Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə166/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   162   163   164   165   166   167   168   169   ...   197

Asiya  ölkələrində  isə  panorama  kifayətqədər  qarışıqdır.  Bəzi 

ölkələr  (Tayvan,  ndoneziya)  əhəmiyyətli  irəliləyişlər  nümayiş  etdirir, 

digərləri  (Filippin,  Sinqapur)  əksər  göstəricilər  üzrə  geriləməkdədirlər. 

Neqativ  nəticələrin  meydana  çıxması  əsasən  iqtisadi  islahatların 

“davranışı” və siyasi mühitin adekvat olmaması ilə izah olunur. 

Mərkəzi  Avropanın  əksər  ölkələrinin,  ələlxüsus  Macarıstanın, 

Polşanın  və  Rusiyanın  reytinq  göstəriciləri  əhəmiyyətli  dərəcədə  aşağı 

düşmüşdü. 

Latın  Amerikası  ölkələri  isə  reytinq  cədvəlində  ən  aşağı  pillələri 

tutmaqdadırlar.  Bu  ölkələrdə  fundamental  iqtisadi  problemlərin 

mövcudluğu  yeni  iqtisadiyyatın  formalaşması  yönümündə  perspektiv 

investisiya qoyuluşlarını mümkünsüzləşdirir. 

nformasiya  iqtisadiyyatının  ümumdünya  çapında  qərarlaşması 

problemi  bu  gün  kifayətqədər  aktuallaşmış  problemlər  sırasında  ön 

cərgədə  dayanmaqdadır. 

nkişafın  qeyri-bərabərliyi  və  qlobal 

assimetrikliklə  yanaşı  ayrı-ayrı  ölkə  hökumətlərinin  informasiya 

texnologiyaları  sferasında  həyata  keçirdikləri  yaxud  keçirmədikləri 

siyasət gözlənilməz nəticələrlə sonuclana bilər. 

Belə ki, bəzi ölkələr qeyd edilən sferada aktiv fəaliyyət göstərməklə 

informasiya  texnologiyalarını  inkişafın  hərəkətverici  qüvvəsinə  çevirə, 

aqrar,  yaxud  industrial  iqtisadi  sistemdən  yeni  –  informasiya-

iqtisadiyyatına  keçə  bilərlər.  Eyni  zamanda,  digər  qrup  ölkələr  bu 

prosesdə  ləngiyə  və  nəticə  etibarilə  texnoloji  planda  dünya 

iqtisadiyyatının əyalətinə çevrilərlər. 

Qlobal  informasiya  iqtisadiyyatına  keçidlə  bağlı  45  ölkəni  əhatə 

edən  araşdırmalar

203


  göstərir  ki,  qlobal  informasiya  iqtisadiyyatında 

iştirak etmək imkanları baxımından əhəmiyyətli fərqlər mövcuddur. 

Bu  qrupa  daxil  olan  23  ölkə  qeyd  edilən  sferada  əhəmiyyətli 

nailiyyətlər əldə edə bilməsələr (yaxın 3 il ərzində), sonrakı dövrdə daha 

ağır situasiya ilə rastlaşacaqlar.  

Eyni  zamanda,  yeni  keyfiyyət  mərhələsinə  keçidin  qlobal  xarakter 

almadığı  şəraitdə  hər  hansı  bir  ümumbəşəri  səviyyəli  effektdən 

danışmağa  belə  dəyməz.  Ayrı-ayrı  ölkələrin  informasiya  iqtisadiyyatına 

hazırlıq dərəcəsini müəyyənləşdirməkdən ötrü qarşılıqlı bağlılıqda olan 5 

göstəricidən istifadə olunur: 

                                                 

203


 Отчет компании McCounell  nternational “Risk E-Business: Seizing the 

Opportunity of Global E-Readiness, август, 2000г” 

http://www.mcconellinternational.com

 /ereadiness/ Ereadiness Report. htm 




Dünya iqtisadiyyatının tarixi 

 

 



451

                                                            

1.

  nternetə çıxış imkanları; 



2.

  nformasiya 

iqtisadiyyatına 

keçidin 


məqsədyönlü 

tənzimlənməsi; 

3.

  nformasiya təhlükəsizliyi; 



4.

  nsan kapitalı; 

5.

  Elektron kommersiyanın tətbiqi şəraiti. 



Araşdırmalar  göstərir  ki,  42  ölkənin  yalnız  bir  hissəsi 

informasiyanın yaradılması və yayılması prosesində iştiraka imkan verən 

infrastruktura malikdir. 

25  ölkədə  (3.6  mlrd.  əhali)  rabitə  sisteminin  əhəmiyyətli  dərəcədə 

modernləşdirilməsinə ehtiyac vardır. 17  ölkədə situasiya nisbətən  yaxşı, 

11 ölkədə isə daha yaxşı qiymətləndirilir. 

Hal-hazırda simsiz internetdən istifadə edənlərin sayı hər ay 8 mln. 

nəfər (əsasən inkişaf etməkdə olan ölkələrdə) artır. 

nformasiya  iqtisadiyyatına  keçid  idarəolunan  prosesdir.  Bu 

anlamda dövlət-özəl sektor cütlüyünün birgə səyləri həlledici rol oynayır. 

Bu aspektdən həlli vacib olan məsələlər sırasına aşağıdakılar aid edilir: 

1.

  Milli  informasiya  cəmiyyətinin  dövlət  prioritetləri  sistemində 



yeri; 

2.

  Dövlət xidmətlərinin avtomatlaşdırılması dərəcəsi; 



3.

  Dövlətlə özəl sektor arasında əməkdaşlıq səviyyəsi; 

4.

  nternetə  çıxışın  kütləviləşməsi  sahəsində  göstərilən  səylərin 



intensivlik dərəcəsi; 

Tədqiqatlar göstərir ki, yalnız bir qrup ölkədə (əsasən inkişaf etmiş 

ölkələrdə)  qeyd  olunan  istiqamətdə  əsaslı  irəliləyişlərə  nail  olunmuşdu. 

Azsaylı  ölkələrdə  prosesin  intensivləşdirilməsi  yönümündə  sistemli 

tədbirlər  həyata  keçirilir.  Məsələn,  Azərbaycanda  “Elektron  hökumət” 

konsepsiyası kifayət qədər böyük sürətlə tətbiq olunmaqdadır. 

Digər  mühüm  məsələ  informasiya  təhlükəsizliyi  məsələsidir.  Belə 

ki: 


1.

 

nformasiyanın  yaradılması,  saxlanması  və  yayılması 



proseslərinin  zəif  mühafizəsi  elektron  biznesin  həyata 

keçirilməsində problemli situasiya yaradır; 

2.

 

ntellektual mülkiyyətin zəif mühafizəsi proqram təminatı 



üzrə milli sənayenin inkişafına əngəl törədir; 

3.

 



Personal  məlumatların  lazımı  səviyyədə  mühafizə 

olunmaması informasiya mübadiləsinə maneə yaradır; 




Dünya iqtisadiyyatının tarixi 

 

 



452

                                                            

4.

 

Elektron imzaların qəbulundan imtina yaxud məlumatların 



kodlaşdırılmasına  qadağa  qoyulması  biznesin  yeni 

üsullarına olan etimada zərbə vurur və s. 

Ümumiyyətlə,  informasiya  təhlükəsizliyinin  əsas  elementlərinə 

aşağıdakılar aid edilir:  

1.

 

ntellektual 



mülkiyyətin, 

ələlxüsus 

proqram 

təminatının  hüquqi  mühafizə  dərəcəsi  və  bu  sferadakı 

tərəqqinin səviyyəsi; 

2.

 



Elektron  “quldurluğa”  qarşı  yönəldilən  səylərin 

intensivlik dərəcəsi; 

3.

 

Hüquqi sistemin möhkəmliyi və effektivliyi;  



Araşdırılan  ölkələrin  kiçik  bir  qismi  istisna  olmaqla,  böyük 

əksəriyyətində  qeyd  olunan  problemlər  hələ  də  öz  aktuallığını 

saxlamaqdadır. 

Son  20  il  ərzində  istehsal  resursları  zəncirində  (“insan  resursları  – 

maddi  resurslar  –  maliyyə  resursları”)  ayrı-ayrı  halqaların  strateji 

əhəmiyyəti  iqtisadi  inkişafın  məqsəd  və  vəzifələrindən  asılı  olaraq 

dəyişikliyə məruz qalmışdı. 

nformasiya  iqtisadiyyatı  şəraitində  əmək  məhsuldarlığının  və 

inkişafın başlıca mənbəyi kimi insan resursları çıxış edir. 

 

 



 

Cədvəl 16.1 

Dünya ölkələrinin məcmu kapitalında struktur 

 dəyişiklikləri (1913-1998) (%) 

 

Kapitalın növü 

 

1913 


1950 

1998 


Fiziki kapital 

 

nsan kapitalı 



67-69 

 

31-33 



52-53 

 

47-48 



31-33 

 

67-69 



 

 

nsan kapitalına aşağıdakılar daxildir: 

1.

  Təhsil sisteminin keyfiyyət səviyyəsi; 



2.

  Yerli  yaradıcılıq  və  cəmiyyətdaxili  informasiya  mübadiləsinin 

inkişaf dərəcəsi; 

3.

  şçi qüvvəsinin ixtisas dərəcəsi və effektivliyi; 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə