Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   ...   26   27   28   29   30   31   32   33   ...   41

yaradılmasını  zəruri  etmişdir.  Hazırda  ölkənin  müxtəlif  bölgələrində  aqroparkların 
yaradılması ilə bağlı müvafiq texniki-iqtisadi əsaslandırma işləri aparılır. 
"Azərbaycan  2020:  gələcəyə  baxış" 
nkişaf  Konsepsiyasında  yüksək 
rəqabətqabiliyyətli  iqtisadiyyatın  yaradılması  üçün  səmərəli  dövlət  tənzimlənməsi 
ə
sas  şərtlərdən  biri  kimi  müəyyən  olunmuşdur.  Bu  baxımdan,  aqrar  islahatların 
müasir  mərhələsində  kənd  təsərrüfatı  üzrə  dövlət  tənzimlənməsi  sisteminin 
təkmilləşdirilməsi  ilə  bağlı  kompleks  tədbirlər  nəzərdə  tutulmuşdur.  Dövlət  başçısı  
tərəfindən imzalanan  "Aqrar sahədə  idarəetmənin təkmilləşdirilməsi  və institusional 
islahatların  sürətləndirilməsi ilə  bağlı  tədbirlər haqqında" 16 aprel 2014-cü il  tarixli 
fərman bu sahədə bir sıra tarixi əhəmiyyətli qərarların verilməsi baxımından mühüm 
ə
həmiyyətə malikdir. 
lk növbədə rayonlar üzrə aqrar siyasətin həyata keçirilməsinin təmin edilməsi, 
kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin təşkili, aqrar sahə ilə bağlı problemlərin 
həllində  müvafiq  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  yerli  struktur  bölmələri  ilə 
səmərəli əməkdaşlığının qurulması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin rayon və 
şə
hər idarələrinin yaradılmasına başlanılmışdır. 
Dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda həyatakeçirilən aqrar 
siyasəti,  S.Salahovun,  E.Bağırzadənin,H.Xəlilovun  və  başqalarının  yanaşmalarına 
ə
saslanmaqla, şərtiolaraq, iki mərhələyə bölmək olar: 
1)  Kənd  təsərrüfatı  sektorunda  ciddi  institutsional,  sosial  –  iqtisadi 
dəyişikliklərin baş verməsi və bazar münasibətlərinin təşəkkül tapması ilənəticələnən 
birinci mərhələ. 
2)  Artıq  bazar  prinsipləri  əsasında  fəaliyyət  göstərən  sektorun, 
bazariqtisadiyyatlı  ölkələrdə  olduğu  kimi,  daha  çox  iqtisadi  vasitələrlə 
tənzimlənməsisisteminin  formalaşması  prosesinin  başladığı  ikinci  mərhələ.Birinci 
mərhələ  çərçivəsində  həyata  keçirilən  islahatlar  nəticəsindəaqrar  sektorda  bir  sıra 
müsbət inkişaf meylləri yaranmışdır. Belə ki: 
a) aqrar sektorda tam üstünlük təşkil edən özəl bölmə formalaşdırılmış; 
b)  90-cı  illərin  birinci  yarısında  hər  il  geriləmənin  baş  verdiyi  aqrar  sektorda 
artıq 1998-ci ildən etibarən dinamik inkişaf baş vermiş; 


c) ölkənin ərzaqla təminatında yerli istehsalın payı yüksəlmişdir və s. 
Birinci  mərhələdə  aparılan  aqrar  islahatlar  nəticəsində  kənd  təsərrüfatı 
sektorunda müsbət inkişaf meyllərinin yaranmasına baxmayaraq, bu islahatlar bir sıra 
problemlərin  həllinə  yardım  edə  bilmədi.  Müxtəlif  mənbələr  əsasında  aparılan 
ümumiləşdirmələrə  görə  bu  problemlərdən  əsasları  kimi  aşağıdakıları  qeyd  etmək 
olar:aqrar  sektorun  inkişafına  xidmət  göstərən  istehsal,  bazar  və  social  infrastrukur 
sahələrinin  inkişafının  ləngliyi;kənd  təsərrüfatı  istehsalçılarının  maliyyə  resursları, 
istehsal  vasitələri  və  texnika  ilə  təminatının  zəifliyi;kənd  təsərrüfatının  istehsalında 
mövcud  olan  artımın  daha  çox  ekstensiv  xarakter  daşıması  və  məhsuldarlıq 
göstəricilərinin  aşağı  olması;ölkədə  heyvandarlığın  yalnız  ekstensiv  şəkildə  sürətli 
inkişafı  nəticəsində  yay  və  qış  otlaqlarının  tutumundan  artıq  yüklənməsi  və  əkinə 
yaralı  sahələrdən  də  bu  məqsədlə  istifadənin  artması  ilə  əlaqədar  olaraq  bitki 
örtüyünün məhv olması və torpaqların eroziyasının daha da sürətlənməsi (əkinçilikdə 
aqrotexniki  normaların  gözlənilməməsi  bu  problemi  daha  da  kəskinləşdirir);ərzaq 
yönümlü bitkiçilik məhsulları istehsalının əsasən ekstensiv artımı nəticəsində ölkənin 
kənd təsərrüfatı istehsalının strukturunun qeyritəkmil olması, müqayisəli üstünlüklərə 
malik olan sahələrin zəif inkişafı;kənd təsərrüfatı məhsullarının emalı sahələrinin zəif 
inkişafı;ölkənin  aqrar  ixrac  potensialından  aşağı  səviyyədə  istifadə  edilməsi;istehsal 
edilən  kənd  təsərrüfatı  məhsullarının  əlverişsiz  qiymətlərlə  satılması,  bunun  da 
nəticəsində  istehsalçıların  gəlirlərinin  aşağı  olması  və  reinvestisiya  imkanlarının 
məhdudlaşması;kənd  təsərrüfatı  ilə  məşğul  olan  işçilərin  gəlirlərinin  və  kənd 
yerlərində yaşayan əhalinin həyat səviyyəsi göstəricilərinin aşağı olması və s. 
Müasir  dövrdə  ölkədə  həyata  keçirilən  aqrar  siyasətin  əsas  məqsədi  yuxarıda 
qeyd edilən problemlərin aradan qaldırılmasından ibarətdir.  
Aqrar  islahatın  əsas  nəticələri  aşağıdakılardan  ibarətdir:kənd  təsərrüfatında 
torpaq  və  əmlak  üzərində  xüsusi  mülkiyyətçilik  bərqərar  olunmuşdur;kənddə 
sahibkarlar  təbəqəsi  yaranmış,  kiçik  və  orta  sahibkarlığın  inkişafına  şərait 
yaxşılaşmışdır;aqrar  sahədə  müasir  texnika  və  texnologiyalar,  yeni  bilik  və 
informasiyalar  şəbəkəsi  genişlənir;kənd  təsərrüfatında  torpaq  və  əmlakdan  səmərəli 
istifadəyə  imkanlar  artmış,  iqtisadi  tənəzzülün  qarşısı  alınmış,  istehsalın  dinamik 


inkişafına  zəmin  yaranmışdır;kənd  təsərrüfatında  istehsalın  mərkəzdən  planlı  idarə 
edilməsi özünüidarə ilə əvəz edilmişdir və s. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


FƏS L 3.   AZƏRBAYCAN RESPUBL KASINDA AQRAR SEKTORUN 
DAVAMLI  NK ŞAFNIN TƏNZ MLƏNMƏS  MEXAN ZM N N HÜQUQ  
TƏM NATI VƏ ONUN TƏKM LLƏŞD R LMƏS   ST QAMƏTLƏR  
 
3.1   Aqrar sektorda formalaşan münasibətlərin və aqrar sektorun davamlı 
inkişafının tənzimlənməsi mexanizminin hüquqi təminatı 
 
 
Ə
vvəlki  paraqraflarda  nəzərdən  keçirilən  davamlı  inkişaf  anlayışı,  onun  ən 
mühüm  təzahür  formalarından  biri  olan  aqrar  sahənin  davamlı  inkişafı  məsələsinin 
öyrənilməsi,  davamlı  inkişafın  obyektiv  zəruriliyi  və  onun  formalaşması 
problemlərinin tədqiqi müasir elmin, o cümlədən aqrar elminin qarşısında duran həlli 
vacib  məsələlərdən  hesab  edilir.  Qeyd  edilən  problemlərin  əsas  həll 
mexanizmlərindən biri isə onun qanunvericilik həllidir. Başqa sözlə, hazırki şəraitdə 
aqrar  sahənin  üzləşdiyi  problemlərin  həll  edilməsi,  aqrar  sahədə  davamlı  inkişafın 
formalaşdırılması,  dövlətin  bununla  bağlı  prioritetlərinin  və  müvafiq  strategiyasının 
müəyyənləşdirilməsi 
zərurəti, 
ilk 
növbədə 
onun 
hüquqi 
ə
saslarının 
təkmilləşdirilməsini  tələb  edir.  Aqrar  sahədə  meydana  gələn  münasibətlər,  onların 
qarşılıqlı  əlaqəsi,  eləcə  də  bu  sahədəki  ayrı-ayrı  fəaliyyət  formalarının  hüquqi 
tənzimləmə mexanizmləri ümumiləşmiş şəkildə aqrar hüququnda əks olunur. 
 
Kənd təsərrüfatının davamlı inkişafı, üç əsas məqsədi birləşdirməlidir: sağlam 
ə
traf  mühit,  iqtisadi  qazanc  və  ictimai,  iqtisadi  bərabərlik.  Davamlı  iqtisadi  inkişaf 
gələcək nəsillərin öz ehtiyaclarını qarşılamaq imkanlarını təhlükə altına qoymadan bu 
günün  ehtiyaclarını  qarşılamaq  prinsipinə  söykənir.Bu  istiqamətdə  kənd 
təsərrüfatında,  agrar  sektorda  inkişaf  strategiyalarının  üç  əsas  məqsədi  olmalıdır. 
Birinci  məqsəd  ərzaq  təhlükəsizliyidir.  Ərzaq  təhlükəsizliyi  ölkənin  özünü  təminatı 
ilə  gələcəkdəki  təminatına  əmin  olmağı  arasında  uyğunluğun  və  davamlı  bir 
tarazlığın,  balansın  qurulması  ilə  təmin  edilə  bilər.   kinci  məqsəd,  yoxsulluğun 
aradan qaldırılması məqsədidir ki, bu da kənd təsərrüfatı olan bölgələrdə iş təminatı 
və  qazanc  əldə  edilməsi  ilə  mümkündür. Kənd  təsərrüfatında  davamlı  inkişafın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə