Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə45/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   41   42   43   44   45   46   47   48   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

97 


verir. Qarşıya qoyulmuş məqsəddən asılı olaraq investorlar xaricdə müxtəlif 

profilli qız şirkətləri yarada bilərlər: 

a)  vasitəçi və agent müəssisələri, o cümlədən: 

  reklam,  informasiya  və  nümayəndəlik  fəaliyyətinə  ixtisaslaşan 



agent şirkətləri. Belə şirkətlər işgüzar əlaqələrin inkişafına və marketinq xid-

mətinin  keyfiyyətinin  yüksəlməsinə  kömək  edir,  ana  şirkətin  “imicini” 

artırır; 

  ticarət-vasitəçi,  ixrac-idxal  müəssisələri.  Belə  müəssisələr  xarici 



ticarət fəaliyyətinin effektivliyini yüksəldir və adətən ixrac-idxal əməliyyat-

larında  gəlirin  olduqca  böyük  hissəsini  udan  topdansatış  vasitəçilərinin 

xidmətlərindən imtina etməyə imkan verir. 

b)  stehsal profilli müəssisələr:  

  Xaricdə  istehsal-satış  tsiklinin  bir  hissəsini  həyata  keçirən  yığma, 



təmir,  servis  və  başqa  istehsal  müəssisələri.  Xarici  komplektləşdiricilərdən 

istifadə edərək  yığma müəssisələri ixrac olunan  malın xarici bazarın tələb-

lərinə  adaptasiyasına,  xarici  istehsal  və  texnoloji  standartlarına  keçməyə 

imkan verir; 

  Digər ölkələrdə obyekt inşasını həyata keçirən xarici partnyorların 



iştirakı ilə innovasiya layihələrini müştərək reallaşdıran müəssisələr; 

  Xaricdə elmi-tədqiqat və təcrübi konstruktor işləri aparan şirkətlər; 



  Ticarət  müəssisələri:  xarici  diler  və  distribüter  şəbəkələri,  alıcı 

ş

irkətlər; 



  Xarici ticarət fəaliyyətinə xidmət edən nəqliyyat-ekspeditor müəs-

sisələri; 

c)  nvestisiya və maliyyə profilli müəssisələr: 

  Səhmlərə  və  müxtəlif  qiymətli  kağızlara,  xarici  ölkə  banklarına, 



digər  qız  şirkətlərinə,  daşınmaz  əmlaka  və  başqa  aktivlərə  vəsait  qoymaq 

yolu ilə kapitalı effektiv idarə etməyə imkan verən holdinq şirkətləri; 

  Ana  şirkətin  xarici  qız  şirkətlərinə,  həmçinin  azad  müştərilərə 



kredit verməkdə, kredit vasitəçiliyində və başqa maliyyə xidmətlərində ixti-

saslaşan maliyyə şirkətləri. Vasitəçi maliyyə və holdinq şirkətləri vasitəsilə 

xaricdə kredit resurslarının və nizamnamə kapitallarının, həmçinin onlardan 

gələn gəlirlərin beynəlxalq köçürmələri həyata keçirilir; 

  Şirkətdaxili  sığortadan  qənaət  əldə  etməyə  imkan  verən  sığorta 



ş

irkətləri; 

  Trast  şirkətləri  və  fondları.  Trast  şirkətləri  müştərilərin  kapitalını 



idarə etmək üzrə mərkəz rolunu oynayırlar. 

Xarici qız şirkətləri şirkətin maliyyə siyasətinə çeviklik verir (belə ki, 

ticarət  konyukturundan  asılı  olaraq  gəlir  mal  dövriyyəsinin  genişləndiril-

məsinə  istiqamətləndirilə  bilər  və  ya  investisiyaya  qoyula  bilər),  dünya 

bazarlarında  geniş  sahibkar  ekspansiyası  üçün  imkan  yaradır,  ana  şirkətin 



Бизнесин тяшкили вя идаря едилмяси 

98 


xarici  iqtisadi  əməliyyatlarını  yüngülləşdirir.  Bir  qayda  olaraq  xarici  şir-

kətlər qapalı tip səhmdar cəmiyyəti şəklində yaradılır. 

Xaricdə  investisiya  qoymağa  başlayan  sahibkarların  ilk  addımı  vergi 

güzəşti olan zonalarda, yəni o ölkələrdə ki, xarici investorlar əlverişli hüquqi 

və vergi güzəştləri alırlar, qız şirkətləri yaratmaqdan ibarətdir. 

Vergi  güzəştləri  ənənəvi  olaraq,  xarici  investorların  gəlirləri  praktiki 

olaraq vergilərdən tamamilə azad olunduğu “vergi limanlarında” və ya ofşor 

zonalarda  verilir.  Qız  şirkətləri  “vergi  limanlarında”  ana  şirkətin  xarici 

iqtisadi fəaliyyətini əhəmiyyətli dərəcədə artırmağı bacarırlar. Bununla əla-

qədar  ən  müxtəlif  funksiyaları  yerinə  yetirən  bir  neçə  qız  müəssisəsini  y-

aratmaq zərurəti yarana bilər. 

Təyinatından  asılı  olaraq  güzəştli  vergi  yurisdiksiyasında  yerləşdiril-

miş  və  ana  şirkətin  fəaliyyəti  ilə  bağlı  əməliyyatları  yerinə  yetirən  ofşor 

ş

irkətlərinin standart tipləri yaranmışdır: 



  Holdinq  tipli  şirkətlər:  investisiya,  daşınmaz  əmlaka  və  əqli  mül-

kiyyət obyektlərinə sahiblik üzrə operativ-holdinq şirkətləri; 

  Ticarət-vasitəçi şirkətlər: ixrac-idxal, alıcı və distribüter şirkətləri; 



  Maliyyə  profilli  şirkətlər:  ofşor  bankları,  maliyyə-vasitəçi  və  sı-

ğ

orta şirkətləri. 



Bəzən vergi güzəştli zonalarda ana şirkətin əsas fəaliyyəti ilə məşğul 

olan kiçik şirkətlər yerləşdiririlir. 

Qız  şirkətlərini  açarkən  ixtisaslaşmış  müəssisələrin  xidmətlərindən 

istifadə etmək məqsədəuyğundur. Müştərilərin tapşırığı ilə şirkətin qeydiy-

yatını  və  idarə  edilməsi  işini  sərəncamında  zəruri  informasiyaları  və  tex-

nologiyaları  bilən  ixtisaslı  kadrlar  olan  maliyyə,  yaxud  katiblik  şirkətləri 

həyata keçirirlər. 

Dünya  praktikasında  bütün  ölkələr  vergiqoyma  və  kommersiya  fəa-

liyyətinə, qız şirkətlərinin yaradılmasına çəkilən xərclərin həcminə görə üç 

böyük qrupa bölünürlər. Birinci qrupa daxil olan sənayecə inkişaf etmiş ən 

iri ölkələrdə (ABŞ, Almaniya, Yaponiya,  Böyük Britaniya,  Fransa,  taliya) 

gəlir vergisi xalis gəlirin 40-50 faizini təşkil edir. Təsərrüfat subyektlərinin 

fəaliyyəti ciddi şəkildə nizamlanır, şirkətdaxili əməliyyatları və vergidən ya-

yınmaq  məqsədilə  xarici  şirkətlərdən  istifadəni  məhdudlaşdıran  xüsusi  hü-

quqi normalar mövcuddur. Bu ölkələrin qanunlarında səhmdar cəmiyyətləri 

üçün minimum nizamnamə kapitalı böyük həcmdə müəyyən edilir. Məsələn, 

Almaniyada - 100 min marka, Fransada - 500 min frank.  kinci və üçüncü 

qruplara daxil olan ölkələr vergi güzəştli zona kimi nəzərdən keçirilir.  kinci 

qrup  ölkələrdə  gəlir  vergisi  kifayət  qədər  yüksək  səviyyədə  olduqda  aşa-

ğ

ıdakı hallarda xüsusi vergi güzəştləri sistemi tətbiq olunur: 



a)  Şirkətin  müəyyən  tip  fəaliyyəti,  o  cümlədən  holdinq,  maliyyə  və 

ticarət fəaliyyəti; 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə