Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə54/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   50   51   52   53   54   55   56   57   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

116 


Xarici investisiyanın həcmi artdıqca onun ödənmə müddəti də artır. Bu 

baxımdan  respublika  sənayesinin  inkişafına  əhəmiyyətli  təsir  göstərən  iri 

müştərək  biznes  fəaliyyətinin  yaradılması  stimullaşdırılmalıdır.  Ümumiy-

yətlə, sahibkarlığa edilən güzəşt və yardımlar xüsusi olaraq xarici investisi-

yanın  cəlb  olunması  üçün  yox,  dövlətin  iqtisadi  inkişafının  stimullaşdırıl-

ması  siyasətilə  əlaqədar  olmalıdır.  Həm  birbaşa  xarici  investisiyanın  cəlb 

olunmasına,  həm  də  ölkənin  sosial-iqtisadi  inkişafına  daha  çox  təsir  edən 

siyasət, ayrı-ayrı xüsusi həvəsləndirici tədbirlərin məcmusu yox, iqtisadi ar-

tım strategiyasının üzvi elementidir. 

 

8.6. Müştərək biznes fəaliyyətinin stimullaşdırılması 

 

Müştərək biznes fəaliyyətinin inkişafının stimullaşdırılması dolayı tən-



zimləmə  metodları  ilə  həyata  keçirilir.  Bu  tənzimləmə  metodları  aşa-

ğ

ıdakı qruplara bölünür: 



1.  dxalın  məhdudlaşdırılması.  Bu  siyasət  öncül  sahələrin  inkişafına 

və daxili bazarın xarici rəqabətdən qorunmasına yönəldilmişdir; 

2.  Xarici  bazardan  mal  alınmasını  tənzimləyən  həm  lisenziyalar  sis-

teminə,  həm  də  dövlət  müəssisələrinin  xarici  iqtisadi  əlaqələrin  tənzimlən-

məsinə əsaslanan idxala kəmiyyət nəzarəti; 

3.  Müştərək biznes fəaliyyətinin inkişafının fiskal stimullaşdırılması; 

dxalın məhdudlaşdırılması siyasəti öz əksini gömrük siyasətində tapır. 

Müxtəlif  tarif  dərəcələrinin  tətbiqi  daxili  bazarın  qorunması  funksiyasını 

daşıyır,  zəruri  olmayan  malların  idxalının  azaldılmasını  və  ölkədə  istehsal 

olunmayan məhsulların idxalını stimullaşdırır. Beynəlxalq miqyasda əmtəə-

lərin  hərəkətinin  məhdudlaşdırılması  kapitalın  hərəkətinə  səbəb  olur.  Hal-

hazırda Azərbaycan Respublikasında bəzi sənaye məhsulları istisna olmaqla, 

idxal olunan məhsullara 15 faiz idxal rüsumu müəyyən olunmuşdur. Göm-

rük siyasəti Azərbaycanda istehsal olunmayan bəzi hazır məhsul, xammal və 

materiallardan  səmərəli  istifadəni  və  kənd  təsərrüfatı  istehsalının  inkişafını 

stimullaşdırmağa yönəldilib. 

Müştərək  biznes  fəaliyyətinin  nizamnamə  fonduna  xarici  investorun 

ə

manəti  kimi  və  ya  tamamilə  xarici  investora  məxsus  müəssisənin  yara-



dılması üçün Azərbaycan Respublikası ərazisində gətirilən əmlak gömrük və 

ə

lavə  dəyər  vergisindən  azaddır.  Həmçinin  təkrar  ixrac  məqsədilə  və  emal 



edilməsi üçün müvəqqəti olaraq Azərbaycan Respublikası ərazisinə gətirilən 

mallar gömrük rüsumundan azaddır. 

Müştərək  biznes  fəaliyyətinin  inkişafının  stimullaşdırılması  formala-

rından biri dövlət, yerli və xarici investorlar arasında müqaviləyə əsaslanan 

sənaye layihələridir. Bu layihələrin məqsədi ölkədə istehsal olunan xammal 

və materialların emallıq səviyyəsinin dərinləşdirilməsi, onların keyfiyyətinin 

artırılması, mövcud müəssisələrin yenidən qurulması və modernləşdirilməsi 



Бизнесин тяшкили вя идаря едилмяси 

117 


ola  bilər.  Bu  cür  müştərək  sahibkarlığa  hökumət  əlavə  güzəştlər  də  verə 

bilər.  Hökumətin  bu  cür  layihələrin  dəyərinin  25  faizinə  qədərini  maliyyə-

ləşdirməsi məqsədəuyğundur. Bu, müştərək biznes fəaliyyətində siyasi amil-

lərin  rolunu  minimumlaşdırar  və  xarici  investorun  cəlb  edilməsini  stimul-

laşdırar.  

Müştərək  biznes  fəaliyyətinin  yaradılması  hesabına  mütərəqqi  xarici 

texnologiyanın  ölkəyə  cəlb  olunması  sənayenin  inkişafında  böyük  rol  oy-

nayır.  Bu  baxımdan  cəlb  olunan  texnologiyanın  müəyyən  tələbləri  ödədiyi 

halda  belə  müştərək  biznes  fəaliyyətinə  vergi  güzəştlərinin  verilməsi  yaxşı 

olardı.  Eyni  zamanda,  Azərbaycan  Milli  Elmlər  Akademiyası,  Dövlət  Elm 

və  Texnika  Komitəsi  və  xarici  investisiyanın  cəlb  edilməsi  üzrə  Milli 

Agentlik Respublikaya cəlb olunan texnologiyanın seçilməsi və onun möv-

cud  şəraitə  uyğunlaşdırılmasının  həyata  keçirilməsində  iştirak  edə  bilərlər. 

Bu zaman xərclərin dövlət tərəfindən ödənilməsi lazımdır. 

Müştərək biznes fəaliyyətinin inkişafının stimullaşdırılmasının üçüncü 

metodu  sənayenin  müəyyən  sahələrinin  inkişafına  xarici  investorların  ma-

rağını  cəlb  etmək  məqsədilə  vergi,  kredit  və  sahibkarlıq  fəaliyyətinin  ma-

liyyə tənzimlənməsinin digər formalarının geniş dairəsi ilə əks olunur. 

Müştərək  biznes  fəaliyyətinin  inkişafının  stimullaşdırılmasında  və 

onun  inkişaf  istiqamətlərinin  sənaye  siyasətinə  uyğunlaşdırılmasında  vergi 

stimullaşdırma metodları mühüm əhəmiyyət kəsb edir. Vergi güzəştləri ve-

rilmə məqsədlərinə görə beş qrupa bölünür: 

 

sənaye müəssisələrinin yaradılmasına və inkişafına; 



 

sənaye istehsalının ərazi quruluşunun təkmilləşdirilməsinə; 



 

sənaye məhsulunun ixracının genişləndirilməsinə; 



 

mənfəətin  reinvestisiyası,  yəni  yığım  prosesinin  stimullaşdırıl-



masına; 

 



sənayenin sahə quruluşunun təkmilləşdirilməsinə. 

1997-ci il yanvarın 1-dən “Müəssisə və təşkilatlardan mənfəət vergisi 

haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Bu qanu-

na  uyğun  olaraq  əvvəlki  qanunda  nəzərdə  tutulmuş  güzəştlər  ləğv  edil-

mişdir. 

Sənayedə yeni yaradılan, xüsusilə sənayenin sahə quruluşunun təkmil-

ləşməsinə  imkan  verən  müştərək  biznes  fəaliyyətinin  inkişafının  stimullaş-

dırılması zəruridir. Çünki yeni yaradılan müəssisələrin, xüsusilə ixracyönlü 

sahələrdə  yaradılanların  ilk  dövrlərdə  istehsal  xərclərinin  səviyyəsi  yüksək 

ola bilər, bu da onları yerli və xarici bazarlarda rəqabətə davamsız edər. 

Müştərək  biznes  fəaliyyətinin  inkişafını  və  məhsul  ixracını  artırmaq 

üçün  dövlətin  kredit  siyasətinin  təkmilləşdirilməsi  zəruridir.  xracyönlü 

müştərək  biznes  fəaliyyətinin  formalaşması  üçün  dövlət  yerli  tərəfdaşın 

payının  müəyyən  hissəsinin  güzəştli  kredit  hesabına  maliyyələşməsini  öz 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə