Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVL



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/68
tarix16.11.2017
ölçüsü2,8 Kb.
#10590
1   ...   43   44   45   46   47   48   49   50   ...   68

 
142
bətlər  istər  NATO  çərçivəsində,  istərsə  də  ikitərəfli  qaydada 
inkişaf etməkdə idi. 29 noyabr 1982-ci ildə iki dövlət arasında 
“Qarşılıqlı  anlaşma  haqqında  memorandum”un  imzalanması 
Türkiyə-ABŞ  yaxınlaşmasının  yeni  bir  göstəricisi  oldu.  Sovet 
dövləti  ilə  münasibətlər  sovet  qoşunlarının  Əfqanıstanı  işğal 
etməsi, eləcə də bu dövlətin Türkiyədəki bəzi separatçı qüvvə-
ləri  dəstəkləməsi,  hətta  təşkilatlandırması  və  silahlandırması 
səbəbindən  xeyli  sərinləşsə  də  Ulusu  hökuməti  qonşu  döv-
lətlərlə  münasibətlərdə  olan  gərginliklərin  aradan  qaldırılma-
sına cəhd göstərdi. 
ABŞ-ın  rəsmi  dairələri  Türkiyədəki  bu  dövlət  çevrilişini 
razılıqla qarşıladılar, ona tərəfdar olub kömək edəcəklərini bil-
dirdilər.  NATO  da  bu  işə  müsbət  münasibətdə  olduğunu  bil-
dirdi. Lakin bəzi Avropa dövlətləri hərbi diktatura yaradılması 
ilə  əlaqədar  Türkiyə  demokratiyasının  taleyi  üçün  narahat 
olduqlarını bildirdilər.  
MTŞ-nin  qərarı  ilə  ictimai  təşkilatların  fəaliyyətinin  qa-
dağan olunması barədəki göstəriş müəyyən qədər götürüldü və 
beləliklə də ictimaiyyətin nüfuzlu dairələrinin konstitusiya layi-
həsinin hazırlanmasında iştirak etmələri üçün şərait yaradılmış 
oldu.  Yeni  konstitusiya  ətrafında  Türkiyə  mətbuatında  geniş 
diskussiya  başlandı.  1982-ci  il  konstitusiyasının  hazırlanma-
sında  siyasi  partiyalar  iştirak  etmədilər.  1982-ci  il  konstitu-
siyası 1924 və 1961-ci il konstitusiyaları ilə müqayisədə güclü 
dövlət  və  nüfuzlu  hakimiyyət  olması  məsələsinə  daha  çox 
ə
həmiyyət verirdi.  
1983-cü ilin aprelində qəbul olunmuş siyasi partiyalar haq-
qında  qanun  MTŞ-nin  fəaliyyətinə  qarşı  partiyaların  çıxış 
etmələrini  qadağan  edirdi.  Partiyalara  həmçinin  dindən  siyasi 
məqsədlər üçün istifadə etmək qadağan edilirdi. Həmin qanuna 
ə
sasən  partiyalar  xarici  təşkilatlardan  hər  hansı  bir  kömək  ala 
bilməzdilər. Partiyaların bütün işi və onların təbliğat fəaliyyəti 
ancaq  türk  dilində  olmalı  idi.  MTŞ  partiyaların  siyasi  fəaliy-


 
143
yətinin  qadağan  olunması  barədəki  qanunun  da  1983-cü  il 
aprelin 24-də ləğv olunması barədə qərar qəbul etdi.  
Partiyaların  yenidən  fəaliyyətə  başlamalarına  icazə  veril-
məsi  Türkiyənin  siyasi  həyatında  çox  mühüm  hadisə  idi  və  o, 
ölkədə  çox  böyük  siyasi  fəallığa  səbəb  oldu.  Yeni  yaranmış 
partiyalar  içərisində  hərbçilərin  ümid  bəslədiyi  partiya  MDP 
idi.  Hərbçilər  öz  siyasi  arzularının  bu  partiya  tərəfindən  real-
laşacağına  inanırdılar.  Bu  partiyanın  yaradıcısı  istefada  olan 
general Turqut Sunalp idi. 1983-cü il mayın 20-də Ana Vətən 
Partiyası fəaliyyətə başladı. Bu partiyanın başçısı Turqut Özal 
oldu.  Parlament  seçkiləri  ərəfəsində  10-dan  çox  siyasi  partiya 
fəaliyyətə  başladı.  1983-cü  il  noyabrın  6-da  keçirilmiş  par-
lament seçkilərində Ana Vətən Partiyası səslərin 45 faizdən ço-
xunu topladı. Turqut Özalın başçılığı ilə hökumət təşkil olundu.  
Tədqiqatçıların  yekdil  fikrinə  görə  həmin  vaxtdan  Türkiyə 
həyatının  müxtəlif  sahələrində  yeni  bir  inkişaf  mərhələsi  baş-
ladı  ki,  tarixi  ədəbiyyatda  bu  liberal  dəyişikliklər  dövrü  kimi 
xarakterizə  olunur.  stər  siyasi  həyatda,  istərsə  də  iqtisadi 
həyatda  liberal  dəyərlərə  üstünlük  verilməsi  Ana  Vətən  Par-
tiyasının  dönməz  fəaliyyət  kursu  oldu.  80-ci  illərdə  daxili  si-
yasi  həyatın  demokratikləşdirilməsi,  növbəti  parlament  seçki-
lərinin  demokratik  təməllər  əsasında  keçirilməsi,  mülki  haki-
miyyətin  daha  da  gücləndirilməsi  sahəsində  görülən  tədbirlər 
Özal hakimiyyətinin başlıca uğurları sayılır. Məhz bu səbəblərə 
görə Turqut Özal az bir zamanda istər ölkə daxilində, istərsə də 
ölkə  xaricində  öz  sözü  və  nüfuzu  olan  bir  baş  nazir  kimi 
tanındı. 
Ölkə  hərbi  üsul  idarədən  uzaqlaşdıqca  1982-ci  il  konstitu-
siyasına yenidən baxılmasına zəruriyyət yaranırdı. 1986-cı ilin 
aprelində Turqut Özalın təklifi ilə keçmiş siyasi liderlərin üzə-
rindəki  qadağalar  götürüldü.  Siyasi  qadağaların  ləğvi  imkan 
verdi  ki,  hərbi  çevrilişdən  əvvəl  partiya  başçıları  olan  siyasi 
liderlər  açıq  mübarizəyə  qoşulsunlar.  Yaranmış  şəraitlə  bağlı 
olaraq Ana Vətən Partiyası parlamentə vaxtından əvvəl seçkilər 


 
144
keçirilməsinə qərar verdi. TBMM və ölkə prezidenti bu təklifi 
dəstəklədilər. Seçkilər 1987-ci ilin noyabrına təyin olundu.  
AVP  seçki  qabağı  təbliğat  mərhələsini  yüksək  səviyyədə 
həyata  keçirdi.  Təbliğat  gedişində  daim  diqqət  mərkəzində 
duran  məsələ  iqtisadiyyatda  qazanılmış  nailiyyətlər  idi.  Bu 
partiya eyni zamanda təbliğ edirdi ki, onların hakimiyyəti döv-
ründə  ölkədə  demokratik  qanun-qayda  və  təhlükəsizlik  şəraiti 
yaradılmışdır.  Bu  seçkilərdə  AVP  xüsusi  kapitala  geniş  yer 
verməyi,  əhalinin  sosial  problemlərini  həll  etməyi,  bir  sözlə 
Türkiyəni  qabaqcıl  və  müasir  dövlətə  çevirməyi  vəd  edirdi. 
1987-ci  ilin  parlament  seçkilərində  7  siyasi  partiya  iştirak  et-
sədə, parlamentdə 3 siyasi partiya təmsil olundu. AVP bu seç-
kilərdə 65 faizə yaxın səs toplayaraq tək başına hökuməti təşkil 
etdi.  1989-cu  ilin  payızında  prezident  K.Evrenin  prezidentlik 
müddəti  başa  çatdığından  Turqut  Özal  oktyabrda  öz  nami-
zədliyini irəli sürdü. TBMM-də Özal tərəfdarlarının çoxluq təş-
kil etməsi onun ölkə prezidenti seçkilərində qalib gəlməsinə sə-
bəb oldu. Turqut Özal bir prezident kimi fəaliyyətində öz sələf-
lərindən fərqli yol tutmuşdu. Turqut Özal istər baş nazir, istərsə 
də  prezident  kimi  öz  fəaliyyətilə  Türkiyə  həyatının  bütün 
sahələrinə bir yenilik gətirmişdir.   
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə