22
edir, keçmiş illərdə yol verilmiş nöqsanlar sahəsindəki təcrübə isə gələcəkdə banka
onlardan qaçmağa imkan verəcəkdir.
2. Bankdaxili mədəniyyət. Bankdaxili mədəniyyət də, öz növbəsində, bir sıra
amillərin: işçilər arasındakı fərqlərin (etnik, sinfi və s.), ayrı-ayrı kateqoriya işçilərin
ə
məyinin məzmunundakı fərqlərin, işçilərin mükafatlandırılması və cəzalandırılması
sisteminin təsiri altında formalaşır. Bankdaxili mədəniyyətə müəssisədən kənar amil-
lərin təsirini də nəzərə almaq lazımdır. Hər bir bankın özünə xas mədəniyyəti, müəy-
yən tip işçiləri, həmçinin rəsmi və qeyri-rəsmi davranışı müəyyən edən norma və
qaydaları vardır.
3. Bankın təşkilatı quruluşu. qtisadi ədəbiyyatda bankın formal və qeyri-formal
strukturu fərqləndirilir. Bankın təşkilatı quruluşu bankın funksiyasının onun işçiləri-
nin arasında bölüşdürülməsi əsasında təşkil olunur.
Bankın formal təşkilati quruluşunda bankın hər bir işçisi ona direktiv qaydada
həvalə edilmiş müvafiq öhdəliklərə və hüquqlara malikdir. Bankın qeyri-formal quru-
luşu dedikdə onun üçün vacib olan münasibətləri tənzimləyən gündəlik fəaliyyət və
ya hərəkətlər sistemi başa düşülür. Bura qeyri-rəsmi qaydalar, normalar, dəyərlər,
inam, həmçinin bankın işçiləri arasında yaranmış qarşılıqlı münasibətlər və əlaqələr
aiddir. Qeyri-formal təşkilati (idarəetmə) strukturu ilə formal idarətmə strukturu ara-
sında sıxəlaqə mövcuddur. Buna görə də bankın qarşısında duran məsələləri uğurla
həll etmək üçün bankın təşkilati strukturunun bu iki formasını maksimum yaxınlaş-
dırmaq, uzlaşdırmaq lazımdır.
4. Qərar qəbul edən rəhbər şəxslərin xarakteriskası. Bankda qərar qəbul edən
insanların iş stili, təşəbbüskarlığı və üstünlük verdiyi dəyərlər sistemi bankın əsas
vəzifələrinə həlledici dərəcədə təsir göstərir. Reallıqda müəssisənin rəhbərliyində cid-
di dəyişikliklər etmədən müəssisənin strategiyasında və ya onun özündə ciddi
dəyişikliklər etmək mümkün deyildir.
Bir qayda olaraq bankın əsas vəzifələrinə aşağıdakılar aiddir:
1. Təsərrüfat, maliyyə və investisiya fəaliyyətinin bir-birinə qarşılıqlı təsir
göstərmə mexanizminin hazırlanması;
23
2. Qiymətli kağızların emissiyasını və realizasiyasını həyata keçirməklə əhali-
nin və müəssisələrin daima artan böyük həcmdə pul vəsaitlərinin akkumulyasiyası
(toplanması) və onların maksimum mümkün özünüödəmə vəd edən sahələrə yerləşdi-
rilməsi, investisiya edilməsi;
3. Bankın xalis mənfəətinin, amortizasiya ayırmalarının və s. reinvestisiya edil-
məsi hesabına onun xüsusi resurslarının investisiya formasında daha səmərəli sahə-
lərə yönəldilməsi;
4. Müxtəlif qiymətli kağızlara qoyulmuş pul vəsaitlərin qiymətləndirilməsi
(dəyərləndirilməsi) və reytinqi, bankın özünün imici və reytinqi haqqında informa-
siya sisteminin yaradılması;
5. Emissiya edilmiş qiymətli kağızların investorlar, xüsusən də kiçik biznesmen-
lər üçün cəlbediciliyini yüksəltmək məqsədi ilə onların emissiyasına dövlət təminatı-
nın alınması üçün müvafiq dövlət orqanları ilə qarşılıqlı münasibətlərin yaradılması;
6. Bankın təşkilati strukturunun, kapitalının strukturunun, texnika ilə təchiz edil-
məsinin və kadr siyasətinin ardıcıl və daima təkmilləşdirilməsi;
7. Bankın fəaliyyətində geniş planda bankın işini yaxşı tərəfə dəyişdirməyə
imkan verən dəyişikliklər kimi təqdim edən innovasiyanın sistematik tətbiqi;
Bankın qarşısında qoyulan vəzifələr konkret, ölçülə, nail oluna və uyğunlaşa
bilən olmalıdır.
Bankn vəzifələri onun ali rəhbərliyi tərəfindən aşağıda sadalanan amilləri nəzərə
almaqla müəyyənləşdirilir:
- ətraf mühitin yaratdığı təhlükə və imkanları;
- bankın payçılarının tələblərini;
- daxili resursları;
- ümumi mədəniyyəti və s.
Bankın və onun struktur vahidlərinin vəzifələri daxilən uzlaşdırıla bilən olmalı-
dır, başqa sözlə, onların hər hansı birinin yerinə yetirilməsi digərinin yerinə yetirilmə-
sinə şərait yaratmalıdır. Praktikada isə tez-tez bankın və onun struktur vahidlərinin
vəzifələrinin daxili uzlaşması təmin edilmir. Bankın və onun struktur vahidlərinin
24
vəzifələrinin daxili uzlaşması təmin edilmədikdə belə bir situasiya meydana çıxa
bilir: bank əməliyyatları yerinə yetirən struktur vahidləri inkişafı üçün ehtiyatlar
axtardığı halda bank təsərrüfat portfeli çərçivəsində resursların yenidən bölüşdürül-
məsi qaydasında həmin struktur vahidindən digər bölmə üçün əlavə vəsait tələb edir.
Belə bir situasiya yarandıqda bankın ümumi strategiyasını nəzərə almaqla uyğunsuz-
luğun aradan qaldırılması məsələsi qoyulur.
Yuxarıda izah edilənlərdən çıxış edərək bank marketinqini əsas vəzifələrini aşa-
ğ
ıdakı kimi formalaşdıra bilərik:
1. Bank fəaliyyətinin strateji və operativ planlaşdırılmasının effektli sisteminin
yaradılması;
2. Bankın bazar fəaliyyətini xarakterizə edən bütün göstəriciləri, həmçinin rəqib-
lərin, müştərilərin, işgüzar tərəfdaşların və s. hərtərəfli təhlilini və öyrənilməsini əha-
tə edən marketinq tədqiqatlarının aparılması;
3. Müştərilərin bank xidmətlərinə olan tələbinin struktur, kəmiyyət və keyfiyyət-
cə maksimum ödənilməsi. Bu, işgüzar münasibətlərin dayanıqlığı üçün zəruri şərait
yaradır.
4. Bankın məhsul siyasətinin təkmilləşdirilməsi, marketinq kompleksinin yara-
dılması və inkişaf etdirilməsi, müəyyən edilmiş vaxt, mövcud resurslar və istehsal
gücləri çərçivəsində mənfəətin əldə edilməsi, həmçinin planlaşdırılan bazar payının
təmin edilməsi;
5. Bankın kollektivinin kommersiya, təşkilati və sosial problemlərinin kompleks
formada həll edilməsi;
6. Seçilmiş inkişaf strategiyasına uyğun gələn effektli kommunikasiya siyasəti-
nin hazırlanması və inkişaf etdirilməsi və bankın imicinin yaradılması;bankın marke-
tinq fəaliyyətinə daima nəzarət edilməsi və onun auditi.
Marketinqə aid ədəbiyyatda marketinqin funksiyasına aid vahid fikir yoxdur.
Lakin ədəbiyyatda marketinqin ən çox rast gəlinən funksiyaları aşağıdakılardır:
1. Marketinq tədqiqatları. Bu funkusiyanın məqsədi istehlakçının tələbatı, alış
motivi və davranışı; ödənilməmiş tələbatlar və tələbatların ödənilmə səviyyəsi; mar-
Dostları ilə paylaş: |