Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   ...   24   25   26   27   28   29   30   31   ...   41

Respublikamız  müstəqillik  qazandıqdan  sonra,  digər  keçmiş  ittifaq 
respublikalarında  olduğu  kimi,  Azərbaycanın  da  iqtisadiyyatında  o  cümlədən,  aqrar 
sahədə tənəzzül və iqtisadi böhran yaranmağa başladı. O vaxtlar kənd təsərrüfatında 
ə
sas  təsərrüfat  formaları  olan  kolxoz  və  sovxozlar  əhəmiyyətli  dərəcədə  fəaliyyət 
göstərə bilmir və iqtisadi tənəzzül günü-gündən dərinləşirdi. 
Belə  bir  şəraitdə  Ümummilli  lider  Heydər  Əliyev  iqtisadiyyatın  böhrandan 
xilas edilib inkişaf etdirilməsinin yeganə yolunun islahatlar olduğunu bildirdi. Onun 
rəhbərliyi və təşkilatçılığı ilə aqrar islahatın aparılması üçün hüquqi baza yaradılmış 
və  həyata  keçirilmişdir.  Belə  ki,  1995-ci  ildə  “Aqrar  islahatının  əsasları  haqqında”, 
“Sovxoz  və  kolxozların  islahatı  haqqında”  və  1996-cı  ildə  isə  “Torpaq  islahatı 
haqqında” qanunlar qəbul edilmişdir. 
Aqrar  islahatların  birinci  mərhələsində  torpağın  və  əmlakın  özəlləşdirilməsi 
başa  çatdırılmışdır.  Xüsusi  mülkiyyətə  veriləcək  torpaq  sahələrinin  99,8  faizi, 
ə
mlakın  isə  98,9  faizi  özəlləşdirilmişdir.  Ölkəmizdə  həyata  keçirilən  aqrar  islahatı 
nəticəsində       867  minə  yaxın  ailə  torpaq  payı  almış,  mülkiyyətçilər  yaranmışdır. 
Aqrar  sahədə  yaradılmış  əlverişli  şərait  nəticəsində   842  minə  qədər  xırda  (ailə-
kəndli)  təsərrüfatı,      36  dövlət  təsərrüfatı  (məhdud  məsuliyyətli  cəmiyyət),  79-dan 
çox  kənd  təsərrüfatı  istehsal  kooperativi,  2409  kənd  təsərrüfatı  müəssisəsi  (birgə 
təsərrüfatlar),  2571  fərdi  sahibkarlar  (hüquqi  şəxs  yaradanlar)  və   220  sair  kənd 
təsərrüfatı  müəssisəsi  (elmi-tədqiqat,  tədris,  təcrübə  və  s.)  təsərrüfat  formaları 
yaradılmışdır. 
Ümummilli  liderin  müəllifi  olduğu  aqrar  islahatların  Azərbaycan  modeli  ilə 
bağlı  beynəlxalq  təşkilatların  hesabatlarında  əks  olunan  fikirləri  belə  qruplaşdırmaq 
olar:  torpaq  islahatı  effektivlik  və  ədalətlilik  prinsipləri  uğurlu  şəkildə 
ə
laqələndirilməklə  həyata  keçirildi; bu  islahatlar bazar  münasibətlərinə sürətli  keçid 
və sahənin davamlı inkişafı üçün möhkəm təməl yaratdı. 
Azərbaycan  Prezidenti  lham  Əliyevin  rəhbərliyi  ilə  ölkədə  uğurla  həyata 
keçirilən  davamlı  inkişaf  strategiyasına  uyğun  olaraq  kənd  təsərrüfatı  sahəsinin  də 
inkişafında  yeni  mərhələ  başladı.  Belə  ki,  sistemli  və  dayanıqlı  inkişafın  dövlət 
tənzimlənməsinin  mütərəqqi  bir  metoduna  çevrilmiş  regionların  sosial-iqtisadi 


inkişafı  dövlət  proqramları  çərçivəsində  kənd  təsərrüfatının  inkişafı  ilə  bağlı  yeni 
mexanizmlər tətbiq olundu. Bu baxımdan regionların sosial-iqtisadi inkişafı siyasəti 
çərçivəsində  kənd  yerlərində  sosial  infrastrukturun  inkişafı,  kənd  təsərrüfatı 
məhsullarının  emalı  müəssisələri  şəbəkəsinin  genişləndirilməsi,  fermerlərin  istehsal 
vasitələri  ilə  təminatının  gücləndirilməsi  məqsədilə  "Aqrolizinq"  ASC-nin 
yaradılması,  kənd  təsərrüfatı  məhsulları  istehsalçılarının  gübrə,  yanacaq  və  toxumla 
təminatının  yaxşılaşdırılması  üçün   subsidiyaların  verilməsi,  meliorasiya-irriqasiya 
sistemlərinin  köklü  şəkildə  yenidən  qurulması  tədbirlərini  xüsusi  qeyd  etmək 
lazımdır. 
Kənd təsərrüfatının inkişafı üçün son illər ayrılan dövlət büdcəsi vəsaitlərinin 
artım  dinamikası  bu  tədbirlərin  miqyası  ilə  bağlı  əyani  təsəvvür  yaradır.  Belə  ki, 
meliorasiya-irriqasiya  sisteminin  yenidən  qurulması,  baytarlıq  və  fitosanitar 
xidmətlərinin  göstərilməsi,  elmi  tədqiqatların  aparılması,  vergi  güzəştlərinin  tətbiqi, 
subsidiyaların verilməsi və digər məqsədlər üçün yönəldilən dövlət dəstəyinin həcmi 
2007-ci  ildə  328  milyon  manatdan  2013-cü  ildə  657  milyon  manata  qədər,  o 
cümlədən,  kənd  təsərrüfatı  istehsalçılarına  birbaşa  subsidiya  formasında  verilən 
dövlət  büdcəsi  vəsaitinin  həcmi  66  milyon  manatdan  110  milyon  manata  qədər 
artmışdır. 
Məqsədli  dövlət  proqramları  çərçivəsində  müəyyən  olunmuş  tədbirlər  üzrə 
kənd  təsərrüfatının  inkişafı  üçün  göstərilən  dövlət  dəstəyi  bu  sahə  üzrə  müəyyən 
olunmuş hədəflərin də uğurla reallaşmasına əsas yaratmışdır. Hazırda ayrı-ayrı  kənd 
təsərrüfatı  məhsullarının  istehsal  həcmi  "2008-2015-ci  illərdə  Azərbaycan 
Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı  təminatına  dair  Dövlət 
Proqramı"nda  2015-ci  il  üzrə  müəyyən  olunmuş  hədəf  göstəricilərinə  uyğun 
səviyyədədir. Məsələn, artıq 2013-cü ildəki müvafiq istehsal göstəricilərinin 2015-ci 
il üzrə müəyyən edilmiş hədəf göstəricilərinə nisbəti ət istehsalı üzrə 87,6, süd və süd 
məhsulları istehsalı üzrə 75,8, kartof istehsalı üzrə 88,4, tərəvəz və bostan bitkilərinin 
istehsalı üzrə 96,5, meyvə istehsalı üzrə 106,7, yem bitkilərinin əkin sahəsi üzrə 79,3 
faiz olmuşdur. 


Ölkə  həyatının  bütün  sahələrində  inkişaf  siyasətinin  əsas  strateji  hədəflərini 
özündə  ehtiva  edən  "Azərbaycan  2020:  gələcəyə  baxış"  nkişaf  Konsepsiyası 
Azərbaycanın  qarşısına  daha  yüksək  inkişaf  məqsədlərinin  qoyulması  və  bu 
məqsədlərdən  irəli  gələn  vəzifələrin  müəyyənləşdirilməsi  ilə  bağlı  Prezident  lham 
Ə
liyevin siyasi iradəsinin ifadəsidir. 
Azərbaycanın  yeni  inkişaf  hədəflərinin  reallaşdırılması  məqsədilə  kompleks 
islahatların  aparılmasını  nəzərdə  tutan  bu  konsepsiyada  kənd  təsərrüfatının  gələcək 
inkişaf  istiqamətləri  də  əhatəli  şəkildə  öz  əksini  tapmışdır.  Kənd  təsərrüfatının 
inkişafı  ilə  bağlı  müəyyən  olunmuş  konseptual  istiqamətlərin  reallaşdırılması 
məqsədilə artıq Prezident tərəfindən "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının 
fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" 16 yanvar 2014-
cü  il  tarixli  sərəncam  və  "Aqrar  sahədə  idarəetmənin  təkmilləşdirilməsi  və 
institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" 16 aprel 2014-
cü  il  tarixli  fərman  imzalanmışdır.  Tarixi  əhəmiyyətli  bu  siyasi  qərarlarla  aqrar 
sektorun inkişafının prioritet hədəflərinin yeni çağırışlar fonunda müəyyən edilməsi, 
aqrar  sektorda  institusional  strukturun  və  idarəetmənin  təkmilləşdirilməsi  və 
innovativ dəyişikliklərə təkan verəcək digər tədbirlərin həyata keçirilməsinə göstəriş 
verilməsi  bu  sahədə  inkişafın  keyfiyyətcə  yeni  mərhələsinə  keçid  üçün  əsas 
yaratmışdır. 
Aqrar  islahatların  müasir  mərhələsi  ilə  bağlı  ölkə  rəhbəri  tərəfindən  qəbul 
edilmiş  siyasi  qərarlara  əsasən,  bu  islahatların  kənd  təsərrüfatı  sahəsinin 
rəqabətqabiliyyətliyinin   yüksəldilməsini  hədəfləyən  aşağıdakı  strateji  prioritetlər 
üzrə aparılması nəzərdə tutulur: 
-  kənd  təsərrüfatı  məhsulları  istehsalçılarının  müvafiq  istehsal  vasitələri  və 
xidmətlərlə təchizatının daha da gücləndirilməsi; 
-  kənd  təsərrüfatı  sahəsi  üzrə  bazar  institutlarının  və  bazar  infrastrukturunun 
inkişaf  etdirilməsi  hesabına  istehsalçıların  bazara  çıxış  imkanlarının  daha  da 
yaxşılaşdırılması; 
-  kənd  təsərrüfatı  istehsalı  üzrə  müasir  dövrün  tələblərinə  uyğun  struktur 
dəyişikliklərinin aparılması; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə