Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə50/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   46   47   48   49   50   51   52   53   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

108 


Müştərək biznesin yaradılması və fəaliyyətinin makroiqtisadi səmərə-

liliyini iki formada müəyyən etmək olar. Birinci formada xalq təsərrüfatına 

istehsalçı mövqeyindən baxılaraq iqtisadi səmərəlilik müəyyən edilir. Müş-

tərək  biznesin  yaradılması  hesabına  ölkə  iqtisadiyyatına  mütərəqqi  texnika 

və  texnologiya,  idarəetmə  təcrübəsi  cəlb  etməklə  istehsal  xərclərinin  azal-

dılması  və  məhsulun  keyfiyyətinin  yüksəldilməsi  baş  verir.  Bu  formada 

özünü biznesin iqtisadi səmərəliliyində konkretləşdirsə də, daha geniş məna 

daşıyır.  Yəni  məhdud  iqtisadi  resursların  səmərəli  istifadəsi  və  bunun 

nəticəsində də, xammal və materialların emallıq səviyyəsinin artırılması öl-

kənin iqtisadi imkanlarının artması baş verir. Kiçik dövlətlər xarici iqtisadi 

ə

laqələrdən  daha  çox  asılıdır.  Bu  asılılıq  xalq  təsərrüfatının  istehsalçı  kimi 



səmərəliliyinin  yüksək  olmasını  tələb  edir.  Müasir  dövrdə  əlavə  gəliri  ilk 

növbədə  istehsal  xərclərinin  azaldılması  hesabına  əldə  etmək  mümkündür. 

Xalq təsərrüfatının istehsalçı kimi iqtisadi səmərəliliyi nə qədər aşağıdırsa, 

ölkənin xarici ticarətində “ticarət şəraiti” bir o qədər pisdir. Yəni məhsul va-

hidinə  sərf  olunan  iqtisadi  resurslar  digər  ölkələrə  nisbətən  artıqdır.  Qeyd 

etmək  lazımdır  ki,  istehsal  növlərindən  asılı  olaraq  xalq  təsərrüfatına  is-

tehsalçı  kimi  baxılması  əsasında  makroiqtisadi  səmərəliliyin  hesablanması 

dövlətin  iqtisadiyyatı  istər  iqtisadi,  istərsə  də  inzibati  yolla  tənzimlən-

məsində mühüm əhəmiyyətə malikdir. 

Hazırda ölkənin mövcud iqtisadi imkanlarından tam istifadə edib mak-

simum  əlavə  gəlir  yaratmaq  geniş  mənada  ölkə  iqtisadiyyatının  səmərə-

liliyini  göstərir.  Lakin  bu  məşğulluğu  məhz  sərf  olunan  xərclər  hesabına 

daha çox səmərə əldə etməklə, istehsal olunan məhsulların həm qiymət, həm 

də keyfiyyət baxımından rəqabətqabiliyyətlərinin artırılması hesabına təmin 

etmək mümkündür. 

Müştərək  biznesin  milli  iqtisadiyyatın  inkişafına  təsirini  səciyyə-

ləndirən  göstəricilərindən  biri  də  istehsal  olunan  məhsulun  dəyərində  milli 

tərəfdaşların  payı  –  istehsal  olunan  məhsulun  “millilik  səviyyəsi”  hesab 

edilir.  Bu  göstəricilərin  artması  ölkədə  daxili  əmək  bölgüsünün  dərinləşdi-

rilməsini  və  məşğulluğun  səviyyəsinin  yüksəlməsini  əks  etdirir,  müştərək 

biznesin xalq təsərrüfatı çərçivəsində “muxtariyyət” səviyyəsini göstərir. 

Beləliklə, müştərək biznesin yaradılmasının makroiqtisadi səmərəliliyi 

onların xalq təsərrüfatı məqsədlərinin həyata keçirilməsinə təsir ölçüsüdür. 

Müştərək  biznesin  yaradılmasının  iqtisadi  səmərəliliyini  qiymətlən-

dirərkən ayrı-ayrı tərəfdaşların iqtisadi səmərəsini də nəzərə almaq lazımdır. 

Birbaşa  iqtisadi  səmərə  müştərək  biznes  fəaliyyətinin  iqtisadi  səmərəliliyi 

ilə əlaqədardırsa, dolayı səmərə istehsal miqyasının və satış bazarının geniş-

lənməsi, yetkin texnika və texnologiyanın, idarəetmə metodlarının tətbiqi və 

ümumiyyətlə,  yetkin  məhsul  istehsalı  və  satışı    məhsulun  həyat  tsiklinin 

uzadılması  ilə  əlaqədardır.  Çünki  həmin  məhsulun  inkişaf  etmiş  ölkələrdə 

köhnəlmiş  olsa  da,  inkişaf  etməkdə  olan  ölkələrin  bazarları  üçün  təzə  ola 



Бизнесин тяшкили вя идаря едилмяси 

109 


bilər.  Bu  baxımdan  müştərək  biznesin  istehsal  etdiyi  məhsulun  keyfiyyət 

səviyyəsinin  təhlili  mühüm  əhəmiyyətə  malikdir.  Müştərək  biznesin  yara-

dılması  və  fəaliyyətinin  iqtisadi  səmərəliliyinin  qiymətləndirilməsi  me-

todikası aşağıdakı məsələlərin həllinə imkan verir: 

  müştərək biznesin yaradılması və fəaliyyətinin makroiqtisadi səmə-



rəliliyinin müəyyən olunmasına; 

  müştərək  biznesdə  milli  tərəfdaşın   iştirakının  iqtisadi  səmərə-



liliyinin müəyyən olunmasına; 

  müştərək  biznesdə  xarici  tərəfdaşın  iştirakının  iqtisadi  səmə-



rəliliyinin qiymətləndirilməsinə; 

  müştərək  biznesin  yaradılması  üçün  layihələrin  mümkün  variant-



larından ən optimalının seçilməsinə. 

Beləliklə,  metodika  müasir  dövrdə  bazar  iqtisadiyyatının  tələblərinə 

uyğun  müştərək  biznesin  yaradılması  və  fəaliyyətinin  iqtisadi  səmərəlili-

yinin qiymətləndirilməsinə  imkan  verir  və iqtisadiyyatda baş verən köklü 

dəyişiklikləri özündə əks etdirir. 

 

8.4. Müştərək biznesin müasir vəziyyəti və perspektivləri 

 

Bazar münasibətlərinə keçid respublikada müxtəlif sahibkarlıq forma-



larının  inkişafına  geniş  imkan  açmışdır.  Xüsusilə  ölkədə  iqtisadi  inkişafın 

daxili  imkanlar  hesabına  təmin  edilməsi  məhdud  olduğundan,  xarici  in-

vestisiyanın cəlb edilməsi mühüm əhəmiyyət kəsb etməyə başlamışdır. 

Təhlil  göstərir  ki,  Azərbaycanda  müştərək  müəssisələrin  və  xarici 

firmaların  sayı  müntəzəm  surətdə  artaraq  2000-ci  ildəki  551-dən  2007-ci 

ildə 1163-ə çatmış və ya 2,1 dəfə artmışdır (cədvəl 8.1). 



 

Cədvəl 8.1. 

Bazar iqtisadiyyatı strukturlarının fəaliyyəti 

(fəaliyyət göstərən müəssisələrin sayı, vahid) 

 

 

llə



2000 

2001 

2002 

2003 

2004  2005  2006  2007  2008 

Kiçik 


müəssisələr 

Xarici 


və 

müştərək 

müəssisələr 

Birjalar   

 

24254 


 

 

551 



 

25121 



 

 

609 



 

24721 



 

 

748 



 

21178 



 

 

809 



 

19462 



 

 

814 



 

11982 



 

 

796 



 

12232 



 

 

863 



 

13465 



 

 

1163 



 

14101 



 

 

1174 





Mənbə: Azərbaycanın statistik göstəriciləri 2009, “Səda” 2009, səh. 108-109 

 

 



 


Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə