Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə69/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   65   66   67   68   69   70   71   72   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

149 


lk  növbədə  yeni  yanaşma  investisiya  siyasətində,  yəni  müəssisələrin 

yeni  texnika  və  texnologiya  əsasında  modernləşdirilməsi  zamanı  nəzərə 

alınmalıdır. 

Müəssisədə  yenidənqurma  və  modernləşdirmə  işlərinə  başlamazdan 

ə

vvəl  «bütün  işlər  qaydasındamı  gedir?»  sualına  cavab  axtarılır.  Bu  suala 



düzgün  cavab  vermək  üçün  mövcud  müəssisənin  fəaliyyəti  onun  mənsub 

olduğu  sahənin  müəssisələrinin  fəaliyyəti  ilə  müqayisə  edilir.  Çoxillik  təc-

rübə nəticəsində qərb şirkətləri belə nəticəyə gəlmişlər ki, əgər mövcud fir-

manın  təsərrüfat  fəaliyyətinin  nəticələri  həmin  sahənin  digər  firmalarından 

yüksək olarsa, onda hər hansı  yenidənqurma işləri, ən müasir avadanlıq və 

texnologiyaların tətbiqi kommersiyanın idarəetmə strukturunda  əsaslı dəyi-

ş

ikliklərə  səbəb  olmayacaq,  əksinə  kommersiya  fəaliyyətinin  effektivliyi 



xeyli yüksələcəkdir. 

 


Бизнесин тяшкили вя идаря едилмяси 

150 


XI FƏS L. B ZNESDƏ REKLAM  

FƏAL YYƏT N N TƏŞK L  

 

11.1. Reklam fəaliyyətinin mahiyyəti və məzmunu 

 

Düzgün  reklam  müraciəti  -  elanın  diq-



qəti özünə cəlbetmədən  məhsulun satışına im-

kan verməsidir… Yüksək səviyyəli reklamçının 

diqqəti  özundən  yayındırmamaq  bacarığıdır. 

Ə

gər naşı, təcrübəsiz işçiyə yaxşı reklam veril-



miş  bu  cür  sərt  tərif  xoş  gəlmirsə,  mən  ona 

məsləhət görürəm ki, o, öz əvvəlki məşğuliyyət-

lərinə  qayıtsın  və  əsrin  axırınadək  onlarla 

məşğul olsun.  

                                                                                         

D.Oqilvi 

 

Bazar  münasibətlərinin  inkişafı  reklamsız  imkansızdır.  Ölkəmizdə 



reklam müxtəlif formalı müəssisənin fəaliyyətində vacib şərtə çevrilmişdir. 

O, milyonlarla insanların maraqlarına toxunur və onların həyatının ayrılmaz 

hissəsinə çevrilir. Azərbaycan biznesi bütün bazar alətləri  arasından reklamı 

daha  tez  mənimsəyib  və  geniş  istifadə  edir.  Bu  onunla  bağlıdır  ki,  reklam 

marketinq  kommunikasiya  sistemində  satışın  stimullaşdırılması  metodla-

rından ən əlverişlisidir. 

Hər gün biz hamımız yerləşdiyimiz yerdən asılı olmayaraq reklam ilə 

üzləşirik:  işdə,  evdə,  nəqliyyatda,  küçədə.  O,  hər  yerdədir.  nsanların  bir 

qismi onu heç sevmir, nifrət edir. Bu ona görədir ki, reklam onların həyatına 

daxil  olaraq  öz  dəyərlərini  tətbiq  edir.  Bəzi  insanlar  reklama  anlayışlı 

şə

kildə və  yaxud  yumor hissi ilə  yanaşır, digərləri isə ona qarşı neytraldır. 



Bu ondan irəli gəlir ki, reklamın müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də 

mövcuddur. 

Axı  nəyə  görə  insanlar  reklama  bu  cür  münasibət  göstərirlər.  Çox 

vaxt  bu  hal  insanların  hər  gün  gördükləri  və  üzləşdikləri  reklamın  özünü 

təqdimetmə forma və keyfiyyətindən asılı olur. 

Axı reklam nəyə görə lazımdır? 

Bəlkə,  reklamverənlər  ona  nahaqdan  heç  də  artıq  olmayan  vəsait-

lərini sərf edirlər?  

Ə

slində, reklam əlbəttə ki, gərəklidir. Hər şeydən öncə, reklam, tək-



lif  edilən  mallara  olan  tələbatı  tənzimləyir.  Reklamın  hərəkət  mexanizmi 

çox  sadədir  –  potensial  alıcı  özündə  olmayan  hər  hansı  bir  mala  edilmiş 

reklamı eşidib və ya gördükdə onu almaq və ya əldə etmək istəyəcək, əlbətə 



Бизнесин тяшкили вя идаря едилмяси 

151 


ki,  buna  imkanı  çatarsa.  Reklam  –  o  gədər  güclü  alətdir  ki,  o,  tamamilə 

gərəksiz,  lazımsız,  rəqabətə  dayanaqlı  olmayan  bir  malın  satınalmasına 

kömək edə bilər.  

Təəssüf  ki,  biz  bir  istehlakçı  kimi  tez-tez  yorucu  və  keyfiyyətsiz, 

yalnız  qıcıqlandırıcı  bir  reklam  ilə  rastlaşırıq.  Beləliklə,  yadda  saxlamaq 

lazımdır ki. reklam işi də – bir incəsənətdir. 

Malların istehsalçıdan alıcılara vaxtında çatdırılması, ayrı-ayrı isteh-

lakçı qruplarının sosial-demoqrafik xüsusiyyətləri, eləcə də insanların rasio-

nal tələbatları reklamın istifadəsini tələb edir. Bazar iqtisadiyyatı şəraitində, 

rəqabət  mühitində  əmtəə  çeşidinin  mütəmadi  olaraq  yenilənməsi,  mədəni-

məişət  və  təsərrüfat  yönümlü  əmtəələrin  və  bir  çox  texniki  baxımdan  mü-

rəkkəb olan məmulatların konstruksiya və quruluşunun çətinləşdirilməsində 

reklamın rolu daha da artır.  Əmtəələrin istifadəsində istehlakçı üsulları və 

xüsusiyyətləri  barədə  əhalinin  vaxtlı-vaxtında  və  ətraflı  məlumatlandı-

rılması,  reklamın  başlıca  məqsədidir.  Reklamın  başlıca  məqsədlərini  sxem 

şə

klində göstərmək olar:  



 

 

 



 

 

 



 

 

 



Ə

mtəə,  firmanın və  onun 

məhsulunun prestijliyi 

obrazının formalaşması 

Satışın yüksəkliyini, gəlirin 

artımını, əmtəə dövriyyəsi-

nin tezləşdirilməsini, lazımi 

partnyorların axtarışı. 

Satışın  stimullaşdırılması. 

Siyasi məqsədlərin, mənəvi 

dayaqlarının gücləndiril-

məsi, təbiətin qorunması, 

xəstələnmələrin azaldılması 

və s. həyata keçirilir. 

 

Sxem 11.1. Reklamın başlıca məqsədləri 

 

Latın dilindən tərcümədə reklam – «reklamare» «ucadan çığırmaq, qış-

qırmaq» və ya «məlumatlandırmaq» deməkdir. 

Azərbaycan  Respublikasının  03.10.1997-ci  ildə  qəbul  olunmuş 

«Reklam haqqında» qanununda reklama bu cür tərif verilmişdir: «Reklam – 

fiziki  və  hüquqi  şəxslərə,  əmtəələrə,  fikir  və  yeniliklərə  (reklam  informa-

siyası) marağın formalaşması məqsədilə yayılan və ya bu marağın saxlanıl-

ması və yaxud qorunması, əmtəənin satışında köməklik, fikir və yeniliklərin 

tətbiq edilməsi barədə informasiyadır». Bu qanun əhalinin dürüst məlumat-

landırılması  hüququnu  istehsal  prosesində  yaranan  münasibətlərin  tənzim-

Reklamın başlıca 

məqsədləri 

 

Prestijli 



Kommersiyalı 

Qeyri-kommersiya 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə