157
axırında “1941-ci ilin üçüncü kvartalı üçün xalq təsərrüfatı
səfərbərlik planı”, avqustun 16-da isə “1941-ci ilin dördüncü
kvartalı və 1942-ci il üçün Volqaboyu, Ural, Qərbi Sibir və
Orta Asiya rayonları üzrə hərbi təsərrüfat planı” təsdiq edildi.
Bu planlar ağır sənaye məhsulları, hərbi sursat və hərbi texnika
istehsalının elə inkişafını nəzərdə tuturdu ki, faşist işğalçıları
ilə mübarizədə maddi-texniki üstünlük SSR -yə keçsin. Volqa-
boyunda, Uralda, Qərbi Sibirdə, Orta Asiyada yeni hərbi
komplekslər yaradıldı. Fəhlə və qulluqçuların xeyli hissəsinin
döyüşən orduya çağrıl-ması ilə əlaqədar olaraq, müəssisə və
idarələrin fasiləsiz işləməsini təmin etmək üçün tədbirlər
görüldü. Türk xalqları yaşayan bölgələrdə xalq təsərrüfatı qısa
müddətdə yenidən quruldu. ş vaxtından əlavə işin məcburi
qaydası qoyuldu, növbəti və əlavə məzuniyyətlər ləğv edildi,
sovet orqanlarına fəhlə və qulluqçuları məcburi surətdə başqa
işə keçirmək hüququ verildi, hərbi sənaye fəhlələrinin və qul-
luqçularının özbaşına işdən çıxıb getməsinə görə məsuliyyət
müəyyən edildi. Əhalini ərzaq və sənaye məhsulları ilə
fasiləsiz təmin etmək məqsədi ilə təchizat norması qoyularaq
kartoçka sisteminə keçildi.
Düşmən hücumuna məruz qalan Qərb rayonlarından sənaye
və digər obyektlərin, əhalinin Şərqə köçürülməsi tədbirləri
həyata keçirilmişdi. Bu işə rəhbərlik edən xüsusi Köçürmə
Ş
urası yaradılmışdı. 1941-ci ildə 1500-dən artıq müəssisənin
avadanlığı, fəhlə kollektivləri cəbhəboyu rayonlardan Şərqə
köçürüldü. Köçürülmüş avadanlıq tikintilərə və işləyən müəssi-
sələrə göndərilir, beləliklə, köçürülmüş zavodların bərpa edil-
məsi və işə salınması sürətlənirdi. 1941-1942-ci illərdə ölkənin
içərilərinə 25 milyona yaxın adam, 2 mindən artıq sənaye
müəssisəsi, 14 milyona yaxın qaramal, 11 min traktor və sairə
köçürülmüşdü. Ümumiyyətlə, Şərq bölgələrində 2593 sənaye
müəssisəsi tikilmiş və yenidən qurulmuşdu. 1942-ci ilin ortala-
rında hərbi ləvazimat istehsalının dörddə üçü bu bölgələrin
payına düşürdü. Uralın, Qərbi Sibirin, Qazaxıstanın və başqa
158
rayonların metallurgiya zavodları hər növ qara və əlvan metal-
lar istehsalını artırmışdılar. Maqnitoqorskda 4 ay ərzində Av-
ropa miqyasında ən böyük domna peçi tikilib işə salınmışdı.
Müharibənin iki ili ərzində Uralda sənaye istehsalı 3,6 dəfə,
Qərbi Sibirdə 2,8 dəfə, Volqaboyunda 3,4 dəfə artmışdı. Ural
ə
sl mənada keçmiş sovet ordusunun cəbbəxanasına çevrilmişdi.
Müharibə elmi-tədqiqatların dinc istiqamətini dəyişdi. Qısa
müddətdə Cənubi Uralda boksit, Qazaxıstanda volfram, molib-
den, mis, Tatarıstanda neft yataqları aşkar edilib mənimsənildi.
Hərbi sənayedə yeni texnologiyalar təklif olundu.
1941-1945-ci illərdə Azərbaycanda Sovet Ordusuna 640
min nəfərədək adam səfərbər edilib cəbhəyə göndərildi.
Respublikada 1941-1942-ci illərdə 402-ci. 223-cü, 416-cı, 271-
ci, 77-ci diviziyalar təşkil olundu. Bakı Ordunun mühüm
cəbbəxanalarından birinə çevrildi. Bakı neftçiləri müharibə
illərində ölkəyə 75 milyon tona qədər, yəni SSR -də istehsal
olunmuş neftin dörddə üçünü verdilər. Sovet hərbi təyyarə-
lərinin istifadə etdiyi benzinin 85-90 faizini Bakı verirdi. Gör-
kəmli kimyaçı alim Yusif Məmmədəliyevin rəhbərliyi ilə
respublikada yüksək keyfiyyətli təyyarə benzini istehsalının
səmərəli texnologiyası işlənib hazırlanırdı. Bakıda “Katyuşa”
raketi, “Şnakin” pulemyotu istehsal edilir, “YAK-3” qırıcı təy-
yarəsi yığılırdı. Bakıda 130-dan çox silah və onun hissələri
hazırlanırdı. Azərbaycanın kənd əməkçiləri də müharibə
illərində cəbbhəyə 500 min ton pambıq və digər strateji xam-
mal məhsulları vermişdilər. Müharibə illərində Azərbaycan və-
təndaşları müdafiə fonduna 15 kiloqram qızıl, 952 kiloqram
gümüş, 311 milyon manatlıq istiqraz vermişdilər. Müharibə
meydanlarında qəhrə-manlıqlarına görə Azərbaycandan 121
nəfər Sovet ttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfər
“Şöhrət” ordeninin hər üç dərəcəsi ilə, 176 min nəfər SSR
orden və medalları ilə təltif edilmişdi.
Almaniyaya qarşı müharibədə Qazaxıstan vətəndaşları da
digər sovet xalqları kimi fəal iştirak etmişlər. Müharibə
159
dövründə Qazaxıstanda 20-dən çox atıcı diviziya və digər
birləşmələr yaradılmışdı. Qazaxıstan əhalisindən 74, 75, 81,
105, 106, 310, 312, 314, 316, 328, 387, 391 və digər divizi-
yalar təşkil olunmuşdu. Müharibə illərində Qazaxıstanda yeni
sənaye müəssisələrinin tikintisi davam etdirildi. Müharibənin
ilk 2 ili ərzində Qazaxıstanda 25 mədən, 11 əlvan və qara
metallurgiya obyekti, 19 yeni kömür şaxtası, 4 neft çıxarma və
neft emalı zavodu fəaliyyətə başladı.
1942-1943-cü illərdə dəmiryolunun tikintisi davam etdiri-
lirdi. Makat-Orsk və Akmola-Maqnitoqorsk xətlərinin tikintisi
başa çatdırıldı. Müharibə illərində Qazaxıstan bütün ölkədə
misin 30 faizini, polimetal ərintisinin 70 faizini, qurğuşun
istehsalının isə 85 faizini verirdi. Son dərəcə çətin olan belə bir
şə
raitdə ordunu və arxa cəbhəni təmin etmək məqsədilə əkin
sahələrini genişləndirmək, kənd təsərrüfatı istehsalını artırmaq
üçün ölkənin şərq rayonlarının kolxozçuları və sovxoz fəhlələri
fədakarlıqla çalışırdılar. 1942-ci ildə şərq rayonlarında əkin
sahəsi 2,2 milyon hektar artdı. Müharibə illərində Qazaxıstanın
kənd təsərrüfatı ölkəyə 30,8 milyon pud çörək, 14,4 milyon
pud kartof və tərəvəz, 15,8 milyon pud ət, 319,4 min ton süd
vermişdi. Qazaxıstan müharibədən əvvəlki dörd ilə nisbətən
müharibənin dörd ili ərzində dövlətə 22 milyon pud çox taxıl
verdi, ət təhvilini isə bu müddətdə iki dəfə çoxaltdı. 1944-cü
ildən dövlət tədarükü artdı ki, bu da əhalinin ərzaqla təmin
edilməsini yaxşılaşdırmağa imkan verdi.
Belə uğurların əldə olunmasında respublikanın qadınlarının
və yeniyetmələrinin rolu böyük olmuşdur. Qadınların nisbi
çəkisi sənayedə 50 faiz, yüngül və yeyinti sənayesində 80-90
faiz təşkil edirdi. Hərbi xidmət yaşına qədər olan yeniyetmə və
gənclər sənayedə çalışan fəhlələrin 35-40 faizini təşkil edirdi.
Qazaxıstanın əsas işçi qüvvəsini köçürülənlər təşkil edirdi.
Müharibənin əvvəlində Əmək Orduları yaradılmışdı ki, respub-
lika üzrə bunların sayı 700 min nəfərə çatırdı. Bunlardan cəmi
200 min nəfərini qazaxlar təşkil edirdi. 1943-1944-ci illər-də
Dostları ilə paylaş: |