Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə173/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   169   170   171   172   173   174   175   176   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



468

                                                            

4.

  Böhranın  ümumdünya  səviyyəsi  almasının  əsas 



“günahkarı” qloballaşma prosesidir. 

5.

  Subyekt aspektinin (məs: ABŞ) həlledici rola malikliyi və 



s. 

AFR-in  dövlət  kansleri  A.Merkel  əsas  səbəbin  Qərb  ölkələrinin 

“yorğana”  görə  ayaqlarını  uzatmamasında,  qazandıqlarından  çox 

xərcləmələrində görür. 

Ədalət  naminə  qeyd  edək  ki,  sadalanan  yanaşmalar  içərisində 

həqiqət  payı  olanlar  az  deyildir.  Eyni  zamanda,  səbəbiyyət 

açıqlanmasının  yalnız  empirik  səviyyədə  əldə  edilən  faktlara 

əsaslanmaqla  həyata  keçirilməsi,  eyni  zamanda  hissəvi  yanaşmaların 

üstünlük təşkil etməsi qəbuledilməzdir.  

Böhranın səbəbləri ilə bağlı yanaşma tərzlərini konseptual aspektdə 

qiymətləndirmək fikrindən uzağıq. Sadəcə olaraq, bəzi məqamlara diqqət 

çəkməyi 


məqsədəuyğun 

hesab 


edirik. 

Beləliklə, 

beynəlxalaq 

hesablaşmalar Bankının (Bazel) qiymətləndirməsinə görə derivativlərdən 

(  törəmə  maliyyə  instrumentləri)  formalaşan  spekulyativ  maliyyə 

“köpüyü”nün nominal dəyəri 600 trln. dollar (Qlobal məcmu məhsul – 60 

trln.dol), ortaillik artım tempi isə 25% təşkil etmişdir. 

Bu  gün  isə  qlobal  iqtisadi  fikir  “köpüyün”  tsikllərindən,  onun 

işgüzar tsikllərlə müqayisəsindən bəhs edir. Bu aspektdən yanaşmalar da 

müxtəlifdir: 

- Tələbin dəstəklənməsi və artıma dönüş həyati əhəmiyyət kəsb 

edir. Yeni bir kredit “köpüyü” şişirtməyə ehtiyac yoxdur; 

- Əgər elə indicə partlayan “köpük” fayda vermədisə, onda daha 

birini yaratmaq lazımdır və s. 

Tədqiqatçıların  müəyyən  bir  qrupu  əmindir  ki,  problem  birmənalı 

olaraq  ABŞ-dan  qaynaqlanır:  ABŞ  iqtisadiyyatı  yeni  maliyyə 

“köpükləri”olmasa dağılar. Qeyd edilən baxışlarda maraqlı məqamlardan 

biri  qloballaşma  ilə  bağlı  olan  və  onu  da  böhran  kimi  “təbii”  proses 

adlandıranların yanaşma tərzidir. 

Belə ki, qloballaşmanı ümumbəşəri tarixi prosesin məntiqi nəticəsi 

kimi  qəbul  edir,  qaçılmazlıq,  labüdlük  terminləri  ilə  şərh  etməyə 

çalışırlar.  Tarixi  proses  öz-özlüyündə  məna  yükü  daşımır.  Bu  “yük” 

kənardan,  yəni  prosesin  daxili  təbiətindən  deyil,  sosiallaşan,  siyasiləşən 

və  iqtisadiləşən  zəmanənin  prosesə  daxil  etdiyi  anlamdır.  Yəni, 

“yabanci” təbiətlidir – tarixi prosesin özünə münasibətdə. 

Qeyd  edilən  anlamda  prosesin  subyektiv  mahiyyətli  ilkin 

başlanğıca istinad etdiyi şübhəsizdir. Digər tərəfdən, prosesə yanaşmada 



Dünya iqtisadiyyatının tarixi 

 

 



469

                                                            

fərqli  çıxış  nöqtələrinin  olduğunu  görməmək  mümkünsüzdür:  Dünya 

qloballaşır,  yoxsa  qloballaşdırılır?  Yaxud,  Afrikanın,  ələlxüsus 

Saxaradan  cənubda  yerləşən  ölkələrin  neçəsi  bu  prosesin  sərhədləri 

daxilindədir?  Bu  mənada,  qloballaşma  –  assimmetrikdir.  O,  dayana  və 

qəfil  sürətlənə  bilər.  Həmçinin,  ümumiyyətlə  hansısa  bir  ölkəyə 

münasibətdə “kənardan” keçmə imkanları da mövcuddur. 

Deməli,  qloballaşma  –  terminin  etimologiyası  baxımından  ikili 

təzahürə  malikdir:  1.  Dünya  ölkələrinin  əksəriyyətini  əhatə  etmir.  Bu 

anlamda,  ümumdünya  səciyyəsi  daşıması  şübhəli  məsələdir.  2.  Əsasən 

iqtisadi dövriyyənin həcmindən çıxış edir. Yəni, 50-60

209

 ölkənin Qlobal 



Məcmu Məhsulun 95%-dən çoxuna sahib olması və məhz bu aspektdən 

qloballaşmanın  gerçəkliyi  haqqında  birmənalı  fikirlərin  ortalığa 

qoyulmasını şərtləndirir. 

Qlobal  böhranın  məhz  göstərilən  sayda  ölkələrə  sürətli  yayılışının 

əsas  səbəbi  isə  qloballaşmanın  “sıfır”  zaman  sürəti  doğurması  ilə 

bağlıdır. 

Əvvəlki  araşdırmalarımıza  istinadla  biz  belə  bir  qənaətdəyik  ki, 

qlobal  səviyyədə  vahid  məqsəd,  yaxud  məqsəd  birliyi  yoxdur  (iqtisadi 

inkişafa münasibətdə) və ola da bilməz! Məqsəd birliyi yoxdursa, deməli 

seçilən hədəflər də müxtəlif məzmunlu olacaqdır. Hər bir ölkənin inkişaf 

səviyyəsi  və  mental  xüsusiyyətləri  ilə  determinə  olunmuş  inkişaf  yolu 

mövcuddur. Vahid reseptdən danışmaq mümkünsüzdür. 

Beləliklə,  neoliberal  modelə  söykənən  qloballaşma  prosesi,  daha 

çox  qloballaşdırma  keyfiyyəti  əxz  etməklə  müasir  gerçəkliyin  ən 

mürəkkəb paradoksunu doğurur: 

 

“ qtisadi prosesin homogenliyi  məqsəd müxtəlifliyi” paradoksu 



 

Bir  az  qabağa  qaçaraq  qeyd  edək  ki,  təkçə  bu  paradoksun 

mövcudluğu  anqlosakson  modelli,  yəni  bugünkü  qloballaşmaya  “biət” 

edilməsinin  labüd  olmadığını,  onun  kardinal  şəkildə  məzmun 

dəyişikliyinə  məruz  qalmasının  zəruriliyini  ortalığa  qoyur.  Başqa  sözlə, 

müxtəlifliyə, 

diversifikasiyaya 

istiqamətlənmiş, 

müxtəlifliklərin 

kontiniumu  kimi  çıxış  etmə  qabiliyyətinə  malik  olan  qloballaşmaya 

ehtiyac vardır! 

                                                 

209

 G-20 ölkələr qrupu (19 ölkə+A -27ölkə) ümumdünya ticarətinin 90%-ni, dünya 



əhalisinin 2/3 hissəsini əhatə edir. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



470

                                                            

Beləliklə,  qlobal  maliyyə  böhranının  başvermə  səbəblərini 

aşağıdakı kimi müəyyənləşdirmək mümkündür. 

1.

  Geniş  təkrar  istehsal  prosesinin  həm  qlobal,  həm  də  ayrı-



ayrı  “həlledici  səsə  malik”  ölkə  və  regionlarda  sistemliliyi, 

tamlığı 


və 

bütövlüyünün 

pozulması 

(Maliyyənin 

əlahiddələşməsi nəticəsində). 

2.

  Törəmə maliyyə bazarlarının sürətli yüksəlişi ; real olmayan 



pulun qlobal dövriyyəsinin ifrat dərəcədə artımı.  

3.

  qtisadi  sistemin  neoliberal  model  çərçivəsində  fəaliyyəti. 



Bu  amilin  həm  mahiyyətə,  həm  də  böhranın  sürətlə 

yayılmasına birbaşa aidiyyəti vardır. 

    Belə  ki,  əvvəldə  də  qeyd  etdiyimiz  kimi,  neoliberal  bazar  modeli, 

əvvəla,  seçim  və  manevr  imkanlarını  əhəmiyyətli  dərəcədə 

məhdudlaşdırır  ki,  bu  da  yekun  etibarilə  ölkə  hökumətinin  real  xarici 

təhlükə  qarşısında  tam  gücü  ilə  fəaliyyət  göstərməyə  imkan  vermir. 

Başqa  sözlə,  milli  iqtisadi  sərhədlərin  və  daxili  münasibətlər 

kompleksinin  məhdudiyyətsizlik,  tam  şəffaflıq  və  açıqlıq  keyfiyyətinə 

sahiblənməsi,  qlobal  səviyyədə  qeyd  edilən  proseslərin  vahidlik 

mövqeyindən  unifikasiyası  hökumətin  fəaliyyət  sferasını  (tənzimləmə 

nöqteyi-nəzərindən) çox dar çərçivəyə salır. 

kincisi,  alternativsizlik  aspektinin  ifrat  qabarması  yekun  olaraq 

siyasi pessimizmə gətirib çıxarır. Başqa sözlə, təhlükəsizlik problemi ilə 

bağlı  olan  məsələlərin  ayrıca  götürülmüş  bir  ölkə  miqyasında  həllinin 

real bazası (qlobal səviyyədə unifikasiya olduğuna görə )olmur və s. 

Məlumdur ki, neoliberalizmin əsas inkişaf etdiyi, dərin kök atdığı 

məkan  ABŞ-dır.  Bu  gün  dünyada  baş  verən  proseslərin  incələnməsi  də 

açıq-aydın  şəkildə  göstərir  ki,  ABŞ  iqtisadiyyatı  bir  sıra  sırf  siyasi 

liberalizm 

səciyyəsi 

daşıyan 

elementlər 

və 

komponentlərlə 



çulğalanmışdır.  Başqa  deyimlə  ifadə  etsək,  bu  o  deməkdir  ki,  iqtisadi 

sistemə  yabancı  elementlər  daxil  edilmişdir.  Neoliberal  yanaşmanın 

planetar  səviyyədə  geniş  yayılması  (yaxud,  məqsədli  şəkildə  yayılması) 

elə bir münasibətlər sistemini sərgiləyib ki, artıq ABŞ iqtisadiyyatı dünya 

iqtisadiyyatının  ağırlıq  mərkəzinə,  qlobal  dəyişikliklərin  real  bazasına 

çevrilmişdir.  Məhz  buna  görə  də,  ABŞ  iqtisadiyyatında  baş  verən 

proseslərin  bütövlükdə  planetar  səviyyədə  yayılması  qaçılmazdır  və 

sözün mütləq mənasında onun qarşısının alınması mümkün deyildir. 

Beləliklə,  qlobal  maliyyə  böhranının  sürətlə  yayılmasının 

kökündə  dayanan  əsas  səbəblərdən  biri  ABŞ-ın  (eləcə  də,  digər  inkişaf 

etmiş  ölkələrin)  geniş  təkrar  istehsal  prosesinin  milli  bütövlüyünün 



Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə