130
mələ əsaslanması idi. Atatürk inqilabları dünyəvi cəmiyyət sis-
temini qəbul etməklə özündən əvvəlki inqilabi hərəkatlardan
köklü surətdə fərqlənir. Bu inqilablar türk millətinin müasir-
ləşmə yolundakı ehtiyac və istəklərinə tam uyğun formada
həyata keçirilirdi. Atatürk inqilabları iqtisadi və sosial həyatda
öz bəhrəsini verdi. Milli sənaye yarandı, kənd təsərrüfatı yük-
səldi.
1925-ci ildə SSR ilə Türkiyə arasında üç il müddətinə
hücum etməmək və bitərəflik haqqında müqavilə bağlanmışdı.
1938-ci ilədək həmin müqavilənin müddəti bir neçə dəfə artı-
rılmışdı. XX əsrin 20-30-cu illərində SSR ilə Türkiyə arasında
iqtisadi əməkdaşlığa dair bir neçə saziş imzalanmışdı. Bu
illərdə Türkiyə bir sıra digər dövlətlərlə də iqtisadi və siyasi
ə
laqələr qurmağa başlamışdı. Bütün bu inkişafların nəticəsində
Millətlər Cəmiyyəti 1932-ci ildə Türkiyəni sülh yolunda gös-
tərdiyi səyləri ilə bağlı üzvlüyə dəvət etdi. Millətlər Cəmiy-
yətinin böyük dövlətlərin mənfəətlərini qoruyan bir qurum
halına gəlməsinə baxmayaraq, Türkiyə sülhün qorunması isti-
qamətində yaxşı niyyətini göstərmək məqsədi ilə 1932-ci ilin
iyulunda bu quruma üzv oldu.
XX əsrin 30-cu illərinin əvvəllərində taliyanın Aralıq dəni-
zində fəallaşması ilə bağlı Qara dəniz boğazlarının əhəmiyyəti
artdı. taliya Dodekanez adalarında hərbi bazalar yaratmışdı.
Türkiyə boğazlar rejiminə yenidən baxılmasını tələb edirdi. 30-
cu illərdə Avropada beynəlxalq münasibətlər Türkiyənin
xeyrinə dəyişməyə başladı. 1935-ci ilin dekabrında ngiltərə
Türkiyə, Yunanıstan və Yuqoslaviyaya vəd etdi ki, taliya təca-
vüzü zamanı onları müdafiə edəcək. SSR də Türkiyənin
mövqeyini müdafiə edirdi. 1936-cı ilin aprelində türk hökuməti
Lozanna müqaviləsini imzalayan dövlətlərə boğazlar məsələ-
sinə yenidən baxmaq haqqında müraciət etdi. Türk höku-
mətinin bu müraciətinə müsbət cavab verildi. 1936-cı ilin iyu-
nun 22-də sveçrənin Montre şəhərində doqquz dövlətin iştirakı
ilə Qara dəniz boğazlarının rejiminə dair konfrans keçirildi.
131
Konfransda taliya nümayəndə heyəti iştirak etmədi. Konfrans
iştirakçıları Türkiyə nümayəndə heyətinin təkliflərinə prinsipcə
razı oldular. 1936-cı ilin iyulun 20-də Qara dəniz boğazlarının
rejiminə dair Montre konvensiyası imzalandı. Konvensiyaya
görə boğazlar zonasında Türkiyənin hüquqları tamamilə bərpa
edildi. Boğazlardan keçməyə nəzarət və müşahidə hüququ
Türkiyəyə verildi. Bütün ölkələrin ticarət gəmiləri boğazlardan
sərbəst keçmək hüququ aldılar. Dinc dövrdə boğazlardan Qara
dəniz dövlətlərinin bütün hərbi gəmiləri keçə bilərdi. Boğaz-
lardan Qara dənizə çıxışı olmayan dövlətlərin yalnız yüngül
hərbi gəmilərinin keçməsi nəzərdə tutulmuşdu. Bu gəmilər
Qara dənizdə üç həftədən çox qalmamalı idi. Türkiyənin iştirak
etmədiyi müharibə zamanı boğazları müharibə aparan döv-
lətlərin hərbi gəmiləri üçün bağlaya bilərdi. Türkiyə mühari-
bədə iştirak edərdisə, türk hökuməti boğazlar rejimini özü tən-
zimləməli idi. Montre konvensiyası heç bir iştirakçı dövlət
tərəfindən ləğv edilməmiş olduğundan hələ də qüvvədə
qalmaqdadır.
ngiltərənin razılığı olmasaydı, Türkiyənin boğazlar reji-
mini bu dərəcədə öz xeyrinə dəyişdirməsi mümkün ola bil-
məzdi. ngiltərənin Türkiyəyə qarşı bu cür davranışı taliyanın
Şə
rqi Aralıq dənizi bölgəsində ortaya çıxardığı təhlükədən irəli
gəlmişdi. Belə bir təhlükəyə qarşı ngiltərə Türkiyədə özünə
möhkəm bir dayaq görmüş və Türkiyəni öz tərəfinə çəkmək
istəmişdi. Montre konvensiyasından sonra türk-ingilis müna-
sibətləri daha da inkişaf etmişdi.
Lozanna konfransından sonra yeni bir dövlətin qurul-
masında, sultanlığın və xəlifəliyin qaldırılmasında, dünyə-
viliyin və digər islahatların həyata keçirilməsində Atatürkün ilk
məsləhətçisi həmişə smət paşa olmuşdur. Bu səbəblərə görə
idi ki, Mustafa Kamal Atatürk 1938-ci ildə öldükdən sonra
onun davamçısı s-mət paşa oldu. Gerçək bu idi ki, smət nönü
olduqca qarışıq və sonu müəyyən olmayan dünya şərtləri içində
prezidentlik vəzifəsini boynuna götürmüşdü və ediləcək kiçik
132
bir səhv ölkə həyatını təhlükəyə ata bilərdi. Onu qarşıda tək
dünya müharibəsinə olan ehtimallar deyil, mənimsədiyi sis-
temin ağır məsuliyyətləri də gözləyirdi.
1939-cu ilin sentyabrında ikinci dünya müharibəsi başladı.
Türkiyənin bu müharibədə heç bir istəyi və iddiası yox idi.
Ə
sas məsələ ölkənin varlığının davamını təmin etmək və qoru-
maq idi. Lakin ölkənin coğrafi mövqeyi onu problemlər içində
çıxılmaz vəziyyətə salırdı. Lakin smət nönü müharibəyə
girməyi heç düşünmürdü. nönünün siyasəti ölkəni hər nə ba-
hasına olursa olsun müharibədən uzaq tutmaq idi. Çünki Tür-
kiyənin nə yeni torpaqlar qazanmaq istəyi, nə də əlindən
çıxmaması üçün qorumağa çalışdığı müstəmləkə torpaqları
vardı.
Diplomatik mübarizədə Türkiyəni öz tərəfinə çəkmək və
Balkanlara sahib olmaq başlıca yer tuturdu. 1941-ci il iyulun
18-də Almaniya ilə Türkiyə arasında dostluq və hücum etmə-
mək haqqında müqavilə imzalandı. Bu müqavilə ilə Almaniya
özünün cənub sərhədlərinin təhlükəsizliyini təmin etdi. Bu
müqavilə ilə qəribə bir vəziyyət yaranmışdı. Türkiyə ngiltərə
ilə müttəfiq idi, SSR ilə Türkiyə arasında da hücum etməmək
haqqında razılıq var idi. Bir sözlə imzalanan bu müqavilələr ilə
Türkiyə bitərəfliyini qoruyub saxlaya bilmişdi. Lakin Türkiyə
üzərində müttəfiqlərin təzyiqi artırdı. Müttəfiqlər Türkiyənin
Almaniya ilə olan əlaqələrini yaxşı qarşılamırdılar. Hətta SSR
Türkiyənin ona hücum edə biləcəyini ya da alman ordusuna
tranzit keçid icazəsi verə biləcəyini düşünərək narahat olurdu.
Almaniya Türkiyənin müharibəyə girməsini təmin etmək
üçün Egey adaları ilə birlikdə Trakya və Qafqazda ona torpaq
vəd etdi. Buna qarşılıq nönünün cavabı belə oldu: “Türkiyənin
torpaq tələbi yoxdur. ngiltərə ilə ittifaqına da xəyanət edə
bilməz. Lakin Almaniya Türkiyəyə hücum etmədiyi təqdirdə,
Türkiyə Almaniyanın hər hansı bir dövlətlə apardığı müha-
ribədə tərəfsiz qalacaq və hücum etməyəcəkdir”.
Dostları ilə paylaş: |