115
nqilabın ilk günlərindən Sibirin quberniya və qəza
mərkəzlərində ictimai təhlükəsizlik komitələri və Sovetlər
yaradılmışdı. Fevral inqilabı Dağlıq Altayda da milli azadlıq
hərəkatına təkan verdi. Altay ziyalılarının bir qismi milli mü-
qəddaratı təyinetmə və Dağlıq Altaya müstəqillik verilməsi
tələbini irəli sürürdü. Müstəqillik ideyasını yerli bəy və tacirlər
də müdafiə edirdilər.
Krımda fevral inqilabından sonra hakimiyyət Müvəq-
qəti hökumətin nümayəndələrinin əlinə keçdi. Burjua və mül-
kədarların mənafeyini müdafiə edən çar məmurları və qulluq-
çularının çoxu yenə də öz yerlərində qalırdılar. Krım türklə-
rinin yaratdıqları Müsəlman komitəsi 1917-ci il martın 25-də
qurultay çağırdı və qurultay Müsəlman craiyyə Komitəsini
təsis etdi. Burada Krımın milli-ərazi muxtariyyəti məsələsi əsas
məqsəd kimi qarşıda dururdu. Krımın rus əhalisi qeyd olunan
məsələlərin həllini istəmirdi. Belə bir şəraitdə milli hərəkatın
qabaqcıllarına qarşı təqiblər artır, hadisələrin sonrakı inkişafı
ictimai-siyasi vəziyyətə öz təsirini göstərirdi.
kihakimiyyətlik şəraitində baş verən siyasi böhranlar
Müvəqqəti hökumətin sülh, torpaq və çörək ümidində olan xalq
kütlələrinin arzularını hələ ödəmək iqtidarında olmadığını
göstərdi. Bu siyasi böhranlar Müvəqqəti hökumətin və onu
müdafiə edən siyasi qüvvələrin nüfuzuna ciddi mənfi təsir
göstərdi. Bolşeviklər belə vəziyyətdən istifadə edərək öz nüfuz-
larını xeyli artırdılar. 1917-ci il iyul siyasi böhranından sonra
diktaturaya meyil gücləndi və ikihakimiyyətlik sona çatdı. Tək-
hakimiyyətliyə keçilməsi Rusiyada başlanmış siyasi və iqtisadi
böhranı aradan qaldırmadı. Siniflər, siyasi qüvvələr və parti-
yalar arasında qarşıdurma daha da artdı. Belə bir şəraitdə siyasi
qüvvələr ölkəni böhrandan çıxarmaq üçün yollar axtarmağa
başladılar. Nəhayət, 1917-ci il oktyabrın 25-də partiya daxilin-
dəki fikir ayrılıqlarına baxmayaraq bolşeviklər kütlələrin narazı
hissələrinə arxalanaraq “sülh, torpaq və çörək” şüarı altında
dövlət çevrilişi etdilər. Həmin gecə keçirilən toplantıda
116
torpağın sahiblərindən əvəzsiz alınaraq kəndlilər arasında
bölüşdürülməsinə və sülhə qərar verilirdi. Lakin tarix nə rus
ə
sgərlərinin sülhə, nə də rus kəndlisinin torpağa qovuşmayaca-
ğ
ını göstərəcəkdir. Belə ki, Rusiyada “inqilabın əksinqilaba
qarşı mübarizəsi” adı altında vətəndaş müharibəsi başladı ki,
bu da ölkədə milyonlarla günahsız adamın məhv olmasına səbəb
oldu. Rus kəndlisinin taleyi torpağa qovuşmaq olmayıb çar-təh-
kimçi rejiminin aradan qalxaraq bolşevik, kommunist köləlik reji-
minin qurulması və yenə gözlədikləri torpağa qovuşa bilməmələri
oldu.
Türk xalqları yaşayan bölgələrdə bolşeviklər partiya-
sının yerli komitələri fəaliyyət göstərirdi. Onların təbliğat-
təşviqat işi yaxşı təşkil edilmişdi. Məhz buna görə də Oktyabr
çevrilişindən sonra, yəni 1917-1918-ci illərdə onlar demək olar
ki, bütün türk xalqları yaşayan bölgələrdə hakimiyyəti ələ
almışdılar. 1918-ci ilin fevralında Türküstanda Sovet hakimiy-
yəti quruldu. 1918-ci ilin aprelində Ümumtürküstan Sovetlər
qurultayı toplandı və qurultay RSFSR tərkibində Türküstanın
muxtariyyətini elan etdi.
1917-ci ilin axırları-1918-ci ilin əvvəllərində bütün Vol-
qaboyu, Krım və Sibirdə Sovet hakimiyyəti quruldu. 1918-ci ilin
yazında kəndlilərin yeni hakimiyyətdən narazılıqları başladı.
Şə
rait Sovetlərin əleyhinə dəyişildi. “Əksinqilab” onlara qarşı
duran başlıca qüvvəyə çevrildi. Bu qruplar Rusiyanın bir sıra
bölgələrində regional hökumətlərini yaratdılar. Bütün bunlar
Rusiyada vətəndaş müharibəsinin başlanmasına gətirib çıxar-
mış və milli ucqarların Mərkəzi Rusiya ilə əlaqəsi uzun müddət
kəsilmişdi.
117
TÜRK YƏ CÜMHUR YYƏT N N YARANMASI.
TÜRK YƏ CÜMHUR YYƏT
XX ƏSR N 20-80-ci LLƏR NDƏ
1. Milli-azadlıq hərəkatı və Türkiyə
Cümhuriyyətinin yaranması
Vaxtilə dünyada qüdrətli bir dövlət kimi tanınmış Osmanlı
imperiyası əslində XIX əsrin axırlarında yarımmüstəmləkə və-
ziyyətinə düşmüşdü. Üstəlik XX əsrin əvvəllərində özünü
göstərən ictimai-siyasi vəziyyət imperiyanı müstəmləkə olma-
ğ
a doğru sürükləyirdi. Siyasi və iqtisadi həyatda özünü göstə-
rən böhran və tənəzzül həyatın bütün sahələrinə sirayət edirdi.
Mütləqiyyat rejiminin hüdudsuz hökmranlığına qarşı yönəlmiş
“Gənc türklər” hərəkatı 1908-ci ildə konstitusiyalı monarxiya
yaradılması ilə nəticələndi. Bu hərəkat ölkədə kapitalizmin
inkişafına müəyyən təkan verməyə başladı. Lakin dünyanın ye-
nidən bölüşdürülməsi uğrunda aparılan birinci dünya mühari-
bəsi sultanlığın aqibətini həll etdi. Hələ birinci dünya mühari-
bəsinin başlanması ərəfəsində imperialist dövlətlər Sultan Tür-
kiyəsini öz aralarında bölüşdürmək haqqında danışıqlara baş-
lamışdılar. Onların 1915-1917-ci illərdə bir-biri ilə bağladıqları
sazişlər imperiyanın demək olar ki, bütün torpaqlarını əlindən
alınmasını və öz aralarında bölüşdürülməsini nəzərdə tuturdu.
Amerikanın simasında güclü müttəfiq qazanan Antanta
bloku Almaniya və onun müttəfiqləri üzərində ardıcıl qələbələr
qazanmağa başladılar. Artıq məğlubiyyət qaşılmaz idi. Osmanlı
imperiyasının müharibəni davam etdirmək üçün gücü qalma-
mışdı. Müharibə ölkəni ağır vəziyyətə salmışdı. Ölkə külli
insan tələfatı verməklə yanaşı, ağır iqtisadi böhranla üzləş-
mişdi. Ölkənin daxilində zəruri malların, xüsusilə gündəlik
istehlak məsullarının qiyməti 10-15 dəfə artmışdı. Ölkənin ma-
liyyə strukturları bərbad hala düşmüşdü. 1918-ci ilin avqus-
tunda ölkənin xarici borclarının həcmi 2,2 mlrd dollara
Dostları ilə paylaş: |