Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə170/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   166   167   168   169   170   171   172   173   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



460

                                                            

ertələnməsinə,  yəni  “mənasızlaşmasına”  və  anlaşılmaz  abstraksiyaların 

dominant  mövqelərə  keçməsinə  səbəb  olur.  Beləliklə,  planetar  bütövü, 

tamı  olduğu  kimi  görmək,  müşahidə  etmək  imkanlarını  əhəmiyyətli 

dərəcədə məhdudlaşdırır. Yəni, bizim bir ölkə kimi milli mənafelərimizə 

birbaşa təsir göstərmək iqtidarında olan qlobal TAMın real mahiyyəti və 

məzmununu  deyil,  yalnız  bəzi  xassələrinin  aşkarlanması  imkanını  əldə 

edirik. Başqa sözlə, qlobal iqtisadi inkişaf strategiyasını formalaşdıranlar 

həm  bu  mərhələdə,  həm  də  strategiyanın  tətbiqi  dövründə  gerçəkliyə 

adekvat  olmayan,  həqiqətə  bənzər  yanılmalardan  “yoğrulmuş” 

“nağıllarla”  dünyanı  yola  verməyə  çalışırlar.  Məhz  elə  bu  prizmadan 

pulun  virtuallaşması  aktual  reallıq  məzmunu  kəsb  edir  və  real  pul 

münasibətlərinin  doğurduğu  neqativlərin  nəinki  əhatə  dövrəsini  ifrat 

dərəcədə  genişləndirir  –  qloballaşdırır,  həmçinin  həmin  fəsadlara 

“təbiilik”  görüntüsü  verir.  Çox  maraqlı  bir  paradoks  alınır:  real 



olmayan  şey  tamamilə  real  məzmunlu  fəsad  doğurur.  Reallığın 

sərhədlərini  müəyyənləşdirmək,  onun  haradan  başlanıb  harada 

qurtardığını,  prosesin  hansı  mərhələsində  (yaxud,  nöqtəsində)  pulun  adi 

“kağıza”  çevrildiyini,  yəni  virtuallaşdığını  birmənalı  olaraq  barmaqla 

göstərmək  mümkün  deyildir.  Bir  tərəfdən,  əsas  və  törəmə  maliyyə 

bazarlarının  öz  aralarında,  digər  tərəfdən  maliyyə  bazarları  ilə  digər 

bazarlar arasında birbaşa və əks-əlaqə o qədər sıxdır ki, qarşılıqlı keçidin 

rəvanlığını adi gözlə müşahidə etmək olar. 

Neoliberal  modelin  sərgilədiyi  əlverişli  şərait  və  virtuallaşma  pul 

sferasının  fəaliyyət  mexanizmini  adekvat  nəzəri  interpretasiya  ilə  əhatə 

etməyə  imkan  vermir.  Formalaşan  qlobal  situasiyanın  ifrat  mürəkkəb 

konstruksiyaya  malikliyi  elmi-tədqiqatları  spontan  qaydada  təşəkkül 

tapan  abstrakt  sxemlərdən  ibarət  təsvirçilik  çərçivəsinə  salır.  Düzdür, 

qeyd  edilən  təsvirçilik  yaranmış  yeni  mahiyyətin  ən  ümumi  konturları 

aspektində izahına imkan versə də, hər hansı bir konkret məzmunlu son 

nəticənin  (öngörmə  prizmasından)  ortalığa  qoyulmasını  prinsipcə 

mümkünsüzləşdirir. 

Neoliberal  model  onsuz  da  maliyyə  sferasını  geniş  təkrar  istehsal 

prosesindən  ayırıb,  əlahiddələşdiribdir.  Qeyd  edilən  əlahiddələşmə  öz-

özlüyündə böhrana aparan, makrosabitliyi birbaşa təhdid edən böyük bir 

problemdir.  Hələ  bu  azmış  kimi,  bir  tərəfdən  də  maliyyə  vəsaitlərinin 

virtuallaşması  sürətlə  getməkdədir.  Əslində,  iqtisadi  inkişafın  daxili 

məntiqindən  çıxış  etsək,  “əlahiddələşən”,  sistemdən  ayrılaraq  müstəqil 

mahiyyət  yaradan  istənilən  şey  ya  geriyə,  çıxdığı  yerə  qayıtmalı,  ya  da 

virtuallaşmalıdır. Üçüncü yol, sadəcə olaraq, yoxdur. 



Dünya iqtisadiyyatının tarixi 

 

 



461

                                                            

Digər tərəfdən, virtual pulların ümummilli mənafelərə təsiri qeyri-

qanuni  yollarla  (narkotik,  silah  ticarəti  və  s.)  əldə  edilən  və  elə  həmin 

üsulla da iqtisadi dövriyyəyə qatılan pullar qədər təhlükəli və zərərlidir. 

Bu  mənada,  qiymətli  kağızlar  bazarının  inkişaf  trayektoriyası  qlobal 

səviyyədə  qərarlaşmış  üsul  və  metodlardan  fərqli  formada  həyata 

keçirilməli,  konkret  məhdudiyyətlər  sistemi  (real  situasiyanın  dəyişmə 

tezliyindən asılı olaraq)  tətbiq olunmalıdır. Araşdırmalar göstərir ki, hər 

hansı  bir  iqtisadi  subyektin  bazar  kapitallaşması  prosesinin  konkret 

nisbətlər  formasında,  yəni  –  ortaillik  mənfəət,  rentabellik  dərəcəsi  ilə 

buraxılması nəzərdə tutulan səhmlərin (yaxud digər qiymətli kağızların) 

məcmu  dəyəri  arasında  düzgün,şişirdilməyən  mütənasibliyin  qurulması 

formasında  aparıla  bilər.  Eləcə  də,  törəmə  maliyyə  bazarlarının 

formalaşmasında  da  analoji  yanaşmadan  yararlanmaq  məqsədəuyğun 

olardı. 


 


Dünya iqtisadiyyatının tarixi 

 

 



462

                                                            



VII  BÖLMƏ 

 

 SON  SÖZ  ƏVƏZ  

 

XVII  fəsil. Dünya iqtisadiyyatı perspektiv planda 

 

§17.1. Dünya iqtisadiyyatının inkişaf proqnozu 

 

Dünya  iqtisadiyyatının  inkişaf  təmayülləri  istifadə  edilən  modelin 

metodoloji  xarakteristikasından  asılı  olaraq  müxtəlif  variantlarda 

qiymətləndirilə  bilər.  Aydındır  ki,  dünya  iqtisadiyyatı  hansısa  bir 

əlahiddələşmiş,  mütləq  mahiyyət  daşıyan  konsept  deyildir.  O, 

coğrafiyadan,  ekologiyadan,  sosial-etik  münasibətlər  sistemindən, 

geosiyasi mühitin xarakteristikasından və s. funksional asılıqdadır. Eyni 

zamanda,  o  da  aydındır  ki,  qeyd  edilən  çoxluğun  olduğu  kimi  tədqiqat 

prosesinə  cəlb  edilməsi,  ifrat  konkretləşdirmə  mövqeyindən  çıxış 

edilməsi,  yəni  elmi  abstraksiyanın  prosesdən  sərf-nəzər  edilməsi  bugün 

dövriyyədə  olan  metodoloji  arsenalın  kasadlığı  ucbatından  mümkünsüz 

görünür.  Buna  görə  də,  qiymətləndirmənin  ən  geniş  yayılmış  forması 

proses  və  hadisələrin  dəyər  terminlərindən  yararlanmaqla  –  pul 

ifadəsində 

həyata 

keçirilməsi 



variantıdır. 

Bu 


aspektdən 

qiymətləndirmənin əsas göstəriciləri kimi Qlobal Məcmu Məhsul, sənaye 

istehsalı,  dünya  ticarəti,  həyat  səviyyəsi  göstəriciləri,  eləcə  də  digər 

sosial-iqtisadi indikatorlar çıxış edirlər. 

Dünya  iqtisadiyyatının  yeni  düzənə  keçidi  ərəfəsindən  (1997-ci  il) 

başlayaraq  2006-ci  ilə  qədər  olan  dövrdə  Qlobal  Məcmu  Məhsulun 

dinamik  artımı  baş  vermiş  və  bu  artımda  əsas  yeri  əsasən  inkşaf  etmiş 

ölkələr: ABŞ, Avropa  ttifaqı və Yaponiya, qismən Çin titmuşlar (cədvəl 

17.1). 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə