Dünya iqtisadiyyatının tarixi
41
Şə
kil 2.2. Tarixi dövrlənmənin zaman “çəkisizliyi” – keçid dövrü
Keçid dövrünün özünəxas olan qanunları varmı? Həmçinin, fərz
etsək ki, iqtisadiyyatın qərarlaşması qanunları tarixi faktlardır və buna
görə də tarixi hadisələrin dəyişməsinə uyğun olaraq, dəyişirlər, onda belə
alınır ki, heç bir dəyişikliyə məruz qalmayan dövrlərin mövcudluğu
haqqındakı təsbitlə ziddiyyət yaranacaqdır.
8.
Sosial və iqtisadi təkamülün tarixi təmayülləri (ələlxüsus, yaxın
keçmişdə) gələcəkdə də olacaqdır. Buna görə də, keçmişin
öyrənilməsi gələcəkdə baş verəcək hadisələrin xarakterini
indidən anlama imkanı verir. Qeyd edilən ehkamçı yanaşmaya
bir neçə istiqamətdən baxmaq olar:
−
“.... Cari epoxa” konsepsiyasının yanlış dərki; Yaxın
keçmişdə olanların mexaniki şəkildə cari duruma aid edilməsi
yanlışlıqdır. Müəyyən zaman çərçivəsində hansısa dövrü “indi”
kimi qəbul ediriksə, deməli, hansısa problemə münasibətdə bu
dövr ərzində şərtlərin sabit qaldığını nəzərdə tuturuq. Buna görə
Dünya iqtisadiyyatının tarixi
42
də fəaliyyətin müxtəlif istiqamətlərində “indi”nin konsepsiyası
müxtəlif cür təzahür edir
39
. Eyni zamanda, bu sabitliyin nə
qədər sürəcəyi və gələcəyin hansı zaman intervalını əhatə
etməyin lazım gəldiyi heç vaxt dəqiq müəyyən edilə bilməz. Bu
aspektdə irəli sürülən fikirlərdə, deyimlərdə bir ehtimal
elementi olmalıdır: Dünən vəziyyət belə idi, gözləyirik ki, hələ
bir müddət həmin vəziyyətdə dəyişiklik baş verməyəcəkdir.
−
Konkret iqtisadi siyasətin gələcəkdə nələrə gətirib çıxaracağını
indidən qiymətləndirmək mümkün deyildir. Belə ki, söhbət
istənilən halda keçmişdən gedir, yəni biz keçmişin tarixini
araşdırırıq, “gələcəyin” yox! Bu baxımdan yalnız bir ehtimal
irəli sürmək mümkündür ki, bugünkü şərtlər kompleksinin
dəyişməyəcəyi, sabit qalacağı halda gələcəkdə olacağı
gözlənilənlər
bugünkü
situasiyadan
o
qədər
də
fərqlənməyəcəkdir. Lakin əsas problem də məhz ondadır ki, bu
şərtlərin dəyişməyəcəyini əvvəlcədən müəyyənləşdirmək
mümkünsüzdür. Tarixilik (istorizm) – dəyişikliyin nə vaxt baş
verəcəyini bilmir. O, yalnız keçmişdəki təmayüllərdən danışır.
Bunun avtomatik olaraq gələcəyə aid edilməsi yalnışlıqdır.
Fələsəfi fikir təmayülünün metafizik təsəvvürlərini bir tərəfə
qoyaraq L.Mizes yazır ki, “... Biz başa düşməliyik ki,
təmayüllər dəyişə bilərlər... keçmişdə dəyişənlər gələcəkdə də
dəyişmə iqtidarındadırlar”
40
.
Tərəqqi və tənəzzül konseptlərinə münasibətdə iqtisad elmi hər
kəsin anlaya biləcəyi mövqedən çıxış edir. Bu problemə insan fəaliyyəti
nöqteyi-nəzərindən yanaşılır. Tezisin mahiyyəti son dərəcə anlaşıqlıdır:
Həyat şəraitinin yaxşılaşmasına yönələn hərəkət-tərəqqidir. Əlbəttə,
unutmaq olmaz ki, proses – obyektiv olaraq dərkedilən, tərəqqi isə -
subyekt qiymətləndirilən konseptlərdir.... Lakin iqtisadi nöqteyi-nəzərdən
məsələnin başqa cür qoyuluşu da ola bilməz.
Tarixi hadisələrin qiymətləndirilməsində “tarixi hissin” qabarıq
şəkildə ifadə edilməsinə (elmi tədqiqatda) canatma, sırf iqtisadi anlamda
yanılmadan başqa bir şey deyildir. Başqa sözlə, tarixi hadisənin düzgün
qiymətləndirilməsi yalnız və yalnız həmin hadisənin baş verdiyi tarixi
situasiyadan çıxış etməklə ortalığa qoyula bilməz. Məsələn, Qədim Roma
imperiyasında iqtisadi situasiyanı yaxşılaşdırmaq mümkün idimi? Yaxud
39
Мизес Л. Человеческая деятельность. M., 1992.- С. 97
40
Mises l. Planning form Freedom. South Holland, III., 1952., p.163-169.
Dünya iqtisadiyyatının tarixi
43
orta əsrlərdə Asiyada baş verən kütləvi yoxsulluq nədən
qaynaqlanmışdır? - sualına həmin dövrün tarixi məzmununa istinadla
cavab vermək kifayət qədər müşkül məsələdir. Amma iqtisad elminin
gerçəkliyi şübhə doğurmayan müddəalarına əsasən hər iki hadisəni
dəyərləndirmək mümkündür. Belə ki, əgər Roma imperatoru yüksək
qiymət siyasətini yerinə yetirməsə, o cümlədən pulların xarab edilməsi
ilə məşğul olmasaydı situasiya tamamilə başqa məzmun daşıyacaqdı.
Yaxud Asiya hökmdarları hüquqi və konstitusion sistem tətbiq etməklə
kapital yığımı prosesinə şərait yaratsaydılar, kütləvi yoxsulluğu önləmək
mümkün ola bilərdi. Bununla yanaşı, tarixi hadisələrin iqtisadi
məzmununun dəyərləndirilməsi, bir sistemli anlayış olmaq etibarilə
kifayət qədər problematikdir. Məsələn, 1929-33-cü illər böhranının
nəticələrinin aradan qaldırılması Keynsin nəzəriyyəsindən istifadə
edilməklə baş tutduğunun gerçək həqiqət olduğunu birmənalı şəkildə
söyləmək mümkün deyildir. Bu halda iqtisadi həqiqət öz “həqiqiliyini”
təkrar verifikasiyada (falsifikasionizmə münasibətdə də analoji məzmun
daşıyır) sübuta yetirməlidir. Lakin təkrar verifikasiyanın aparılması
mümkünsüzdür. Belə ki, bunun üçün gərək həmin dövr bütün
təfərrüatları ilə bərpa edilsin ki, bu da tamamilə qeyri-realdır.
Tarix və iqtisad elminin sintezinin “çat” verdiyi əsas məqamlardan
biri tarixi təcrübəyə münasibət məsələsidir. Aydındır ki, tarixi təcrübəyə
istinadla müxtəlif fəaliyyət üsullarının və eləcə də, ictimai institutların
ortalığa qoyduğu nəticədən nəinki planetar miqyasda, hətta ayrıca
götürülmüş bir region çərçivəsində qəbul edilə biləcək ümumi qaydalar,
ümumi yanaşma tərzi formalaşdırmaq mümkün deyildir. Amma bu
qənaət heç də o anlama gəlmir ki, tarix heç nəyi öyrətmir. Məsələnin
qoyuluşu, sadəcə olaraq tarixi prosesin məzmun identikliyini yaradanlara
münasibətdə qəlizləşir. Məsələn, tarix yox, iqtisad elmi xüsusi
mülkiyyətin hansı rol oynadığını (sivilizasiyanın inkişafı prosesində)
rasional şəkildə şərh etmək iqtidarındadır. Əlbəttə, əgər qeyd olunan
məsələ “xalis” tarixi müstəviyə keçirilirsə (tarixilik konsepsiyası bu
mövqedədir) onda, təbiidir ki, tarixdən heç bir örnək əldə edilə bilməz.
Dünya iqtisadiyyatının tarixi rakursunda tarixi prosesin real məzmunu
onun iqtisadi determinantları əsasında formalaşır. Yəni tarixin mənası
(qeyd edilən aspektdən) iqtisadi mahiyyətdə olanların formalaşdırdığı
məna kimi çıxış edir. Bu baxımdan tarixin mənasının anlaşılması bir
proses olmaq etibarilə sonsuzluğa qədər uzana bilər. Belə ki, hər bir
konkret tarixi situasiyada ötüb-keçənlərin qiymətləndirilməsi həmin
situasiyanı “yaradan”ların subyektiv baxışlarına şamil edilir.