124
Müqavilədə hərbi əsirlər, qaçqınlar və müharibə ilə əlaqədar
cinayət edənlərin azad edilməsi də əks olunmuşdu. Müqaviləni
imzalayan tərəflər arasında dəmiryol, teleqraf və başqa vasi-
tələrin tezliklə işə salınması göstərilirdi. Bu müqavilə Türkiyə
ilə Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələlərini
və bir sıra siyasi problemləri həll etdi.
Cənub cəbhəsində Adana, Urfa, Antep və Maraş rayonla-
rında fransız orduları ilə şiddətli vuruşmalar gedirdi. Fransızlar
12 fevral 1920-ci ildə Maraşdan, 11 aprel 1920-ci ildə Urfadan
çıxmağa məcbur oldular. 21 oktyabr 1921-ci ildə fransızlarla
bağlanan “Ankara müqaviləsi” ölkənin cənub şəhərlərinin azad
olunmasını təmin etdi. Bu müqavilə ilə Türkiyə-Fransa silahlı
qarşıdurması başa çatır, cənub sərhədi müəyyənləşdirilirdi.
Yunanlar 1920-ci ilin iyununda Qərb cəbhəsində ümumi
hücuma keçdilər və bir sıra əraziləri işğal etdilər. Yunanların
Qərb cəbhəsindəki irəliləyişi və bir sıra ərazilərin işğalı ilə
bağlı Mustafa Kamal paşa cəbhə komandanları ilə görüşmüşdü.
Bu görüşdə Mustafa Kamal paşa könüllü qüvvələrin əvəzinə
nizami ordu yaradılması zərurətini irəli sürmüşdü. 1921-ci ilin
yanvarında yeni yaradılmış ordu hissələri hucuma keçmiş
yunan ordusunu nönü kəndi yaxınlığında qarşıladı. Döyüş
yanvarın 10-da səhərdən axşama qədər bütün günü davam etdi.
Qərb cəb-həsinin komandanı smət paşa müharibə meydanına
gəlmiş, döyüşləri bilavasitə atəş xəttindən idarə etməyə baş-
lamışdı. Birinci nönü döyüşü türklərin qələbəsi ilə başa çatdı.
Yunanların itkiləri türklərin itkisindən bir neçə dəfə çox
olmuşdu. Bu döyüşdə yunanaların bir sıra yüksək rütbəli za-
bitləri ələ keçirilmişdi. nönü kəndi ətrafında baş vermiş döyüş
nəticəsində yunanların Qərb cəbhəsində sürətli irəliləyişləri
dayandırıldı. Türklərin gücü həm yunanları məğlub etdi, həm
də bölgədəki qiyamları yatırtdı. Bu qələbə Türkiyə milli-
azadlıq hərəkatında dönüş nöqtəsi oldu. nönü qələbəsi daxildə
və xaricdə böyük əks-səda yaratdı, ciddi siyasi irəliləyişlərə sə-
bəb oldu. Bu qələbə imperialist dövlətlərə artıq milli höku-
125
mətin sayıla biləcək bir qüvvə olduğunu göstərdi. Bu dəyi-
ş
ikliklərlə əlaqədar idi ki, Antanta dövlətləri 21 fevral 1921-ci
ildə toplanan London konfransına stanbul hökuməti ilə yanaşı,
Ankara hökumətini də dəvət etdilər. Ancaq Konfransda s-
tanbul Hökuməti nümayəndəsi Tofiq Paşa, Türkiyəni təmsil-
etmə səlahiyyətinin hamısının Ankara hökumətində olduğunu
söylədi. Konfransda Ankara hökumətinə təklif edilən sülh Sevr
müqaviləsinin bir az dəyişdirilmiş variantı olduğundan rədd
edildi. Bu konfrans türk dövlətinin varlığını dünyaya sübut
etdi.
ngilislərdən kömək alan yunanlar isə bu məğlubiyyətin
ə
vəzini çıxmaq üçün 23 mart 1921-ci ildə yenidən türklər üzə-
rinə hücuma keçdilər. smət paşa yenidən yunan ordusunu
nönü kəndi yaxınlığında qarşıladı. Bu döyüşdə də ağır itkilər
verən yunanları türk ordusu artıq bütün cəbhə boyu sıxışdırma-
ğ
a başladı. Artıq yunanların türklər qarşısında duruş gətirməyə
gücü qalmamışdı. Beləliklə, Qərb cəbhəsində düşmənə qarşı
ikinci nönü zəfəri adını alan yeni böyük bir müvəffəqiyyət
qazanıldı.
Yunanlar Ankara hökumətinin rədd etdiyi Sevr müqavilə-
sini həyata keçirmək məqsədi ilə Anadolu torpaqlarına ara ver-
mədən yeni qüvvələr gətirərək, türklərə qarşı yeni bir hücum
hazırlayırdılar. Düşmənin bu hücumu 10 iyul 1921-ci ildə
bütün Qərb cəbhəsi boyu başladı. Ordu irəlilədikcə yunan qüv-
vələri ilə türk qüvvələri arasında tez-tez şiddətli döyüşlər
olurdu. stər canlı qüvvə, istərsə də hərbi texnika baxımından
türklərdən üstün olan yunanlar bir çox yerləri işğal etdilər.
Mustafa Kamal paşa 18 iyul 1921-ci ildə Qərb cəbhəsi qərar-
gahına gəldi və vəziyyəti araşdırdı. Ordunun yenidən təşkil
edilib qurulması üçün, Sakaryanın şərqinə qədər geri çəkilmə-
sini lazım bildi. Qərb cəbhəsindəki türk ordusu geri çəkilməyə
başlayaraq, Sakarya çayının şərqinə toplandı. Yunan ordusu 23
avqust 1921-ci ildə Sakaryadakı türk mövqelərinə yenidən
hücuma başladı. Yunanların hücumu bir çox yerlərdə türklər
126
tərəfindən dayandırıldı. Sakarya döyüşü 1921-ci il sentyabrın
13-də türklərin qələbəsi ilə başa çatdı.
Yunanların tutduqları bu son mövqelərdən də qovulmaları,
türk ordusundan qəti nəticəli bir döyüşə girməyi tələb edirdi.
Ancaq bu yol ilə düşmənin Anadoludan tamamilə çıxarılması
mümkün ola bilərdi. Baş komandan tərəfindən incəliklərinə
qədər hazırlanan hücum planı 27 iyul 1922-ci ildə ordu koman-
danlarına bildirildi. Onların da fikirləri nəzərə alınaraq Qərb
cəbhəsi ordularına 6 avqust 1922-ci ildə gizli olaraq “hücuma
hazırlıq” əmri verildi. 26 avqust 1922-ci ildə Qərb cəbhəsində
türklərin böyük hücumu başladı. Yunanları işğal etdikləri
ə
razilərdən qovaraq 9 sentyabr 1922-ci ildə türklər zmirə
çatdılar və şəhəri yunanlardan azad etdilər. 11 oktyabr 1922-ci
ildə Antanta dövlətləri və Yunanıstan Mudanya şəhərində Tür-
kiyə ilə barışıq imzaladılar, hərbi əməliyyatlar dayandırıldı.
Müqaviləyə görə, Ədirnə də daxil olmaqla Şərqi Frakiyanın
yunanlar tərəfindən tərk edilməsi qəbul edildi. 1922-ci il
noyabrın 1-də TBMM-in qərarı ilə sultanlıq ləğv edildi. Sultan
1922-ci il noyabrın 17-də ingilis hərbi gəmisində Maltaya,
ngiltərə himayəsi altına qaçdı.
Mustafa Kamal TBMM-dəki mühafizəkar ünsürlərin təsi-
rini azaltmaq üçün Məclisin 1923-cü il aprelin 1-də özünü bu-
raxmaq haqqında qərar qəbul etməsinə nail oldu. Mustafa Ka-
mal paşanın tərəfdarları seçkilərdə fəal iştirak etmək üçün Xalq
partiyasını yaratdılar.
Türkiyə xalqının milli-azadlıq mübarizəsinin qələbəsi
Antanta dövlətlərinin planlarını boşa çıxardığı üçün onlar
Lozanna konfransını çağırmağa məcbur olmuşdular. Lozanna
sülh konfransı 1922-ci il noyabrın 20-də sveçrənin Lozanna
şə
hərində açıldı. ki aydan artıq davam edən müzakirələrdən
sonra Lozanna konfransında əsas məsələlər üzrə razılığa gəlin-
mədiyi üçün 1923-cü il fevralın 4-də konfrans işini dayandırdı.
Konfransın ikinci sessiyası öz işinə 1923-cü il aprelin 23-də
başladı. Antanta dövlətləri ilə Türkiyə arasında uzun danışıq-
Dostları ilə paylaş: |