Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə53/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   49   50   51   52   53   54   55   56   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

114 


Ş

übhəsiz,  müştərək  sahibkarlığın  inkişafı,  milli  iqtisadiyyatın  forma-

laşması  və  dayanıqlı  inkişafına,  əhalinin  məşğulluq  probleminin  çözülmə-

sinə, daxili istehlak bazarının yerli istehsal hesabına zənginləşməsinə, Azər-

baycanın  dünya  iqtisadiyyatına  inteqrasiya  prosesinin  sürətlənməsinə  əhə-

miyyətli kömək edəcəkdir. 

 

8.5. Müştərək biznes fəaliyyətinin tənzimlənməsi mexanizmi 

 

Müştərək  biznes  fəaliyyətinin  inkişaf  etdirilməsində  mühüm  məsələ-

lərdən biri xarici investisiyanın cəlb olunması sahəsində öncül istiqamətlərin 

müəyyən edilməsidir. Bu sahədə öncül istiqamətləri müəyyən edərkən me-

yarlar sistemini ayırmaq lazımdır ki, bunlara aşağıdakılar aiddir: 

 



sahə və istehsal növü; 

 



istifadə edilən texnika və texnologiyanın səviyyəsi; 

 



istehsalın  ərazi  üzrə  yerləşməsi  və  rayonun  iqtisadiyyatına  təsir 

xarakteri; 

 

istehsalın ixrac dairəsi; 



 

kapital qoyuluşlarının həcmi. 



Ölkə sənayesinin strukturunda öncül sahələrin müəyyən olunması mü-

rəkkəb və ziddiyyətli bir prosesdir. Uzun müddət ərzində verilən dövrə görə 

ə

n  səmərəli  qərarın  axtarışında  üstünlük  bir  sahədən  digər  sahəyə  verilir. 



Adətən ilkin mərhələdə iqtisadiyyatın ixtisaslaşması onun təbii üstünlükləri 

(təbii sərvəti, əlverişli coğrafi mövqeyi və s.) ilə əlaqədardır. Bu cür üstün-

lüklərin  mövcudluğu  sənayenin  inkişafına  əlverişli  şərait  yaradır.  Lakin 

ictimai tələbatların və istehsal texnologiyasının sürətli inkişafı və dəyişməsi 

bu  üstünlüklərin  uzunmüddətli  təsirini  məhdudlaşdırır.  Buna  görə  də  bir 

ölkənin  təsərrüfat  nailiyyəti  onun  beynəlxalq  əmək  bölgüsündə  daha  sə-

mərəli mövqe tutmasından əhəmiyyətli dərəcədə asılıdır. 

Sənayedə müştərək biznes fəaliyyətinin inkişaf istiqamətlərini  müəy-

yən edərək perspektiv inkişaf istiqamətlərini əsas götürmək zəruridir. Ölkə-

də iqtisadi artımı təmin edən və yüksək səmərəli istehsal növlərinin inkişaf 

etdirilməsi müştərək biznes fəaliyyətinin inkişafı sahəsindəki siyasətin əsas 

istiqamətlərindən  olmalıdır.  Bunlar  əsasən  aşağıdakı  4  istiqamətdə  həyata 

keçirilməlidir: 

1.  Bir işçiyə düşən əlavə gəlirin yüksək olduğu sahələrin seçilməsi və 

bu istiqamətdə müştərək biznes fəaliyyətinin inkişafının stimullaşdırılması; 

2.  Çoxsahəli təyinata malik olan və sənayenin digər sahələrinin inki-

ş

afı üçün böyük əhəmiyyətə malik olan baza sahələrinin inkişaf etdirilməsi; 



3.  Potensial rəqabətqabiliyyətli sahələrin inkişaf etdirilməsi; 

4.  Xarici  ölkələrdə  mövcud  olan  tələblə  və  baş  verən  dəyişikliklərlə 

stimullaşdırılan sahələrin müəyyən edilməsi və inkişaf etdirilməsi; 



Бизнесин тяшкили вя идаря едилмяси 

115 


 

80-cı  ilin  ortalarında  Azərbaycan  Respublikası  sənaye  məhsullarına 

tələbatının 65 faizini öz hesabına ödəyirdi. Sənayenin aparıcı sahələrinin re-

surslarının  formalaşmasında  uyğun  material  resurslarının  idxalı  xüsusilə 

vacib əhəmiyyət kəsb edir. Dövlətin investisiya fəaliyyəti istiqamətlərindən 

biri yerli xammal və materiallardan tam istifadəyə imkan verən son istehlak 

məhsullarının istehsalının təmin edilməsi ola bilər. Belə istehsal növlərinin 

inkişafı  əlaqədar  sahələrdə  müştərək  biznes  fəaliyyətinin  inkişafını  stimul-

laşdırır. Məsələn, toxuculuq sənayesində keyfiyyətli xammalın olmaması bu 

sahədə  son  istehlak  məhsullarının  istehsalının  inkişafına  ciddi  mənfi  təsir 

göstərir. Belə hal digər sahələrdə də mövcuddur. Hökumət bu sahələrin inki-

ş

af  proqramını  hazırlamalı  və  onların  yenidən  qurulması  üçün  istər  daxili, 



istərsə də xarici mənbələri səfərbər etməlidir. Beləliklə, mövcud istehsal re-

surslarının  məşğulluğunu  təmin  etmək  məqsədilə  həyata  keçirilən  belə 

layihələrdə müştərək biznes fəaliyyətinin yaradılması önəmli yer tutmalıdır. 

Mövcud şəraitdə valyuta daxil olmasına imkan verən ixrac sahələrinin 

və valyuta qənaətə imkan verən idxalı əvəz edən istehsal növlərinin inkişaf 

etdirilməsi mümkün əhəmiyyət kəsb edir. Belə ki, hazırda daxili bazarın 70 

faizi, o cümlədən ərzaq malları üzrə 90 faizi idxal hesabına formalaşır. Fik-

rimizcə, düzgün qeyd olunur ki, ölkə böyük həcmdə sərbəst resurslara malik 

olduqda,  bu  resurslardan  səmərəli  istifadə  yolları  mövcud  olmadıqda  belə 

onların  təsərrüfat  dövriyyəsinə  cəlb  edilməsi  məqsədi  ilə  idxal  məhdudlaş-

dırıla bilər. 

Hazırda  sənaye  istehsalının  ərazi  quruluşunun  təkmilləşdirilməsi  mü-

hüm əhəmiyyət kəsb edir. Bakı şəhərinin sənaye məhsulunun ərazi qurulu-

ş

unda  xüsusi  çəkisi  70  faiz  təşkil  edir.  Həyata  keçirilən  kapital  qoyuluşla-



rının  ərazi  quruluşu  Bakı  şəhərinin  sənaye  məhsulu  həcmində  xüsusi  çəki-

sinin daha da artmasına gətirib çıxaracaqdır. Təcrübə göstərir ki, bazar qüv-

vələri  sənayenin  ərazi  quruluşunda  disproporsiyaların  artmasına  gətirib 

çıxarır. Xüsusilə müştərək biznes fəaliyyəti əsasən yüksək inkişaf etmiş ra-

yonlarda yaradılır. Buna görə də sənaye istehsalının ərazi quruluşunun tək-

milləşməsinə  və  rayonların  mövcud  resurslarından  səmərəli  istifadə  olun-

masına nəzərə çarpacaq təsir göstərən müştərək biznes fəaliyyətinin inkişa-

fının dəstəklənməsi zəruridir. 

Sənaye  istehsalının  texniki-iqtisadi  səviyyəsinin  yüksəldilməsində 

müştərək  biznes  fəaliyyətinin  istifadə  etdiyi  texnika  və  texnologiyanın 

səviyyəsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda xarici texnologiyanın 

cəlb  olunmasına  dair  əsasnamənin  qəbul  olunması  və  elmi-texniki  tərəqqi-

nin  müasir  nailiyyətlərinin  müştərək  müəssisələrdə  tətbiqinin  stimullaşdı-

rılması  üçün  tədbirlər  kompleksinin  işlənib  hazırlanması  məhsulun  key-

fiyyəti  və  rəqabətqabiliyyətinin  dünya  standartlarına  çatdırılmasında  həll-

edici amildir.  




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə