Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVL



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/68
tarix16.11.2017
ölçüsü2,8 Kb.
#10590
1   ...   50   51   52   53   54   55   56   57   ...   68

 
163
doğru hücuma başladılar. Sovet qoşunlarının bir hissəsi müha-
sirəyə  düşdü.  Göstəriş  olmadan  geri  çəkilmək  üçün  sərt  cəza 
tədbirləri  tətbiq  olundu.  Buna  yol  verən  komandirlər  və  ko-
missarlar Vətən xainləri elan edilirdilər.  
Almanlar  Qafqazda  və  Volqaboyunda  məğlubiyyətə  uğra-
dıqdan sonra faşist Almaniyası anladı ki, yerli xalqların köməyi 
olmadan  bu  əraziləri  ələ  keçirmək  mümkün  deyildir.  Mühari-
bənin  əvvəlində  on  minlərlə  sovet  əsgəri  əsir  götürüldülər. 
Bunların  arasında  qazaxlar,  özbəklər,  qırğızlar,  türkmənlər  və 
digər  xalqlar  var  idi.  Bunların  80  faizi  faşist  düşərgələrindəki 
qeyri-insani şəraitə dözməyərək məhv oldu. Qalanları isə 1943-
cü ilin mayında yaradılan “azad türk diviziyası”nda birləşdilər. 
Diviziyanın  tərkibində  Azərbaycan  legionu  da  var  idi. 
Azərbaycan legionu müstəqil Azərbaycan dövlətinin yaranması 
uğrunda  Almaniya  tərəfindən  Qafqaz  uğrunda  gedən  döyüş-
lərdə iştirak edirdi. “Azad türk diviziyası”nın tərkibinə Krım və 
Volqaboyu  tatarları  da  daxil  olmuşdu.  Lakin  mühacirlərin 
Almaniya  hökuməti  təmsilçiləri  ilə  danışıqları  heç  də  uğurlu 
getmirdi. Belə ki, mühacirlərin müstəqillik uğrunda apardıqları 
mübarizə  almanlar  tərəfindən  qəbul  edilmirdi.  Belə  olduqda, 
Məmməd  Əmin  Rəsulzadə  və  Şimali  qafqazlı  Səid  Şamil 
Almaniyadan çıxıb getmək məcburiyyətində qaldı. 1943-cü ilin 
payızında  Almaniya  hökumətinin  köməyi  ilə  Berlində 
Azərbaycan  parlamenti  və  hökuməti  yaradılmışdı.  Fətəlibəyli-
Düdəginski  bu  “hökumətin”  başçısı  oldu.  Alman  hökuməti 
“mühacir Azərbaycan hökumətini” tanıdı. Bu hökumət 1944-cü 
ilin  qışına  qədər  fəaliyyət  göstərdi.  Müharibə  başa  çatdıqdan 
sonra Azərbaycan legionunun hissələri tamamilə dağıldı.  
Faşizmə qarşı mübarizədə Sovet imperiyası tərkibində olan 
xalqlar, o cümlədən türk xalqları fəal iştirak etmişdilər. Onların 
bütün  maddi,  mənəvi  və  insan  ehtiyatları  sovet-alman  müha-
ribəsinə  səfərbər  edilmişdi.  Bu  xalqların  da  yerüstü  və  yeraltı 
sərvətləri  müharibənin  ehtiyaclarına  yönəldilmişdir.  Həmin 
xalqlardan  müharibəyə  səfərbərliyə  alınanlardan  80  milli 


 
164
diviziya  və  briqada  yaradılmışdır.  Onlar  öz  doğma  vətənlərin-
dən  uzaqlarda  “vətəni”  müdafiə  etmiş,  çoxları  öz  həyatlarını 
qurban vermişdilər. Buna cavab olaraq isə Sovet rəhbərliyi bir  
sıra  xalqları,  o  cümlədən  Krım  tatarlarını,  bulqarları,  qaraçay-
lıları, balkarları , ahıska türklərini və başqalarını öz doğma və-
tənlərindən,  guya  cəbhədən  uzaq  yerlərə-Sibirə,  Orta  Asiyaya 
köçürmüşdü.  Köçürülənlərin  çoxu  düşdükləri  şəraitə  dözə 
bilməyərək həlak olurdular.  
1942-ci  ildə  Sovet  rəhbərliyi  bütün  Azərbaycan  xalqını 
Şə
rqə-Sibirə köçürmək istəyirdi. Burada, şübhəsiz ki, Qafqazda 
gedən döyüşlərdə azərbaycanlıların türklərlə birləşəcəyi barədə 
təbliğatın da rolu olmuşdur. Lakin respublika rəhbərliyi Stalini 
inandıra  bildi  ki,  azərbaycanlıların  köçürülməsi,  neft,  pambıq 
kimi strateji məhsulların istehsalının azalmasına  səbəb olar və 
orduda döyüşən azərbaycanlı əsgərlərə pis təsir göstərər.  
1945-ci  il  mayın  8-də  faşist  Almaniyası  danışıqsız  təslim 
olmaq  aktını  imzaladı.  Almaniyanın  təslim  olmasından  sonra 
müttəfiqlər  Uzaq  Şərqdə,  Yaponiya  ilə  müharibəni  başa  çat-
dırmağa  başladılar.  SSR -nin  Yaponiyaya  qarşı  müharibəyə 
girməsi  hələ  Krım  konfransında  müəyyənləşdirilmişdi.  Ona 
görə  də  SSR   1945-ci  il  avqustun  8-də  Yaponiyaya  müharibə 
elan  etdi.  1945-ci  il  sentyabr  ayının  2-də  Yaponiyada  təslim 
olmaq  haqqında  aktı  imzaladı.  Beləliklə,  dünya  tarixində  baş 
vermiş  ən  dəhşətli  müharibə- kinci  Dünya  müharibəsi  başa 
çatdı.  kinci  dünya  müharibəsi  bəşəriyyətə  ağır  zərbə  vurdu. 
Milyonlarla insan həlak və şikəst oldu, minlərlə şəhər, kənd və 
məntəqə  tamamilə  dağıdıldı.  Dünya  iqtisadiyyatına  böyük 
zərbə vuruldu.  
 
3.
  Türk xalqları 50-80-ci illərdə 
 
Müharibədən  sonrakı  illərdə  Qazaxıstan  SSR -nin  xalq 
təsərrüfatının  bərpasında  fəal  iştirak  etmişdir.  50-60-cı  illərdə 
Qazaxıstanda 900-dən çox iri sənaye müəssisəsi və sexi tikilib 


 
165
işə  salındı.  Ust-Kamenoqorsk  titan-maqnezium  kombinatının, 
Pavlodar  alüminium  və  alüminium  oksidi  zavodunun,  Şərqi 
Qazaxıstanda  sink  zavodunun,  Turqay  boksit  mədənlərinin 
yaradılması,  mövcud  əlvan  metallurgiya  müəssisələrinin  yeni-
dən  qurulması  və  genişləndirilməsi  ölkədə  əlvan  metal  isteh-
salında Qazaxıstanın rolunu daha da artırdı. Karaqanda metal-
lurgiya  kombinatı  tikildikdən  sonra  Qazaxıstan  qara  metal-
lurgiyanın da mühüm bazasına çevrildi. Turqay düzündəki na-
dir dəmir filizi yatağı əsasında ildə 26,5 milyon ton filiz verən 
Sokolovo-Sarbay  filizsaflaşdırma  kombinatı  yaradıldı.  Bu 
kombinat  Cənubi  Ural  və  Qazaxıstan  qara  metallurgiya  səna-
yesinin əsas xammal bazasına çevrildi. Karaqanda və Ekibastuz 
kömür hövzələrində  yeni şaxtalar tikildi. Respublikada sənaye 
məhsulu istehsalı 2,1 dəfə artdı.         
50-60-cı illərdə Sovet  ttifaqında xam və istifadəsiz torpaq-
ların istifadə edilməsi proqramı həyata keçirildi.  Qazaxıstanda 
bu  müddətdə  4  milyon  hektardan  çox  xam  torpaq  əkin  üçün 
yararlı hala gətirilməli idi. Bu məqsədlə respublikaya minlərlə 
insan köçürüldü.   
60-80-ci illərdə Qazaxıstan kommunist partiyasına Din-
muxamed Kunayev rəhbərlik etmişdir. Onun dövründə də res-
publikada sənayeləşmə davam etdirildi, Alma-Atada, Karaqan-
dada,  Ekibastuzda,  Pavlodarda  iri  müəssisələr,  energetika  ob-
yektləri,  dəmir  və  avtomobil  yolları  tikildi.  Qazaxıstana  digər 
respublikalardan köçürmələr davam etdirilirdi, lakin, Kunayev 
qazax  rəhbər  kadrlarının  irəli  çəkilməsinə  kömək  edirdi.  50-ci 
illərin sonunda qazax etnosu Qazaxıstan əhalisinin cəmi 30 fai-
zini  təşkil  edirdi.  70-ci  illərdən  başlayaraq  Qazaxıstanda  yerli 
ə
halinin sayı tədricən artmağa başladı ki, bu da etnik balansın 
dəyişməsi  ilə  nəticələndi.  Yalnız  1989-cu  ildə  qazaxlar  öz 
tarixi vətənlərində üstünlük təşkil etməyə başladılar. 1989-cu il 
SSR   əhalisinin  siyahıya  alınmasına  görə  “ikinci  böyük  etnik 
qrup  olan  ruslar  Qazaxıstan  əhalisinin  37,8  faizini  təşkil 
etmişlər”.  Respublikanın  yeddi  vilayətində  isə  ümumiyyətlə, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə