Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə169/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   165   166   167   168   169   170   171   172   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



458

                                                            

artıracaqdır.

207


 Əslində isə bu artım 30 dəfə olmuş, qeyd edilən göstərici 

600  trln.  dol.  (2008-ci  il)  təşkil  etmişdi  ki,  bu  da  Qlobal  Məcmu 

Məhsuldan  (60  trln.dol.)  10  dəfə  çoxdur.Əslində,  sərvətyaratma 

modelinin  mahiyyətində  kardinal  dəyişikliklər  baş  verir.  Əmək  –  artıq 

sərvətin  başlıca  mənbəyi  deyil  yaxud  əvvəlki  zirvəni  tərketmək 

məcburiyyətindədir. 

Daha konkret şəkildə ifadə etsək, bu o deməkdir ki, reallıq, sözün 

həqiqi mənasında virtuallaşır. Yəni, real mallar bazarından xalis maliyyə 

“burulğanına”,  virtual  iqtisadiyyata  keçid  baş  verir.  Beləliklə,  kapitalın 

xalis  hərəkəti  real  məzmunlu  iqtisadi  proses  “statusu”  alır,  maliyyə 

sferası 

reallığın 

digər 

aspektlərindən 



“təmizlənmiş” 

formada 


avtonomlaşır.  Nəticədə,  qlobal  iqtisadi  sistemin  mahiyyətində  qeyri-

müəyyənliyin  hökmran  mövqelərə  yiyələnməsinə  istinadla  güclü 

keyfiyyət dəyişikliyi baş verir. Artıq problemin ağırlıq mərkəzi tələb və 

təklifin  tarazlı  dinamikası  üzərinə  deyil,  fond  birjalarının,  fyüçers 

axınlarının təşkili və idarəedilməsi üzərinə düşür, real sektor və ənənəvi 

ticarət  iqtisadiyyatın  periferiyasına  sıxışdırılır.  Eyni  zamanda, 

sadalananlar  avtonom  status  əldə  etməklə  özü-özünün  ölçü  vahidi  kimi 

çıxış  edir  və  mərkəzi  məsələyə  çevrilir.Birja  tsikllərində  kapitalın  xalis 

hərəkəti  artan  sürətlə  getməklə  elə  yüksək  səviyyələrə  çatır  ki,  onun 

müqabilində iqtisadiyyatın digər, həm də sırf real məzmunlu sferaları elə 

bir əhəmiyyət kəsb etmirlər. 

Problemi  kifayət  qədər  qəlizləşdirən  və  təcrübənin  də  göstərdiyi 

kimi,  böhrana  gətirib  çıxaran  digər  cəhət  qiymətlərlə  bağlıdır.  Məsələ 

burasındadır ki, birja qiymətləri – klassik yanaşmanın iddia etdiyi kimi – 

artıq  stoxastik  xarakterli  mutasiyaya  məruz  qalmır  və  onun 

müəyyənləndirilməsində tələb - təklif münasibətləri iştirak etmirlər. 

Belə ki, birja qiymətləri – özünün xüsusi tətbiqi məntiqinə istinadla 

konkret sərhədləri və yolu olan trayektoriya boyunca hərəkət edirlər. 

Qiymətlər virtual məkanın immanent qanunları əsasında formalaşır 

və trendlə dəyişirlər. Beləliklə, bazar qiymətlərinin dinamikası sözügedən 

trendlər  sistemində  müstəqil  prosesə  çevrilir,  mal  və  axınların  faktiki 

reallığından  asılı  olmurlar.  Trendlərin  müstəqilliyi  dünyanın  bu  gün 

üzləşdiyi  əsas  problemlərdən  birinin  yaranmasında  müstəsna  rol 

oynamışdır.  Belə  ki,  bazar  obyektlərinin  fiktivliyi  şəraitində  də  qiymət 

trendlərinin real şəkildə mövcudluğuna xələl gəlmir. Maraqlıdır ki, təsvir 

                                                 

207

 Минс Г. Шнайдер Д. Метакапитализм и революция в электронном бизнесе: 



какими будут компании и рынки в  XXI  веке/ Пер. сангл. М., 2001.- С.25 


Dünya iqtisadiyyatının tarixi 

 

 



459

                                                            

etdiyimiz  situasiyanı  bəziləri  “maliyyə  əlkimyası”,  “bazar  cadugərliyi” 

və  s.  epitetlərlə  səciyyələndirsələr  də,  digərləri  bu  proseslərdə 

postmodernizm ruhu görürlər.  

Sivilizasiyanın  fundamental  mutasiyası  kimi  çıxış  edən 

postmodermizmin,  əgər  həqiqətən  mövcuddursa,  qlobal  iqtisadi  inkişafı 

qeyri-müəyyənlik  labirintinə  sürəkləməsindən,  dayanıqsızlıq  və 

etibarsızlıq  sindromlarını  yaratmadan  özgə  nəyə  isə  gətirib  çıxaracağı 

böyük sual altındadır. 

Konkret  kəmiyyət  ölçüsü  və  konkret  təyinatı  olan  iqtisadi 

varlıqların  virtuallaşması  -  əsasən  pul  və  onunla  bağlı  olan  sferada  – 

qeyri-müəyyənliyin əhatə dairəsini ifrat dərəcədə genişləndirməklə (həm 

də,  tam  süni  olaraq)  sistemin  entropiyasını  maksimum  həddə  çatır  və 

ilkin  olaraq,  “titrətmə”,  sonraki  proseslərdə  isə  böhranla  yekunlaşır. 

Virtual  pullar  -  əslində  qlobal  iqtisadi  gerçəkliyin  qan-damar  sisteminin 

trombositidir – virtual pullara aludəçiliyi minimal səviyyədə olan ölkələr 

–  təcrübə  göstərdiyi  kimi  –  “varikoz  genişlənmə”  ilə  böhrandan  yaxa 

qurtara bilirlər. 

Ümumiyyətlə, müasir sivilizasiyanın daha çox abstrakt görünüşə və 

dərketmə  çətinliyinə  malik  olan  institutlarına  münasibətdə  inamsızlıq 

özünün  ifrat  sonluğuna  qədər  uzanmaqdadır.  Qlobal  səviyyədə  nəinsə, 

deyək  ki,  pulun  və  onun  əsasında  formalaşan  maliyyə  institutları 

şəbəkəsinin  real  işləmə  mexanizminin  kənar  gözlərdən  “gizlədilməsi”, 

məxfilik libasına bürünməsi planetar miqyasda  spontan qaydanın həqiqi 

“spontanlıq” xassəsi daşıdığını böyük şübhə altına alır. 

Pul  münasibətləri  –  iqtisadi  müstəvidə  ağıla  gələn  və  gəlməyən 

əksər abstraksiyaların əsas mənbəyidir. Fon Xayek yazır ki, əvvəllər “.... 

sənətkarlardan  qorxurdular,  ona  görə  ki,  onlar  maddi  substansiyanın 

dəyişilməsi  ilə  məşğul  olurdular.  Sonralar  ticarətçilərdən  qorxmağa 

başladılar  –  dəyəri  dəyişdirdiklərinə  görə;  indi  isə  insanlar  bankirlərdən 

hansısa  dərəcədə  qorxmalıdırlar  -  ən  abstrakt  şeylə  dəyişikliklərə  baş 

vurduqlarına görə”.

208


  

qtisadi  fəaliyyətin  təməl  prinsiplərindən  biri,  hətta  bəzi  şərtlərin 

mövcudluğu  şəraitində  birincisi  olan  azadlığın  mövcudluğu  pul 

münasibətlərinin  “neçəliyindən”  birbaşa  asılılıqdadır.  Pul  münasibətləri 

real  məzmunlu  azadlıqdan  real  məzmunlu  əsarətə,  istismara  qədər  çox 

geniş diapazonu əhatə edən mental yaranışdır. Onun qeyd edilən qütblər 

arasında  davranış  tərzi  və  dəyişmə  tezliyi  (məzmunca)  konkretliyin 

                                                 

208

 Ф.А.Хайек. Пагубная самонадеянность. М; 1999.- С 110 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə