Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə21/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   17   18   19   20   21   22   23   24   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

47 


nnovasiyalı  inkişafın  reallaşdırılması  ilə  bağlı  əsas  çətinlik  yeni  tex-

nologiyaların  istehsala  cəlb  edilməsi  planının  yerinə  yetirilməsi  prosesinin 

maliyyə  təminatında  olur.  Yeni  texnologiyaların  mənimsənilməsinə  vax-

tında,  lazımi  miqdarda  investisiya  qoyuluşunun  başlıca  səbəbi    resursların 

bölgüsündə prioritetliyin düzgün müəyyən edilməsi ilə izah olunur. 

Müəssisənin  innovasiyalı  inkişafı  ilə  yanaşı,  həmçinin  operativ  is-

tehsal-təsərrüfat fəaliyyətinin də effektiv aparılması zəruridir. Bu isə öz növ-

bəsində  əsas  və  dövriyyə  kapitalının  formalaşması,    xüsusi  və  borc  vəsait-

lərindən  istifadə  ilə  əlaqədardır.  Müəssisənin  innovasiyalı  inkişafının  bəzi 

anlarında  müəssisə  üçün  iqtisadi  situasiya  əlverişli  olmaya  və  müəyyən 

itkilərə səbəb ola bilər. 

nnovasiya  aktivliyinin  təhlili  gedişində  cari  iqtisadi  resursların  qiy-

mətləndirilməsindən  aydın  ola  bilər  ki,  yeni  texnologiyaların  effektiv  real-

laşdırılması  üçün  müəssisənin  kifayət  qədər  imkanı  vardır.  Ancaq  o  aşa-

ğ

ıdakı suallara cavab vermir: 



-  nnovasiyanın işlənilməsinə və mənimsənilməsinə ayrılan vəsait gə-

ləcəkdə müəssisənin ödəmək qabliyyətinə pis təsir göstərməyəcəkdirmi?    

- Müəssisənin malik olduğu qısamüddətli resurslar gələcək uzunmüd-

dətli xərclərə nə dərəcədə uyğundur? 

-  Müəssisə  carı  istehsal  və  uzunmüddətli  innovasiya  fəaliyyətini 

effektiv maliyyələşdirə biləcəkmi? 

qtisadi    nəzəriyyədə    və    təsərrüfat    praktikasında    bu    məsələlərin  

həlli  üçün iqtisadi subyektin təsərrüfat prosesinin təmin edilməsi qabiliyyə-

tini xarakterizə edən müəssisənin maliyyə dayanıqlığının qiymətləndirilməsi 

metodikası tətbiq edilir.  

Müəssisənin maliyyə dayanıqlığının təhlilində əsas məqsədlərdən biri 

ehtiyatların  və  xərclərin  xüsusi  və  borc  mənbələri  hesabına  təmin  edilməsi 

dərəcəsinin, həmçinin xüsusi və borc vəsaitləri arasında nisbətin müəyyən-

ləşdirilməsidir. Belə təhlil müəssisənin maliyyə hesabatının materialları əsa-

sında aparılır. Bu təhlil metodikasının tətbiqi ehtiyatların formalaşdırılması 

üçün  vəsaitin  uyğun  gəlib-gəlməməsini  aşkara  çıxarmağa  imkan  verir  və 

müəssisə  öz  istehsal  xərclərini  ödəmək  qabiliyyətinə  malikdirmi  -  sualına   

cavab verir: Maliyyə təhlili nəzəriyyəsində müxtəlıf növ mənbələri tam əks 

etdirmək üçün aşağıdakı göstəricilərin hesablanılması nəzərdə tutulur: 

-xüsusi dövriyyə vəsaitlərinin miqdarı; 

-ehtiyatların və xərclərin formalaşması üçün xüsusi dövriyyə vəsaitləri 

və uzunmüddətli borc mənbələrinin miqdarı; 

-ehtiyatların və xərclərin formalaşması üçün  əsas vəsait mənbələrinin 

ümumi miqdarı. 

Mənbələrin  miqdarını  xarakterizə  edən  bu  göstəricilərin  əsasında,  is-

tehsal-təsərrüfat  fəaliyyəti  üçün  ehtiyatlar  və  xərclər  formalaşdırılır,  ehti-




Бизнесин тяшкили вя идаря едилмяси 

48 


yatları  və  xərcləri  ödəmək  üçün  vəsaitlərin  kifayət  qədər  olması  qiy-

mətləndirilir. 

stehsal-təsərrüfat  fəaliyyətini  təmin  etmək,  mövcud  və  tələb  edilən 

vəsaitlərin  uyğunluğunun  qiymətləndirilməsi  məsələsini  həll  etmək  üçün 

təhlil olunan xərclərin tərkibinə, həmçinin innovasiyalı tələbat daxil edilmə-

lidir, hansı ki, təsərrüfat dövriyyəsinə yeni texnologiyaları cəlb etmək üçün 

lazımdır.  Bu  tələbat  innovasiya  layihələrinin  qiymətləndirilməsi  mərhələ-

sində hesablanır və nəzərə alınır. 

nnovasiyalı  potensialın  qiymətləndirilməsi,  hər  şeydən  əvvəl,  inno-

vasiyanın  inkişafı  müəssisənin  maliyyə  dayanıqlığını  təhlil  etməyə  imkan 

verir.  Eyni  zamanda  bu  yanaşma  cari  istehsal  ehtiyatları  və  müəssisənin 

innovasiyalı  inkişafındakı  investisiya  xərcləri  arasında  dinamik  uzunluğu 

müəyyənləşdirməyə kömək edir. Bu əsasda innovasiya potensialının tipinin 

müəyyənləşdirilməsi  müəssisənin  maliyyə  vəziyyəti  mövqeyindən  innova-

siyalı inkişafının seçilən istiqamətinin düzgünlüyünə nəzarət etməyə imkan 

verir.  Sözügedən  metod  innovasiyalı  inkişaf  strategiyasının  müəyyənləş-

dirilməsində tamamlayıcı mərhələ sayılır. 

Praktika  göstərir  ki,  müəssisənin  innovasiya  potensialının  qiymətlən-

dirilməsi metodu təkcə innovasiyalı inkişaf strategiyasının işlənib hazırlan-

ması üçün deyil, həm də  digər məqsədlər üçün  istifadə oluna bilər. 

Müəssisənin  innovasiya  potensialının  qiymətləndirilməsinin  müsbət 

nəticələrindən  istifadə  edilən  yeni,  yaxud  yaxşılaşdırılmış  texnologiyaların 

seçilməsi  prosesində  tamamlayıcı  mərhələyə  xidmət  edə  bilər.  Yalnız  bun-

dan sonra seçilmiş innovasiyalı inkişaf strategiyasının reallaşdırılması mər-

hələsinə  keçmək  olar.  Qeyd  edilən  startegiyanın  effektiv  yerinə  yetirilməsi 

üçün  innovasiya  layihəsi  əsas  ola  bilər,  hansı  ki,  gələcək  tədbirlərin  müd-

dətini, resursları və icraçıları özündə əks etdirir. 

 

 



 

 

 




Бизнесин тяшкили вя идаря едилмяси 

49 


IV FƏS L. B ZNES MƏDƏN YYƏT  

 

4.1. Biznes mədəniyyətinin mahiyyəti və əhəmiyyəti 

   


Biznes  mədəniyyəti  biznes  fəaliyyətinin  təşkilinin  ayrılmaz  hissəsi 

olub  ümumi  mədəniyyət  ünsürləri  üzərində  qurulur  və  xalqın  mədəniyyəti 

ilə sıx bağlıdır. Mədəniyyət ictimaiyyətin, yaradıcı qüvvələrin və insan qabi-

liyyətlərinin,  insanların  fəaliyyətlərinin  təşkili  formalarında  və  növlərində, 

onların  yaratdıqları  maddi  və  mənəvi  dəyərlərdə  ifadə  olunan  inkişaf 

səviyyəsidir. 

“Biznes  mədəniyyəti”  anlayışının  müxtəlif  tərifləri  mövcuddur. 

V.D.Kozlov  biznes  mədəniyyətinin  tam  və  geniş  tərifini  verir.  Onun  fik-

rincə, biznes mədəniyyəti “fəaliyyət, adət, ənənə, fərdi və qrup maraqlarının, 

işçilərin  davranış  xüsusiyyətlərinin,  rəhbərlik  tərzinin  və  s.  qayda  və  nor-

malarının formal və qeyri-formal sistemi”nin məcmusudur.   

Biznes mədəniyyəti istehsal və kommersiya fəaliyyətinin elə təşkilini 

nəzərdə tutur ki, biznesdə uğurlar işçilərin əmək və qazandıqları əməkhaq-

qından maksimum dərəcədə məmnun qaldıqları şəraitin yaradılması ilə uy-

ğ

unlaşsın.  



Biznesin  xarakterindən  asılı  olaraq  mədəniyyətin  aşağıdakı  növləri 

fərqləndirilir:  ticarət  mədəniyyəti,  sərfəli  sazişlər  mədəniyyəti,  investisiya 

mədəniyyəti və inzibatçılıq mədəniyyəti.  

Ticarət  mədəniyyəti

  sürətli  əks  əlaqə  və  nisbətən  aşağı  risklə  xarak-

terizə olunur. Ticarət sferasının əməkdaşları kimi, çox vaxt cəsarətlə ekspe-

rimentlər aparan gənc insanlar çıxış edirlər. Bu insanlar təbiətcə insansevən, 

böyük mənəvi tələbatları olmayan, zahirən cazibədar insanlardır. Onlar alı-

cılara müraciət edərkən məlum yumor payı ilə natiqlikdən bacarıqla istifadə 

edirlər.  Bir-biriləri  ilə  həvəslə  ünsiyyət  bağlamaq  və  fikir  mübadiləsi 

aparmaq,  ticarət  mədəniyyəti  sferasını  şəriklik  hissi,  kollektivçilik  və  yol-

daşlıq  ruhu  ilə  dolu  kommunikativ  bir  sahəyə  çevirir.  Ticarət  mədəniyyə-

tinin  effekti  ondan  ibarətdir  ki,  onun  sayəsində  çox  şeyi  sürətlə  hərəkətə 

gətirmək olar.  

Sərfəli  sazişlər  mədəniyyəti  (möhtəkirlik  mədəniyyəti)

  uğurlu  (və  ya 

uğursuz)  müəssisələrin  orta  və  yüksək  dərəcəli  maliyyə  riskli,  sürətli  əks 

ə

laqəsilə xarakterizə olunur. Bu mədəniyyət tipinə qiymətli kağızlar, ödəniş 



vasitələri, xammal və s. ilə uğurlu sazişlərin həyata keçirildiyi yerlərdə rast 

gəlinir.  Belə  mədəniyyətin  elementləri  dəb,  kosmetika,  peşəkar  idman, 

reklam və riskli müəssisələrin maliyyələşdirilməsi sferasında özünü göstərir. 

Sərfəli  sazişlər  sahəsinin  əsas  strategiyası  ələ  keçən  şanslardan  tez  istifadə 

olunmasıdır.  Burada  əməkdaşlar  kimi  gənc  və  ya  mənəvi  cəhətdən  gənc 

insanlar çıxış edirlər.  




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə