Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə40/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   36   37   38   39   40   41   42   43   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

87 


rətdə iştirak etmək (əmtəə, müəssisə və ya ölkə üçün) rəqabət mübarizəsində 

iştirak etməyin çıxış nöqtəsidir, yalnız indi bu mübarizədə uğur daha geniş 

amillər dəsti ilə müəyyən olunur.  

Rəqabətqabiliyyətliliyi

  bazarda  rəqabət  mübarizəsini  uğurla  həyata 

keçirmək qabiliyyətliliyidir və  rəqabətlə qırılmaz şəkildə bağlıdır. O,  rəqa-

bətin yarandığı yerdə və vaxtda ortaya çıxır və inkişaf edir. Bazar və rəqabət 

rəqabətqabiliyyətliliyini məhək daşlarıdır. Bu o deməkdir ki, rəqabət nə qə-

dər qlobal xarakter əldə edirsə, bazarların sərhədləri nə qədər çox yuyulursa, 

ə

mtəə istehsalçıları üçün daima dəyişən şəraitdə uğurlu rəqabət mübarizəsini 



aparmaq bir o qədər çox əhəmiyyət kəsb etməyə başlayır.  

əssisənin  rəqabətqabiliyyətliliyi

  sahibkarların  indiki  və  gələcək 

dövrdə milli və dünya bazarlarında qiymətinə və keyfiyyətinə görə xarici və 

ya milli rəqiblərdən daha cazibədar əmtəələr istehsal etmək qabiliyyətidir.  

Kiçik biznes işgüzar mühiti müəyyən edən çoxsaylı amillərin və on-

ların  kombinasiyalarının  fəaliyyətindən  xüsusilə  asılıdır  və  nəticə  etibarilə, 

iri  və  orta  ölçülü  bizneslə  müqayisədə  daha  zəifdir.  Müasir  inkişaf  mər-

hələsində Azərbaycanda kiçik biznesin rəqabətqabiliyyətliliyinin əsas prob-

lemləri arasında aşağıdakıları fərqləndirmək lazımdır. 

1. Verilmiş anlayışın çoxmənalılığının nəticəsi olaraq, kiçik müəssi-



sələrin  rəqabətqabiliyyətliliyi  səviyyəsinin  müəyyən  edilməsinin  çətinliyi

Çoxmənalılıq aşağıdakılarla müəyyən olunur: 



-  rəqabətqabiliyyətliliyinin  dəyişməsinə  təsir  göstərən  proseslərin 

dinamikliyi və nisbi sürətliliyi; 

-  rəqabətqabiliyyətliliyi  yalnız  iqtisadi  obyektin  rəqib-analoqla  mü-

qayisə edilməsi yolu ilə müəyyən oluna bilər; 

-  rəqabətqabiliyyətliliyi  anlayışı  iqtisadi  fəaliyyətin  müxtəlif  sub-

yektlərinə münasibətdə tətbiq oluna bilər; 

-  əmtəənin  rəqabətqabiliyyətliliyi  bir  çox  amillərin  fəaliyyətinin 

nəticəsini əks etdirən göstəricilər kompleksidir; 

-  rəqabətqabiliyyətliliyi  və  keyfiyyət,  rəqabətqabiliyyətliliyi  və  tex-

niki (və ya texniki-iqtisadi) səviyyə anlayışları arasında sıx qarşılıqlı əlaqə; 

-  müəssisənin  rəqabətqabiliyyətliliyinin  qiymətləndirilməsi  özünə 

firmanın istehsal və innovasiya potensialını, müəssisənin maliyyə stabilliyi-

ni,  əmtəələrin  irəlilədilməsi  şəbəkələrini,  rəqabət  mühitinin  vəziyyətini  və 

ə

sas rəqiblərin sayını müəyyən edən göstəricilər qrupunu daxil edir.  



2.  Azərbaycanda  kiçik  müəssisələrin  sayının  nisbətən  az  olması

Ümumiyyətlə  müasir  tədqiqatlar  milli  iqtisadiyyatın  rəqabətqabiliyyət-

liliyinin əsası kimi müəssisələrin rəqabətqabiliyyətliliyinə xüsusi diqqət ve-

rirlər.  Öz  növbəsində  Azərbaycanın  kiçik  biznesinin  rəqabətqabiliyyətliliyi 

səviyyəsi  milli  müəssisələrin  və  ümumiyyətlə,  Azərbaycan  iqtisadiyyatının 

rəqabətqabiliyyətliliyi  ilə  sıx  bağlıdır.  Bununla  yanaşı,  inkişaf  etmiş  ölkə-

lərlə müqayisədə Azərbaycanda kiçik müəssisələrin sayı çox deyildir. 



Бизнесин тяшкили вя идаря едилмяси 

88 


3.  Kiçik  biznesin  ən  yeni  texnologiyalardan  istifadə  edilməsində  iş-

tirakı  aşağıdır

,  buna  baxmayaraq,  inkişaf  etmiş  ölkələr  müəssisələrin  rə-

qabət  qabiliyyətliliklərinin  artırılması  strategiyalarında  kiçik  biznesin 

müasir  elmi-tədqiqatlar  və  texnologiyalardan  istifadə  etməsinin  asanlaş-

dırılmasını əsas tuturlar, çünki o, çox çevikdir və rəqabət mühitinin istənilən 

dəyişikliyinə  tez  reaksiya  vermək  qabiliyyətinə  malikdir.  Azərbaycanda 

kiçik  müəssisələrin  innovasiyasına  çəkilən  xərclər  nisbətən  azdır,  buna 

baxmayaraq, bu xərclərin artımı, xüsusilə hasilat sənayesində nəzərə çarpır.  

4.  Giriş  baryerləri.  Azərbaycan  vətəndaşlarının  kiçik  sahibkarlıqla 

zəif  məşğul  olması  bu  biznesə  giriş  zamanı  nisbətən  yüksək  giriş 

baryerlərinin mövcud olması, kiçik biznesin açılması və həyata keçirilməsi 

zamanı  ortaya  çıxan  problemlər  və  onun  inkişaf  perspektivlərinin  öncədən 

görülməsi  qabiliyyətinin  olmaması  ilə  bağlıdır.  Bundan  başqa,  ləğv  edilən 

müəssisələrin  əhəmiyyətli  faizi  rəqabət  mübarizəsinin  həyata  keçirilməsi 

strategiya  və  bacarıqlarının  olmaması  ilə  əlaqədardır.  Ən  geniş  yayılmış 

çətinliklər arasında aşağıdakıları fərqləndirmək lazımdır. 

- Start kapitalının olmaması. 

-  ri müəssisələr tərəfindən yüksək rəqabət. 

- Yeni müəssisənin qeydiyyatının çətinliyi. 

- Kiçik müəssisənin və ya fərdi sahibkarlığın mühasibat hesabdarlığı 

ilə bağlı problemlər.  

5.  Kiçik  müəssisələrin  maliyyə  problemləri.  Bu  sahədəki  əsas 

problemlərdən biri borc alınmış maliyyə resurslarının bahalılığıdır ki, bu da 

tarixi  olaraq  formalaşmış  yüksək  kreditləşdirmə  dərəcəsi  ilə  müəyyən  olu-

nur. Kreditlər üzrə faizlərin azalması tendensiyasının (2005-ci ildə 15%-dən 

2008-ci ildə 12%-ə qədər) nəzərə çarpmasına baxmayaraq, resurslar yenə də 

bahalı olaraq qalmaqdadırlar və kiçik müəssisələrin kütləvi inkişafına nəinki 

yol verir, əksinə buna mane olurlar.  

6.  Kiçik  biznesin  rəqabətqabiliyyətliliyinin  əsas  şərti  kimi  Azərbay-

can  biznesinin  rəqabətqabiliyyətliliyi  səviyyəsi.

Ancaq  kiçik  müəssisənin 

hansı  sferasında  işləməsindən  asılı  olmayaraq,  işgüzar  mühitin  inkişaf  sə-

viyyəsi və vəziyyəti belə müəssisələrin çiçəklənməsi üçün mühüm və zəruri 

şə

rtlərdən biri kimi çıxış edir. Məhz buna görə də iri beynəlxalq təşkilatların 



milli  biznesin  rəqabətqabiliyyətliliyinə  həsr  olunmuş  ciddi  tədqiqatlarında 

həm  milli  firmaların  rəqabət  üstünlüklərinə,  həm  də  ölkədə  bu  firmaların 

inkişafını  təmin  edən  işgüzar  mühitin  qiymətləndirilməsinə  bərabər  diqqət 

ayrılır.  

 

 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə