2. Ənənəvi turistlər - zövq həvəskarlarından yüksək həyat
şəraitinin arzusunda olmadıqları ilə fərqlənməklə, onlar üçün istirahət
özünü tapmaq və şəxsiyyət kimi göstərmək imkanıdır;
3. Ailəvi turistlər - ailə, dost və qohumların əhatəsində istirahət
edərək, sakit şəraitə əhəmiyyət verir və münasib qiymətə olan
xidmətlərdən yararlanırlar;
4. Hərtərəfli istirahət edən turistlər - əsasən passiv qrupa aid
olmaqla, istirahət zamanı eksperimentlər həyata keçirməyi üstün
tutmayaraq, ümumi tərzi saxlamağa (çoxlu yatmaq, dadlı və davamlı
qidalanmaq, qısa məsafələrə piyada yürüş və s.) çalışırlar.
Tədqiqatın məqsədindən asılı olaraq müxtəlif turist tipologiyası
mövcuddur. Daha geniş yayılmış turist tipologiyası isə alman
mütəxəssisi Q.Qana məxsusdur. Q.Qan 6 turist tipi ayırır: S, F, W-l,
W-2, A, B.
1. S turist tipi (almanca Sonne, Sand, See - günəş, qumlu
çimərlik, dəniz) -turist dəniz kurortlarında passiv istirahətə, sakitlik
və komfort şəraitə üstünlük verir;
2. F turist tipi (almanca Ferme und Flirtorientierter Eriebnisur
Lauber - uzaq məsafələrə səyahət) - cəmiyyət əhatəsində olmaq,
zövq almaq və təəssüratların bir-birini əvəz etməsi əsas kredosu olan
turist o ərazilərdə məzuniyyətini keçirir ki, orada nə isə baş verir;
3. W -l turist tipi (almanca Wald und Wanderorientiert - meşədə
gəzinti və yürüş həvəskarı) - məzuniyyətdə aktiv istirahət və piyada
yürüşə önəm verən turist istirahətdə yaxşı fiziki formanın
saxlanılmasına can atır, lakin idmanla professional səviyyədə məşğul
olmur;
4. W-2 turist tipi - turist həvəskar deyil, idmançı olmaqla,
uzunmüddətli və böyük fiziki güc-qüvvə saxlayır, landşaft-mədəni-
tarixi meyarlar ikinci əhəmiyyət daşıyır;
5. A turist tipi (almanca Abentener - macəra) - macəra, risk, yeni
təəssüratlar, gözlənilməz vəziyyətdə öz gücünü sınaqdan keçirmək və
təhlükə istirahətdə turistin seçimini müəyyən edir;
6. В turist tipi (almanca Bildung und Besichtigung - təhsil və
görməli yerlərə baxış) - turistlər “ekspertlər”, “emossionallar”,
20
“mütəxəssislər” olmaqla, 3 qrupa bölünür və görməli yerlərə səyahət
edir, təbiətə, tarixə, incəsənət və mədəniyyətə önəm verirlər.
Turistin motivlərinə aşağıdakılar aiddir:
yeni mədəniyyət və həyat tərzi, qida və adət-ənənə ilə tanışlıq
və öyrənmək;
əyləncə, gecə həyatı ilə tanışlıq, yaxşı kafe və restoranları
görmək imkanı əldə etmək;
həyatın digər obrazlarında olmaq, vəsait xərcləmək, özünü
yüksək səviyyədə hiss etmək;
ümumi şəraiti dəyişmək, stressi atmaq, istirahət etmək;
teatr, tamaşa, festival və karnavalların iştirakçısı olmaq;
yeni və maraqlı insanlarla görüşmək;
ölkədə biznes üçün potensial şəraiti öyrənmək;
şoppinq etmək, suvenir və hədiyyə almaq;
dənizdə istirahət etmək, idmanla məşğul olmaq;
müalicə almaq;
dini-zəvvarlıq etmək;
qohum və dostlarla görüşmək.
Turistin məqsədlərinə aşağıdakılar aiddir:
zövq almaq və istirahət - uzunmüddətli dövr ərzində iş
fəaliyyətində yaranan stressin götürülməsi, fiziki və mənəvi gücün
bərpası;
müalicə və sağlamlıq - kurort, sanatoriya, müalicə-sağlamlıq
müəssisələrinə səyahət, mineral sular, iqlim, müalicəvi palçıq və
digər vasitələrlə müalicə;
işgüzar - konfrans, iclas, sessiya, idman tədbirlərində,
konqres, ticarət yarmarkaları, sərgilərdə iştirak, leksiya oxumaq,
konsert vermək, saziş imzalamaq, təhsil və elmi-tədqiqat fəaliyyəti.
Səyahətdə olan turistin aşağıdakı hüquqları vardır:
ölkə və ya müvəqqəti gəlinən ərazidə yerli əhalinin adət-
ənənəsi, dini mərasim, müqəddəslər, təbiət və tarixi-mədəni abidələr,
ətraf mühitin vəziyyəti haqqında dəqiq və lazımi informasiya almaq;
21
ölkə və ya müvəqqəti gəlinən ərazidə qəbul olunmuş
məhdudlaşdırım tədbirləri nəzərə alaraq, hərəkət azadlığı və turizm
ehtiyatlarına yiyələnmək;
şəxsi
təhlükəsizliyin,
istehlakçı
hüququnun,
əmlakın
mühafizəsinin və
maneəsiz təcili-tibbi yardımın göstərilməsinin
təmini;
müqavilənin şərtlərinin yerinə yetirilməməsi və pərakəndə
alqı-satqı şəraitində turoperator və turagentlik tərəfindən itkinin
ödənilməsi və mənəvi zərərin kompensasiyası;
ölkənin hakimiyyət və yerli idarəetmə orqanları tərəfindən
hüquqi və digər köməyin alınması;
əlaqə vasitələrini maneəsiz əldə etmək imkanı.
Səyahətdə olan turistin aşağıdakı vəzifələri vardır:
müvəqqəti getdiyi ölkə və ya ərazidə qanunları nəzərə alıb,
yerli adət-ənənə və dini inanclara hörmət etmək;
ətraf təbii mühiti mühafizə etmək, təbiət və tarixi-mədəni
abidələrə həssaslıqla yanaşmaq;
ölkə və ya müvəqqəti gedilən ərazidə gəlmə və getmə
qaydalarına əməl etmək;
səyahət zamanı şəxsi təhlükəsizlik və əmlakın qorunması
qaydalarına riayət etmək.
Yoxlama suallar:
1. “Turist” anlayışının müəyyən edilməsinə fərqli yanaşmalar.
2. Turist hesab edilməyən səyahətçilərin ayrıldığı xüsusiyyətlər.
3. Turistlərin səyahətdə aktivliyindən asılı olaraq bölündüyü qruplar.
4. Turistlərin səyahətdə həyat tərzindən asılı olaraq ayrıldığı qruplar.
5. Q.Qan tərəfindən ayrılan 6 turist tipi.
6.
Turistlərin motivləri və məqsədi.
7.
Səyahətdə olan turistin hüquq və vəzifələri.
Ədəbiyyat
1. Долженко Г.П. Основы туризма. М.-Р.Д., 2009, 310 с.
2. Кабушкин Н И. Менеджмент туризма. Мн., 2005,409 с.
3. Организация туризма. Под редак. А.П.Дуровича. Мн., 2006, стр. 12-14.
22
1.3. İnsan və cəmiyyət üçün turizmin əhəmiyyəti
Turizmə bir sıra xarici amillər təsir etməklə yanaşı, turizm
özü də inkişaf etdiyi ölkə və regionlarda iqtisadi, siyasi, ekoloji,
sosial-mədəni şəraitə təsir etmək qabiliyyətinə malikdir. Həmçinin,
bu təsirlərin müsbət və mənfi tərəfləri mövcuddur. Y.F.Volkov
turizmin siyasi, tərbiyəvi, mədəni, ictimai, bioloji və iqtisadi
əhəmiyyətini ayırmışdır (2003):
Turizmin siyasi əhəmiyyəti. Turizmin siyasi, xüsusilə
beynəlxalq əhəmiyyəti dedikdə müxtəlif qitə və dövlətlərin
sakinlərinin dünyagörüşü və fikirlərinin mübadiləsi, onların bir-
birinə yaxınlaşması başa düşülür. Xalqlar arasında əlaqələrin
yaranmasına şərait yaradan turizm, sülh əməkdaşlığının əsasım
qoyaraq, sülhün möhkəmləndirilməsi yolları və vasitələrindən biri
kimi çıxış edir. Hər hansı bir ölkə və onun vətəndaşları haqqında
kitab, radio, kino, internet, televiziyadan alınan və bəzən doğru
olmayan informasiyadan fərqli olaraq turizm, ölkə barəsində daha
dolğun fikir bildirməyə imkan yaradır. Müvafiq olaraq ölkəyə
səyahət zamanı yerli sakinlərlə turistlər arasında fikir mübadiləsi
doğru olmayan informasiyanı dəyişə bilər.
Turizmin
tərbiyəvi
əhəmiyyəti.
Turizmin
tərbiyəvi
əhəmiyyəti müxtəlif ölkələrin ərazisinə səyahət edərək, oradakı
ictimai həyatı müşahidə edən, iqtisadiyyat və mədəniyyət sahəsində
uğurlarla
tanış
olan
səyahət
iştirakçılarının
dərketmə
qabiliyyətlərinin artmasından ibarətdir.
Turizmin mədəni əhəmiyyəti. Turizmin mədəni əhəmiyyəti
dedikdə yeni şəhərlər və onların əhalisi, tarixi, adət-ənənələri,
incəsənəti, memarlığı, teatr, ədəbiyyat, kino, musiqi sahəsində
uğurları ilə tanışlıqdan sonra turistin şəxsi mədəni səviyyəsinin
yüksəlməsi, həmçinin xarici dillər üzrə biliklərin təkmilləşdirilməsi
başa düşülür.
Turizmin ictimai əhəmiyyəti. Turizmin ictimai əhəmiyyəti
dedikdə səyahət iştirakçılarının həmrəyliyi, yoldaşlıq və qarşılıqlı
qonaqpərvərlik, özünü sərbəst aparmaq, məsuliyyətli, dəqiq olmaq,
23
Dostları ilə paylaş: |