Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə46/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   42   43   44   45   46   47   48   49   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

99 


b) Pul köçürmələri və gəlirlərin vətənə qaytarılması mexanizmi. 

Bu  ölkələrdə  dividendlərin  ölkədən  çıxarılmasından  və  öz  vətəninə 

qaytarılmasından, bank faizlərindən və gəlirin bir neçə başqa növündən tu-

tulan vergilər adətən aşağı salınır. Bu qrup ölkələr liberal valyuta və gömrük 

rejimləri ilə fərqlənirlər. 

Üçüncü  qrupa  hüquqi  şəxslərin  qeydiyyatının  son  dərəcə  sadələş-

dirildiyi və gəlir vergisinin əhəmiyyətli dərəcədə aşağı salındığı (və ya heç 

olmadığı) törəmə şirkətlər və ya inzibati ərazilər - “vergi limanları” daxildir. 

Bir  qayda  olaraq  bunlar  Avropanın  keçmişdə  koloniya  olmuş  cırtdan 

ölkələridir  və  ya  inkişaf  etmiş  ölkələrdən  ayrılmış  özünüidarəetmə  ərazilə-

ridir. Anoloji şərait xarici investisiyaları cəlb etmək üçün  yaradılmış “azad 

iqtisadi zonalarda”, həmçinin “vergi limanı” əlamətlərinə malik olan inzibati 

törəmələrdə, ştatlarda və dairələrdə də mövcuddur. 

“Vergi  limanlarına”  tipik  misal  kimi  Avropada  Lixtenşteyn,  Malta, 

Andorra,  Monako  kimi  cırtdan  dövlətləri  göstərmək  olar.  Böyük  sayda 

“vergi limanları” üçüncü ölkələrdə, məsələn, Panama, Kosta-Rika və başqa 

ölkələrdə yerləşir. 

Ş

irkətlərin  “vergi  limanlarında”  yerləşdirilməsinin  vacib  üstünlük-



lərinə qeydiyyat prosedurlarının ucuzluğu və sadəliyi aiddir. Yeni şirkət bir 

neçə gün ərzində açıla bilər.  

“Vergi  limanlarının”  xarici  investorlar  üçün  cəlbedici  aşağıdakı 

xüsusiyyətləri vardır: 

1.  Gəlir vergisi yoxdur və ya o müxtəlif ölkələrdə ildə 150-1000 dol-

lar civarında olan və gəlirin həcmindən asılı olmayan illik yığımla əvəz olu-

nur.  Gəlirlərin  -  dividendlərin,  bank  faizlərinin  və  başqa  ödəmələrin  - 

ölkədən daşınmasına vergi tutulmur. 

2.  Qeydiyyat proseduru maksimum sadələşdirilib: adətən nizamnamə 

kapitalının  minimum  ölçüsü  təyin  olunmur;  şirkət  sahiblərinin  adı  açıq-

lanmır  -  onların  adları  yalnız  törədilmiş  cinayət  faktı  üzrə  istintaq  aparılan 

halda (fırıldaqçılıq, narkotiklərlə qeyri-qanuni ticarət və s.) açıqlanır. 

3.  Ölkədən  valyuta  çıxarılmasına  məhdudiyyət  yoxdur.  Şirkət  istə-

nilən xarici ölkə banklarında istənilən valyuta ilə depozit aça bilər, istənilən 

valyutada məhdudiyyətsiz ödəmələr həyata keçirə və ala bilər. 

4.  Şirkətlərin  idarə  olunması  proseduru  son  dərəcə  sadədir.  Bəzən 

şə

rtidir  -  bu  zaman  sahibkarın  vəkalətnaməsi  üzrə  idarəetmə  işi  katiblik 



ş

irkəti tərəfindən həyata keçirilir. Bir sıra “vergi limanlarında” təqdim edən 

üçün səhmlər buraxmaqla sahibkarın anonimliyi təmin olunur. 

5.  “Vergi  limanları”  ölkələrinin  əksəriyyətində  vergi  və  gömrük 

qanunvericiliyinin  pozulması  cinayət  sayılmır.  Burada  şirkətlərin  uçotunun 

aparılması və ya vergi deklarasiyası haqqında hesabat tələb olunmur. Xarici 

auditorlar  “vergi  limanlarının”  heç  də  hamısında  yoxlamalar  aparmırlar  və 

ş

irkətin hesabları ancaq sahibkarların qərarı ilə yoxlanılır. Hesabat işlərinin 




Бизнесин тяшкили вя идаря едилмяси 

100 


yeganə forması illik maliyyə hesabatıdır. 

Ş

irkətlərin  “vergi  limanlarında”  yerləşdirilməsi  vergiqoymanın  müla-



yim olduğu zonalardakına və inkişaf etmiş sənaye ölkələrindəkinə nisbətən 

ucuz başa gəlir. 

Ş

irkətlərin  yaradılmasına  və  fəaliyyətlərinin  dəstəklənməsinə  çəkilən 



xərclərin  artırılması  mülayim  vergi  sistemli  yurisdiksiyalarda  bu  şirkətlər 

üçün bir sıra üstünlüklərə səbəb olur. 

Ə

gər yüksək vergiqoyma səviyyəsi olan ölkələrə vəsait qoymaq lazım 



gəlirsə, onda adətən kapitalın yerdəyişməsi zamanı olan liberal vergi rejimi 

olan  ölkələrdə  (Niderland,  Lüksemburq,  sveç,  Lixtenşteyn)  holdinq  şir-

kətlər yaradılır.  

 

 



 

 

 

 

 

 

 

 

 

 


Бизнесин тяшкили вя идаря едилмяси 

101 


VIII FƏS L. MÜŞTƏRƏK B ZNES  

FƏAL YYƏT N N TƏŞK L  

 

8.1. Müştərək biznesin sosial-iqtisadi mahiyyəti 

 

Müasir dünya iqtisadiyyatında təsərrüfat həyatının beynəlmiləlləşməsi 



ölkələr  arasında  yalnız  əmtəə  və  işçi  qüvvəsinin  deyil,  həm  də  kapitalın 

hərəkətini  gücləndirir.  Bu  da  investisiya  əməkdaşlığının  müxtəlif  forma-

larının inkişafına səbəb olur. Xarici investisiyanın cəlb edilməsinin səmərəli 

formalarından biri müştərək müəssisələrin yaradılmasıdır. 

Milli iqtisadiyyatın formalaşması və inkişafı beynəlxalq iqtisadi əmək-

daşlığın, onun mühüm forması olan müştərək sahibkarlığın genişləndirilmə-

sini  obyektiv  zəruriyyətə  çevirir.  Beynəlxalq  təsərrüfat  əlaqələrinin  forma-

laşmasında, dünya iqtisadiyyatına sıx inteqrasiya olunmasında müstəsna rol 

oynayan  müştərək  sahibkarlıq  fəaliyyəti  özbaşına  və  idarə  olunmaz  proses 

kimi  baş  vermir,  o  əslində  dövlətin  iqtisadi  siyasətinin  önəmli  istiqaməti 

kimi çıxış edir. 

Vahid  sistem  halında  formalaşan  dünya  iqtisadiyyatına  qovuşmaq  və 

onun  uğurlarından  bəhrələnmək  üçün  beynəlxalq  iqtisadi  əməkdaşlığın 

müxtəlif  formalarından  bacarıqla  istifadə  edilməlidir.  Açıq  iqtisadiyyat  şə-

raitində  müstəqil  Azərbaycan  dövlətinin  sosial-iqtisadi  inkişaf  strategiyası 

müəyyənləşdirilərkən  təbii  sərvətlərdən  daha  səmərəli  istifadə  olunmasını, 

bazar konyukturunun dəyişilməsini, xarici investisiyanın cəlb edilməsini və 

onun fəallığının artırılmasını nəzərə almaqla müştərək sahibkarlığın önəmli 

forması sayılan müştərək müəssisələrin yaradılmasına üstünlük verilməlidir. 

Müştərək müəssisənin mahiyyəti barədə lazımi təsəvvürə malik olmaq 

üçün,  hər  şeydən  öncə,  müştərək  müəssisə  anlayışı  açıqlamaq,  dərk  etmək 

lazım gəlir. Qərb ədəbiyyatlarında müştərək müəssisə beynəlxalq əməkdaş-

lığın çoxcəhətli formalara daxil olmaqla istehsal fəaliyyətinin təşkilinin xü-

susi hüquqi forması kimi səciyyələndirilir və aşağıdakı əlamətləri göstərilir: 

-  müştərək  müəssisə  iki  və  daha  çox  tərəflərin  aktivlərinin  qismən 

bölüşdürülməsi,  yaxud  tərəfdaşlardan  hər  birinin  kapital  qoyması  yolu  ilə 

yaradılır; 

- müştərək müəssisə istehsal, ticarət, maliyyə, elmi-tədqiqat fəaliyyəti 

ilə məşğul ola bilər; 

-  tərəfdaşlar arasında idarəetmə ilə bağlı məsuliyyət bölüşdürülür; 

-  kapital qoyuluşu uzunmüddətli olur; 

-  müştərək  sahibkarlıq  iştirakçıların  fəaliyyətinin  yalnız  bir  hissəsini 

ə

hatə edir; 



-  mənfəət və sahibkarlıq riski tərəfdaşlar arasında onlardan hər birinin 

kapital qoyuluşunda payına müvafiq  olaraq bölüşdürülür. 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə