127
lardan sonra 1923-cü il iyulun 24-də Lozannada sülh müqa-
viləsi imzalandı. Lozanna konfransında türk diplomatiyası
böyük uğur qazanaraq öz iradəsini dünyaya qəbul etdirə bildi.
Konfransın qərarlarına görə yeni Türk dövlətinin beynəlxalq
aləmdə müstəqil, bütün digər dövlətlərlə bərabər bir varlıq
olduğu qətiliklə tanınırdı. Antanta dövlətləri həmçinin kapitul-
yasiyaların və onlara əsaslanan qeyri-bərabər müqavilələrin
ləğvi ilə razılaşdılar.
Konfransda ən çox mübahisə doğuran məsələ boğazlar
məsələsi olmuşdur. Belə ki, boğazlardan istifadənin bütün döv-
lətlər üçün açıq olması məsələsi böyük dövlətlər tərəfindən
israrla müdafiə olunurdu. Boğazlara Antanta dövlətlərinin
nəzarəti məsələsinə isə türk tərəfi razı olmurdu. Sonda qəbul
edilən razılaşmaya görə bütün ölkələrin hərbi gəmiləri istisna
olmaqla digər gəmilərin boğazlardan sərbəst keçişi təmin
olunurdu. Ankara hökuməti güzəştə getdi və boğazlar üstündə
beynəlxalq nəzarət qoyuldu.
Bu konfrans türk dövlətinin varlığının bütün dünyada bir-
mənalı olaraq qəbul edildiyini göstərirdi. Bu konfransdan sonra
yeni yaradılmış Türkiyə dövləti dünyanın bütün ölkələri ilə
bərabərhüquqlu münasibətlər yaratmaq imkanı əldə etdi. 13
oktyabr 1923-cü ildə Ankara Böyük Millət Məclisinin qərarı ilə
Türkiyə dövlətinin mərkəzi oldu. 1923-cü il oktyabrın 29-da
TBMM Türkiyəni respublika elan etdi. Bundan sonra respub-
lika prezidentinin seçkisi başlandı. Ankara millət vəkili Mus-
tafa Kamal paşa yekdilliklə Türkiyə Respublikasının ilk pre-
zidenti oldu.
2.
Türkiyə Cümhuriyyəti 20-40-cı illərdə
XX əsr türk xalqının ictimai-siyasi həyatına keşməkeşli və
ciddi dəyişikliklərlə zəngin olan tarixi bir dövr kimi daxil
olmuşdur. Yarımmüstəmləkə vəziyyətinə düşmüş Osmanlı im-
periyası rəsmi olaraq dağıldı. Orta əsrlərdən miras qalmış sul-
128
tanlıq rejimi birdəfəlik ləğv edildi. Türk xalqının qələbələri ilə
dolu olan milli-azadlıq hərəkatı nəticəsində Türkiyə respub-
likası yarandı. Respublikanın yaranması ölkənin sosial-iqtisadi
həyatının müasirləşməsi və xaricilərin istismarından azad
olunması üçün geniş imkanlar açdı. Sultanlıq üsul-idarəsinin
ləğvi və respublika quruluşunun yaradılması ölkədə ictimai-si-
yasi həyatın yeniləşməsi üçün zəmin təşkil etdi. Ölkədə yeni
tipli siyasi institutların yaradılmasında, sosial, hüquqi, mədəni
və iqtisadi həyatın yenidən qurulmasında, bir sözlə, ölkənin
gələcək inkişaf yolunun müəyyən edilməsində Qərbin keçdiyi
tarixi inkişaf yolu bir örnək rolunu oynadı.
Mustafa Kamal geniş islahatlar proqramını həyata keçir-
məyə başladı. Respublikaçılıq, millətçilik, xalqçılıq, dövlət-
çilik, dünyəvilik və inqilabçılıq prinsiplərinə söykənən və
ölkəni demokratik inkişaf yoluna çıxaran bu islahatlar Atatürk
inqilabları adı ilə tarixə düşdü. Bu inqilabların məqsədi,
Mustafa Kamal tərəfindən “Türkiyəni inkişaf etmiş dövlətlər
səviyyəsinə çıxartmaq” olaraq bəyan edilmişdir. Mustafa
Kamal özünün ictimai-siyasi həyatı müasirləşdirmək haqqın-
dakı ideyalarını milli-azadlıq hərəkatının qələbəsindən sonra
praktik olaraq həyata keçirməyə başladı. Dünyəvilik prinsipi
ə
sasında din və dövlət işlərinin bir-birindən ayrılması və 5
fevral 1937-ci ildə dünyəvilik prinsipinin konstitusiyaya daxil
edilməsi Atatürk inqilabının siyasi sahədə gerçəkləşdirdiyi
başlıca məsələ idi.
Qadınların ictimai həyata cəlb edilməsi, onların vətəndaşlıq
və siyasi hüquqlarının kişilərlə bərabər tutulması, soyadı haq-
qında qanunun qəbulu, bir sıra ləqəb və ünvanların ləğvi, bey-
nəlxalq saat, təqvim və rəqəmlərin, ölçü vahidlərinin qəbulu
Atatürk inqilablarının ictimai sahədə müvəffəq olduğu başlıca
müasir tədbirlər idi.
1926-cı ildə şəriətə əsaslanan məcəllənin əvəzinə Avropa
nümunəsi əsasında yeni vətəndaşlıq və cinayət kodeksi qüvvə-
yə mindi. Mustafa Kamalın fikrincə, hüquq sahəsində irəliləyə-
129
cəyimiz yol sivilizasiya yolu olacaqdır, qanunlar yüz ilin
gərəklərinə, millətin gerçək ehtiyaclarına görə hazırlanacaqdır.
Çünki sivilizasiya tələblərinə uyğun şəkildə qurulmuş dövlət
mexanizmi köhnə qanunlarla işləyə bilməzdi.
1928-ci ildə ərəb əlifbasının yerinə latın əlifbası qəbul edil-
di və maarif sahəsində geniş islahatlar keçirilməyə başladı.
Ə
rəb və fars dillərində keçirilən dərslər orta məktəb proqramın-
dan çıxarıldı və dil türkləşdirilməyə başladı. Milli, demokratik
və düyəvi bir maarif proqramı hazırlandı. Qeyri-türk məktəb-
ləri dövlət nəzarəti altına alındı. Onların milli mədəniyyətə və
milli hisslərə zidd təhsil tətbiq etmələrinə imkan verilmədi.
1933-cü ildə gerçəkləşdirilən universitet islahatı ilə milli və
müasir türk universitetlərinin təməlləri atıldı.
Türkiyə respublikası yaradıldıqdan sonra iqtisadi islahat-
ların da həyata keçirilməsinə başlandı. Bu baxımdan, Res-
publika rejiminə miras qalmış zəif iqtisadiyyat üzərində, türk
millətinə yeni bir həyat vermək üçün atılan addımlar, milli iqti-
sadiyyatla bağlı verilən qanun və qərarlar, milli mənfəəti nə-
zərdə tutan böyük kapital qoyuluşları iqtisadi sahədə gerçək-
ləşdirilən işlər oldu. Milli burjuaziya başa düşürdü ki, o, müs-
təqilliyi yalnız xarici rəqabətdən qoruna bilən, özünəməxsus
iqtisadi bazaya, habelə milli sənayeyə malik olarsa qazana
bilər. Müasir sənayenin yaradılmasını ölkənin müdafiə mə-
nafeyi də tələb edirdi. Bu dövrdə kənd təsərrüfatı milli iqtisa-
diyyatın təməli kimi qəbul edildi. Bu səbəblə kənd təsərrü-
fatında inkişafa böyük əhəmiyyət verildi. Kənd təsərrüfatı
məhsullarının miqdarını artırmaq, keyfiyyətini yüksəltmək,
istehsal xərclərini azaltmaq üçün istər texniki, istərsə də hər cür
qanuni tədbir görüldü. 1925-ci ildə aşar vergisinin ləğvi kənd-
lilərin vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynadı.
Osmanlı dövründə kəndli məhsulun 10 faizini dövlətə verməyə
məcbur idi və bu vergi aşar adlanırdı.
Atatürk inqilablarının tariximizdə özündən əvvəlki inqilabi
hərəkatlardan ayıran ən mühüm fərq bu inqilabların dünyəvi tə-
Dostları ilə paylaş: |