Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   ...   23   24   25   26   27   28   29   30   ...   41

Qarabağ  at  cinsinin  damazlıq  özəyinin  qorunması  və  inkişaf  etdirilməsi, 
seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılmasının təmin edilməsi və bu sahədə 
müvafiq  tədbirlərin  həyata  keçirilməsi  məqsədi  ilə  2014-cü  il  dövlət  büdcəsində 
nəzərdə  tutulan  Azərbaycan  Respublikası  Prezidentinin  Sərəncamı  ilə  Azərbaycan 
Respublikası  Prezidentinin  ehtiyat  fondundan  Kənd  Təsərrüfatı  Nazirliyinə  2,0 
milyon manat vəsait ayrılmışdır.  
http://www.agro.gov.az/index.php?cat=17&ses=15fc4 
 
 
2.3 Aqrar sektorda həyata keçirilən iqtisadi islahatlar strategiyasinin əsas 
xüsusiyyətləri 
 
 
Ölkədə aqrar islahatların aparılmasına isə 18 fevral 1995-ci ildə qəbul olunan 
“Aqrar  islahatların  əsasları  haqqında”  qanunun  qəbulu  ilə  start  verilmişdir.  Aqrar 
bölmədə aparılan islahatların əsas istiqamətlərini, onların hüquqi təminatını müəyyən 
edən  və  bu  sahədə  qəbul  ediləcək  normativ-hüquqi  aqtlar  üçün  əsas  sayılan  bu 
qanunun 1-ci maddəsində aparlacaq aqrar islahatların məqsədləri açıq aydın müəyyən 
edilmişdir: 
Aqrar  sektoru  böhrandan  çıxarmaq:  Məlum  olduğu  kimi  müstəqilliyin  ilk 
illərindən  başlayaraq  aqrar  sektorda  məhsul  istehsalı  kəskin  aşağı  düşərək  böhran 
vəziyyətinə  çatmışdır.  Belə  ki,  bu  sektorda  istehsal  olunan  məhsulun  ümumi  həcmi 
ə
vvəlki  ilə  müvafiq  olaraq  1992-ci  ildə  23,8%,  1993-cü  ildə  15,5%,  1994-cü  ildə 
12,8%, 1995-ci ildə isə 7% aşağı düşmüşdür; 
  qtisadiyyatı sabitləşdirmək: Əsasən kənd təsərrüfatı ölkəsi olan ölkəmizdə 
bütövlükdə iqtisadiyyatın digər sektorları ilə sıx bağlı aqrar sektordakı bu böhran həm 
digər  sektorların  tənəzzülünü  sürətləndirmiş,  həm  ölkədə  istehlak  məhsullarının 
qıtlığına  şərait  yaradaraq  inflayasiyanı  artırmış,  həm  əhalinin  böyük  bir  hissəsini  iş 
yerlərindən məhrum edərək işsizliyi dərinləşdirmiş, həm də bütövlükdə mənfi iqtisadi 
artımın  baş  verməsində  böyük  paya  sahib  olmuşdur  ki,  bu  da  makroiqtisadi  qeyri-
sabitliyin  aradan  qaldırılmasında  bu  sektorda  aparılacaq  islahatların  nə  qədər  zəruri 
olduğunu bir daha sübuta yetirir; 


 Əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq: Aqrar sektorda aparılan 
islahatların  əsas  məqsədlərindən  biri  də  bu  sektorda  yaranan  böhranın  təsiri 
nəticəsində təxminən yarıya qədəri kənd yerlərində yaşayan və aqrar sektorda çalışan 
ə
halimizin  iş  yerlərini  itirməsi,  gəlirlərinin  azalması,  qiymətlərin  kəskin  artımı 
nəticəsində minimum istehlak ehtiyaclarını ödəyə bilməyəcək səviyyəyə düşmələri və 
bu  səbəbdən  də  qida  rasiyonunun  kəskin  pisləşməsi  və  bir  sıra  zəruri  sosial 
xidmətlərdən  məhrum  olmaları  nəticəsində  yaranmış  ağır  sosial-iqtisadi  vəziyyətini 
yaxşılaşdırmaq olmuşdur. 
qtisadiyyatın  istənilən  sahəsində  aparılan  radikal  reformaların  həyata 
keçirilməsi  iqtisadi  subyektlərin  böyük  bir  hissəsinin  mənafeləri  ilə  birbaşa  bağlı 
olduğundan və həmin sahənin xarakterik xüsusiyyətlərindən irəli gələrək, reformaları 
həyata keçirəcək hökumətlər bu sahədə bir sıra prinsipləri rəhbər ttacaqlarını qanunla 
öz  üzərlərinə  götürürlər  ki,  bu  da  həyata  keçiriləcək  islahatların  etibarlılığını 
artırmaqla yanaşı böyük səmərə əldə etməyə də əlverişli şərait yaradır. Bu baxımdan 
ölkəmizdə  aparılan  aqrar  islahatlar  zamanı  rəhbər  tutulmalı  olan  prinsiplər  də 
yuxarıda adı çəkilən Qanunun 3- cü maddəsində öz əksini tapmışdır: 
Dövlətin  iqtisadi  siyasəti  ilə  aqrar  islahatın  uzlaşması:  Bu  prinsipin 
mahiyyəti  ondan  ibarətdir  ki,  aparılan  islahatlar  dövlətin  ümumi  iqtisadi  siyasətilə 
ziddiyyət  təşkil  etməməməli  və  digər  sahələrdə  aparılan  islahatlarla  bir-birilərini 
tamamlamalıdır. Başqa sözlə islahatlar sistemli olmalıdır; 
  slahatlar zamanı sosial ədalətin və könüllülüyün təmini: Xüsusilə də aqrar 
islahatların  həyata  keçirilməsində  dövlət  əmlakında  olan  ictimai  sərvətin  böyük  bir 
hissəsinin ölkə vətəndaşlarına pulsuz və digər güzəştlərlə paylanması məsələsi geniş 
yer  tutduğundan  bu  prinsip  özünü  daha  qabarıq  səkildə  göstərməkdədir.  Məsələn, 
torpaq  bölüşdürülməsində  nə  qədər  sosial  ədalət  gözlənilirsə,  vətəndaşın  onun 
üzərində  hansı  formalı  təsərrüfat  quracağı  məsələsində  də  bir  o  qədər  könüllülük 
gözlənilməlidir; 
  stehsalçılar  üçün  təsərrüfat  fəaliyyətinin  təşkilində  və  öz  məhsullarına 
sərəncam  verməkdə  tam  sərbəstliyin  təmini:  Bu  prinsip  əsasən  torpaq 
üzərindəmüxtəlif  əmlak  hüququna  əsaslanaraq  istehsal  fəaliyyətini  həyata  keçirən 


subyektlərəöz  təsərrüfat  formasını  və  ya  onun  təşkili  üsulunu  müəyyənləşdirməkdə, 
istehsaletdiyi  məhsulu  qanuni  dövlət  məcburi  ödənişlərini  həyata  keçirdikdən  sonra 
istədiyikimi  bölüşdürməkdə  və  istehsal  bazarlarını  seçməkdə  və  ya  bununla  bağlı 
istənilənbazar  subyektləri  ilə  müqavilə  münasibətləri  qurmaqda  sərbəstlik 
imkanınınverilməsi nəzərdə tutulur; 
Respublikanın  kənd  təsərrüfatı  xüsusiyyətlərinin  nəzərə  alınması:  Buraya 
islahatların  aparılması  zamanı  ərazilərin  təbii-coğrafi  şəraiti,  əhalinin  sıxlığı, 
torpaqdan istifadənin yerli xüsusiyyətləri, torpaqların keyfiyyəti, ənənəvi ixtisaslaşma 
meyli, ekoloji sərtlər və.s nəzərə alınmasını göstərmək olar; 
Kəndin sosial inkisafı və əhalinin sosial müdafiəsi: Aqrar sektor fəaliyyətləri 
ə
sasən  kəndlərdə  həyata  keçirildiyindən  bu  sektorda  aparılan  islahatların  kəndlərin 
sosial-iqtisadi  həyatında  böyük  dəyişiklik  yaradacağı  şübhəsizdir.  Bu  baxımdan 
aparılan  islahatlar  təkcə  kəndlinin  maddi  vəziyyətinin  yaxşılaşdırılmasına  xidmət 
etməməli,  paralel  olaraq  onun  bir  sıra  sosial  tələbatlarının  ödəndiyi  kəndin  sosial 
münasibətlər sferasını da əhatə etməlidir ki, inkişaf birtərəfli olmasın; 
 
Azərbaycanda həyata keçirilən aqrar islahatlardan ötən 20 illik dövrdən sonra 
bu  islahatların  nəticələrini  qiymətləndirmək  indi  asandır.  Amma  20  il  bundan  öncə 
ulu öndər bu islahatların aparılması ilə bağlı öz siyasi iradəsini ortaya qoyan zaman 
dövlətin iqtisadi münasibətlərdə və mülkiyyət üzərində total şəkildə hakim olduğu bir 
sistemdən, azad bazar münasibətlərinə və özəl mülkiyyətə əsaslanan sistemə keçidlə 
bağlı  nə  təcrübə,  nə  də  nəzəri-metodoloji  əsaslar  mövcud  idi.  Buna  baxmayaraq, 
ümummilli  liderin  zəngin  idarəçilik  təcrübəsinə  əsaslanan  müdrik  qərarı  ilə  həyata 
keçirilən aqrar islahatların ölkədə kənd təsərrüfatının dinamik inkişafı üçün möhkəm 
təməl  yaratdığını  zaman  özü  göstərdi.  Məsələn,  islahatların  başladığı  1995-ci  ildə 
taxıl istehsalı 921 min tondan  2013-cü ildə 2 milyon 955 min tona,  kartof istehsalı 
155  min  tondan  993  min  tona,  tərəvəz  istehsalı  424  min  tondan  1  milyon  236  min 
tona, bostan məhsulları 42 min tondan 430 min tona, ət istehsalı 109 min tondan 298 
min tona, süd istehsalı 826 min tondan 1 milyon 820 min tona, yumurta istehsalı 455 
milyon ədəddən 1 milyard 401 milyon ədədə çatdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə