Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə43/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   39   40   41   42   43   44   45   46   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

93 


Maraqlı  biznes-ideya  kimi  vençur  layihəsini  işləyib  hazırlayan  şirkət 

reallaşdırma üçün böyük miqdarda ilkin xərclər tələb edir. Belə şirkət “əkin 

üçün şirkət” (seed) adlanır, yalnız kağız üzərində və ya laboratoriya işləmə-

lərində  mövcud  olan  layihələrin  maliyyələşdirməsinin  ən  ilkin  mərhələsi 

mövcud olur. “Start” mərhələsində olan bu şirkət, bir qayda olaraq, təcrübə 

nümunələrinin,  modellərin  və  eksperimentlər  üçün  xüsusi  laboratoriyaların 

yaradılmasını və s. planlaşdırır. 

Son mərhələdə vençur kapitalının innovasiya layihəsindən çıxması, la-

yihədə  iştirakının  başa  çatdırılması  nəzərdə  tutulur.  O,  üç  ssenari  üzrə 

həyata keçirilə bilər: 

 

-fərdi  və  kollektiv  investorların  səhm  paylarının  şirkət  səhmdar-



larına satılması; 

 

-kiçik  innovasiya  şirkətinin  açıq  səhmdar  cəmiyyətinə  çevrilməsi 



və səhmlərin hərracda yerləşdirilməsi ( PO); 

 

-şirkətin  səhmlərinin  bu  səhmləri  əldə  etməyə  maraqlı  olan  digər 



ş

irkətə - strateji tərəfdaşa satılması. 

Layihədən  çıxmağın  üç  ssenarisindən  ikinciyə  daha  çox  üstünlük 

verilir. 

 

7.3. Vençur maliyyələşdirməsini şərtləndirən  

amillər və şəraitlə

 

nnovasiya  layihələrinin  biznes-planını  nəzərdən  keçirərkən,  hər  şey-



dən əvvəl, şirkətin inkişafına təsir edən daxili amillərə xüsusi diqqət  yetir-

mək lazımdır. Daxili amillərə aiddir: 

  layihənin mövcud olma müddəti; 



  qiymət siyasətini həyata keçirərkən məhsulun keyfiyyət xarakteris-

tikasına və göstəricilərinə görə rəqibləri qabaqlamaq ehtimalı; 

  kiçik müəssisənin məhsuluna mövsümi tələbat; 



  malların, işlərin və xidmətlərin nadirlik dərəcəsi; 

  vençur layihəsinin tətbiqinin ekoloji nəticələri; 



  şirkətlə  kommersiya  bankları  arasında  münasibətlərinin  etibarlılıq 

dərəcəsi; 

  məhsulu öz ticarət markası altında buraxmaq imkanı; 



  kiçik müəssisənin pul resurslarına olan hazırkı və gələcək tələbatı; 

  şirkətin elmi-tədqiqat və təcrübə konstruktor işlərinə xərcləri; 



  şirkətdə  çalışan  işçilərin  ixtisas  səviyyəsi  və  menecerlərin  peşə-

karlığı və s. 

Ə

gər sadalanan amillərin sərtliyi nəzərə alınsa, onda kiçik innovasiya 



biznesilə məşğul olan kiçik müəssisələrin xarici mühit amillərinin dəyişməsi 

meyillərini  qabaqcadan  görmək  və  ya  proqnozlaşdırmaq  olduqca  çətindir. 




Бизнесин тяшкили вя идаря едилмяси 

94 


Xarici amillər aşağıdakılardan ibarətdir: 

  analoji məhsul bazarının konyukturu; 



  innovasiya  biznesi  ilə  məşğul  olan  kiçik  müəssisənin  məhsuluna 

tələbatın dəyişilməsi dinamikası; 

  inflyasiyanın dəyişilməsi dinamikası; 



  ölkədə və regionlarda əhalinin məşğulluq səviyyəsi; 

  enerji daşıyıcılarının qiymətlərinin dəyişilməsi; 



  dövlətin liberal miqrasiya siyasəti; 

  ölkədə və regionlarda korrupsiyanın səviyyəsi və s. 



Vençur  ideyalarının  tətbiqilə  məşğul  olmağı  bacaran,  prinsipial  yeni 

elmtutumlu  işləmələrə  vəsait  qoymağa  hazır  olan  kiçik  müəssisələr  dövlət 

tərəfindən  hüquq,  texniki  və  iqtisadi  dəstək  almalıdırlar.  Bu  tip  müəssisə-

lərin qeydiyyatı qısa müddətdə və eyni zamanda sahibkarlar üçün minimum 

itkilərlə həyata keçirilməlidir. 

Məlum  olduğu  kimi,  sahibkarların  iqtisadi  azadlığında  ancaq  iki 

məhdudiyyət mövcuddur: vergi ödəmək və təbiətin mühafizə olunması təd-

birlərinə  riayət  etmək.  Qalan  bütün  məhdudiyyətlər  (lisenziya  şərtlərinə 

ə

məl etmək şəklində) “avtomatik” rejimdə işləyirlər, yəni müvafiq qanunlar 



və normativ-hüquqi sənədlərə hökmən riayət edilməlidir. 

Müəssisələrin  açılışı  və  fəaliyyət  göstərməsi  şərtlərinə  riayət  olun-

maması aşağıdakı nəticələrə gətirib çıxara bilər: 

  lisenziyadan məhrum edilər; 



  cərimələrə məruz qalar; 

  sahibkarın kredit almaq mexanizmində müvafiq dəyişikliklər edilər. 



Eyni  zamanda,  kiçik  biznes  sferasında  prinsipcə  yeni  elmtutumlu  is-

tehsalın işlənilməsi və mənimsənilməsilə məşğul olan və lisenziya şərtlərinə 

riayət  edən  müəssisələr  dövlət  tərəfindən  dəstəklənirlər.  Dövlət  həmin 

müəssisələrin  maliyyə-təsərrüfat  fəaliyyətinin  birbaşa  və  dolayısı  yolla 

stimullaşdırılması tədbirlərinin həyata keçirilməsinə yaxından kömək edir. 

Cavan,  sürətlə  inkişaf  edən  xüsusi  şirkətlər  üçün  vençur  maliyyələş-

dirmə  formasından  geniş  istifadə  olunmasına  əlverişli  şəraitin  yaradılması 

son  dərəcə  vacibdir.  Məlumdur  ki,  starta  qədərki  (seed)  və  start  (start  up) 

maliyyələşdirmə  sahibkarlar  üçün  ən  riskli  kapital  qoyuluşudur.  Məhz  ona 

görə  də  şirkətlərin  inkişafı  üçün  “start”  şəraitinin  dövlət  tərəfindən  dəs-

təklənməsi  vençur  maliyyələşdirməsinin  genişləndirilməsinə  ən  güclü  təsir 

göstərə bilər. 

Vençur maliyyələşdirməsinin ən vacib məsələlərindən biri investorlar 

yüksək gəlirlilik səviyyəsinə nail olmağa  səy göstərərkən onların qaçılmaz 

risklərini azaldan şərtlərin yaradılmasıdır. 

Bu şərtlərə aşağıdakıları aid etmək olar: 

  diversifikasiya - müxtəlif şirkətlərin innovasiya layihələrinə vəsait 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə