118
çatmışdı. mperiyanın mövcudluğu artıq sual altında idi. 30
oktyabr 1918-ci ildə bağlanmış Mudros sülhü ilə Osmanlı im-
periyası rəsmən müharibədən çıxsa da, bu müqavilə nəinki öl-
kəni bəladan qurtarmadı, hətta onu daha da ağır duruma saldı.
Ölkə rəhbərliyi irəlidə barışıq şərtlərini yumşaltdıra biləcəyinə
ümid edirdi. Lakin müttəfiqlər müqavilənin imzalanmasından
az bir müddət sonra Osmanlı imperiyasını aradan qaldırmağı
qərara aldılar.
Sultan VI Mehmet Vəhyəddin və onun hökuməti müttəfiq-
lərin əlində oyuncağa çevrildi. Barışıqdan sonrakı ilk altı ay
ə
rzində ngiltərə öz qoşunlarını yeridib Anadolunun cənub-şərq
hissəsini, Fransa ilə birlikdə Şərqi Frakiya və Qara dəniz
boğazları zonasını işğal etdi. 1919-cu il mayın 15-də ngiltərə,
Fransa və Amerikanın razılığı ilə Yunanıstan bütün Qərbi
Anadolunu tutmaq niyyəti ilə öz qoşunlarını zmirə çıxardı.
taliya da Qərbi və Cənubi Anadolunun bəzi məntəqələrinə
qoşun çıxartdı. Bu hal Türkiyə üçün dözülməz və təhqiredici
bir vəziyyət idi. şğalçılara qarşı kəskin etiraz əhval-ruhiyyəsi
gündən-günə dərinləşir və kəskinləşirdi.
Mudros barışığından sonra gənc türklər partiyasının kon-
qresində Tələt paşa özünün son hesabatını verərək bildirdi ki,
bizim siyasət məğlubiyyətə düçar oldu. Ona görə də bizim
hakimiyyəti hər hansı bir formada əldə saxlamağımız mümkün
deyil. Gənc türklərin başçıları Ənvər, Tələt və Camal paşa öz
siyasətlərinin iflasa uğradıqlarını gördükdən sonra ölkə əhali-
sinin artmaqda olan qəzəbindən qorxaraq xaricə qaçdılar. Be-
ləliklə də “ ttihad və tərəqqi” partiyası ləğv olundu. Onu daha
mürtəce partiya olan “Hürriyyət və ittilaf” partiyası əvəz etdi.
Hadisələrin bu istiqamətdə cərəyan edəcəyini Mustafa Ka-
mal qabaqcadan hiss edirdi. Belə ki, Mudros müqaviləsindən
sonra orduya buraxılma əmri verilməyə başladı. Mustafa Ka-
mal həmin gün Adanadan baş vəzir Əhməd zzət paşaya ilk
dəfə xəbərdarlıq teleqramını vurdu: “Ciddi olaraq arzu edirəm
ki, lazımi tədbirlər görmədən ordunu buraxmayın. Əgər ordunu
119
buraxsaq və ingilislərin hər sözünə boyun əysək, düşmənin
qarşısını almağa imkan olmayacaqdır”. Lakin çox təəssüflə
qeyd edilməlidir ki, Mustafa Kamal paşa tərəfindən edilən
bütün haqlı etirazlar təsirsiz qalır və ordunun buraxılması işi
sürətlə davam etdirilirdi. Çünki əsas məqsəd Antanta dövlətləri
ilə hər hansı bir mübarizəyə girməmək idi. Hesab edilirdi ki,
belə bir mübarizə əleyhimizə nəticələnəcəkdir.
Sultan və hökumətin ümidsizliyinə baxmayaraq, xalq haq-
sız işğal və istilalara qarşı özünü müdafiə yolunda hər cür cəhd
göstərirdi. Ölkənin müxtəlif yerlərində düşmənlə yerli qüvvələr
arasında vuruşmalar olurdu. Digər tərəfdən, işğalçı düşmənə
qarşı durmaq və azadlıq üçün yollar axtarmaq məqsədi ilə
Anadoluda müxtəlif yerlərdə milli təşkilatlar yaradılırdı. Lakin
bu təşkilatlar ayrı-ayrılıqda fəaliyyət göstərdiyi üçün istənilən
dərəcədə təsirli deyildilər.
Mustafa Kamal 16 may 1919-cu ildə gəmi ilə stanbuldan
Samsuna doğru hərəkət etdi və 19 may 1919-cu ildə Samsuna
çıxdı. 28 may günü bütün komandanların diqqətini cəlb etmək
məqsədi ilə gizli bir yazı yayınlayaraq işğal altına alınmış tor-
paqları azad etmək, imperiyanı dağıdaraq bütün Türkiyəni par-
çalayıb bölüşdürmək istəyən qüvvələrə qarşı türk millətini
birləşməyə və istiqlal mübarizəsinə çağırdı. Sonra Amasiyaya
keçdi və iyunun 21-də Amasiya xalqına müraciət etməklə yenə
türk millətini birliyə, bütünlüyə və mübarizəyə dəvət etdi. Bu
çağırış və müraciətlər ittifaqda olan dövlətlərin təzyiqi ilə Mus-
tafa Kamalın hökumət tərəfindən stanbula çağırılmasına yol
açdı. Yaranmış vəziyyət və baş vermiş hadisələr nəticəsində
Mustafa Kamal paşa 7 iyul 1919-cu ildə tutduğu vəzifədən iste-
fa etdiyini hökumətə bildirdi.
Hərbi vəzifəsindən istefa verdikdən sonra ərzurumluların
arzusu ilə Şərq vilayətləri müdafiə hüququ milli cəmiyyətinin
Ə
rzurum şöbəsinin fəaliyyət heyətinə sədr seçildi. Cəmiyyət o
günlərdə bir az əvvəl qərara alındığı kimi Şərq vilayətlərini
təmsil edən bir konqres üçün hazırlıq işləri görürdü. Ərzurum
120
konqresi 23 iyul 1919-cu ildə toplandı. Konqres bir təsis
məclisi kimi 14 gün fəaliyyət göstərdi və 7 avqust 1919-cu ildə
bir bəyannamə dərc etdirərək işini qurtardı.
Ə
rzurum konqresinin toplanışı və işinə başlaması ilə stan-
bulda Saray və hökumət tərəfindən Anadoluda yüksələn bu
azadlıq səsini boğmaq üçün ciddi bir fəaliyyət başlandı. Mus-
tafa Kamal dövlətə qarşı çıxış edən bir qiyamçı, Ərzurum
konqresi isə qeyri-qanuni elan edildi. Mustafa Kamal paşanı
həbs etmək üçün hər cür tədbirə əl atıldı. stanbul hökuməti
Ə
rzurum konqresinin dağılmasını, konqresdə iştirak edənlərin
tutularaq stanbulda hərbi məhkəməyə verilməsini əmr etsə də
milli fərdləri bürümüş o zaman ki, ab-hava içində heç bir rəsmi
orqan bu əmri yerinə yetirməyə təşəbbüs edə bilmədi.
Ə
slində bu qədər ağır şərtlər altında böyük bir vətən eşqi
ilə heç bir təhlükədən çəkinməyərək keçirilən Ərzurum
konqresi türk tarixində mühüm bir dönüş nöqtəsi oldu. Türk
Azadlıq Müharibəsinin ilk təməli bu konqresdə qoyulmuş,
qəbul edilən tarixi qərarlar milli mübarizənin əsas şərtlərini
irəli sürmüşdü.Əsasən də Şərqi Anadolunun parçalanmasına və
ə
sarət altına alınmasına yol verilməyəcəyi qeyd olundu. Bu
konqresdə Mustafa Kamalın başçılığı ilə “Nümayəndələr komi-
təsi” seçildi. Bu,mahiyyətcə Türkiyənin müvəqqəti hökumətini
ə
vəz edirdi.
Mustafa Kamal paşa “Nümayəndələr komitəsi”nin bir sıra
üzvləri ilə birlikdə Sivas konqresində iştirak etmək üçün 2
sentyabr 1919-cu ildə Ərzurumdan Sivasa gəldi. Sivas konqresi
4 sentyabr 1919-cu ildə toplandı. Sivas konqresinin başlanma-
sına mane olmaq üçün Sivasda olan fransız jandarm müfəttişi
Bruno da çox təsir göstərdi. Vali Rəşid paşa ilə görüşərək belə
bir konqres keçiriləcəyi təqdirdə Sivasın işğal ediləcəyini və
konqresin dağıdılacağını bildirdi. ngilislər də belə bir fikirdə
olduqlarını Valinin nəzərinə çatdırdılar. Yalnız Mustafa Ka-
malın hər çətinliyi aradan qaldırmaq əzmi bütün hədə-qorxuları
nəticəsiz qoydu. Sivas konqresi ölkənin azadlığı və müstəqilliyi
Dostları ilə paylaş: |