Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə44/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   40   41   42   43   44   45   46   47   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

95 


qoyuluşu. Bir şirkətə uğursuz vəsait qoyuluşunu digər müəssisənin gəlirləri 

kompensasiya  oluna  bilər.  Müxtəlif  qiymətləndirmələrə  görə  “hədəfə  düş-

mək”  ehtimalı  20  faizdən  çox  deyil,  bu  kapital  qoyuluşunu  vençur  (riskli) 

kapital qoyuluşu hesab etmək olar; 

  eyni  bir  innovasiya  layihəsinə  kapital  qoyuluşu  zamanı  müxtəlif 



investorların  səylərinin  birləşdirilməsi  əmanətçilər  arasında  bölüşdürül-

düyünə görə risk nəinki azalır, həm də investorların idarəetmə təcrübələrinin 

birləşməsi, işgüzar əlaqələri və s. ilə sinergetik effekt artır; 

  vençur  maliyyələşdirməsini  həyata  keçirənlərin  adından  müştərək 



vençur fondunun  yaradılması (məhdud məsuliyyətli maliyyə partnyorluğu). 

Bu  partnyorluğun  bütün  iştirakçıları  müvafiq  şəkildə  gəlir  əldə  edir  və 

qoyduqları vəsaitə mütənasib olaraq risk daşıyırlar; 

  vençur  fondunda  qoyulan  vəsaitlərin  effektivliyinə  və  səmərəli 



istifadəsinə cavab verən peşəkar rəhbərliyin təyin olunması; 

  bir və ya bir neçə vençur fondunun idarə olunmasını üzərinə götü-



rən ixtisaslaşmış vençur şirkətlərinin yaradılması. 

 

7.4. Ofşor biznesi 

 

qtisadiyyatda,  xüsusilə  maliyyə  sferasında  qloballaşma  prosesi  ofşor 



maliyyə mərkəzlərinin, yaxud maliyyə zonalarının yaradılmasını zəruriyyətə 

çevirmişdir. Ofşor zona, yaxud ofşor maliyyə mərkəzi dedikdə ərazi, yaxud 

ölkə  başa  düşülür,  hansı  ki,  ofşor  şirkətlərinin  qeydiyyatına  və  fəaliyyət 

göstərməsinə  qanunvericiliklə  icazə  verilir.  Bu  tip  şirkətlərin  fəaliyyəti 

ölkədən, yaxud qeydiyyata alındığı ərazidən kənarda yerləşən mənbələrdən 

mənfəətin əldə edilməsinə əsaslanır.  

Ofşor zonalarda fiziki və hüquqi şəxslərin fəaliyyət göstərmələri üçün 

güzəştli  şərait  yaradılır,  hansı  ki,  həmin  ərazidə  bank  və  valyuta  qanunve-

riciliyi  nöqteyi-nəzərdən  iqtisadi  fəaliyyət  mərkəzi  olmur.  Başqa  sözlə, 

maliyyə  nəticəsinə  həmin  zonadan  kənarda  nail  olunur,  ancaq  əldə  edilən 

vəsait  zonanın  özündə  dövr  edir.  Ofşor  şirkət  yerli  fiziki,  yaxud  hüquqi 

şə

xslərlə  saziş  bağlaya  bilməz.  Burada  prinsipial  cəhət  ondan  ibarətdir  ki, 



beynəlxalq əməliyyatlara bu məhdudiyyət şamil edilmir. 

Bir qayda olaraq, xalis şəkildə ofşor şirkət dedikdə “kağız” şirkət, yəni 

kağızda fəaliyyət göstərən şirkət başa düşülür. O, şirkətin bütün formal əla-

mətlərinə  malikdir,  yəni  sahibləri,  direktorları  (menecerləri),  qeydiyyat 

sənədlərinin komplekti olur. Məhz buna görə də həmin şirkət maliyyə əmə-

liyyatlarını  aparmaq  və  vergiləri  azaltmaq  üçün  əlverişli  alət  sayılır.  Ofşor 

ş

irkət  bütün  əməliyyatları  yerləşdiyi  zonadan  kənarda,  xaricdə  həyata 



keçirir. 

XXI əsrin əvvəlinə dünyada 60-a yaxın ofşor mərkəzləri (zonalar) və 




Бизнесин тяшкили вя идаря едилмяси 

96 


1,5  milyondan  çox  ofşor  şirkətləri  mövcud  olmuşdur.  Ofşor  mərkəzlərində 

dünya  maliyyə  aktivlərinin  xeyli  hissəsi,  yəni  təqribən  6  trilyon  dollar 

civarında  maliyyə  aktivləri  cəmlənmişdir.  Burada  iri  dünya  banklarının  ya 

filialları,  ya  da  törəmə  strukturları  açılmışdır.  Ofşor  zonalarında,  həmçinin 

sığorta  biznesi  inkişaf  etmişdir.  Belə  ki,  təkcə  Bermud  adasında  1,5  minə 

yaxın  sığorta  şirkətləri  fəaliyyət  göstərirlər.  Ofşor  mərkəzlərinin  vasitəsilə 

dünya  pul  kütləsinin  yarısı  keçir,  xüsusi  şəxslərin  kapitalının  və  bankların 

xarici aktivlərinin təqribən 20 faizi investisiyalaşdırılır. 

Ofşor  biznesi  -  ofşor  zonalarda,  yəni  ofşor  şirkətlərinin  qeydiyyatına 

və  fəaliyyətinə  qanunvericiliklə  icazə  verilən  ərazilərdə  təşkil  olunmuş 

biznesdir. 

Ofşor  biznesinin  cəlbediciliyi  ondan  ibarətdir  ki,  şirkət  real  vergi 

güzəştləri edir, həmçinin hesabat işlərinin sadələşdirilməsinə icazə verir və 

valyutaya məhdudiyyət qoymur. 

Xaricdə qız şirkətlərinin yaradılması milli müəssisələrin xarici iqtisadi 

ə

laqələri  ilə  sıx  bağlıdır.  Maliyyə-sənaye  qruplarının  meydana  gəlməsi  ilə 



bu məsələ daha da aktual oldu. Qız müəssisəsini yaratmağı planlaşdırarkən 

onun  harada  qeydiyyata  alınması,  hansı  hüquqi  formanın  seçilməsi,  necə 

idarə  olunması  məsələsini  həll  etmək  lazımdır.  Bu  sahibkarın  məramından 

və ana şirkətin kommersiya əməliyyatlarında xarici firmaların iştirak səviy-

yəsindən asılıdır. 

Qız  şirkətlər  vəsaiti  daha  çox  ixtisaslaşmış  şəkildə  qoymağa,  ticari-

vasitəçi əməliyyatları yerinə yetirməyə, maliyyə və agent xidmətləri göstər-

məyə imkan verirlər. Əgər qız şirkəti işi ana şirkətin siyasəti və maraqları ilə 

bağlıdırsa, onda onun fəaliyyəti əhəmiyyətli iqtisadi effekt gətirir. 

Qız  şirkətin  yerləşdiyi  ölkənin,  onun  yurisdiksiyasının  seçilməsi  ilk 

növbədə gəlir vergisinin səviyyəsi ilə müəyyən edilir. 

Qız  şirkətin  maliyyə  və  vergi  planlaşdırılması  aşağıdakıları  özündə 

ehtiva edir: 

  kapitalın  idxal-ixrac  şərtlərinin  və  qız  şirkətin  gəlirlərinin  vətənə 



qaytarılması şərtlərinin öyrənilməsi, vergilərin müəyyənləşdirilməsi; 

  kredit resursları mənbələrinin axtarışı; 



  şirkətdaxili kreditvermə imkanlarının təhlili; 

  vergilərin  və  digər  xərclərin  azalmasını  təmin  edən  beynəlxalq 



ə

məliyyatlar sxeminin işlənib hazırlanması. 

Xaricdə  investisiya  fəaliyyətini  genişləndirdikdə  və  şirkətin  bir  neçə 

xarici filialı yarananda vergi itkilərinin aşağı salınmasını təmin edən təkrar 

investisiya  və  gəlirlərin  vətənə  qaytarılması  mexanizminin  işlənib  hazır-

lanması  tələb  olunur.  Belə  mexanizm  adətən  vergi  güzəşti  olan  zonalarda 

holdinq, maliyyə və sığorta şirkətlərini açmağı nəzərdə tutur. 

Xaricdəki  qız  şirkətləri  sahiblərinə  müxtəlif  imkanlar  və  üstünlüklər 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə