121
naminə Mustafa Kamalın başçılığı ilə Antantaya qarşı “Ana-
dolunun və Rumelinin hüququ müdafiə cəmiyyətlərinin bir-
liyi”ni yaratdı. şğal olunmuş əyalətlərdən başqa bütün yerlər
Mustafa Kamalın başçılıq etdiyi “Nümayəndələr komitəsi”nin
ə
linə keçdi. 1919-cu ilin axrında stanbulda çağrılacaq par-
lamentə seçkilər keçirildi. Bu seçkilərdə Mustafa Kamalın
tərəfdarları səslərin əksəriyyətini aldılar. Mustafa Kamal özü
bu parlamentə deputat seçilməsinə baxmayaraq, stanbula get-
məkdən imtina etdi.
Mustafa Kamal paşa 27 dekabr 1919-cu ildə “Nümayən-
dələr komitəsi”nin üzvləri ilə birlikdə Ankaraya gəldi. Artıq
milli mübarizə Ankaradan idarə olunur, stanbuldakı bir çox
hərbi və mülki vətənpərvərlər isə istiqlaliyyət mübarizəsində
tapşırıq almaq üçün Ankaraya gəlirdi. Bir az sonra, 16 mart
1920-ci ildə stanbul Antanta dövlətləri tərəfindən işğal edildi,
şə
hər xaricilər tərəfindən tamamilə hərbi nəzarət altına alındı.
Belə bir vəziyyətdə Məclis fəaliyyət göstərə bilməyəcəyini
başa düşərək dağıldı. Bu vaxt millət vəkillərinin bir hissəsi də
ingilislər tərəfindən tutuldular. Nəhayət, 23 aprel 1920-ci ildə
ölkənin hər yerindən gələn millət vəkillərinin iştirakı ilə
Ankarada Türkiyə Böyük Millət Məclisi açıldı. Mustafa Kamal
paşa yekdilliklə Məclisin sədri seçildi. Ankarada Böyük Millət
Məclisinin açılması və Milli hökumətin yaradılmasından qə-
zəblənən müttəfiq orduları rəhbərliyi Sultandan təcili tədbir
görməyi tələb etdi. Sultan isə Türkiyə ərazisində bir hökumət
olduğunu qeyd edərək, Mustafa Kamal paşanı qiyamçı ad-
landırdı. Sultanın göstərişi ilə hərbi məhkəmə Mustafa Kamala
və onun yaxın yoldaşlarına qiyabi surətdə ölüm cəzası kəs-
mişdi. Lakin artıq xalq silaha sarılaraq Mustafa Kamal paşanın
ə
trafında birləşmişdi. Onlar Mustafa Kamal hökumətini əsl
qanuni hökumət elan edərək hər yerdən onun ətrafında top-
laşırdılar.
Mustafa Kamal paşanın artan nüfuzundan və qazandığı
uğurlardan qorxuya düşən Müttəfiqlər Sultan hökumətini 1920-
122
ci il avqustun 10-da Sevr müqaviləsini imzalamağa məcbur
etdilər. Müqavilənin şərtlərinə görə, Osmanlı imperiyası ngil-
tərə, Fransa, taliya və Yunanıstan arasında bölüşdürülürdü. Bu
müqavilə əslində Türkiyəni faktiki olaraq müstəqil dövlət
hüququndan məhrum edirdi. TBMM müqaviləni tanımaqdan
imtina edərək, onu türk xalqının maraqlarına zidd elan etdi.
Sultan hökuməti isə xalqın maraqlarını düşmənə satdığına görə
qanundan kənar elan edildi. Bundan qorxuya düşən sultan mü-
qavilədən imtina edərək onu təsdiqləməyə cəsarət etmədi. Bu
cür türklərin qarşısını ala bilmədiyini görən müttəfiqlər onlara
arxadan zərbə olsun deyə erməniləri türklər üzərinə qaldırdılar.
Ə
vəzində isə onlara bir sıra ərazilər də vəd olundu. Bunun
nəticəsi olaraq qəfildən hücuma uğrayan türklər Qars, Oltu,
Sarıqamışı itirdi. Bütün bu daxili və xarici çətinliklərə baxma-
yaraq, Türkiyə Böyük Millət Məclisi hökuməti qısa bir za-
manda vəziyyətə hakim olaraq düşmən qüvvələrinə qarşı müx-
təlif cəbhələrdə böyük müvəffəqiyyətlər qazanmağa başladı.
Şə
rq cəbhəsində 15-ci Ordu komandanı Kazım Qarabəkirin
tabeçiliyindəki qüvvələr böyük müvəffəqiyyətlər qazandı. 29
sentyabr 1920-ci ildə Sarıqamış, 30 oktyabr 1920-ci ildə Qars
yenidən geri alındı. 1920-ci il dekabrın əvvəlində ermənilərin
barışıq arzusu nəzərə alındı və Gümrü müqaviləsi imzalanaraq
müharibə başa çatdırıldı. Ermənistan tərəfi ağır və əsarətli sülh
şə
rtlərini imzalamağa məcbur oldu.
1920-ci ilin yazında Türkiyə ilə Sovet Rusiyası arasında
dostluq münasibətləri yaranmağa başladı. Buna səbəb TBMM-
nin başçısı Mustafa Kamal 1920-ci il aprelin 26-da Sovet
Rusiyasına qarşılıqlı əlaqələr qurulması ilə bağlı müraciət et-
mişdi. Sovet hökumətinin cavabında hər iki ölkə arasında dip-
lomatik əlaqələrin qurulmasının zəruriliyi göstərilir və Türkiyə
xalqının azadlıq mübarizəsinin qələbəsinə ümid etdikləri bil-
dirilirdi. Sovet hökuməti Türkiyəyə hərtərəfli yardım göstərə-
cəyini də bildirmişdi. Sovet tərəfinin yardım etmək istəyi onun-
la bağlı idi ki, Antantanın Sovet Rusiyasına qarşı yönəltdiyi
123
müdaxiləçi qüvvələri parçalasın. Türkiyəyə yardım Sovet
Rusiyasının xilası naminə edilmişdir.
Sovet Rusiyası Ankara hökumətini tanıdı və 1921-ci il
martın 16-da onunla Moskva sülh müqaviləsini imzaladı. Bu
müqavilə ilə tərəflər belə qərara gəlmişdilər ki, başqası tərəfin-
dən zorla qəbul etdirilən hər hansı müqaviləni tanımayacaqlar.
Sovet hökuməti xüsusi olaraq bildirdi ki, Türkiyə Böyük Millət
Məclisi tərəfindən tanınmayan Türkiyəyə aid beynəlxalq rəsmi
sənədlərin heç birini tanımayacaq. Moskva müqaviləsi Gümrü
müqaviləsini də ləğv etmiş və türk ordusunun tutduğu Gümrü
rayonu Sovet Ermənistanına qaytarılmışdır. Eyni zamanda
Batumi şəhəri ilə birlikdə Batumi limanının ərazisi də Gürcüs-
tana verildi. Türkiyəyə Batumi limanı vasitəsilə sərbəst ticarət
etmək ixtiyarı verilirdi.Sovet hökuməti Türkiyəni çar Rusiyası
ilə beynəlxalq sənədlərə əsasən razılaşdığı pul və başqa
öhdəçiliklərdən azad etmişdir. Tərəflər öz ərazilərində qarşı tə-
rəfə yönəldilmiş təşkilat və qrupların fəaliyyətinə yol vermə-
yəcəklərini öhdələrinə götürürdülər. Bu müqavilə ərazi mə-
sələlərini nizama salır, boğazlarda sərbəst ticarət gəmiçiliyi
nəzərdə tuturdu. Sovet hökuməti ilə Türkiyə arasında bağlanan
bu müqavilə Türkiyənin beynəlxalq vəziyyətində əsaslı dönüş
yaratdı. Antanta dövlətlərini Türkiyəyə güzəştə getməyə və
onunla hesablaşmağa məcbur etdi. Bu müqaviləyə əsasən Tür-
kiyəyə əvəzsiz olaraq 10 milyon manat məbləğində maliyyə və
silah yardımı haqqında razılıq əldə edilmişdi.
Moskva müqaviləsinin bağlanması Türkiyə ilə Cənubi
Qafqaz respublikaları arasındakı münasibətlərə də təsir etdi.
1921-ci il oktyabrın 13-də Qarsda Sovet Rusiyasının vasitəsilə
Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında müqavilə
imzalandı. Qars müqaviləsinin maddələrinin çoxu Moskva
müqaviləsinin məzmununa uyğun idi. Müqavilədə hər iki tərəf
arasındakı sərhəd və ərazi məsələlərinin qaydaya salınması yer
alırdı. Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət veril-
məli idi. Batumi şəhəri limanı ilə birlikdə Gürcüstana verilirdi.
Dostları ilə paylaş: |