Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə42/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   38   39   40   41   42   43   44   45   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

91 


dendlərə ümid edirlər. Biznes inkişaf etdikcə innovasiya layihələrinin əlavə 

maliyyələşdirilməsinə  tələbat  artdı.  Bu  halda  vençur  kapitalı  fondu  yara-

dıldı, fondun rəhbərləri isə vençur kapitalistləri adını aldılar. 

Vençur  fondları  eyni  vaxtda  bir  neçə  kiçik  şirkətə  vəsait  qoymaq 

imkanına  malik  idilər  ki,  bu  da  fondun  portfelini  (portfolio  companies) 

formalaşdırmağa  imkan  verdi.  Bu  zaman  vençur  kapitalisti  onların  portfe-

linə daxil olan şirkətlərin direktorlar şurasının üzvlərinə çevrilərək qoyulan 

vəsaitin istifadəsinin effektivliyinə nəzarət etməyi bacarırdılar. 

Bir  qayda  olaraq  vençur  fondlarının  fəaliyyəti  7-10  illik  dövrlə 

məhdudlaşır. Həmin müddət başa çatdıqdan sonra onlar ləğv edilir, portfelə 

daxil  olan  şirkətlərin  səhmləri  isə  açıq  bazarda  satıla,  ya  da  sadəcə  olaraq 

fondun investorları (payçıları) arasında bölüşdürülə bilər. 

 

7.2. Vençur biznesinin təşkilati əsasları 

 

Kiçik  innovasiya  biznesinin  inkişafı  böyük  pul  məbləğlərinin  cəlb 



edilməsi  zəruriliyini  artırır.  Buna  görə  də  vençur  fondlarının  meydana  gəl-

məsi tamamilə qanunauyğun prosesdir. 

Vençur fondları müvəqqəti təşkilati strukturlardır. Onlar bir və ya bir 

neçə  hüquqi  və  fiziki  şəxslərin  pul  vəsaitlərinin  birləşdirilməsi  yolu  ilə 

müqavilə əsasında yaradılırlar. 

Vençur  fondlarından  az  tanınan,  lakin  investisiya  qoyuluşu  üçün  po-

tensial  cazibədar  yeni  şirkətlərin  dəstəklənməsinə  istiqamətlənən  pul  axın-

ları  vətəndaşların  şəxsi  pullarının  qısa  müddət  ərzində  gəlir  gətirməyən 

innovasiya  layihələrinə  transformasiya  etməsinə  imkan  verərək  texniki  tə-

rəqqinin  aşkar  katalizatoru  rolunu  oynadılar.  Vençur  biznesinin  inkişafı 

müəyyən üstünlüklərə malikdir: 

 Bazar  konyukturunun  dəyişilməsinə  çevik,  cəld  reaksiyavermə 



qabiliyyəti; 

 Yeni ideyaların sınaqdan keçirilməsinə vaxtında oriyentasiya etmək 



imkanı; 

 Sərt  bürokratik  qaydaların  yoxluğu.  Kiçik  biznes  sferasında  şir-



kətlərin işçiləri (bir qayda olaraq, istedadlı mühəndislər, alimlər, ixtiraçılar) 

ə

mək  intizamının  ümumi  qəbul  edilmiş  “çərçivəsindən”  kənara  çıxaraq 



müəyyən yaradıcılıq azadlığına malikdirlər. 

Vençur fondunun öhdəliklərinə cavab verən və ancaq fonda qoyduğu 

vəsaitin  məbləği  həddində  risk  edən  təsisçi  məhdud  məsuliyyətli  tərəfdaş 

sayılır (limited partner). 

Bir qayda olaraq vençur fondunun işçisi şirkətin direktorlar şurasının 

tərkibinə daxil edilir, lakin bu zaman o, şirkətin icraçı direktoruna çevrilmir. 

Onun  rolu  əsasən  vacib  strateji  qərarların  qəbulunda  aktiv  iştirak  etməklə 



Бизнесин тяшкили вя идаря едилмяси 

92 


məhdudlaşır,  vençur  fondunun  rəhbərliyi  investorların  pul  vəsaitlərindən 

səmərəli istifadə olunmasında maraqlıdır. 

Beləliklə,  vençur  fondunun  idarə  heyəti  şirkətin  maliyyə-təsərrüfat 

fəaliyyətinə  daim  nəzarət  etməklə  yanaşı  onun  investisiya  cəlbediciliyinin 

artmasına görə öz təkliflərini verə bilər. 

nvestisiyanın  yatırma  prosesinin  son  mərhələsi  (exit)  qapalı  şəxsi 

ş

irkətdən açıq səhmdar şirkətinə çevrilməsindən ibarətdir. 



Ş

irkətin  açıq  bazara  çıxışı  olan  açıq  (kütləvi)  şirkətə  çevrilməsinin 

müəyyən üstünlükləri və çatışmazlıqları vardır. 

Üstünlükləri: 

 Müxtəlif  maliyyə  alətlərinə  pul  qoyuluşunu  diversifikasiya  etmək 



imkanı; 

 Gələcəkdə  xarici  maliyyələşdirmə  mənbələrinin  asan  və  ucuz  cəlb 



edilməsi. Belə ki, səhmlərin açıq bazarda yerləşdirilməsi və informasiyanın 

elan  edilməsi  nəticəsində  potensial  investorlar  şirkətlə  yaxından  tanış 

olacaqlar və şirkətə qarşı etibarlılıq dərəcəsi yüksələcəkdir; 

 Açıq  şirkətlərdə  qiymətli  kağızların  pula  çevrilmə  ehtimalı  qapalı 



səhmdar  cəmiyyətlərilə  müqayisədə  çox  azdır.  Belə  ki,  səhmləri  xarici  in-

vestorlara satmaq çətindir, şirkətin həmtəsisçiləri və sahibkarı mümkün ma-

liyyə risklərinə görə öz şirkətinin səhmlərini almaqdan imtina edə bilərlər; 

 Satış  bazarının  əhəmiyyətli  dərəcədə  genişləndirilməsi.  Belə  ki, 



qapalı şirkətlərdə bunu həyata keçirmək çətindir və s. 

Çatışmazlıqları, nöqsan cəhətləri: 

 

Ş

irkətin  sahibi  kimi  rəhbərliyin  onun  üzərində  real  nəzarəti 



itirməkdən ehtiyatlanması; 

 

Xarici  bazarda  nəzarət  səhm  paketinin  alınması  yolu  ilə  yeni  in-



vestorlar tərəfindən şirkətin udulma təhlükəsi; 

 

Rüblük və illik hesabatların tərtibinə çəkilən xərclərin çox olması, 



hesabatların dərc olunması və məxfi informasiyanın açılması. 

nnovasiya fəaliyyəti ilə, müvafiq olaraq riskli təsərrüfat fəaliyyəti ilə 

məşğul  olan  kiçik  və  orta  ölçülü  xüsusi  şirkətlər  üçün  büdcə  maliyyələş-

dirməsindən çox az istifadə edirlər. 

Dövlət  investorlarından  fərqli  olaraq,  vençur  şirkətləri  öz  vəsaitlərini 

gələcəkdə  onların  ilkin  kapital  qoyuluşunu  əhəmiyyətli  dərəcədə  kompen-

sasiya  edə  bilən  və  qaçılmaz  risklərə  haqq  qazandıran  səhmlərin  əldə  edil-

məsini nəzərdə tutaraq daha həvəslə vençur fondlarına qoyurlar. 

Vençur  fondunun  və  şirkətin  başında  duran  vençur  kapitalistləri  bir 

tərəfdən  fərdi  və  ya  kollektiv  investorlar,  digər  tərəfdən  isə  vençur  ideya-

larının  daşıyıcıları  olan  sahibkarlar  arasında  vasitəçilərdir.  Buna  görə  də 

gələcəkdə  əldə  olunacaq  gəlir  bütün  vençur  biznesi  iştirakçıları  arasında 

ə

dalətlə bölünməlidir. 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə