Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə60/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   56   57   58   59   60   61   62   63   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

129 


çoxuna və  ya 75%-dən azına sahib olur. Belə struktur şəraitində ana şirkət 

qız şirkətinə nəzarət edərək fəaliyyətin əsas məsələləri üzrə təkbaşına qərar 

qəbul edə bilməz. 

Ana  şirkət  üçün  ən  uyğun  davranış  modeli  baş  direktorun  rolunun 

artırılmasıdır. 

Qız  şirkətin  idarə  edilməsi  sxeminin  düzgün  qurulmaması  onun 

üzərində nəzarətin itirilməsinə gətirib çıxarır, ana şirkətin özü qız şirkətdən 

asılı hala düşə bilər. 

Ş

aquli  inteqrasiya  olunmuş  holdinqlər  öz  qız  şirkətlərinin  icra 



orqanlarının  fəaliyyətinə  nəzarəti  ağırlaşdırmağa  çalışırlar.  Onda  nəzarət 

altında olan şirkətlər faktiki olaraq ana şirkətin struktur bölməsinə çevrilir. 

Qız şirkətlər yalnız istehsal funksiyalarını yerinə yetirir, maliyyə siyasəti və 

hazır  məhsulun  reallaşdırılması  ana  cəmiyyətin  öhdəsinə  düşür.  Şaquli 

inteqrasiya  olunmuş  şirkətlər  əsas  gəlir  normasını  maya  dəyəri  aşağı  olan 

məhsulun reallaşdırılmasından əldə edirlər. 

Üfüqi  inteqrasiya  olunmuş  holdinqlərlə  qız  şirkətləri  arasında  gizli 

tabelilik yoxdur. Hər bir şirkət son məhsulu müəyyən gəlir norması almaqla 

reallaşdırır. Sərt idarəetmə nəzarəti mövcud deyil, ana şirkət tərəfindən qız 

ş

irkətlərinin icra orqanlarının rolu artırılır. 



Holdinqlər  haqqında  mükəmməl  qanun  qəbul  edilməyib.  Qız  şir-

kətlərin  fəaliyyəti  üzrə  qərarları  ana  şirkətin  idarəetmə  orqanları  qəbul 

edirlər. 

Qərar  qəbulu  prosesi  necə  həyata  keçirilir?  Ana  şirkətin  idarəetmə 

orqanı  qərarı  qəbul  edir,  onu  səhmdarların  ümumi  yığıncağında  və  direk-

torlar  şurasında  açıqlayırlar.  Nümayəndələr  ümumi  yığıncaqda  və  direk-

torlar şurasında qız şirkətin müvafiq orqanı tərəfindən ana şirkət üçün lazım 

olan  qərarın  qəbuluna  təşəbbüs  göstərə  bilər.  Sonra  öz  səlahiyyətləri 

çərçivəsində hərəkət edərək qız şirkətin idarəetmə orqanı qanuni qərar qəbul 

edir.  


 

9.4. Transmilli şirkətlə

 

 

Transmilli  şirkətlər  (TMŞ)  XX  əsrin  ikinci  yarısından  başlayaraq 



dünya  iqtisadiyyatının  inkişafında  müstəsna  rol  oynayırlar.  Son  illər  trans-

milli  şirkətlərin  sürətlə  inkişafı  beynəlxalq  rəqabətin  kəskinləşməsinə  və 

ə

mək bölgüsünün dərinləşməsinə gətirib çıxarmışdır. 



 

Məlum  olduğu  kimi  TMŞ  sənaye,  ticarət,  nəqliyyat,  bank  və  s.  sa-

hələri  əhatə  edən  birliklərdir,  onların  fəaliyyəti  ölkə  sərhədlərindən  kənara 

çıxaraq  özləri  üçün  istehsalda,  mal  alqı-satqısında,  xidmət  göstərilməsində 

ə

lverişli  şərait  yaradırlar.  lk  TMŞ  XIX  əsrin  60-70-ci  illərində  xammalın 



hasil edilməsi və alqı-satqısı sahəsində yaranmışdır. 

 

TMŞ-in  fəaliyyət  xarakteri  və  forması  XX  əsrin  ikinci  yarısından 




Бизнесин тяшкили вя идаря едилмяси 

130 


dəyişməyə başlamışdır. Belə ki, kartel formasında olan beynəlxalq birliklər 

öz yerini beynəlxalq konsern və başqa iri istehsal firmalarına verdilər. Yeni 

tipli  beynəlxalq  birliklər  məhdud  ərazilərə  yayıldılar.  Müasir  TMŞ-lərı 

qlobal bazar və dünya səviyyəsində rəqabətqabiliyyəti səciyyələndirilir. 

 

Hazırda dünyada 80 minə yaxın TMŞ fəaliyyət göstərir. Onların xarici 



filiallarının sayı 830 mindən çoxdur. 

 

TMŞ-lərın  müasir  dünya  təsərrüfat  sistemində  rolu  bir  neçə  göstə-



ricilərlə qiymətləndirilir: 

 

 - dünya ticarətinin 2/3-nə qədəri onların üzərinə düşür; 



 

- dünya sənaye istehsalının 1/3-nə qədəri onların üzərinə düşür; 

 

-  TMŞ-lərdə  iqtisadiyyatla  məşğul  əhalinin  10%-i  işləyir  (60%  ana 



ş

irkətlərdə, 40% qız şirkətlərdə); 

 

- TMK-lar dünyada mövcud olan patent, lisenziya və  «nou-hau»-nun 



təxminən 4/5-nə nəzarət edir. 

       - TMŞ xarici investisiyaların 70%-nə nəzarəti həyata keçirir, kimya və 

elektron  məhsullarının  95%-ni,  maşınqayırma  məhsullarının  76%-ni 

rellaşdırır. TMŞ-lərin 60%-i istehsal sferasında, 30%-i xidmət, 3%-i emal və 

k/t sferasında məşğuldur. 

 

Dünyanın    ən  iri  500  TMŞ-ləri  içərisində  ən  vacib  rolu  4  kompleks 



oynayır;  elektronika,  neft  emalı,  kimya  və  avtomobil.  TMŞ-lərin  ümumi 

məhsul satışının 80%-i bu komplekslərin payına düşür. 

 

TMŞ-lərin əksər hissəsi ABŞ, Avropa və Yaponiyada yerləşir, onların 



istehsal  etdikləri  məhsulun  həcmi  ildə  bir  trln.  dorllardan  çoxdur.  Həmin 

ş

irkətlərdə 73 mln. əhali çalışır. 



 

BMT ekspertlərinin fikrincə TMŞ o şirkətlər hesab edilir ki, onun illik 

dövriyyəsi 100 mln. dolları keçir, ən azı 6 ölkədə filialları var, satış həcmi, 

ölkə  sərhədlərindən  kənarda  reallaşdırılan  məhsulların  həcmi,  aktivlərin 

içində xarici aktivlərin payı çoxdur. Bütün bu əlamətlərinə görə faizə malik 

olan TMŞ-lərə ingilis-holland konserni «Royal-Datsh-Şhell», eləcə də ABŞ-

ın firması: «Ford», «General-Motors», «Ekson» və « BM» aid edilir. 

 

Xarici  ədəbiyyatlarda  transmlli  şirkətlərin  bir  çox  növü  verilmişdir. 



Ə

sasən  3  növ  transmilli  şirkət  fərqləndirilir.  Bunlar:  Transimilli  şirkət, 

Çoxmilli şirkət, Qlobal şirkət. 

 

TMŞ-xarici  aktivlərə  malik  milli  şirkətdir.  Bu  növ  şirkətləri  ABŞ-da 



səhmdar  cəmiyyəti  adlandırırlar.  Elə  TMŞ-lərın  çoxu  ABŞ-da  olduğuna 

görə bu termin bütün dünyada belə qəbul olunub. TMŞ xarici ölkələrdə öz 

işgüzar  fəaliyyətini,  orada  istehsal,  satış  və  elmi  mərkəzlərə  malik  qız 

kompaniyalarının  açılması  ilə  həyata  keçirilir.  Bunlara  misal  olaraq 

amerikan  firmaları  «General-Motors»,  «Ford»,  « BM»  «Ekson»,  sveç 

firması olan «Nestle»ni göstərmək olar. 

 

Çoxmilli  şirkət  trest,  konsern  və  digər  istehsal  birlikləri  formasında 



yaradılır,  təkcə  öz  fəaliyyət  istiqamətinə  görə  deyil,  həm  də  üzərində  nə-


Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə