Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə51/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   47   48   49   50   51   52   53   54   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

110 


Cədvəl  məlumatlarından  göründüyü  kimi  2000-2008-ci  illərdə  bazar 

iqtisadiyyatı strukturlarının tərkibində kiçik müəssisələrin sayının azalması, 

xarici  və  müştərək  müəssisələrin  və  birjaların  sayının  isə  artması  meyili 

müşahidə olunur. 

Xarici  və  müştərək  müəssisələrin  fəaliyyətində  müsbət  irəliləyişlər 

nəzərə  çarpır  ki,  bunu  cədvəl  8.2-nin  məlumatlarından  aydın  görmək  olar. 

Təhlil  göstərir  ki,  2008-ci  ildə  2000-ci  ilə  nisbətən  xarici  və  müştərək 

müəssisələrin  sayı  21  dəfə,  onlarda  işləyənlərin  siyahı  sayı    2,9  dəfə,  orta 

hesabla bir müəssisədə çalışanların sayı 3,7 dəfə, orta aylıq əmək haqqı 4,9 

dəfə,  istehsal  olunan  məhsulun  (işlərin  və  s.  xidmətlərin)  həcmi  20,9  dəfə 

artmışdır. 

Cədvəl 8.2. 

Xarici və müştərək müəssisələrin fəaliyyət göstəriciləri 

 

 



Göstəricilə

llər  

2000  2001  2002  2003  2004 

2005 

2006 

2007 

2008 

1. Fəaliyyət 

göstərən 

müəssisələrin 

sayı, vahid 

2.  şləyənlərin 

siyahı sayı, 

nəfər orta 

hesabla bir 

müəssisədə 

3. Orta aylıq 

ə

məkhaqqı, 



manat 

4. Məhsulun 

(işlərin, 

xidmətlərin) 

həcmi, mlyn. 

manat 


 

 

 



551 

 

    



2145 

 

   15 



 

 

208,4 



 

 

 



 

1239,8 


 

 

 



609 

 

 



25240 

 

41 



 

 



 

 

 



 

 



 

 

748 



 

 

31228 



 

42 


 

 



 

 

 



 

 



 

 

809 



 

 

43250 



 

53 


 

 



 

 

 



 

 



 

 

814 



 

 

54083 



 

66 


 

 

593,6 



 

 

 



 

3818,7 


 

 

 



796 

 

 



58413 

 

73 



 

 

672,7 



 

 

 



 

7081,4 


 

 

 



863 

 

 



63105 

 

73 



 

 

746,8 



 

 

 



 

12103,1 


 

 

 



1163 

 

 



62203 

 

53 



 

 

950 



 

 

 



 

17215,4 


 

 

 



1174 

 

 



65198 

 

55 



 

 

1012 



 

 

 



 

25952,8 


MənbəAzərbaycanın statistik göstəriciləri 2009, Səda, 2009, səh. 108-019 

 

Xarici  və  müştərək  müəssisələrin  fəaliyyətini  xarakterizə  edən  əsas 



göstəricilər  digər  bazar  iqtisadiyyatı  strukturları  ilə  müqayisədə  xeyli 

yüksəkdir.  Belə  ki,  2007-ci  ildə  kiçik  müəssisələrdə  orta  hesabla  bir 

müəssisədə işləyənlərin siyahı sayı 7 nəfər, birjalarda 8 nəfər olduğu halda 

xarici və müştərək müəssisələrdə bu göstərici 55 nəfər təşkil etmişdir. Orta 

aylıq əmək haqqı kiçik müəssisələrdə 140 manat və birjalarda 925,3 manat 

olduğu  halda,  xarici  və  müştərək  müəssisələrdə  bu  göstərici  1012  manat 

təşkil  etmişdir,  yaxud  kiçik  müəssisələrdəkindən  7,2  dəfə  və  birjalardakın-

dan 1,1 dəfə çox olmuşdur. Əmək məhsuldarlığı (1 nəfər işçiyə düşən məh-

sul  istehsalının  həcmi)  kiçik  müəssisələrdəkindən  6,8  dəfə  və  birjalarda-

kından isə 4,6 dəfə çox olmuşdur. 




Бизнесин тяшкили вя идаря едилмяси 

111 


Müştərək  müəssisələr  və  xarici  firmalar  Azərbaycan  iqtisadiyyatına 

xarici investisiyaların cəlb edilməsində əhəmiyyətli rol oynayırlar. Belə ki, 

2000-2007-ci  illər  ərzində  müştərək  müəssissələr  və  xarici  firmalar  tərə-

findən ölkə iqtisadiyyatına 1703,8 mlyn. ABŞ dolları həcmində investisiya 

qoyulmuşdur. 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına 

görə  2007-ci  ildə  ölkəmizin  iqtisadiyyatına  6674,3  mlyn.  ABŞ  dolları 

həcmində xarici investisiya qoyulmuşdur ki, onun 439,1 mlyn. dolları və ya 

6,6 faizi müştərək müəssisələrin və xarici firmaların payına düşmüşdür. 

Bununla  belə  qeyd  etmək  lazımdır  ki,  ölkəmizdə  fəaliyyət  göstərən 

müştərək  müəssisələr  kiçik  (orta  hesabla  bir  müəssisədə  53  nəfər  çalışır) 

olduğundan  milli  iqtisadiyyatın  inkişafında  onların  rolu  arzuolunan  səviy-

yədə deyil, halbu ki, ölkənin zəngin təbii sərvətlərindən, əlverişli təbii-iqlim 

şə

raitindən  və  böyük  intellektual  mülkiyyətindən  daha  səmərəli  istifadə 



etmək üçün müştərək müəssisələrin iri miqyasda inkişaf etdirilməsi olduqca 

zəruridir.  Bu  məqsədlə  dövlətin  iqtisadi  siyasətinin  tərkib  hissəsi    kimi 

müştərək  müəssisələrin  inkişaf  strategiyası  işlənib  hazırlanmalı  və  orada 

aşağıdakı önəmli məsələlər öz əksini tapmalıdır. 

Birincisi, Azərbaycanda müştərək müəssisələrin yaradılması və fəaliy-

yəti sosial yönümlü bazar iqtisadiyyatı modelinin strateji prinsiplərinə əsas-

lanmalıdır. Daha doğrusu, müştərək müəssisələr xarici kapitalın ölkə iqtisa-

diyyatına axınının gücləndirilməsi və onun fəallığının artırılması, idxal-ixrac 

ə

məliyyatlarının  səmərəliliyinin  yüksəldilməsi,  daxili  istehlak  bazarının  



sivil qaydalarla qorunması, milli dövlət mənafeləri baxımından iqtisadi təh-

lükəsizliyin təmin edilməsi üçün əlverişli zəmin yaratmalıdır. 

kincisi,  istehsal  sahələrinin  səciyyəvi  xüsusiyyətləri,  ölkənin  iqtisadi  

durumu  və  əhalinin  psixoloji  hazırlığı  nəzərə  alınmaqla  dövlət  mülkiyyə-

tinin özəlləşdirilməsi geniş vüsət almalıdır. 

Üçüncüsü,  son  vaxtlar  elmi-texniki  tərəqqinin  nailiyyətləri  əsasında 

firmalararası əlaqələrin və sazişlərin keyfiyyətcə yeni formaları təzahür edir, 

ölkənin,  sahənin  və  müəssisənin  rəqabətqabiliyyətinin  yüksəldilməsində 

mütərəqqi  texnologiyaların  rolu  artır,  iqtisadi  artımın  xarakteri  dəyişir, 

«ictimai tərəqqi» anlayışı və onun meyarları barədə yeni baxışlar çıxır, ba-

zarların  qloballaşması  prosesi  baş  verir.  Belə  bir  şəraitdə  müstəqil  Azər-

baycan  dövləti  dünya  iqtisadiyyatının  inkişaf  strategiyasına  uyğun  özünün 

investisiya  siyasətini  həyata  keçirməlidir.  Bu  gün  Azərbaycan  sənayesi  və 

sahibkarları istehsal sahələrinin  yeni texnologiyalarla silahlanması, köhnəl-

miş texnikanın yeni daha məhsuldar texnika ilə əvəz edilməsi zəruriyyəti ilə 

qarşılaşır.  Çünki  sənayenin  istehsal  fondlarının,  əsas    kapitalının  75  faizi 

köhnəlib, rəqabətqabiliyyətli məhsul istehsalı üçün qətiyyən yaramır.  

qtisadi  sistemin  transformasiyasında,  milli  iqtisadiyyatın  formalaş-

ması və inkişafında investisiya amili həlledici rol oynamalıdır. Sərt maliyyə-



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə