Бизнесин тяшкили вя идаря едилмяси
129
çoxuna və ya 75%-dən azına sahib olur. Belə struktur şəraitində ana şirkət
qız şirkətinə nəzarət edərək fəaliyyətin əsas məsələləri üzrə təkbaşına qərar
qəbul edə bilməz.
Ana şirkət üçün ən uyğun davranış modeli baş direktorun rolunun
artırılmasıdır.
Qız şirkətin idarə edilməsi sxeminin düzgün qurulmaması onun
üzərində nəzarətin itirilməsinə gətirib çıxarır, ana şirkətin özü qız şirkətdən
asılı hala düşə bilər.
Ş
aquli inteqrasiya olunmuş holdinqlər öz qız şirkətlərinin icra
orqanlarının fəaliyyətinə nəzarəti ağırlaşdırmağa çalışırlar. Onda nəzarət
altında olan şirkətlər faktiki olaraq ana şirkətin struktur bölməsinə çevrilir.
Qız şirkətlər yalnız istehsal funksiyalarını yerinə yetirir, maliyyə siyasəti və
hazır məhsulun reallaşdırılması ana cəmiyyətin öhdəsinə düşür. Şaquli
inteqrasiya olunmuş şirkətlər əsas gəlir normasını maya dəyəri aşağı olan
məhsulun reallaşdırılmasından əldə edirlər.
Üfüqi inteqrasiya olunmuş holdinqlərlə qız şirkətləri arasında gizli
tabelilik yoxdur. Hər bir şirkət son məhsulu müəyyən gəlir norması almaqla
reallaşdırır. Sərt idarəetmə nəzarəti mövcud deyil, ana şirkət tərəfindən qız
ş
irkətlərinin icra orqanlarının rolu artırılır.
Holdinqlər haqqında mükəmməl qanun qəbul edilməyib. Qız şir-
kətlərin fəaliyyəti üzrə qərarları ana şirkətin idarəetmə orqanları qəbul
edirlər.
Qərar qəbulu prosesi necə həyata keçirilir? Ana şirkətin idarəetmə
orqanı qərarı qəbul edir, onu səhmdarların ümumi yığıncağında və direk-
torlar şurasında açıqlayırlar. Nümayəndələr ümumi yığıncaqda və direk-
torlar şurasında qız şirkətin müvafiq orqanı tərəfindən ana şirkət üçün lazım
olan qərarın qəbuluna təşəbbüs göstərə bilər. Sonra öz səlahiyyətləri
çərçivəsində hərəkət edərək qız şirkətin idarəetmə orqanı qanuni qərar qəbul
edir.
9.4. Transmilli ş
irkə
tlə
r
Transmilli şirkətlər (TMŞ) XX əsrin ikinci yarısından başlayaraq
dünya iqtisadiyyatının inkişafında müstəsna rol oynayırlar. Son illər trans-
milli şirkətlərin sürətlə inkişafı beynəlxalq rəqabətin kəskinləşməsinə və
ə
mək bölgüsünün dərinləşməsinə gətirib çıxarmışdır.
Məlum olduğu kimi TMŞ sənaye, ticarət, nəqliyyat, bank və s. sa-
hələri əhatə edən birliklərdir, onların fəaliyyəti ölkə sərhədlərindən kənara
çıxaraq özləri üçün istehsalda, mal alqı-satqısında, xidmət göstərilməsində
ə
lverişli şərait yaradırlar. lk TMŞ XIX əsrin 60-70-ci illərində xammalın
hasil edilməsi və alqı-satqısı sahəsində yaranmışdır.
TMŞ-in fəaliyyət xarakteri və forması XX əsrin ikinci yarısından
Бизнесин тяшкили вя идаря едилмяси
130
dəyişməyə başlamışdır. Belə ki, kartel formasında olan beynəlxalq birliklər
öz yerini beynəlxalq konsern və başqa iri istehsal firmalarına verdilər. Yeni
tipli beynəlxalq birliklər məhdud ərazilərə yayıldılar. Müasir TMŞ-lərı
qlobal bazar və dünya səviyyəsində rəqabətqabiliyyəti səciyyələndirilir.
Hazırda dünyada 80 minə yaxın TMŞ fəaliyyət göstərir. Onların xarici
filiallarının sayı 830 mindən çoxdur.
TMŞ-lərın müasir dünya təsərrüfat sistemində rolu bir neçə göstə-
ricilərlə qiymətləndirilir:
- dünya ticarətinin 2/3-nə qədəri onların üzərinə düşür;
- dünya sənaye istehsalının 1/3-nə qədəri onların üzərinə düşür;
- TMŞ-lərdə iqtisadiyyatla məşğul əhalinin 10%-i işləyir (60% ana
ş
irkətlərdə, 40% qız şirkətlərdə);
- TMK-lar dünyada mövcud olan patent, lisenziya və «nou-hau»-nun
təxminən 4/5-nə nəzarət edir.
- TMŞ xarici investisiyaların 70%-nə nəzarəti həyata keçirir, kimya və
elektron məhsullarının 95%-ni, maşınqayırma məhsullarının 76%-ni
rellaşdırır. TMŞ-lərin 60%-i istehsal sferasında, 30%-i xidmət, 3%-i emal və
k/t sferasında məşğuldur.
Dünyanın ən iri 500 TMŞ-ləri içərisində ən vacib rolu 4 kompleks
oynayır; elektronika, neft emalı, kimya və avtomobil. TMŞ-lərin ümumi
məhsul satışının 80%-i bu komplekslərin payına düşür.
TMŞ-lərin əksər hissəsi ABŞ, Avropa və Yaponiyada yerləşir, onların
istehsal etdikləri məhsulun həcmi ildə bir trln. dorllardan çoxdur. Həmin
ş
irkətlərdə 73 mln. əhali çalışır.
BMT ekspertlərinin fikrincə TMŞ o şirkətlər hesab edilir ki, onun illik
dövriyyəsi 100 mln. dolları keçir, ən azı 6 ölkədə filialları var, satış həcmi,
ölkə sərhədlərindən kənarda reallaşdırılan məhsulların həcmi, aktivlərin
içində xarici aktivlərin payı çoxdur. Bütün bu əlamətlərinə görə faizə malik
olan TMŞ-lərə ingilis-holland konserni «Royal-Datsh-Şhell», eləcə də ABŞ-
ın firması: «Ford», «General-Motors», «Ekson» və « BM» aid edilir.
Xarici ədəbiyyatlarda transmlli şirkətlərin bir çox növü verilmişdir.
Ə
sasən 3 növ transmilli şirkət fərqləndirilir. Bunlar: Transimilli şirkət,
Çoxmilli şirkət, Qlobal şirkət.
TMŞ-xarici aktivlərə malik milli şirkətdir. Bu növ şirkətləri ABŞ-da
səhmdar cəmiyyəti adlandırırlar. Elə TMŞ-lərın çoxu ABŞ-da olduğuna
görə bu termin bütün dünyada belə qəbul olunub. TMŞ xarici ölkələrdə öz
işgüzar fəaliyyətini, orada istehsal, satış və elmi mərkəzlərə malik qız
kompaniyalarının açılması ilə həyata keçirilir. Bunlara misal olaraq
amerikan firmaları «General-Motors», «Ford», « BM» «Ekson», sveç
firması olan «Nestle»ni göstərmək olar.
Çoxmilli şirkət trest, konsern və digər istehsal birlikləri formasında
yaradılır, təkcə öz fəaliyyət istiqamətinə görə deyil, həm də üzərində nə-