Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə58/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   54   55   56   57   58   59   60   61   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

125 


Ş

irkətin  strateji  alyansa  daxil  olmasının  müsbət  effektinin  mənfi 

effektlərindən  üstün  olması  üçün  aşağıdakı  məqamları  nəzərə  almaq 

lazımdır: 

  strateji alyans üzrə partnyor bu şirkətlə uyğunlaşa bilməlidir; 



  ən  müvəffəqiyyətli  alyanslar  onunla  səciyyələnirlər  ki,  partnyor-

ların əmtəəsi və mövqeyi həmin şirkətin əmtəəsi və mövqeyini tamamlayır, 

onunla rəqabət aparmır; 

  strateji  alyans  çərçivəsində  tərəfdaşa  informasiyanın  ötürülməsi 



təhlükəlidir, hansıki rəqabət mühitinə təsir göstərə bilər; 

  alyansdan tezliklə gəlir gözləmək olmaz, nəticə şirkətlər arasındakı 



etibardan daha çox asılıdır; 

  strateji  alyansla  saziş  bağlayarkən  tərəfdaşın    texnologiya  və  ida-



rəetmə sahəsində ideyası və təcrübəsi ilə müfəssəl tanış olmaq və onlardan 

ə

n faydalısını öz fəaliyyətində tətbiq etmək lazımdır; 



  strateji alyansa daxil olmaq gəlir gətirmirsə, ona tərəfdaşlar arasın-

da  müvəqqəti  saziş  kimi  baxmaq  lazımdır,  onu  dərhal  pozmaq  məqsədə-

uyğun sayılır. 

  

9.3. Holdinq şirkətləri 

 

qtisadiyyatın transformasiyası prosesində biznesin müxtəlif  təşkilati 

formaları: səhmdar cəmiyyətləri, maliyyə-sənaye qrupları, holdinq şirkətləri 

yaradılmışdır. Korporativ idarəetmənin müasir strukturu olan holdinq şirkəti 

ticarət,  maliyyə  və  digər  kommersiya  fəaliyyətini  birgə  həyata  keçirən 

qarşılıqlı əlaqəli hüquqi şəxslərin məcmusudur. Holdinq şirkətlərinin aktiv-

lərinin çox hissəsi başqa kompaniyaların, səhmdar cəmiyyətlərinin səhmləri 

təşkil edir. 

Holdinq şirkətlərinin yaradılmasının müxtəlif üsulları vardır: 

a) Üfüqi inteqrasiya.  Holdinq şirkəti  - ardıcıl birləşmə nəticəsində və 

ya  eyni  biznes  növü  altında  fəaliyyət  göstərən  kompaniyalar  üzərində  nə-

zarəti ələ almaqla yaradıla bilər. Belə holdinqlərin əsas məqsədi yeni bazar 

payının  ələ  keçirilməsidir.  Buna  misal  Böyük  Britaniyanın  aparıcı  tütün 

kompaniyaları  “British-American  Tobacco”  (BAT)    və  “Rrotmans  nterna-

tional”  tütün  şirkətlərini  göstərmək  olar.  Tütün  məmulatlarının  satış  həc-

minə görə bu şirkətlər dünyada müvafiq olaraq 2-ci və 4-cü yerləri tuturlar. 

Onlar dünyada nəhəng tütün istehsalçısı olaraq vahid konsernin yaradılması 

barədə müqavilə imzalayıblar. Müqavilənin dəyəri 13 milyard funt sterlinq 

təşkil edir.  ldə 1 trln. siqaret buraxacaq yeni konsern dünya bazarının təx-

minən 17 %-nə nəzarət edəcəkdir. 

  Üfüqi  inteqrasiya    üzrə  yaranan  holdinq  şirkətlərinin  filialları  eyni 

qaydada  yaranır  və  “ekizlər”  kimi  eyni  cür  fəaliyyət  göstərirlər,  onların 




Бизнесин тяшкили вя идаря едилмяси 

126 


arasındakı  əsas  fərq  ərazi  üzrə  yerləşmələrindədir.  Əlbəttə  ki,  əhatə  etdiyi 

ə

razi nə qədər geniş olarsa, şirkətin uğurları da bir o qədər çox olar. 



b) Şaquli inteqrasiya. Holdinq şirkətlərinin  yaradılmasının digər  yolu 

baş  şirkət  və  ya  qız  şirkətlərin  vahid  texnoloji  tsiklə  görə  birləşməsidir 

(xammaldan  hazır  məhsula  qədər).  Bu  birləşmənin  əsas  məqsədi  ümumi 

xərclərin aşağı salınması, qiymətin sabitliyinə nail olunma holdinq şirkətinin 

rəqabətqabiliyyətinin  yüksəldilməsidir.  Şaquli  inteqrasiya  üzrə  holdinqin 

yaradılması o zaman məqsədəuyğun hesab edilir ki, həmin biznes fəaliyyə-

tinə  istənilən  iqtisadi  şəraitdə  ehtiyac  duyulsun.  Bu  üsul  daha  çox  aqro-

holdinqlər üçün səciyyəvidir, çünki “yeməyə həmişə ehtiyac var”. 

c)  Konqlomerat  diversifikasiya.  Holdinq  şirkətləri,  eyni  zamanda, 

ş

irkətlərin  ardıcıl  olaraq  yaradılması  və  onların  ardıcıl  olaraq  qrupa  qoşul-



ması  yolu  ilə  də  yaradıla  bilər.  XIX  əsrdə  “polad  hökmdarı”  adını  almış 

Endrü  Korneqi  məhz  belə  hərəkət  edirdi.  Öz  tərcümeyi-halında  yazırdı: 

“yaratdığı müəssisəni ancaq o zaman qrupuna daxil edir ki, həmin müəssisə 

effektivliyini  sübut  etsin”.  Belə  siyasət  ona  effektli  iş  zamanı  böyük  itki-

lərdən və təşkilatın iflasından qaçmağa kömək edirdi. Ardıcıl birləşmə tak-

tikasına  Makdonalds  kompaniyası  da  riayət  edir.  Əmanət  kimi  o,  ticarət 

markası, menecment texnologiyası və s. ötürür. 

d)  Praktikada,  nəinki  ayrı-ayrı  kommersiya  təşkilatlarının,  hətta  hol-

dinq  şirkətlərinin  özlərinin  birləşməsi  halları  da  vardır.  Buna  Almaniyanın 

məşhur  poladəritmə  konserni  ilə  Hollandiyanın  eyni  adlı  konserninin 

birləşməsinin  necə  reallaşması  timsalında  baxaq:  onların  rəhbərləri  (KN 

Hoogovens  NV  və  Hoeseh  AG)  əvvəl  bərabər  nisbətlərdə  (50%-50%)  ida-

rəedən kompaniya Estel NV-ni yaratdılar və əmanət şəklində konsernlərinin 

100% səhmlərini ötürdülər. 

e) Transmilli və milli kompaniyalar analoji sxem üzrə birləşir. Nəhəng 

Belçika  və  Hind  pivə  konsernlərinin  birləşməsi  nəticəsində  belə  bir  sxem 

reallaşdırıldı.  darə  edən  kompaniyanı  Sun- nterbrew    bərabər  nisbətlərdə 

yaradan hər bir tərəf 34 % səhmə sahib oldu. Nizamnamə kapitalına əmanət 

şə

klində  belçikalılar  Rossar,  Desna  zavodlarının  səhmlərini,  “Stella 



Artois”pivəsinin ticarət markasını və üstündə 40 trilyon dollar, hindistanlılar 

zavodların  səhmlərini  və  satış  şəbəkələrini  verdilər.  Bundan  əlavə  yeni 

kompaniyanın səhmlərinin 32%-i açıq abunə yazılışı ilə satıldı. 

ə

)  bir  çox  holdinq  şirkətləri  böyük  şirkətlərin  restrukturizasiyası 



zamanı onların bölünməsi yolu ilə yaranır. 

Holdinqlərin  yaranması üsullarına nəzər saldıqda onların necə həyata 

keçirilməsi aydın olur: 

-  brokerlərin  həyata  keçirdiyi  2-ci  dərəcəli  bazardan  səhmlərin 

alınması yolu ilə; 

- hər bir müəssisə tərəfindən xüsusi olaraq buraxılan səhmlərin dəyiş-

dirilməsi yolu ilə; 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə