Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə176/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   172   173   174   175   176   177   178   179   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



477

                                                            



§ 17.3.2.  Nəzəri problemlər  

  

Bəri  başdan  qeyd  edək  ki,  qlobal  iqtisadi  inkişafın  yeni  (yaxud, 



yeniləşdirilməsi  istənilən)  paradiqmasının  konseptual  məzmunu 

vahidlikdən uzaqdır. O mənada ki, paradiqmal konstruksiya hər hansı bir 

konkret  konseptual  model  üzərində  qurula  bilməz.  Hal-hazırda  istinad 

edilən baza konsepsiyası – neoliberalizm təndiqçilərin kütləvi hücumuna 

məruz  qalmışdır  (Q.Mürdal,  R.Prebiş,  S.Furtado,  F.Perru,  Q.Zinger  və 

s.).  Onların  əksəriyyəti  sübut  edirlər  ki,  bazarın  (xarici  kəsimə 

münasibətdə) “özbaşına” buraxılması qlobal sistemdə dominant olan güc 

mərkəzinin öz liderliyini qorumağa xidmət edir. Həqiqətən də, neoliberal 

dəyərlərin  hüdudsuzluğu  assimmetrik  asılılıq  yaradır  və  yekun  olaraq 

qütbləşmə  doğurmaqla  inkişafı  deformasiyaya  uğradır.Bu,  heç  də  ona 

dəlalət etmir ki, asılılıq şəraitində inkişaf mümkünsüzdür. Sadəcə olaraq, 

mahiyyət  etibarilə  sistemli  keyfiyyət  daşıyan  inkişaf  “anklav”  xarakteri 

alır.  Və,  nəticədə  meydana  çıxan  “müasir  yaxud  modernləşmiş  adalar” 

birmənalı  olaraq  qlobal  səviyyədə  hegemon  mövqe  tutan  ölkənin 

mənafeyinə xidmət edir. 

Digər  tərəfdən,  A.Smit  dövrünün  “iqtisadi  insanı”  hal-haırda 

“rasional  düşüncəli  informasiyalı  eqoistə”  çevrilmişdir.  Neoliberalizmin 

ortalığa 

qoyduğu 

bu 


yekunla 

“rifah 


dövlətinin” 

bərpası 


mümükünüsüzdür,  yaxud  bu  bərpanın  “irticaçı”  sosializm  libasına 

bürünmə  kimi  səciyyələndirildiyi  halda  “sosial  dövlət”ə  keçidin 

konseptual məzmunu metodoloji nöqteyi-nəzərdən qaranlıq qalır. 

Amma,  istisnalar  da  olmamış  deyildir.  Məsələn,  Skandinaviya 

ölkələri nə bazar islahatlarını, nə də sosial xərclərin mexaniki artımını öz-

özlüyündə  məqsəd  kimi  götürməmiş,  təhsil  və  elm  sferasında  effektiv 

islahatları  prioritet  mövqeyə  çıxarmışlar.  Nəticədə,  ortodoksal 

neoliberalizmə alternativ olan postindustrial inkişaf modeli qurulmuşdur. 

Ümumiyyətlə,  aparılan  araşdırmalar  neoliberalizmin  artıq  qəbul 

edilmədiyini,  bazar  fundamentalizmin  problemlər  doğuran  yaranış 

olduğunu təsbit etməkdədir. 

Bir  sözlə,  neoliberal  bazarda  aparılan  modernləşmənin  axırı 

yoxdur! 

Digər  konseptual  yanaşma  –  neokonservatizm  mövcud  qaydaların 

təkmilləşdirilməsi  üzərində  qurulmaqla,  islahatların  yalnız  zərurət 

yarananda aparılmasını məqsədəuyğun hesab edir. Başqa sözlə, fasiləsiz 

olaraq yeniləşmənin zəruriliyi inkar edilir. Bu konsepsiya əsasən Cənub-

Şərqi  Asiya  ölkələrində  geniş  yayılmışdır.Məhz  elə  həmin  regionda  baş 




Dünya iqtisadiyyatının tarixi 

 

 



478

                                                            

verən  1997-1998-ci  il  böhranı  neokonservatizmin  hec  də  “təhlükəsiz” 

olmadığını üzə çıxardı. 

