Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə61/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   57   58   59   60   61   62   63   64   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

131 


zarətə görə onlar transmilli şirkət hesab edilir. ÇMŞ iki və daha artıq ölkəyə 

məxsus istehsal və elmi-texniki əsasda təşkil olunan mlli şirkətləri birləşdirir. 

Belə  kompaniyalara  misal  olaraq  ingilis-holland  konserni  «Yunilever» 

(1907-dən  fəaliyyət  göstərir)  və  «Royal-Datsh-Şhell»,  ingilis-italyan  kon-

serni  «Danlop-Prielli»,  italyan-fransız  avtomobil  konserni  «Fiat-Sitroen»-i 

göstərmək olar. 

 

Qlobal şirkətlər öz işgüzar aktivliyini bütün dünya səviyyəsində tətbiq 



edir.  Bütün  dünya  ölkələrində  fəaliyyət  göstərən  belə  şirkətlər  praktikada 

mövcud deyil. 

 

TMŞ-lərın  yaranmasının  əsas  səbəbi  istehsalın  və  kapitalın  beynəl-



miləlləşməsi nəticəsində istehsal güclərinin ölkənin milli sərhədlərini aşma-

sıdır.  stehsalın və kapitalın beynəlmiləlləşməsi təsərrüfat əlaqələrinin geniş-

lənməsinə,  bununla  da  öz  filiallarının  açılmasına,  nəticədə  isə  milli  şirkət-

lərin  transmilli  şirkətlərə  çevrilməsinə  gətirib  çıxarır.  TMŞ-lərin  yaranma-

sının  əsas  səbəblərinə  onların  bir  çox  sahələrdə  istehsalın  həcmini  çoxalt-

maqla iqtisadi inkişafa nail olmalarıdır. Onların əsas məqsədi mənfəət əldə 

etməkdir.  Çünki  mənfəət  olmadan  onlar  öz  uğurlu  bizneslərini  qura 

bilməzlər. 

 

TMŞ-lərın  yaranma  səbəbləri  müxtəlifdir,  lakin  onların  hamısı  bu  və 



ya digər dərəcədə «təmiz bazar»la müqayisədə, planlaşdırma elementlərdən 

istifadədə  üstünlüyə  malikdirlər.  TMŞ-lərin  adi  firmalardan  bir  sıra  üstün 

cəhətləri vardır ki, bunlara: 

 

-öz strukturuna təchizat, istehsal, elmi-tədqiqat və satış müəssisələrini 



də  daxil  edərək  bütün  iri  firmalar  üçün  ümumi  olan  effektivliyin  yüksəl-

dilməsi və rəqabətqabliyyətinin gücləndirilməsi; 

 

-istehsal təcrübəsi və idarəetmə məharəti ilə bağlı mədəniyyətin səfər-



bərliyi, hansı ki, yalnız fəaliyyət göstərdikləri yerdə deyil, digər ölkələrdə də 

istifadə edə bilərlər; 

 

-xarici  dövlətlərin  resurslarından  istifadə  etməklə  effektivliyin  və 



rəqabət qabliyyətinin yüksəldilməsi imkanlarının olması; 

 

-xarici filialını məhsul istehlakçılarına yaxınlığı və qəbul edən ölkənin 



rəqabət  potensialı,  eyni  zamanda  bazarın  perspektivləri  haqqında  məlumat 

almaq imkanı aiddir. 

 

TMŞ-lərin  filialları  da  ana  şirkətin  elmi-texniki  və  idarəetmə  poten-



sialından  istifadə  edərək  qəbul  edən  ölkə  öz  firmalarına  nisbətən  üstünlük 

ə

ldə edirlər. Bu üstünlüklərə aiddir: 



 

-müxtəlif ölkələrin dövlət, əsasən də vergi siyasətindən öz maraqlarına 

uyğun istifadə edilməsi; 

 

-bu  və  ya  digər  ölkənin  bazarına  daxil  olmaq  yolunda  müxtəlif 



proteksionist sərhədləri keçmək imkanı; 

 

-öz  istehsallarını  müxtəlif  ölkələrdə  yerləşdirməklə  ana  şirkətin 



istehsal fəaliyyətindəki riskləri azaltmaq imkanı. 


Бизнесин тяшкили вя идаря едилмяси 

132 


 

TMŞ-lərın  inkişafının  stimullaşdırılmasında  əsas  rol  dövlətə  məx-

susdur. Dövlət əsasən TMK-lərın fəaliyyətini dəstəkləyir, onları satış bazarı 

ilə  təmin  edir  və  müxtəlif  siyasi,  iqtisadi  və  ticarət  birlikləri,  habelə 

beynəlxalq  müqavilələrlə  xarici  investisiyalar  üçün  imkan  yaradır.  Digər 

tərəfdən  biznesinin  xarici  rəqiblərdən  müdafiəsi  məqsədilə  milli  tarif 

sərhədləri  yaradaraq  birbaşa  təsərrüfat  üçün  böyük  əhəmiyyət  kəsb  edən  2 

funksiyanı  yerinə  yetirməyə  imkan  verir:  -  iqtisadi  inteqrasiyanın  stimul-

laşdırılması;  -  istehsalın  və  məhsulların  bölüşdürülməsinin  beynəlxalq 

tənzimlənməsi. 

 

Fəaliyyətin  transmilliləşməsi  TMŞ-lərın  iqtisadi  risklərini  azaldır, 



qəbul  edən  ölkələrdə  isə  əksinə  artırır.  Belə  ki,  TMŞ-lər  iqtisadi  cəhətdən 

çətinlik  çəkən  ölkəni  istənilən  vaxt  tərk  edib  nisbətən  əmin-amanlıq  olan 

ölkələrə gedərək kapitallarını başqa yerə köçürə  bilər. Təbiidir ki, TMŞ-ləri 

kapitallarını çıxardıqları ölkədə vəziyyət daha də çətinləşir, belə ki, kapitalın 

ölkədən  kütləvi  çıxarılması  işsizliyə,  ümumiyyətlə,  neqativ  hallara  gətirib 

çıxarır. 

 

1980-ci  illərdə  BMT  səviyyəsində  TMŞ-ləri  fəaliyyətini  müəyyən 



çərçivəyə  salan  «davranış  kodeksi»ni  hazırlamağa  cəhd  etdilər.  Lakin  bu 

cəhdlər  TMŞ-lərin  etirazı  ilə  qarşılandı  və  1992-ci  ildə  «davranış  ko-

deksi»nin  hazırlanmasına  dair  danışıqlar  dayandırıldı.  2002-ci  ildə  36  nə-

həng  TMŞ  «korparativ  vətəndaşlıq»  haqqında  bəyanat  imzaladılar.  Amma 

bu bəyanat da «arzular deklorasiyası» olaraq qaldı. 

 

Beynəlxalq  ticarətin  payının  əhəmiyyətli  hissəsi  TMŞ-lərin  firmada-



xili axınlarından ibarətdir, bununla belə mal və xidmətlərin satışı beynəlxalq 

ş

irkətlərin  bir  şöbəsindən  digərinə  dünya  qiymətləri  ilə  deyil,  firmadaxili 



transfert qiymətlərlə köçürülür. Bu zaman gəlirləri vergilərin yüksək olduğu 

ölkələrdən çıxarıb liberal vergi sistemi olan ölkələrə köçürmək üçün vergilər 

xüsusi olaraq artırıla və ya azaldıla bilər. 

 

Vergi itkilərdən başqa kapital ixrac edən ölkələr TMŞ-lərin inkişafı ilə 



böyük biznes fəaliyyəti üzərində nəzarəti də itirirlər. 

 

qtisadi  gücünə  görə  bir  çox  dövlətlərin  potensialını  geridə  qoyan 



TMŞ-lərin  dünya  təsərrüfatının  idarəetmə  sisteminin  keyfiyyətlərini  də  də-

yişir.  Əgər  əvvəllər  dünya  iqtisadiyyatının  əsas  tənzimləyiciləri  güclü 

dövlətlərin  hökumətləri  idisə,  hazırda  dünya  təsərrüfat  əlaqələrinə  super 

firmalar sayılan TMŞ-lər də təsir göstərirlər. 

 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə