|
Azərbaycan qirğinlari şƏKİl və SƏNƏDLƏRDƏAlbom1918 azHörmətli oxucu,
Bu gün sənin, ilk dəfə olaraq, 90 ildən artıq bir müddətdən sonra
Vətənə qayıdan nadir və qiymətli fotoşəkillərlə tanış olmaq imkanın var
-
dır. Bu şəkillərə diqqətlə bax. Onlar erməni millətçiliyinin əsl simasını
əyani olaraq nümayiş etdirir:
Vəhşicəsinə, amansızcasına qətlə yetirilmiş dinc insanlar. Öldürülmüş,
yandırılmış və baş dəriləri soyulmuş kişi, qadın, qoca və uşaq cəsədləri.
Onların hamısı azərbaycanlı idilər!
Yandırılmış, dağıdılmış və talan edilmiş memarlıq abidələri, məscidlər,
şəhər yaşayış məhəllələri, kəndlər, məktəblər, dükanlar, malikanələr, ev
-
lər. Bunlar hamısı azərbaycanlılara məxsus idi!
Və bütün bu ağlasığmaz cinayətlər, özünün ən qədim və ən mədəni
xalq olduğu barədə durmadan əfsanələr uyduran bir millətin nümayən
-
dələri tərəfindən törədilmişdir.
Gördüklərinə qiymət verməyi öz ixtiyarına buraxıram və bu kitabın
ilk səhifəsindəki epiqrafın sonuncu cümləsini bir daha xatırladıram: “Fakt
göz qarşısındadır. Kim istəyir, yoxlaya bilər”.
Dostları ilə paylaş: |
|
|