Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə57/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   53   54   55   56   57   58   59   60   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

123 


ardıcıllığı ilə bağlı olan müxtəlif sahə şirkətlərini birləşdirir (məsələn, dağ-

mədən, metallurgiya və maşınqayırma); 

  horizontal  konsern  -  eyni  növ  məmulat  istehsal  edən  və  ya  isteh-



salın eyni bir mərhələsini həyata keçirən şirkətləri birləşdirir. 

Konsernin  fəaliyyəti  iqtisadiyyatın  bir  alt  sahəsində  yayılır  (geniş-

lənir).  Ona  bir  və  ya  bir  neçə  sahənin  müəssisələri  daxil  ola  bilər.  Ancaq 

azsaylı ən iri şirkətlər bütün sahəni əhatə edə bilərlər (məsələn, Almaniyada 

Simens şirkəti bütün elektrotexnika sənayesini əhatə edir). Konsernlər müa-

sir texnologiyaların tətbiq olunduğu, iri kütləvi istehsalın inkişaf etdiyi sahə-

lərdə fəaliyyət göstərirlər. Çox vaxt  konsernlər qara və əlvan metallurgiya, 

poladtökmə,  maşınqayırma,  kimya  və  elektrotexnika  sənaye  sahələrində 

yaradılır. 

Xarici  qız  (törəmə)  müəssisələri  olan  konsernlər  beynəlxalq  kon-

sernlərdir. Belə ki, beynəlxalq konsernlərin kapital qoyuluşu həm transmilli, 

həm də transkontinental ola bilər. 

ri konsernlər istehsal, elmi-tədqiqat, maliyyə, satış və başqa şirkətlər 

də daxil olmaqla 10-dan 100-ə qədər şirkəti birləşdirirlər. Məsələn, General 

Motors konserni ABŞ-da 126, Kanadada 13 zavodu, dünyanın 36 ölkəsində 

istehsal  və  satış  bölmələrini  birləşdirir.  Bu  konsernin  istehsal  etdiyi  məh-

sullar özünün 15 min satış və diler şəbəkələri vasitəsilə reallaşdırılır. 

 

9.2. Strateji alyans 



 

Strateji alyans (Strategic Alliance) - iki və daha çox müstəqil şirkətin 

müəyyən kommersiya məqsədlərinə nail olmaq, şirkətlərin birləşmiş və bir-

birini  qarşılıqlı  tamamlayan  strateji  resurslarının  sinergiyasını  almaq  üçün 

kooperasiya haqqında müqavilədir. 

Strateji alyansların dörd əsas növü vardır: 

  mövcud müəssisələrdə səhmdar iştirakı ilə strateji alyanslar; 



  yeni  şirkətlərin  (müştərək  müəssisələrin)  yaradılması  ilə  strateji 

alyanslar; 

  investisiya layihələrinin reallaşdırılması üçün strateji alyanslar; 



  zəif kooperasiyalı alyanslar. 

Fəaliyyət  sferası  nöqteyi-nəzərindən  strateji  alyansları  şərti  olaraq  üç 

növə bölmək olar: 

  ETTK -nin reallaşdırılması üzrə alyanslar; 



  Müştərək istehsalın təşkili üzrə alyanslar; 

  Yeni bazarların müştərək mənimsənilməsi üzrə alyanslar. 



ETTK  sferasında əməkdaşlıq məqsədləri ilə yaradılan alyanslar daha 

çox  yayılmışlar.  Hazırda  bütün  strateji  ittifaqların  yarıdan  çoxu  belə  qrupa 

aiddir. 



Бизнесин тяшкили вя идаря едилмяси 

124 


Ş

irkətlərin alyansa daxilolma motivləri aşağıdakılardır: 

  stehsal miqyasında qənaətə nail olmaq; 



  stehsal güclərindən müştərək istifadə; 

  Komponentlərin  istehsalında  və  ya  son  məhsulun  yığımında 



səylərin birləşdirilməsi; 

  nkişafın  qeyri-müəyyənliyinin  azaldılması  və  sabitliyinin  güclən-



dirilməsi,  belə  ki,  tənqidi  partnyorla  uzunmüddətli  münasibətdə  onların 

təcrübə və resursları birləşirlər; 

  Fəaliyyətdə risklərin azaldılması; 



  Artıq  yaranmış  bazar  strukturunun  və  müəyyən  mentalitetin  möv-

cud olduğu bazara yol tapmaq, bir-birini məhsul bazarına irəli çəkmək; 

  Texnologiyaların, biliklərin və “nou-hou”-nun ötürülməsi, tədqiqat-



ların müştərək aparılması, heyətin öyrədilməsi; 

  Texniki  cəhətdən  mürəkkəb  məmulatları  müştərək  işləyib  hazırlamaq 



və istehsal etmək (kommunikasiya vasitələri, kompyuterlər, təyyarələr və s.). 

Alyanslara  daxil  olan  şirkətlərin  məqsədləri  əhəmiyyətli  dərəcədə 

fərqlənirlər. 

Belə  ki,  General  Motors  ittifaqdan  öz  biznesini  dəyişdirmək  üçün 

istifadə  etdi.  Bu  şirkət  Avropada  və  Asiyada,  həmçinin  Şimali  Amerikada 

avtomobil şirkətləri və təchizatçıları ilə geniş əlaqələr şəbəkəsi yaratdı. Al-

yansların  bir  qismi  məhsulun  xarici  bazarlarda  irəliləyişini  yaxşılaşdırmalı 

idi– digərləri texnologiya mübadiləsini təklif etdilər, üçüncülər General Mo-

torsun buraxdığı məhsulun çeşidini təzələmək iqtidarında idi, dördüncülər–

istehsal metodlarını öyrənmək və s. 

nkişaf etmiş ölkələrin ixraca oriyentasiya  etmiş tarixi şirkətləri daha 

az  inkişaf  etmiş  ölkələrin  şirkətləri  ilə  alyansın  imkanlarını  axtarırdılar  ki, 

öz  məhsullarını  bu  ölkələrə  ixrac  etsinlər  və  yerli  bazarlara  irəli  çəksinlər. 

Son  vaxtlar  dünyanın  müxtəlif  bölgələrindən  aparıcı  şirkətlər  bütöv  konti-

nentə xidmət etməyə görə öz birgə imkanlarını gücləndirmək üçün və dünya 

bazarında irəliləmək üçün strateji alyanslar yaradırlar. Həm Yaponiya, həm 

də ABŞ şirkətləri Avropa ittifaqı bazarlarında öz rəqabətqabiliyyətini möh-

kəmləndirmək  və  Şərqi-Avropa  ölkələrində  açılmaqda  olan  bazarları  mə-

nimsəmək üçün alyanslar yaradırlar. 

Uzunmüddətli  planlaşdırma,  partnyorların  etibarını  möhkəmləndirən 

siyasətin koordinasiyası və müttəfiq şirkətlərin menecerləri ilə əməkdaşlığa 

cəhdlər effektiv strateji alyansın vacib şərtləridir. 

Ə

n  böyük  təhlükə  ondan  ibarətdir  ki,  alyanslara  daxil  olan  şirkətlər 



partnyorların  əməliyyatlarını  kifayət  qədər  yaxşı  öyrənib  onların  fəaliyyət-

lərini yamsılaya və müvəffəqiyyətli rəqib ola bilərlər. 

 

 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə