Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə52/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   48   49   50   51   52   53   54   55   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

112 


kredit  siyasətinin  yeridilməsi,  qiymətlərin  liberallaşdırılması  ölkənin  inno-

vasiya sferasında  yaranmış kapitalın tədricən tükənməsinə səbəb olmuşdur. 

nnovasiya sferasında acınacaqlı vəziyyət yaranmışdır.  

Elmin inkişafına büdcə ayırmalarının qalıq prinsipindən imtina etmək, 

innovasiya  sferasının  sürətlə  dağılması  prosesinin  qarşısını  tezliklə  almaq 

gərəkdir.  Fikrimizcə,  mühüm  xalq  təsərrüfat  əhəmiyyətli  tədqiqatların  və 

elmi araşdırmaların məqsədli maliyyələşdirilməsi üçün dövlət büdcəsinin və 

yerli  büdcələrin  strukturunda  inkişaf  fondu  ilə  yanaşı  «Elmi-tədqiqat  və 

təcrübə-konstruktorlar işləri» fondu yaratmaq vacib olardı.  

Müştərək müəssisələr ekoloji cəhətdən təmiz, az tullantılı və tullantısız 

texnologiyalardan  istifadə  etməklə,  dünya  sivilizasiyasını  böyük  təhlükə 

qarşısında  qoyan  və  ümumbəşəri  xarakter  alan,  ekoloji  problemin  həllində 

müstəsna rol oynamalıdır.  

Hal-hazırda  xarici  investisiyalı  müəssisələrə  milli  rejim  verilmişdir. 

Bu, xarici investisiyalı müəssisələrlə milli müəssisələr arasında operativ ola-

raq iqtisadi əlaqələr qurulmasına, rəqabət mühitinin formalaşmasına, ölkədə 

təsərrüfat  fəaliyyəti  azadlığının  və  sahibkarlığın  inkişafını  təmin  etməyə 

müsbət təsir göstərir. 

Müştərək  müəssisələrin  səmərəli  inkişafı  onların  səmərəli  tənzimlən-

mə mexanizminin  mövcud olduğu şəraitdə  mümkündür. Müştərək müəssi-

sələrin inkişafının tənzimləmə mexanizminə aşağıdakılar aiddir: 

1.  Müştərək müəssisələrin inkişafının öncül istiqamətlərinin müəyyən 

edilməsi, onların  yaradılması, fəaliyyət istiqamətlərinin əlaqələndirilməsinə 

aid tədbirlər və dövlət qeydiyyatı; 

2.  Xarici  investorlarla  hesablaşma  mexanizmi  (valyuta  tənzimlən-

məsi); 


3.  Xarici investisiyanın təminat sistemi; 

Müştərək  müəssisələrin  inkişafında  vergi  dərəcəsi,  rentabellik  səviy-

yəsi və valyuta tənzimlənməsi əhəmiyyətli rol oynayır. 

Azərbaycan  Respublikasında  müştərək  müəssisənin  iştirakçısı  olan 

xarici  investorun  əldə  etdiyi  dividentə  görə  15  faiz  vergi  dərəcəsi  təyin 

edilmişdir.  Ayrı-ayrı  dövlətlərlə  bağlanmış  müqavilələrə  əsasən  ikiqat  ver-

ginin aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respub-

likası Türkiyə, ABŞ, Böyük Britaniya və s. ölkələrlə ikiqat verginin aradan 

qaldırılması  haqqında  bağladığı  müqavilələrə  əsasən,  həmin  ölkələrin  in-

vestorları öz ölkələrində Azərbaycanda götürdüyü gəlirlərə görə tutulan ver-

gilərin  həcmindən  Azərbaycanda  alınan  vergilər  çıxılır  və  Azərbaycan 

tərəfindən  bu  gəlirlərə  görə  vergi  dərəcəsini  aşağı  salması  nəzərdə  tutulur. 

Müştərək  müəssisələrin  iştirakçısı  olan  xarici  investorun  əldə  etdiyi  divi-

dent,  faiz  və  digər  gəlirlərin  xaricə  köçürülməsində  heç  bir  məhdudiyyət 

yoxdur.  Xarici  investorlar  təsdiqləyici  sənədləri  təqdim  etmək  şərti  ilə  öz 



Бизнесин тяшкили вя идаря едилмяси 

113 


vəsaitlərini  sərbəst  şəkildə  deportasiya  edə  bilər  və  milli  valyutada  əldə 

etdiyi gəlirləri xarici valyutaya edə bilər. 

Müştərək müəssisələrin  yaradılması və fəaliyyəti istiqamətlərinin əla-

qələndirilməsinə  aid  tədbirlər  müxtəlif  metodlar  vasitəsilə  həyata  keçirilir. 

Bunlara inzibati və iqtisadi metodlar aiddir.  nzibati metodlar,  adətən ayrı-

ayrı istiqamətlərdə müştərək müəssisələrin inkişafının məhdudlaşdırılmasına 

yönəldilir.  Bunlara  müştərək  müəssisələrin  dövlət  qeydiyyatı,  təsərrüfat 

fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyanın verilməsi və s. aiddir.  qtisadi 

metodlar  isə  müştərək  müəssisələrin  inkişafına  dolayı  təsir  vasitələridir  və 

ayrı-ayrı  istiqamətlərdə  gəlirliliyin  azaldılması  və  ya  artırılması  yolu  ilə 

onların fəaliyyəti tənzimlənir. Əgər inzibati metodlar əsasən inkişafın məh-

dudlaşdırılmasına  yönəldilə  bilərsə,  iqtisadi  metodlar  həm  inkişafın  məh-

dudlaşdırılmasına, həm də stimullaşdırılmasına yönəldilə bilər. 

Hal-hazırda  Azərbaycan  Respublikasında  bəzi  sənaye  məhsulları  is-

tisna olmaqla, idxal olunan məhsullara 15 faiz idxal rüsumu müəyyən olun-

muşdur. Gömrük siyasəti Azərbaycanda istehsal olunmayan bəzi hazır məh-

sul,  xammal  və  materialların  idxalını  stimullaşdırmaqla  yanaşı,  yerli 

xammal və materiallardan səmərəli istifadəni və kənd təsərrüfatı istehsalının 

inkişafını stimullaşdırmağa yönəldilib. 

Müştərək  müəssisələrin  inkişafının  stimullaşdırılması  beş  istiqamətdə 

həyata keçirilə bilər: 

-  sənaye müəssisələrinin yaradılması və inkişafına; 

-  sənaye istehsalının ərazi quruluşunun təkmilləşdirilməsinə; 

-  sənaye məhsulunun ixracının genişləndirilməsinə; 

-  mənfəətin reinvestisiyası, yəni yığım prosesinin stimullaşdırılmasına; 

-  sənayenin sahə quruluşunun təkmilləşdirilməsinə. 

Xarici  iqtisadi  əlaqələrin  genişləndirilməsi  və  bu  əsasda  milli  iqti-

sadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiya olunması 

müstəqil  Azərbaycan  Respublikasının  iqtisadi  siyasətinin  strateji  istiqamət-

lərindən  biridir.  Respublikamızın  dünya  iqtisadiyyatına  inteqrasiyasının 

dərinləşməsi həm də ona görə əhəmiyyətlidir ki, ölkə iqtisadiyyatının xarici 

dövlətlərin  və  beynəlxalq  təşkilatların  üzünə  açmadan  və  onlarla  qarşılıqlı 

faydalı  əlaqələr  qurmadan  sivilizasiyalı  bazar  iqtisadiyyatının  sirlərini  öy-

rənmək, müasir texnika və mütərəqqi texnologiya əldə etmək yolu ilə sosial-

iqtisadi tərəqqiyə nail olmaq qeyri-mümkündür. 

Azərbaycan  dövlət  müstəqilliyinin  iqtisadi  əsaslarının  möhkəmləndi-

rilməsi  və  sosial-iqtisadi  inkişafın  təmin  edilməsi,  azad  bazar  münasibətlə-

rinə  söykənən  yeni  iqtisadi  sistemin  formalaşdırılması  probleminin  həlli 

mövcud  iqtisadi  potensiala  və  daxili  tələbata  uyğun  olaraq  iqtisadiyyatda 

köklü  struktur  dəyişiklikləri  aparılmasını,  mükəmməl  iqtisadi  təhlükəsizlik 

sisteminin yaradılmasını nəzərdə tutur. 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə