
naksütun” erməni partiyası başda olmaqla, ultra-millətçi erməni qrupları
və beynəlmiləlçi bolşeviklər ayrı-ayrı məslək və məqsədlər uğrunda mü
-
barizə aparsalar da, Azərbaycanın milli qüvvələrini nəyin bahasına olursa
olsun zərərsizləşdirmək niyyəti onları bir araya gətirdi.
1918-ci il martın 29-da (17) əlli nəfərə yaxın Azərbaycan hərbi qulluq
-
çusunu tərksilah etməklə bolşeviklər və daşnaklar azərbaycanlıları cavab
tədbirləri görməyə təhrik etdilər. Yaranmış qarşıdurmadan bəhanə kimi
faydalanan birləşmiş silahlı qüvvələr – daşnak zabitlərinin başçılıq etdiyi,
70%-i erməni cəbhəçilərdən ibarət 6 minlik Bakı Sovetinin Qızıl Ordusu
və “Daşnaksütun”un 3-4 minlik milli hissələri Bakının dinc azərbaycanlı
əhalisinə qarşı əsl müharibəyə başladı. Nəticədə təkcə bir həftə ərzin
-
də 12 mindən artıq insan, əksəriyyətini dinc sakinlər, “fəhlə və minlərlə
qadın, uşaq və silah tuta bilməyən yoxsullar” təşkil edən, əsas etibarilə,
1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
11
türk-müsəlman əhali vəhşicəsinə qətlə yetirildi. (6) Mart hadisələrinin 3
günü – martın 30-u axşamdan 2 aprelədək - şəhərdəki qırğın və talanlar
xüsusilə kütləvi və irimiqyaslı xarakteri ilə fərqlənirdi.
Bakı menşeviklərinin qəzeti “Naş qolos” mart qırğınından sonra
şəhərdəki vəziyyəti belə təsvir edirdi: “Hər tərəf meyitlərlə doludur – ya
-
nıb kül olmuş, doğranmış, eybəcər hala salınmış… qalaq-qalaq və tək-
tək, kişi, qadın və uşaq meyitləri. “Təzəpir” məscidi artilleriya atəşlərin
-
dən güclü ziyan çəkmişdir… İbadətgahın təhqiri geniş kütlələrin qəlbini
ağrıdır, ancaq meyitlər onları daha çox həyəcanlandırır... Patrul 6-cı polis
sahəsinin həyətində 600-ə yaxın əsir müsəlman qadın və uşaqları tapdı,
onları azad etdi və şəhərin müsəlman hissəsinə qədər müşayiət etdi…
Geniş kütlələr qəzəb və nifrətlə dolub-daşır, bu hisslər getdikcə qəzəbli
intiqam hissinə çevrilir ki, onların qarşısını almaq elə də asan olmaya
-
caq...”. (7)
Elə həmin günlərdə Şamaxı şəhəri və onun ətraf kəndləri yanaraq
böyük məşələ çevrilmişdi ... (8) Sonra növbə Quba, Kürdəmir, Lənkəra
-
na çatdı… Bütövlükdə, 1918-ci ilin mart-iyun aylarında bolşevik-daşnak
dəstələri tərəfindən 30 minə yaxın dinc azərbaycanlı qətlə yetirilmiş, on
minlərlə insan isə bu cəza əməliyyatları nəticəsində evlərini tərk etməyə
məcbur olaraq öz ölkəsində qaçqın vəziyyətinə düşmüşdür. (9) Yüzlər
-
lə kənd, ayrı-ayrı şəhərlərdə on minlərlə ev və bütöv müsəlman məhəl
-
lələri, azərbaycanlıların sosial-mədəni və mənəvi mərkəzlərini təcəssüm
edən onlarla milli memarlıq abidəsi, müsəlmanlara məxsus olan məscid
-
lər, məktəblər, xəstəxanalar, digər sənaye, mülki, ticarət obyektləri məhv
edilmişdir.
Bütün bu hadisələrin arxasında bolşevik-erməni ittifaqının bütün region
-
larda azərbaycanlıların sayını maksimum dərəcədə azaldaraq onları Qafqazda
milli azlıq həddinə çatdırmaq və Azərbaycan torpaqlarını Rusiya, gələcək Er
-
mənistan dövləti və qismən Gürcüstan arasında bölmək niyyəti dururdu. (10)
Beləliklə, əslində söhbət Azərbaycanı dünyanın siyasi xəritəsindən sil
-
məkdən gedirdi və yalnız Azərbaycan milli qüvvələrinin fədakarlığı bu
cinayətkar planın reallaşmasına imkan vermədi. Bu məsələdə, 1918-ci
ilin iyul-sentyabr aylarında Azərbaycan torpaqlarını azad edən və azər
-
baycanlı əhalini öz doğma yurdlarına qaytaran Qafqaz İslam Ordusunun
- Türk-Azərbaycan silahlı qüvvələrinin rolu danılmazdır.
Diqqətəlayiqdir ki, bütün bu vaxt ərzində dünya mətbuatı var səsi ilə
ermənilərin Cənubi Qafqaz müsəlmanları tərəfindən “qırılmasından” da
-
nışırdı ki, bu da azərbaycanlılardan fərqli olaraq, “əzabkeş” erməni xalqı
haqqında böyük məharətlə və bacarıqla əfsanələr uyduran ermənilərin
öz xidməti sayəsində mümkün olmuşdu. Təsadüfi deyil ki, 1918-1919-
cu illərdə Cənubi Qafqazda cərəyan edən hadisələrin canlı şahidi olmuş
ingilis jurnalisti Skotland-Liddell erməniləri “dünyanın ən yaxşı təbliğat
-
çıları” adlandırırdı. (11)
1918-ci ilin faciəli hadisələri haqqında tam məlumata malik olan
Azərbaycanın Ədliyyə naziri Xəlil bəy Xasməmmədov dərin kədər his
-
si ilə qeyd edirdi ki, azərbaycanlılar “bütün Avropada geniş əks-səda
doğurmağı, dünya güclülərinin kandarlarını dağıtmağı və hətta, qəbul
olunduğu kimi, Avropada özləri üçün, necə deyərlər, “yaxşı mətbuat” ya
-
ratmağı bacara bilmədilər...” və bunun səbəbini o, azərbaycanlıların si
-
yasətdə təcrübəsiz olması, “başqalarının, xüsusilə də onların bədxahları
-
nın əl atdıqları üsullardan istifadə edə bilməməsi ilə izah etmişdi.» (12)
Lakin Azərbaycan hökuməti həqiqətin beynəlxalq, ilk növbədə, Qərb
ictimaiyyətinə çatdırılmasında o qədər də “bacarıqsız” olmadığını tezlik
-
lə sübut etdi.
Tiflisdən Gəncəyə köçən Azərbaycan Xalq Cümhuriyyəti hökuməti
1918-ci il iyulun ortalarında, fəaliyyətə başlanmasından düz 1,5 ay sonra
respublikada baş verən hadisələrə, o cümlədən dinc azərbaycanlı əhaliyə
qarşı törədilən zorakılıq faktlarına münasibət bildirməyi zəruri saydı. Xa
-
1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
12
rici İşlər Naziri Məmməd Həsən Hacınskinin məruzəsini dinləyən Azər
-
baycan Hökuməti “Avropa müharibəsi başlandığı vaxtdan bütün Cənubi
Qafqaz hüdudlarında müsəlmanlara və onların əmlakına qarşı törədilmiş
zorakılıq hallarının təhqiq olunması üçün” Fövqəladə Təhqiqat Komissi
-
yasının (FTK) yaradılması haqqında qərar qəbul etdi. Məruzədə xüsusi
olaraq qeyd edilirdi ki, bu Komissiyanın yaradılmasına dərhal başlamaq
lazımdır, “çünki, bu gün, hadisələrin isti izi ilə asanlıqla müəyyən edil
-
məsi mümkün olan bir çox işləri - şəxslərin dindirilməsi, fotoşəkillərin
çəkilməsi və digər əşyayi-dəlillərin əldə edilməsi – sonradan görmək çə
-
tinləşəcəkdir, hətta ola bilsin ki, qətiyyən mümkün olmayacaqdır”. Həm
-
çinin qeyd olunurdu ki, komissiyanın işinin nəticələri Avropanın əsas dil
-
lərində (rus, fransız, alman, və təbii ki, türk dillərində) elan edilməli və
geniş yayılmalıdır. FTK-nın sədri vəzifəsinə tanınmış Azərbaycan hüquq
-
şünası Ələkbər bəy Xasməmmədov təyin edildi. 7 nəfərlik tərkibdə təsis
edilmiş FTK-nın işinə tədricən Bakı və Gəncə şəhərlərinin istintaq-pro
-
kurorluq və məhkəmə orqanlarının digər nümayəndələri cəlb olundu.
FTK-nın tərkibi çoxmillətli olmaqla, əsasən polyak, rus, alman, Litva tata
-
rı və Rusiya universitetlərinin məzunları olan azərbaycanlılardan – peşə
-
kar hüquqşünaslardan ibarət idi. Komissiya 1,5 il ərzində – 1918-ci ilin
avqustundan 1919-cu ilin noyabrınadək – erməni millətçiləri tərəfindən
müsəlman əhalisinin kütləvi surətdə məhv edilməsini və ona külli miq
-
darda maddi ziyanın vurulmasını əks etdirən böyük həcmdə kompleks
materialların toplanmasına müvəffəq oldu. FTK tərəfindən toplanmış is
-
tintaq materialları 36 cild və 3500 vərəq təşkil etməklə, Bakı, Şamaxı,
Quba, Nuxa şəhərlərində, Bakı və Gəncənin ətraf ərazilərində, habelə
Şamaxı, Quba, Cavad, Nuxa, Göyçay, Ərəş, Lənkəran qəzalarında, Qa
-
rabağda, Zəngəzurda və Azərbaycanın digər rayonlarında ermənilərin
törətdikləri dəhşətli cinayətləri sübut edirdi. (13)
FTK-nın fəaliyyətinin nəticələrinə görə dinc sakinlərə qarşı törədilmiş
müxtəlif cinayətlərdə təqsirli bilinən 194 şəxs barədə cinayət işlərinin
qaldırılması haqqında 128 məruzə və qərar layihəsi hazırlanmışdı. 1919-
cu il avqustun ortalarında Bakı və Şamaxı istintaq işləri üzrə, əsasən
Bakıda erməni millətindən olan 24, Şamaxıda isə 100-ə yaxın şəxs həbs
edilmişdi. Azərbaycanlılara divan tutulmasında təqsirli bilinən bəzi şəxslər
isə, o vaxtadək artıq Azərbaycanın hüdudlarını tərk edə bilmişdilər. (14)
Lakin, 1920-ci ilin əvvəlində baş verən və Azərbaycan Xalq Cümhu
-
riyyəti üçün əlamətdar olan bu mühüm siyasi hadisə FTK-nın başladı
-
ğı işə öz düzəlişini etdi. Yanvarın 11-də Müttəfiq Dövlətlərin Ali Şurası
Azərbaycanın müstəqilliyinin de-fakto tanınması haqqında yekdil qərar
qəbul etdi. Bu tarixi hadisə ilə əlaqədar 1920-ci il fevralın 9-da Azərbay
-
can Parlamenti “Əhaliyə bəxş edilən imtiyazlar haqqında” qanun qəbul
etdi. Bu amnistiya qanununa müvafiq olaraq, milli ədavət zəminində ci
-
nayət törətmiş bütün şəxslər təqib və cəzadan azad olundu, “Fövqəladə
Təhqiqat Komissiyasının icrasında olan” bütün cinayət işlərinə isə hə
-
mişəlik xitam verildi. (15)
Beləliklə, Komissiya üzvlərinin son dərəcə fədakar əməyi və dəqiq işi
nəticəsində məsuliyyətə cəlb olunmuş azsaylı cinayətkarların azad olun
-
masına baxmayaraq, FTK-nın fəaliyyətinin əhəmiyyəti, şübhəsiz ki, tək
hüquqi çərçivələrlə məhdudlaşmırdı. Ən əvvəl, erməni vəhşiliklərinin acı
-
sını yaşamış respublika əhalisi üçün FTK-nın işinin mənəvi-psixoloji əhə
-
miyyəti olduqca böyük idi. Komissiyanın özünün mövcudluğu və onun
üzvlərinin cəmiyyətin müxtəlif təbəqələri ilə, sadə azərbaycanlılarla tə
-
masda olması xalqın haqq-ədalətin bərpa edilməsinə inamını qaytarmış,
onun yeganə qanuni hakimiyyət olan Azərbaycan Hökumətinə etibarını
möhkəmləndirmişdi.
Müəyyən səbəblərdən Azərbaycan Hökumətinin Fövqəladə Təhqiqat
Komissiyasının fəaliyyətinin nəticələrini müxtəlif Avropa dillərində və
türk dilində dərc etdirmək və yaymaq niyyəti baş tutmasa da, Paris Sülh
1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
13
Konfransına yollanan Azərbaycan nümayəndə heyəti Bakı şəhərində,
habelə Şamaxı, Göyçay, Cavad qəzalarında ermənilərin müsəlman əha
-
liyə qarşı törətdikləri zorakılıqları təhqiq edən FTK materialları ilə təmin
edilmişdi. 6 cild və 95 fotoşəkildən ibarət olan bu materialların surətlə
-
ri böyük dövlətlərin başçılarına və beynəlxalq təşkilatlara təqdim olun
-
muşdu. 1919-cu ilin mayında Parisə - Azərbaycan nümayəndə heyətinin
sərəncamına əsasən komissiya tərəfindən hazırlanmış əlavə material, 95
fotoşəkil və 80-ə yaxın diapozitiv göndərilmişdi. (16)
Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoyan 1920-ci
il aprel çevrilişindən və Qızıl Ordunun köməyi ilə Azərbaycanda Sovet
hakimiyyətinin qurulmasından sonra, milli hakimiyyəti əvəz edən yeni
siyasi qüvvələr 1918-ci ilin faciəli hadisələrinə münasibəti köklü surət
-
də dəyişdi. Neçə onilliklər ərzində sovet tarixşünaslığında bu hadisələr
guya müsavatçı və daşnakların təhriki ilə baş vermiş vətəndaş müha
-
ribəsi kimi təqdim olunmuşdur. “Məxfi” qrifi altında saxlanılan FTK-nın
sənədləri isə, uzun illər, onsuz da onları obyektiv qiymətləndirmək im
-
kanından məhrum olan tədqiqatçılar üçün əlçatmaz olmuşdur. Yalnız ХХ
əsrin 80-ci illərinin sonlarında, keçmiş SSRİ-də yenidənqurmanın başlan
-
ması ilə əlaqədar olaraq əvvəllər qapalı olan arxiv fondlarından istifadə
etmək imkanı yarandı; Fövqəladə Təhqiqat Komissiyasının materialla
-
rı, bütövlükdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sənədlər
mütəxəssislərin və alimlərin ixtiyarına verildi.
Dövlət orqanları tərəfindən toplanan və saxlanılan FTK-nın material
-
ları rəsmi sənədlər olmaqla istər öz dövründə, istərsə də bu gün xüsu
-
si əhəmiyyətə malikdirlər. Müxtəlif siyasi və milli partiyaların bayraqla
-
rı altında çıxış edən erməni təşkilatlarının müsəlman əhalisinin, əsasən
azərbaycanlıların kütləvi surətdə məhv edilməsinə, onların öz əzəli tor
-
paqlarından qovulmasına və sonradan bu torpaqların işğalına yönələn
düşünülmüş siyasətinin əsl mahiyyətini ifşa edən bu çoxcildli sənədlər
elmi-mənbəşünaslıq, tarixi-siyasi və diplomatik baxımdan son dərəcə
qiymətli sayılırlar. Erməni təcavüzünün yeni mərhələsi olan Dağlıq Qara
-
bağ, Ermənistan-Azərbaycan münaqişəsinin başlanması ilə bu sənədlərin
aktuallığı yenidən böyük əhəmiyyət kəsb etmişdir.
Ötən illər ərzində FTK-nın sənədlərinin çox kiçik bir hissəsinin daxil
olduğu bir neçə sənədlər toplusu nəşr olunmuşdur; 1918-ci il hadisələri
Azərbaycan Xalq Cümhuriyyəti tarixinə, 1917-1920-ci illərin milli hərəka
-
tına, erməni-müsəlman münasibətlərinə dair müxtəlif məsələləri tədqiq
edən müəllif və mütəxəssislərin araşdırma obyektinə çevrilmiş və bu za
-
man Fövqəladə Təhqiqat Komissiyasının materiallarından da bu və ya
digər səviyyədə istifadə olunmuşdur.
2009-2013-ci illərdə isə bu sətirlərin müəllifi tərəfindən Fövqəladə
Təhqiqat Komissiyasının Bakı və ətraf kəndləri, habelə Quba və Şamaxı
qəzalarını əhatə edən sənədlər topluları tam həcmdə, həmin hadisələrə
dair elmi-tarixi oçerklər, müfəssəl məlumat-informasiya aparatı və xüsusi
məzmunlu xəritələr əlavə edilməklə, nəşr olunmuşdur. (17) Çap olunmuş
toplular Azərbaycan arxivlərində saxlanılan FTK-nın sənədlərinin 80%-
i təşkil edir. Təəssüflə qeyd olunmalıdır ki, komissiyanın heç də bütün
sənədləri, o cümlədən bəzi qəzalar üzrə istintaq işləri (FTK-nın üzvlərinin
məruzələri istisna olmaqla) respublikanın arxiv fondlarında qalmamışdır.
Lakin, Komissiya üzvləri tərəfindən dəfələrlə xatırlanan foto-materi
-
allar bu baxımdan ayrıca bir mövzu təşkil edir. Belə ki, sənədlərdən gö
-
ründüyü kimi, FTK üzvləri Bakıda və regionlarda işləyərkən erməni hərbi
birləşmələri tərəfindən dağıdılmış bir çox tikililərə, o cümlədən Bakıdakı
“İsmailiyyə” və d. binalara, Şamaxı, Quba və Kürdəmirdə müsəlmanlara
məxsus evlərə, dükanlara və digər obyektlərə baxışlar keçirmiş və mü
-
vafiq sənədlər tərtib etməklə yanaşı onların foto-çəkilişlərini aparmış və
bu çəkilişləri də protokollaşdırmışlar. Yuxarıda artıq qeyd edildiyi kimi,
1919-cu ildə FTK tərəfindən hazırlanmış 95 fotoşəkil və 80-ə qədər di
-
1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
14
apozitiv Fransaya, Paris sülh Konfransındakı Azərbaycan nümayəndə
heyətinə göndərilmişdir. Təəssüf ki, ötən 90 ildən artıq müddət ərzində
respublikada bu şəkillərin heç birini aşkar etmək mümkün olmamışdır.
2007-ci ildən başlayaraq, Komissiyanın materialları üzərində işləyən
müəllif Avropadakı həmkarlarının və dostlarının vasitəsi ilə 1918-ci ilin
noyabrında FTK üzvləri və ayrı-ayrı insanlar tərəfindən çəkilmiş və Ba
-
kıdakı faciəli mart hadisələrini əks etdirən şəkillərin axtarışı ilə məş
-
ğul olmuşdur. 1933-cü ildə Azərbaycan Xalq Cümhuriyyətinin lideri
Məmməd Əmin Rəsulzadə, 3 belə fotoşəkili təsvir edərək bu mövzuda
iranlı,polyak,gürcü və almanlar tərəfindən çəkilmiş onlarla fotoşəkillə
-
rin mövcud olduğunu yazırdı. (18) Maraqlıdır ki, həmin şəkillərin eyni
təsviri Bakıda FTK tərəfindən dindirilmiş Kazım Axundovun ifadəsində
də (19) verilmişdir.
2008-ci ildə Hollandiyada Leyden Universitetinin professoru, Bey
-
nəlxalq Sosial Tarix İnstitutunun (BSTİ-Amsterdam) Yaxın Şərq və Mərkə
-
zi Asiya Departamentinin rəhbəri prof. Turac Atabəki bir iranlının şəxsi
kolleksiyasında Bakıda mart hadisələri zamanı İran Konsulluğu tərəfin
-
dən çəkilmiş nadir fotoşəkli aşkar etmişdir. 1918-ci il, Bakıda mart ha
-
disələrindən sonra, konsulluq qətlə yetirilmiş müsəlmanların cəsədlərinin
şəhərin küçə və həyətlərindən toplanması və dəfn edilməsi məqsədilə
xüsusi komissiya yaratmışdı və görünür ki, eyni zamanda, foto-şəkillər
də çəkmişdir. Sonralar, Bakıda müsəlmanlara qarşı törədilmiş cinayətlərin
sübutu olan bu şəkillər mətbəə üsulu ilə “poçt-kart” şəklində çap oluna
-
raq İranda və başqa ölkələrdə geniş yayılmışdır. Prof. T.Atabəkinin aşkar
etdiyi şəkildə İranın Bakıdakı konsulu Məhəmməd Said Vəzarai-Marağe
-
yi və konsulluğun katibi qırğınlar dayandırıldıqdan sonra, Bakı həyətlə
-
rindən birində cəsədlərin yanında təsvir olunur. Şəkildə fars və fransız
dillərində belə bir yazı vardır: “Bakıda müsəlman əhalisinin məhv edil
-
məsi və onların cəsədləri yanında dayanan İran konsulu”.
Lütf edib, bu şəkli bizə təqdim etməklə, hörmətli dostumuz və həm
-
karımız Bakıda baş vermiş mart hadisələrinə dair Azərbaycanda olan
cüzi təsviri materialları zənginləşdirmişdir. Lakin FTK-nın şəkillərinin tale
-
yi hələ də naməlum qalırdı. Və budur, 2011-ci ilin sonunda Amsterdam
-
dan xoş xəbər gəldi: şəkillər tapılmışdır !
Uzun illər ərzində axtardığımız fotosənədlərin surətləri uzaq Ameri
-
kada, tarixi şəkilləri və sənədləri toplayan şəxsin kolleksiyasında saxla
-
nılırmış.
Müəllif sənədlərin tapılması və Beynəlxalq Sosial Tarix İnstitutu tərə
-
findən əldə olunmasında göstərdiyi səylərə görə professor Turac Ata
-
bəkiyə öz dərin minnətdarlığını bildirir. Müəllif, eyni zamanda, erməni
təcavüzünün qurbanı olmuş on minlərlə azərbaycanlının humanitar fa
-
ciəsindən bəhs edən bu qiymətli foto-dəlillərin bundan sonra da çox
-
milyonlu arxiv fondlarına malik olan Avropanın ən qocaman və unikal
Beynəlxalq Sosial Tarix İnstitutunun fondlarında saxlanılacağından məm
-
nunluğunu bildirir.
Müəllif, son dərəcə ağır və çətin şəraitə baxmayaraq, Azərbaycan
haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xid
-
mətləri olmuş böyük Azərbaycanlı, görkəmli ictimai-siyasi dövlət xadimi,
siyasətçi, jurnalist və diplomat, Azərbaycan Xalq Cümhuriyyətinin Paris
Sülh Konfransındakı nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Top
-
çubaşovun xatirəsini yad etməyi özünə borc bilir. Məhz onun fədakar
-
lığı sayəsində FTK-nın sənədləri bir çox xarici dövlətlərin başçılarına və
nümayəndə heyətlərinə təqdim olunmuş, qorunub saxlanmış və bəlkə
də buna görə uzaq Amerikada aşkar olunmuşdur. Sözü gedən fotolarla
birlikdə Azərbaycan arxivlərində saxlanılmayan FTK-nın bəzi yazılı ma
-
teriallarının bir qisminin xaricdə tapılması da bunu bir daha təsdiq edir.
Müəllif 1918-ci il hadisələri haqqında həqiqəti uzaqgörənliyi, həmçi
-
nin vicdanlı, peşəkar və səbirli əməyi ilə sənədlərdə əbədiləşdirən və bu
1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
15
günümüzə çatdıran şəxslərin adlarının hörmətlə anılmasını özünə borc
bilir: AXC-nin dövlət xadimləri – Fətəli Xan Xoyski, Məmməd Həsən Ha
-
cınski, Xəlil bəy Xasməmmədov, FTK-nın sədri və üzvləri – Ələkbər bəy
Xasməmmədov, Andrey Fomiş Novatski, Nikolay Mixayloviç Mixaylov,
Aleksandr Yevgenyeviç Kluge, Məmməd Xan Təkinski, İsmayıl bəy Şah
-
malıyev, Aley Adamoviç Aleksandroviç (Litovski), Çeslav Boleslavoviç
Klossovski, V.V.Qudvillo, Abbas bəy Hacı İrzayev və texniki heyət. Bu in
-
sanların çoxunun taleyi faciəli olmuşdur: 1920-ci ilin iyununda Tiflisdə
erməni terrorçunun hücumu zamanı F.X.Xoyski amansızcasına qətlə yeti
-
rilmiş, X.b.Xasməmmədov isə ağır yaralanmışdır, M.H.Hacınski və Ə.b.Xas
-
məmmədov Sovet hakimiyyəti tərəfindən işgəncə verilməklə güllələnmiş,
N.M.Mixaylov 1920-ci ildə Gəncə üsyanı zamanı öz mənzilində naqafil
güllədən həlak olmuş, A.Y.Kluge 1918-ci ilin dağıdıcı hadisələrindən az
sonra tüğyan edən epidemiya zamanı yolxucu xəstəlikdən vəfat etmiş,
Məmməd Xan Təkinski və İsmayıl bəy Şahmalıyev 1938-ci il Stalin rep
-
ressiyalarının qurbanı olmuşlar. 1920-ci illərin əvvəlində yeni hakimiyyətlə
əməkdaşlıq edən FTK-nın digər üzvlərinin sonrakı taleyi hələlik məlum
deyildır. Lakin onların adları FTK-nın sənədlərində əbədi olaraq qalmışdır.
Aşkar olunmuş fotomateriallarda onların kimə ünvanlandığı qeyd
olunmayıb, lakin şəkillərin arxasındakı yazılarından məlum olur ki, on
-
lar Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Aleksandroviç tərəfindən
göndərilmişdir. Bununla yanaşı, hər bir şəkil çəkilişdə iştirak etmiş FTK-
nın üzvü və fotoqrafın imzaları və FTK-nın möhürü ilə təsdiq olunub.
Bütün bu atributlar sübut edir ki, aşkar olunmuş şəkillər Azərbaycan Xa
-
rici İşlər Nazirliyi tərəfindən Paris Sülh Konfransında iştirak edən Azər
-
baycan nümayəndə heyətinə göndərilmiş məhz həmin FTK sənədləridir.
Şəkillərin eyniliyi FTK-nın çəkilişlərin qeyd olunduğu sənədləri ilə də təs
-
diq edilir.
Şəkil arxası yazılardan aydın olur ki, A.Aleksandroviç şəkilləri şərti ola
-
raq dörd seriyaya bölüb. “Erməni vəhşilikləri” adı altında qeyd olunmuş
birinci seriya komissiya tərəfindən toplanmış və Bakıda mart hadisələri
-
nin qurbanlarının əks olunduğu şəkillərdən ibarətdir. Digər – “Bakı”, “Şa
-
maxı” və “Kürdəmir” seriyalarına Komissiya üzvləri tərəfindən çəkilmiş
şəkillər daxildir. Daha bir şəkil – ermənilər tərəfindən şikəst edilmiş 18
yaşlı qadının şəkli FTK-nın Cavad qəzası üzrə sənədlərinə əlavə olunub.
Odur ki, bu kitab-albom tərtib edildiyi zaman Fövqəladə Təhqiqat Ko
-
missiyasının həmin şəkillərin çəkilməsi faktını təsdiq edən sənədlərin də
kitaba daxil edilməsini məqsədəuyğun hesab etdik. Bu nəşrə, həmçinin
Bakıda, Şamaxı şəhəri və Şamaxı qəzasında, Göyçay qəzasının kəndləri, o
cümlədən Kürdəmir qəsəbəsində və Cavad qəzasında baş vermiş faciəli
hadisələrindən ətraflı bəhs edən FTK-nın dörd məruzəsi daxil edilmişdir.
Həmin hadisələr FTK-nın üzvləri tərəfindən çəkilmiş şəkillərdə öz əksini
tapmışdır. Albomda həmçinin 2008-ci ildə professor T.Atabəki tərəfindən
Hollandiyada aşkar olunmuş fotoşəkil də yer almışdır.
Sonda, bu kitab-albomun ərsəyə gəlməsində dəstək və yardımını
əsirgəməyən hər kəsə, eyni zamanda FTK-nın materiallarının axtarışında
iştirak edən xaricdəki bütün dostlarıma və həmkarlarıma səmimi min
-
nətdarlığımı bildirirəm.
1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
16
Dostları ilə paylaş: |