Nəhayət,  dövlətin  mütləq  prioritetliyinə  istinad  edən  etatizm 

konsepsiyasına qayıdışın da  yalnış olacağını tarixi inkişaf təcrübəsindən 

əxz etmək mümkünüdür. 

Göründüyü  kimi,  inkişafın  paradiqmal  konstruksiyası  konseptual 

sintezin  formalaşmasını  qaçılmazlıq  keyfiyyətində  ortalığa  qoyur. 

Mövcud  konsepsiyalardan  heç  birinin  “xalis”  şəkildə  tətbiqi  mümkün 

deyildir. 

Bir  sıra  elmi  istiqamətlərdə  qlobal  inkişaf  paradiqmasının 

neoliberal  modeli  ilə  dirijizm  arasında  hansısa  bir  tənasüblük 

formalaşdırılmağa cəhd göstərilir. 

Bu  aspektdən  vətəndaş  cəmiyyətinin  önəmli  rol  oynamaq 

iqtidarında  olduğu  xüsusi  vurğu  ilə  ifadə  olunur.  “...  Başar  →  dövlət 

dixotomiyası  ifrat  sadələşmədir.  Bazarın  çərçivəsindən  kənara  çıxmaq 

zərurəti  var...  azad  bazar  ideologları  qeyri-dövlət  formaları,  kooperativ 

fəaliyyəti  layiq  olduğu  səviyyədə  qiymətləndirmirlər”

210


  deyən  Stiqlist 

dövlət  →  bazar  dixotomiyasında  vətəndaş  cəmiyyətinin  müstəsna  rol 

oynadığını  qabaratmağa  cəhd  etmişdir.  Digər  tədqiqatçılar  isə  bir  az  da 

uzağa  gedərək,  qeyd  edirlər  ki,  vətəndaş  cəmiyyəti  müasir  qloballaşma 

şəraitində  dövlətlə  sıx  əməkdaşlıq  etməklə  nə  neoliberalizm,  nə  də 

dirijizmlə  bağlı  olmayan  inkişafın  “üçüncü  yolunu”  müəyyənləşdirmək 

iqtidarında  olan  gücdür.

211


  Əsaslandırmanın  təxmini  məntiqi  bundan 

çıxış  edir  ki,  oliqopoliya  şəraitində  hökmran  mövqedə  olan  TMK-ın 

bürokratik  aparatla  (idarəetmə)  qovuşması  və  dövlət  siyasətini  öz 

nəzarəti altına alması təhlükəsi kifayət qədər realdır. Bu təhlükəni yalnız 

güclü  vətəndaş  cəmiyyəti  aradan  qaldıra  bilər.  Sırf  formal  məntiqin 

prizmasından çıxış etsək, onda belə alınır ki, dövlətin vətəndaş cəmiyyəti 

ilə  sıx  əməkdaşlığı  sinergetik  effekt  doğurmaqla  ictimai  sistemi  daha 

yüksək  səviyyəyə  qaldıra  və  qloballaşmanın  ortalığa  çıxardığı 

problemlərə adekvat reaksiya sərgiləyə bilər. 

Fikrimizcə,  yeni  qlobal  inkişaf  paradiqmasının  neoliberalizm  və 

etatizmin  müəyyən  prinsipləri,  eləcə  də  sosial-institusionalizm  və 

dirijizmin milli mənafelərin təminatı müstəvisində kəsişməsindən doğan 

sinkretik bütövlüyünə əsaslanması məqsədəuyğun olardı. 

                                                 

210

 Стиглиц Д. Ревущие девяностые. М., 2005.- С. 359 



211

 A.Giddens A Third Way and its Critics/L-2000. 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə