Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə13/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   9   10   11   12   13   14   15   16   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



32

                                                            

özünün  “Опыт  о  неравенстве  человеческих  расс”  (1853-1855) 

əsərində 10 sivilizasiyanı fərqləndirir (Hind, Misir, Assuriya, Ellin, Çin, 

talyan,  Alman,  Alleqan,  Meksikan  və  And).  Q.Rükkert  isə  “Учебник 

всемирной истории в органическом изложении” (1857) əsərində 5 ali 

“mədəni  tip”lərdən  bəhs  edir:  Alman-xristian  (Qərbi  Avropa),  Şərqi-

xristian (slavyan), Ərəb (islam), Hind və Çin. 

Göstərir ki, hər bir mədəni-tarixi tipin öz tarixi var.  Bəşər tarixi – 

vahid  proses  deyil,  həmin  mədəni-tarixi  tiplərin  paralel  surətdə  gedən 

inkişaf  proseslərinin  məcmusudur.  Yəni  tarixi  inkişafda  bir  xətt  yox, 

xətlər çoxluğu mövcuddur. 

Bu mənada, bəşəriyyət – real deyil, fikri vahidlik xassəsi daşıyır. Bu-

nunla yanaşı, qeyd edir ki, inkişaf xətləri eynigüclü deyildir. Belə ki, Qərbi 

Avropa xətti (yeni dövrdə) üstün mövqedədir və ümumbəşəri ideyaya daha 

yaxındır.  Buna  görə  də,  (Rükkertin  fikrincə)  əksər  qeyri-Avropa  xalqları 

Qərbi Avropa mədəniyyətinə qovuşmalı, başqa sözlə, “avropalaşma” prosesi 

getməlidir. 

Tarixdə  “təkrarolunan”  axtarışı  inkişafın  tsiklik  konsepsiyasının 

yaranmasına  gətirib  çıxardı.  Maraqlıdır  ki,  bu  konsepsiya  ilkin  olaraq 

Şərqdə,  böyük  mütəfəkkir 

bn  Xaldun  (1332-1406)  tərəfindən 

formalaşdırılmışdır (“Müqəddimə” əsəri – 1375-1379-cu illər). 

bn Xaldun tsiklik inkişafın 5 fazasını göstərirdi: 

1.

  Kənd yaşayış tərzi (köçərilik); 



2.

  Şəhər yaşayışı; 

3.

  nkişaf; eyni zamanda – təmtəraga meyшlliyin,  vergi  yükünün 



artımı; 

4.

  Hakim sülalənin “qocalması”; 



5.

  Kənar müdaxilə və ərazinin zəbt edilməsi. 

Onun  fikrincə,  hər  bir  hakim  sülalənin  orta  hakimiyyət  dövrü  120 

ildən çox olmur. 

Bu müddətdən sonra yeni gələn hakimiyyət də eyni aqibətlə üzləşir. 

Hər  bir  tsikl  köhnənin  dayandığı  yerdən  öz  hərəkətini  davam 

etdirir.  bn Xaldunun baxışlarında bu məqam xüsusi əhəmiyyət kəsb edir. 

O mənada ki, tsiklik yanaşma müəyyən aspektlərdə plüralist yanaşmadan 

fərqli  məzmun  ortalığa  qoyur.  Konkret  şəkildə  ifadə  etsək,  .Xaldun 

tsikllərin vahid proses çərçivəsində əvəzlənməsini, onlar arasında genetik 

bağlılığın olduğunu göstərmişdir. 

Plüralizm  belə  bir  mövqedən  çıxış  edir  ki,  bəşər  tarixi  bir  sıra 

avtonom  hissələrə  bölünür  və  bu  hissələrin  də  özünəməxsus,  mütləq 

mənada  müstəqil  tarixi  var.  Onların  hər  biri  yaranır,  inkişaf  edir  və 




Dünya iqtisadiyyatının tarixi 

 

 



33

                                                            

süquta  uğrayır.  Məhv  olanların  yerinə  yeniləri  gəlir  və  eyni  tsikl  üzrə 

hərəkət edirlər. Və, buradan da çox uzağa gedən nəticələr hasil olur: 

-

  Hər bir yeni tarixi yaranış hər şeyi əvvəldən başlayır, buna 



görə  də  tarixə  prinsipcə  hansısa  bir  yenilik  gətirmək 

iqtidarında olmur; 

-

  Bütün bu yaranışlar eyniqiymətlidir, ekvivalentdir; 



-

  Onlardan  heç  biri  inkişaf  səviyyəsinə  görə  digərlərindən 

fərqlənmir, yəni nə aşağı, nə də yuxarı səviyyədə olmur. 

-

  Bu  yaranışlar  müəyyən  zaman  çərçivəsində  inkişaf  edir, 



lakin bütövlükdə bəşəriyyətin təkamülü baş vermir; 

-

  Tsiklik məzmunlu əbədi “dövriyyə” baş verir. 



Beləliklə,  bəşər  tarixi  həm  məkan,  həm  də  zamanca  parçalanır, 

çoxlu  sayda  tarixi  yaranışlara  uyğun  olaraq  tarixin  “çoxluğu”  meydana 

çıxır. Bütövlükdə bəşər tarixi – çoxlu sayda ekvivalent proseslərin sonsuz 

təkrarlanmasının, çoxlu sayda tsiklərin məcmusu kimi anlaşılır. Plüralist-

tsiklik yanaşmanın real məzmunu belədir. 

Bu yanaşmanın məntiqi ilə davam etsək, onda belə alınır: 

-

  nsan cəmiyyəti bir bütöv, tam olaraq mövcud deyildir; 



-

  Bəşəriyyət  –  çoxlu  sayda  və  tam  müstəqil  olan  ictimai 

vahidlərin cəmindən ibarətdir; 

-

  Bəşər tarixi bu vahidlərin tarixinin məcmusudur; 



-

  Bu  hissələrin  inkişaf  prosesi  vahid  ümumdünya  prosesini 

yaratmır; 

-

  nkişafın vahid prosesi kimi dünya tarixi yoxdur.... və aydın 



olur ki, insan cəmiyyətinin inkişaf mərhələləri, ümumdünya 

tarixi 


prosesin 

dövrlənməsi, 

epoxaları 

haqqında 

ümumiyyətlə, danışmağa dəyməz. 

O.Şpenqler

36

  yazırdı  ki:  “...  “Bəşəriyyətin”  –  kəpənək  növlərində 



olduğu  kimi,  nə  məqsədi,  ideyası,  nə  də  planı  yoxdur.  “Bəşəriyyət”- 

zooloji anlayış yaxud boş sözdür”. 

Beləliklə, dünya tarixi vahid proses kimi mövcud deyildir. Deməli, 

bəşəriyyətin bütövlükdə inkişaf mərhələlərindən danışmaq mənasızlıqdır. 

Plüralist  –  tsiklik

37

  yanaşma  ümumdünya  tarixi  əhəmiyyət  kəsb  edən 



inkişaf mərhələlərini qəbul etmir. 

                                                 

36

 Шпенглер О. Закат Европы. Т.1.М., 1993.- С.151. 



37

 Семенов Ю.И. Производство и общество // Социальная философия. Учебник., 

М; 2003.- С.147-160 



Dünya iqtisadiyyatının tarixi 

 

 



34

                                                            

Sözügedən  yanaşma  Qərb  tarixşünaslığında  öz  mövqelərini 

saxlamaqdadır  (S.Xantinqton).  Amma,  bununla  belə  əvvəlki  kimi 

populyar  deyildir.  Hal-hazırda,  daha  doğrusu,  XX  əsrin  50-60-cı 

illərindən  başlayaraq  (Etnoqrafiyada)  unitar-mərhələli  konsepsiyanı 

dirçəltməyə çalışırlar (Q.Lenski, O.Dunkan, C.Matras, T.Parsons və b.). 

Əslində,  modernizmin  ilkin  nəzəriyyələri,  industrial  və  postindustrial 

cəmiyyət  nəzəriyyələri  (R.Azon,  D.Bell  və  b.),  unitar-mərhələli 

konsepsiyadan çıxış etməklə formalaşdırılmışlar. 

Son  dövrlərdə  Qərb  tarixşünaslığı  daha  çox  antiistorisizmə  (tarixi 

aqnostizmə)  meyl  edirlər.  Bu  yanaşma  yuxarıda  təsvir  etdiyimiz  hər  iki 

konsepsiyadan  fərqlənir.  Onun  əsas  mahiyyəti  K.Popperin  “Открытое 

общество  и  его  враги”  (1945)  və  “Нищета  историцизма”  əsərlərində 

öz  əksini  tapmışdır.  K.Popper  həm  postivist  O.Kontu,  K.Marksı, 

O.Şpenqleri, A.Toynbini, həm də providensializmi (Avqustini) bu sıraya 

daxil edir.Ümumiyyətlə, tarixçilik (историцизм) müxtəlif istiqamətlərdə 

öz  mövqelərini  artıq  çoxdan  ortalığa  qoymuşdur:  teistik,  spiritualist, 

naturalist, iqtisadi və s. 

Tarixçiliyin  tənqidinə  K.Popper  metodoloji  nominalizmdən 

(mahiyyətcə- fenomenalizm) çıxış etməklə başlayır. 

Ümuminin  obyektiv  varlığı  yoxdur.  Yalnız  təkcə,  yalnız  hadisə 

mövcuddur. 

Tarix – sadəcə olaraq, “hadisələrin ardıcıllığıdır”. Vahid bəşər tarixi 

yoxdur.  Yalnız  sonsuz  sayda  tarixlər  məcmusu  mövcuddur.  K.Popper 

tarixin  elmi  statusunu  inkar  edir.  Hal-hazırda  qeyd  edilən  yanaşma 

kifayət  qədər  populyarlaşmağa  başlamışdır  (F.Xayek,  R.Nisbet,  Ç.Tilli, 

R.Budon və əksər postmodernistlər). 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə